SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə45/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

Bütün bunlar bir-bir fikrimd
ən keçirdi ki, həkimin ami-
ran
ə səsi eşidildi: 
–  Müq
əssir! Kiyev qarnizonu hərbi tiribunalı sizin cina-
y
ət işinizə baxır. Üçlüyün sədri polkovnik Maretski, iclasçılar 
kapitan Streltsov v
ə  baş  leytenant  Qruzdevski,  katib  serjant 
Sorokadır.  İşdə  ittihamçı  sifətilə  birinci dərəcəli hüquq 
müşaviri Oleynikov çıxış edir. 
M
ən təəccübümdən donub qalmışdım. 
–  B
ağışlayın,  –  dedim,  –  möhtərəm hakim, icazə  verin 
sizd
ən bir-iki söz soruşum. 
– Buyurun, – dey
ə sədr könülsüz də olsa icazə verdi. 
M
ən azacıq yerimdən qalxındım: 
–  Möht
ərəm hakimlər,  –  dedim,  –  bağışlayın,  lakin 
m
əncə, burada nə  isə  bəzi  dolaşıqlıqlar  var.  Əvvələn hərbiçi 
olmadığım üçün, zənnimcə, mənim işimə hərbi tribunal deyil, 
adi m
əhkəmə  baxmalıdır.  İkincisi  də  işdə  müdafiə  tərəfi 
olmadığı  üçün  ittihamçı  da  olmamalıdır.  Sədr üzünə  sərt bir 
ifad
ə verib: 
– Siz dey
əsən çox dərin yerlərə baş aparmaq istəyirsiniz. 
Lakin, m
əlumunuz olsun ki, biz hər işi qanun üzrə həll edirik. 
Yaxşısı budur ki, mənə deyin görüm, sizə nə olmuşdur? Niyə 
sizi x
ərəkdə gətirmişlər? Xəstəsinizmi? 
– Xeyir, möht
ərəm hakim, – dedim, – mən xəstə deyiləm. 
Lakin ittihamnam
əni (obvinitelnoe zaklyuçenie) imzalanmaq-
dan ittihamnam
əni (obvinitelnoe zaklyuçenie) imzalamaqdan 
imtina etdiyim üçün m
əni döyüb bu hala salmışlar.  
S
ədr və  iclasçılar  bir-birinə  baxışdılar,  nəsə  pıçıldayıb 
astadan gülüşdülər. Sədr sözləri xüsusi vurğu ilə ayıraraq dedi:  
–  Siz, y
əqin ki, milli xalq məsəllərinizi  yaxşı  bilirsiniz: 
“Döyülm
əmiş düyüdən aş olmaz (iz nemolotoqo risa pilav nə 
budet).  

175 

 


Bu vaxta q
ədər işimə ədalətlə baxacağını güman etdiyim 
bir m
əhkəmənin hakimi belə  deyirdisə, mən daha nə  gözləyə 
bil
ərdim? 
Hakim yüks
ək səslə:  
–  Mütt
əhim!  –  dedi,  –  sizin  rus dilini mükəmməl bil-
diyinizi n
əzərə  alıb,  məhkəməni rus dilində  aparmağı  qərara 
almışıq. Sizin buna etibarınız yoxdur ki? 
M
ən nə “hə”, nə də “yox” dedim. 
Hakim sözün
ə davam etdi:   
– B
əlkə də siz rus xalqına nifrət etdiyiniz kimi, rus dilinə 
d
ə nifrət edir və bu dildə danışmaq istəmirsiniz? 
M
ən dözə bilmədim:  
–  Möht
ərəm hakimlər,  –  dedim,  xahiş  edirəm məni bu 
q
ədər alçaltmayasınız. Nəzərinizə çatdırım ki, mən rus xalqını 
v
ə  rus dilini ürəkdən sevirəm və  bildiyiniz kimi rus dili 

əllimiyəm. 
Hakim m
ənim sözümü kəsdi:  
– 
Bunların  mətləbə  dəxili yoxdur. Biz faktlara əsasla-
nırıq. Yaxşısı budur ki, işə başlayaq.  
O, bunu deyib stolun üstünd
əki qalan qovluqlardan birini 
açdı və yüksək səslə oxumağa başladı: 
–1900-cü  ild
ə Sumi şəhərində anadan olmuş Qruşevitski 
Porfiriy Yeqoroviç v
ətənə xəyanət edərək 1930-1935-ci illərdə 
əksinqilabi “Mübarizə” təşkilatının  fəal  üzvü  olmuş,  bu 
t
əşkilatın tapşırığı ilə Sovet hökümətinə xeyli ziyan vurmuşdur. 
O, son ill
ərdə  həmin təşkilatın  əvvəllərdə  həbs  edilmiş  üzv-
l
ərinə yardım etməklə öz cinayətini davam etdirmişdir.  
Bunu  Q
ruşevitskinin  öz  keçmiş  qonşusu  siyasi  məhbus 
Lazarenko il
ə məktublaşması sübut edir.  
M
ən təəccübümdən  donub  qalmışdım.  Çünki,  möhkəm 
döyülüb 
əzişdirilsəm də, ittihamnaməni  əlimə  belə  almamış, 
onun içind
ə  nələr yazıldığını  oxumamışdım.  Bir  anlığa  mənə 

176 

 


el
ə  gəldi ki, ürəyim yerindən qopmaq istəyir. Odur ki, yara-
lanmış vəhşilər kimi bağırdım: 
– 
Bunların hamısı yalandır. Mən nə vətənə xəyanət etmiş
n
ə də əksinqilabi təşkilat görmüşəm. 
Hakim z
əngi çaldı: 
– Susun, m
ən sizə söz verməmişəm. Bir də ki, sizin cina-
y
ətləriniz tamam-kamal sübuta yetmişdir. Bunlardan ki, imtina 
ed
ə bilməyəcəksiniz, – deyə əlində tutduğu üç zərfi mənə gös-
t
ərdi. 
Z
ərfləri görəndə  hər  şeyi  başa  düşdüm.  Mənim Laze-
renko  adlı  qapıbir  qonşum  var  idi.  Hansısa  bir  hissədə  polk 
komandiri idi. Biz on ild
ən çox bir binada yaşamışdıq. 1934-cü 
ild
ə  qəflətən Lazarenkonu həbs etdilər. Az sonra ailəsini də 
Orta Asiyaya sürgün
ə  göndərdilər. Mən  qonşumun  nə  üçün 
tutulduğunu da bilmirdim.  
1937-ci ilin 
əvvəllərində qonşum mənə məktub yazıb, öz 
ail
əsinin  harada  yaşadığını  soruşmuşdu.  Əlbəttə, mən ona 
cavab verm
əyə  bilməzdim, çünki ailəsinin  ünvanını  bilirdim. 
M
ən bu haqda ona yazdım. Aradan 3 ay keçmiş qonşum mənə 
ikinci bir m
əktub göndərdi. Bu məktubda o ailəsini tapmaqda 
köm
ək etdiyim üçün mənə  təşəkkür edir və  göstərirdi ki, 
m
ənim  kimi  adamların  (yəni,  qonşuların)  olmağı  onu  çox 
sevindirir.  
İkinci məktubu alandan düz 5 gün sonra həbs edildim. 
M
ən bunu olduğu kimi danışdımsa da, mənə qulaq asan 
olmadı,  5-6 nəfər  şahid  gətirdilər. Onlar da yalandan sizin 
üzünüz
ə duran kimi, mənim də üzümə durdular. 
Prokuror el
ə  sözlər deyirdi ki, onun dediyinə  qalsaydı, 
g
ərək məni oradaca güllələyirdilər. 
Gördüm ki, bu lap ağ oldu. Hirsləndim, başladım bunları 
utandırmağa. 
Hakim m
ənim  sözümü  axıra  qədər dinləmək istəməyib 
ayağa qalxdı: 

177 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə