saat 7 olurdu. İş zonasının keşikçiləri zəngləri çalırdılar. İş baş-
la
nırdı.
Biz meşədə bütün işləri əl ilə görürdük: iri, əsrlik ağacları
mişarlayır, qol-budağını qırır, lazım olan ölçülərdə doğrayır, at
arabası ilə “Lesobirja” deyilən sahələrə daşıyıb yığırdıq. Bu iş
n
əinki ömründə əlinə balta və mişar götürməyən, ağır iş gör-
m
əyən, ac, zəif və üzgün məhbuslar üçün, hətta peşəkar meşə-
qıranlar üçün də çox ağır iş idi.
B
əla burasındadır ki, biz oturub dincimizi də ala bilmir-
dik. Doğrudur, bizi heç kim işləməyə məcbur etmirdi. Lakin,
əvvələn 35-40 dərəcə şaxtada işləməyib oturmaq – donub
ölm
ək demək idi. Buna görə də biz dayanmadan işləməli
olurduq.
İkincisi də biriqada planı doldurmasa idi, müxtəlif
c
ərimələrə məruz qalırdı – çörək normasının azaldılması (guya
ki,
çox imiş), 1-ci və 2-ci yeməyin verilməməsi, çinmək vax-
tının gecikdirilməsi, evə məktub yazmaqdan məhrum olunma
v
ə s. Bu sonuncu cərimə ən pisi idi, çünki bizə hər iki ayda bir
m
əktub yazmağa icazə verilirdi. Bundan da məhrum olmaq –
dünyadan
əl çəkmək demək idi. Məhz bu məktub məsələsi bizi
var qüvv
əmizlə işləməyə məcbur edirdi.
Gündüz saat 1-d
ə nahar tənəffüsünü bildirən zənglər çalı-
nırdı. Biz böyük tonqallar qalayır və donub buza dönmüş çö-
r
əyi qızdırıb yeyirdik. Soyuqdan oturmaq mümkün olmurdu:
od üzümüzü qarsır, paltarlarımızı ütürdüsə də, kürəyimiz so-
yuq
dan qovuşurdu. Belə olduqda biz bir-birindən aralı 2 tonqal
qalayır və aralıqda otururduq. Qarı bir hisli vedrəyə doldurub
odun üstünd
ən asır, əridib çay yerinə içirdik. Burada heç bir
qab olmadığı üçün çayı elə vedrədəncə başımıza çəkirdik.
Şimalın güclü şaxtasında çayın (çaysız) soyuması üçün 1-2
d
əqiqə vaxt lazımdır.
Hiss olunmadan t
ənəffüs qurtarır və biz yenidən işə
başlayırdıq.
~
194
~
Axşam saat 7-də iş qurtarırdı. Bizi təzədən sayıb qaro-
vullara verirdil
ər. Biz düşərgəyə tərəf həvəslə irəliləyirdik,
lakin yorğunluq və aclıq öz qüvvəsini bildirdiyindən o qədər də
sür
ətlə gedə bilmirdik. Səhər 1 saat 30 dəqiqəyə-2 saata
g
əldiyimiz yolu qayıdarkən 2 saat 30 dəqiqəyə-3 saata qət
edirdik.
Bu zaman göz-gözü görmürdü, biz tez-
tez qalın qarın
iç
ərisinə yıxılırdıq. Axşamın şaxtası üzümüzü yandırır, ağız və
burnumuzdan çıxan hava bığ və saqqallarımızda donaraq
salxım-salxım buza çevrilirdi.
T
əxminən, saat 10-da düşərgəyə çatırdıq. Yenə də sayılır
v
ə baraklara doluşurduq. Tələsik alt paltarına qədər soyunub
“
ev paltarlarını” geyir və yeməkxanaya tərəf yüyürük.
Axşam yeməyi sup, sıyıq və 100 qram çörəkdən ibarət
olurdu. Yorğunluq və yuxusuzluqdan biz bu yeməyi güclə çey-
n
əyirdik. Yeməyin verilib qurtarılması adətən gecə saat 11-ə,
b
əzən isə lap 12-yə çəkirdi. Bundan sonra biz baraka qayıdır,
ölü kimi düşüb qalırdıq.
Otaq xidm
ətçisi olan məhbus (dnevalnıy) bizim yaş
paltar v
ə keçə ayaqqabılarımızı dalına şəlləyib suşilkaya aparır
v
ə səhər saat 4-ə bir az qalmış qalmış qaytarıb gətirirdi.
Biz sutkada c
əmisi 4-5 saat yatırdıq. Özü də o cür aclığın
v
ə ağır zəhmətin müqabilində.
M
əhz buna görə də məhbusların əksəriyyəti o dərəcədə
üzgün idi ki, onlara “doxodyaka” (z
əiflikdən ölüm ayağına gə-
lib çatmış adam) deyirdilər.
M
əhbusların acınacaqlı vəziyyəti xüsusilə hamamda daha
aydın görünürdü... buğun içərisində yançaqlarında və budla-
rında belə ət qalmamış, sümükləri dikəlmiş, gözləri çuxura düş-
müş, saç-saqqal basmış, zəiflikdən güclə tərpənən insanlar...
Bir neç
ə kəlmə düşərgənin sanitariya vəziyyətindən da-
nışmaq istəyirəm… Bizi ayda iki dəfə çimdirirdilər. Alt
~
195
~
paltarları çox çirkli və yamaqlı olur, hər 2-3 adama bir əl-üz
d
əsmalı verirdilər.
Otaqların divarlarına ikiqat nara (taxt) vurulmuşdu və biz
onların üstündə yan-yana yatırdıq. Bizə, içərisinə vaxtilə küləş
doldurulmuş döşək və balış vermişdilər. Lakin uzun illər
istifad
ə olunduğu üçün bunların içərisindəki küləş əzilib un
kimi olmuş və artıq heç bir şeyə yaramırdı. Buralarda küləş,
d
əniz otu və s. tapılmadığından biz bu daş kimi yataqdan
istifad
ə etməli olduq. Üstümüzə köhnə, cırıq, çirkli adyal örtür,
bir-birimiz
ə qısılıb yatırdıq. Baraklarda daima peç yandırıldığı
üçün çox da soyuq olmurdu.
M
ədəni-məişət məsələsi lap bərbad idi. Düşərgənin lek-
sikonunda radio, kitab, q
əzet, dəftər, qələm və s. kimi sözlər
yox idi.
Düşərgədə istər böyük, istərsə də kiçik vəzifəli şəxslər
bizi “faşist” deyə çağırır, yerli-yersiz söyür, təhqir edir və hətta
döyürdül
ər. Bu sahədə qeyri-rus xalqlardan olan məhbusların
v
əziyyəti daha pis idi. Onları “çuşmek”, “yoldaşi”, “salyonnıy”
v
ə s. təhqiramiz, hətta biyabırçı adlarla çağırırdılar.
Düşərgədə “sançast” adlanan, iki otaqdan ibarət bir tibb
m
əntəqəsi var idi. Lakin burada həkimdən və dərmandan başqa
n
ə desəniz tapmaq olardı.
Doğrudur, məhbusların içərisində nəinki çoxlu təcrübəli
h
əkim, hətta tibb elmləri namizədi və doktoru olan adamlar da
var idi. F
əqət onların heç birisi bu “tibb məntəqəsində” işləmək
ist
əmirdi. Bir dəfə bunun səbəbini professor Savelyevdən
soruşduqda o dedi:
– Bilirsinizmi, h
əkimlik sənəti yalnız insanın səhhətini
qorumaq üçündür. İnsanın səhhətini qorumayan həkim həkim
deyil. Bu tibb m
əntəqəsində xüsusi qaydalar var: hər gün
c
əmisi 25 adamı işdən azad etmək, ancaq 10 adamı palatada
yatırtmaq olar – normadan kənara çıxmaq olmaz. Yaxşı, bəs
x
əstə 25 deyil, artıq olsa necə etməli? Xəstə ola-ola işəmi
~
196
~
Dostları ilə paylaş: |