SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

düşərgəsində saxlanılır. Deyilənlərə görə onları da bizə qoşub 
hamımızı birlikdə şimala – Kolumaya aparacaqlar. 
İki  gündən  sonra  bizi  kameralardan  çıxardılar.  Hər bir 
“növü” (y
əni eyni bir maddə  üzrə  həbs  edilmiş  şəxs)  ayrıca 
d
əstələrə ayırdılar. Biz “faşistlər” də ayrı bir dəstə idik. Dəstə-
mizd
ə 500-ə qədər məhbus var idi. Yoldaşlarımızın əksəriyyəti 
40 yaşından  yuxarı şəxslər idi. Tək-tək 30-35  yaşlılar var idi. 
Bunların  hamısı  uzun  müddət MVD zirzəmilərində  əzab 
ç
əkmiş  adamlar  idi. Zəif,  arıq,  saç-saqqal  basmış,  cansız 
kişilər. Bəzi  yoldaşlar  ciddi  xəstə  idi; lakin burada müalicə 
olunmaq qeyri-
mümkün bir şey idi. Müalicə edən həkim və ya 
feldşer  (istər məhbus olsun, istərsə  də  azad adam) “58” 
madd
əsini eşidən kimi deyirdi: 
–  Büt
ün  dünyada  faşistlərin kökünü kəsməyə  çalışırlar. 
S
ən hələ sağ olduğuna şükür etmirsən? 
Bütün  bunlardan  başqa  yoldaşlarımın  demək olar ki, 
h
amısının xeyli avadanlığı vardı (yüngül yatacaq, yemək paltar 
v
ə  s). Hətta,  bakılı  mühəndis Məmmədov Cəbrayılın  (özü  də 
axasayırdı)  iki  bağlaması  və  bir  çamadanı  var  idi.  Mənim 
yüküm lap yüngül olduğuna görə dərdim də yüngül idi, çünki 
h
ələ  adlarımızı  yoxlayan  zabit  bir  özümüzə, bir də  avadan-
lığımıza baxıb başını bulamış: 
– 
Bu  cır-cındırlarla  siz  o  yerlərə  çətin gedib çıxa 
bil
ərsiniz, – demişdi. 
H
əbsxanada hər  bir  cındırın  belə  müəyyən qiyməti ol-
duğu üçün, əlbəttə, heç kəs öz avadanlığını qoyub getmədi. 
Sentyabr  ayının  4-də  bizi  güclü  qaraul  altında  şəhərdən 
çıxardılar. Şəhərin kənarında biz başqa doqquz dəstə dustağın 
hazır vəziyyətdə durmuş olduğunu gördük.  
10 d
əstədə təxminən 5000 adam var idi. Birinci dəstədə 
adam öldür
ənlər, ikinci dəstədə böyük məbləğdə dövlət pulunu 
m
ənimsəyənlər,  üçüncü  “faşistlər”, yəni siyasi məhbuslar, 
altıncı dəstədə quldurluq edənlər, yeddinci dəstədə böyük oğur-

185 

 


luq ed
ənlər, səkkizinci dəstədə qəlp pul kəsənlər və saxta sənəd 
düz
əldənlər, 9-cu dəstədə  həbsdən qaçanlar, onuncu dəstədə 
siyasi m
əhbus olan qadınlar gedirdi. 
Bu  adamaların  hamısının  cəza müddəti 10 ildən 25 ilə 
kimi idi.  Bizim d
əstədəkilərdən başqa, qalan adamların böyük 
əksəriyyəti 20-30 yaşlı gənclərdən ibarət idi. Bu gənclər möh-
k
əm bədənli, sağlam və cəld idilər. Həm də bunların çoxunun 
avadanlığı yox idi. 
Gündüz saat 10 rad
ələrində  Maqadan  şəhərini arxada 
bura
xıb  qarşıdakı  dağlara  doğru  hərəkət etməyə  başladıq. 
Qaraul r
əisi hər bir dəstənin  yanında  bir  qədər  dayandıqdan 
sonra qayda-
qanunları izah etməyə başladı: 
–  Günd
ə  50-60 kilometr yol gedəsiyik. Yollarda demək 
olar  ki,  heç  bir  düşərgə  və  ya daldanacaq yeri yoxdur. Biz 
çöld
ə gecələməli olacağıq. Bu əlbəttə, sizin üçün çətin olacaq. 
Lakin m
ənzil  başına  gedib  çatmaq  sizin  özünüzdən  asılıdır. 
D
əstələrdən geri qalmaq və  ya  qaçmağa  kiçik  bir  təşəbbüs 
göst
ərmək yerindəcə güllələnmək ilə cəzalandırılır. 
D
əstələr sürətlə irəliyə doğru yürüyürdü. Hər iki saatdan 
bir 10 d
əqiqəlik dinclik verəndən sonra bizi yenidən  şimala 
doğru  qovurdular.  Axşama  yaxın,  irəlidə  bir həbs  düşərgəsi 
göründü. Burada 4-cü d
əstədəki  məhbusları təhvil verib sürətlə 
düşərgədən  uzaqlaşdıq.  Rəislərin fikrinə  görə  düşərgə  yaxın-
lığında gecələmək təhlükəli olarmış. Gecədən bir qədər keçmiş 
bizi meşənin kənarında  əylədilər. Hər dəstədə bir neçə tonqal 
qala
ndı və biz tonqalların qırağında bir-birimizə qısılıb yatdıq.  
Günl
ər bir-birinin  ardınca  gəlib  keçirdi.  Artıq  cəmisi 4 
d
əstə  qalmışdı:  1-ci, 6-cı,  10-cu və  biz.  Daha  doğrusu,  adam 
öldür
ənlər, quldurluq edənlər, məhbus  qadınlar  və  siyasi 
dustaqlar.  
Şimala  doğru  irəllilədikcə  hava  daha  da  soyuqlaşır, 
gec
ələr isə  xüsusilə  dözülməz  olurdu.  Biz  yorğandan  basqa 
dem
ək  olar  ki,  bütün  avadanlığımızı  yollarda  atıb  getmişdik. 

186 

 


Əvvəllər gündə 50-60 km gedirdiksə indi 30-35 km-i güclə qət 
edirdik. D
əstələrdən, xüsusilə  bizim dəstədən yorulanlar və 
x
əstələnənlər var idi. Lakin geriyə  qalmağın  güllələnmə  ilə 
n
əticələnəcəyini bilirdik. Çünki hələ dünən Saveli Lazarev adlı 
bir  yodaşımız  sancılandığı  üçün  qəflətən  qarın  içərisinə 
yıxılmış  və  nəzarətçilər tərəfindən yerindəcə  güllələnmişdi. 
Odur  ki,  artıq  heç  kim  yorulduğunu  və  xəstələndiyini biruzə 
vermir,  imkanı  olmadıqda  isə  yoldaşlarının  köməyilə  irəliyə 
doğru hərəkət edirdi.  
Biz, bütün bu 
əzabları,  haqsızlıqları  görən insanlar  bu 
zalımlara  qarşı  heç  bir  şey  edə  bilmirdik. Nəinki  günahsız 
olaraq güll
ələnən  yoldaşlarımızı,  hətta özümüzü belə  müdafiə 
ed
ə  bilmir, ehtiraz səsimizi ucalda bilmirdik. Dünyada insan 
üçün  ağır  olan  şeylərdən birisi də  onun  alçalmasıdır.  Biz  nə 
q
ədər vüqarlı olsaq da silah qarşısında alçalır, öz hüququmuzu 
müdafi
ə  edə  bilmirdik.  Doğurdan  da,  görəsən həyat nə  üçün 
bel
ə qurulub? Bəziləri əmr etməli, bəziləri isə tabe olmalıdırlar. 
B
əziləri istədiyini  etməli, bəziləri isə  dinməzcə  itaət etmə-
lidirl
ər.  
Daha iki gün keçdi. İndi bizim dəstəmiz təkcə qalmışdı. 
Biz 
əbədi buzlar ölkəsinin içərisinə  –  Kolıma  çayının  mən-
s
əbinə  doğru  irəlliləməkdə  davam edirdik. Fəqət  gecələr 
yatmağımız  mümkün  olmurdu.  Çünki  yer  qar,  üst  də  qar idi. 
H
ətta nəzarətçilər özləri də  bərk  yorulmuşdular.  Bizi  birtəhər 
m
ənzil başına çatdırıb, tez geri qayıtmaq arzusunda idilər. Biz 
is
ə  gündən-günə  deyil, saatdan-saata, dəqiqədən-dəqiqəyə 
z
əifləyir və daha yavaş gedirdik.  
                                          *** 
El
ə bu vaxt Kobılyatski qəflətən çox ağır şəkildə xəstə-
l
əndi.  Bütün  yoldaşlar,  hətta  keşiş  Milovanoviç  də  onun 
qayğısına qalır, qoltuğuna girib irəli aparırdı.  

187 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə