lara yanaşdı. Bunlar gecə vaxtı taqətsizlikdən yoldaşlarından
üzülüb, qar iç
ərisinə yıxılanların cəsədi idi.
M
əhbuslar Qorbatovskinin ardınca cəsədlərə yanaşdılar,
b
əziləri onları ovmaq, süni nəfəs vermək niyyətinə düşsə də,
professor Savelyev ir
əli yeriyib qısa müddətli müayinədən
sonra ayağa qalxdı və:
–
Onları narahat etməyin, – dedi.
Havanın hədsiz soyuq olmasına baxmayaraq, hamı bir
n
əfər kimi papağını çıxartdı.
Müs
əlmanlar yoldaşlarına baxaraq papaq çıxartdılarsa da,
ür
əklərində öz adətlərincə nəsə pıçıldadılar. Hətta qoca Əsəd
kişi tələsik bir “Fatihə” surəsi də oxudu. Bu cəsədlərin önündə
müxt
əlif dinlərə və təriqətlərə mənsub olan bir neçə ruhani var
idi. Lakin onların hamısı vaxtsız ölən yoldaşlarını əfv etmək
üçün Allaha yalvarırdılar.
Siz ey insanlar! M
əgər burada da sizi çətin gündə ölümün
ağzına verən Allaha sitayiş etməkmi lazım idi?
***
24-cü gün biz n
əhayət ki, lazım olan yerə gəlib çıxdıq.
M
ən gəlib çıxdıq deyirəm. Lakin axrıncı km-ləri biz demək
olar ki, addımlamır, sürünürdük. Həyat eşqi çox qüvvətli olur-
muş. Mən vaxtilə Cek Londonun əsərlərini oxuyan zaman
insanın həyat uğrunda bu qədər böyük əziyyətlərə dözə bilə-
c
əklərinə inanmırdım. Amma bunu görəndə, öz bədənimdə hiss
ed
əndən sonra başa düşdüm ki, Cek London insanı həyat
eşqinə aid tam həqiqət deyil, onun yalnız kiçik bir hissəsini
t
əsvir etmişdir.
Bizi qapı ağzında çox saxlamadılar. Tələm-tələsik yox-
layıb yeməkxanaya apardılar. Burada daxili nəzarət dəstəsinin
r
əisi məhbuslara müraciət edib:
–
İndi onları özünüz yerbəyer edin, – dedi, – bu gecə
vaxtı düşərgə rəisini narahat etməyə dəyməz.
~
191
~
Dustaqlar köm
əkləşib bizi baraklara çəkdilər və öz im-
kan
ları daxilində rahatladılar.
BEŞİNCİ MƏKTUB
Əzizim!
B
əziləri sənədlərə əsasən sübut edə bilərlər ki, bizdə heç
bir zaman katorqa olmamışdır. Mən mübahisə etmək istəmi-
r
əm. Lakin Qorki vilayəti ilə Kostroma vilayətinin meşələrində
yerl
əşən Unja və Vetluqa, Komi MSSR, xüsusilə Sibir və Koli-
ma h
əbs düşərgələrində saxlanılan siyasi məhbusların vəziy-
y
ətini qısaca da olsa danışmaq istəyirəm. Bundan sonra kimin
haqlı, kimin haqsız olduğu bəlli olar.
Biz s
əhər saat 4-də verilən “qalx” işarəsilə ayağa durub
basa-
basla suşilkadan (paltar qurudulan yer) gətrilmiş qıcqırmış
iy ver
ən paltar və keçə ayaqqabılarımızı geyir, qonşu otaqda
yerl
əşən əlüzyuyanda yuyunur, tələsik sıraya düzülür, yemək-
xanaya gedirdik.
Yem
əkxana təqribən, 500 adam otura bilən böyük bir
zaldan ibar
ət idi. (Buradan eyni zamanda, iclaslar, qlavə
yığıncaqları üçün də istifadə edilirdi.)
Heç vaxt qızdırılmayan bu zalda titrəyə-titrəyə oturub ye-
m
əyin verilməsini gözləyirdik.
Yem
əklərin təkcə adı (hələ dadı o yana dursun) adamın
iştahasını küsdürürdü: “Balıq supu” darı, perlovka və ya
seçkadan bişirilmiş yağsız, bozbulanıq bir mayenin içərisinə
tökülmü
ş, qoxuverən balıq sümüklərindən ibarət idi. Bu supu
yey
ə bilmirdilər. Əslinə baxsan, ağzına batır, boğazına ilişirdi.
H
ər halda ac mədəni doldurmaq üçün biz bu supdan istifadə
edirdik. Bundan öt
əri hər 2-3 adama bir parça kətan götürür,
onu boşqabın üstünə salır və supu kətandan keçirib yeyirdik.
~
192
~
T
əsədüfi hallarda “qaluşki” və “noxud supu” da verilirdi.
“Qaluşki” qaynanmış suyun içərisinə tökülmüş fındıq boyda
x
əmir parçalarına deyilir. “Noxud supu” nun isə içində noxudu
ancaq axmaqlar axtara bil
ərdilər, çünki bu, deyilənlərə görə
yaşıl noxudun əzilməsi imiş. Müxtəsər desək, yaşıl rəngli qatı
bir su.
İkinci yemək sıyıq olurdu. Ruslar buna “kaşa ni s çem”
(heç n
əsiz sıyıq) deyirdilər. Bu sıyıqlar suda bişirilmiş və
büsbütün yağsız verilən darı, seçka, perlovka, vələmir, arpa və
qaraca yarmasından ibarət olurdu. Həm də bunları gah həddən
ziyad
ə şit, gah da qədərindən şor edirdilər.
Bundan sonra h
ər adama 3 kilkə balığı verilirdi. Qarnı-
mıza bir şey getsin deyə, biz onları bütöv-bütöv ağzımıza atıb
yeyirdik. Çör
əyi ən axırda verirdilər ki, özümüzlə işə götürək.
200 qram palçıq kimi qara çörək bizim səhər və günorta
normamız idi.
Yem
əkxanadan birbaşa darvazaya tərəf gedirdik. Orada
bizi sayıb iş yerinə aparan qaravolçulara təhvil verirdilər. Biz
iki-iki
əl-ələ tutub getməli idik. Belə olduqda guya bizi saymaq
asan olurmuş. Hər 2 biriqadanı bir qrup gözətçi aparırdı.
Göz
ətçilərin 2-si irəlidə, 2-si arxada, 2-si sağda və 2-si solda
gedirdi. Qabaqda ged
ən gözətçilər əllərindəki nazik uzun
k
əndirin ucunu daldakı gözətçilərə verirdilər. Beləliklə, biz
k
əndirlərin arasında gedirdik. Kəndirlərə zəncirli ovçarka itləri
buraxılırdı ki, kənara tərpənən olmasın.
T
əxminən, 5-6 km yol getdikdən sonra dincəlməyə daya-
nırdıq. Lakin ayaq üstə durmağa icazə verilmədiyindən biz ya
çönb
əltmə oturmalı, ya da qalın qarın üstündə uzanmalı idik. 5
d
əqiqəlik dincəldikdən sonra (perekur – papiros çəkmək üçün
vaxt) yola düşürdük.
T
əxminən, saat 6-da, 7-yə bir qədər işləmiş gəlib iş zona-
sına çatırdıq. Burada bizi sayıb zona keşikçilərinə təhvil verir-
dil
ər. Buradan gedib alətləri götürənə və iş yerinə çatana kimi
~
193
~
Dostları ilə paylaş: |