SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

Bilmir
əm nəzarətçi mənim  oyaq  qalmağımdan  şübhə-
l
ənmişdi,  yoxsa  mən özümü asarkən səs-küy  olmuşdumu,  nə 
is
ə axırı ki, aradan heç 4-5 dəqiqə keçməmiş qapı sürətlə açıldı. 
İçəri girən nəzarətçi təcili məni  yuxarı  qaldırdı,  başqa  birisi 
yetişib ipi kəsdi. 
M
ən bunları təxminən hiss edirdim, çünki o qədər də çox 
boğulmamışdım.  
N
əzarətçilər görünür ki, o qədər də boğulmadığımı yəqin 
edib m
əni insafsızcasına döyməyə başladılar. Dəmir nallı sol-
dat  sapoqları  bədənimin  harasına  dəyirsə  dəysin,  deşib  o  biri 
t
ərəfə keçmək istəyirdi. Az sonra onsuz da zəif olan bədənim 
ağır zərbələrə tab gətirməyib üzüldü və mən huşumu itirdim. 
*** 
H
əbs olunduğumdan 7 ay 12 gün keçmişdi. (Bunu müs-
t
əntiqin  otağında  asılmış  divar  təqvimindən  başa  düşdüm.) 
M
əni yenə müstəntiq Melkumovun yanına apardılar. 
O m
əni görən kimi: 
– 
Daha  işinizi  məhkəməyə  köçürürük,  –  dedi,  yaxın 
g
əlin, ittihamnaməni oxuyun. 
M
ən ittihamnaməni aldım və hələ ilk sətirləri oxuyarkən 
d
əhşətə  gəldim.  Burada mənim nəinki Sovet dövründə  yaz-
dığım  poema,  pyes  və  şeirlərim, hətta inqilabdan qabaq çap 
edil
ən və illərlə səhnələrdə oynanılan əsərlərim belə “antisovet 
əhval-ruhiyyəli”  adlandırılırdı.  Mən  hansısa  əslində  mövcud 
olmayan bir 
əksinqılabi  təşkilatın  fəal üzvüyəmmiş,  xalqın 
q
əddar düşməniyəmmiş və s.  
Gözl
ərim qaranlıq gətirdi, nə deyəcəyimi bilmədim. Axı 
m
ən, açığını deyim ki, ümumiyyətlə, qan tökülməyini istəmə-
diyim üçün h
ər  cür  inqılabı  da  qəbul etmirdim. Mənim nəzə-
rimd
ə bütün inqilablar zorakılıqdan ibarət olduğuna görə xalqa 
ziyan bir şey idi. 
M
ən inqilabçı  deyildim,  kommunist  deyildim,  heç  bir 
siyas
əti etmirdim - əgər məni buna görə mühakimə etsəydilər, 

151 

 


bu, b
əlkə  də  ədalətli  bir  şey  olardı.  Lakin  məni “antisovet” 
ruhlu, hansısa gizli bir “təşkilatın” fəal üzvü hesab etmək, sui-
q
əsddə təqsirləndirmək, nəhayət, “xalqın qəddar düşməni” ad-
lan
dırmaq ən azı ədalətsizlik və özbaşınalıq idi.  
M
əgər mən  xalqımın,  dövlətimizin  düşməni idim? Bəs 
m
ənim  xalqımı  maarifləndirməyə,  onu  oyatmağa,  onu  yeni 
h
əyata  başlamağa  çağıran  əsərlərim?  Axı  “xalqın  qəddar 
düşməni” onları yaza bilərdimi? 
 
*** 
4 ay da keçdi.  
Gözl
əməkdən gözümün kökü saraldı,  məhkəmə  olmadı 
ki, olmadı. Artıq bir ilə yaxındır ki, mən bu zindanda çürüyür-
düm. 
Bir gün s
əhər məni komendant otağına apardılar. Komen-
dant 
əlindəki vərəqi mənə göstərib: 
-V
ətəndaş  Mikayılzadə! “Osoboe  soveşşaniye”  (xüsusi 
iclas) Moskvada cinay
ət  işinizə  baxaraq sizi qeyri-müəyyən 
müdd
ətə  şimal  zonasındakı  həbs  düşərgələrində  saxlamağa 
m
əhkum etmişdir. Hökmdən şikayət etmək olmaz. 
Bu da aylarla, böyük bir ümüdl
ə gözlədiyim məhkəmə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

152 

 


İKİNCİ MƏKTUB 
(Keşlə-Moskva) 
 
Dostum! 
Bir neç
ə  gündən sonra məni  “Черный  ворон” (qara 
qarğa) adlandırılan xüsusi maşına mindirib Keşlədəki ötürücü 
h
əbsxanaya gətirdilər. Burada yalnız bir gün qaldım. 
Bizi Keşlə ötürücü həbsxanasından çıxarıb güclü qarovul 
altında  dəmir yolu kənarına  gətirdilər. Burada “Pulman”  tipli 
vaqonlardan ibar
ət böyük bir qatar durmuşdu. Vaqonların qar-
şısında əllərində uzun siyahılar olan növbətçi zabitlər durmuş 
v
ə  dustaqları  adbaad  çağırırdılar.  Burada  hər bir “pulman” 
vaqonuna 120 n
əfər dustaq doldurdular. halbuki 40-50 adam 
bel
ə burada güclə tərpənirdi. 
Vaqonda m
əndən  başqa  üç  nəfər  siyasi  dustaq  vardı. 
Bunlardan  birisi  Kirovabaddan  olan  qoca  bir  keşiş,  ikincisi 
h
ərbi  iş  üstündə  həbs  edilmiş  35-40  yaşlarında  bir  nəfər, 
üçüncüsü is
ə mənim kimi cinayəti özünə bəlli olmayan “xalq 
düşməni” idi. Vaqonda bizim vəziyyətimiz  olduqca  ağır 
keçirdi. İstər dustaqlar, istərsə də nəzarətçilər bizi “faşist” deyə 
çağırır, addımbaşı təhqir edirdilər. 
Üç günd
ən sonra qatar Rostov şəhərinə çatdı. Biz 4 nəfəri 
başqa  dustaqlardan  ayırıb  Rostov  həbsxanasının siyasi dus-
taqlar saxlanan kamerasına gətirdilər. Burada – təxminən 60-70 
kv. m sah
əsi olan yerdə dustaqlar qar-qar qaynaşırdı. 
Bizim iç
əri girdiyimizi görüb hamı bir-bir bizə yanaşdı.  
Görüşdükdən sonra onsuz da dar olan taxtlarda bizə yer 
düz
əltdilər. 
Qoca bir dustaq: 
-
V tesnate, da ne v obide (darısqal da olsa, incimərik), -
dedi. 
Uca boylu, enli kür
əkli 35-40  yaşlarında  bir  ukraynalı 
m
ənim yanımda oturdu: 

153 

 


– B
əs səni nə üçün tutmuşlar, atacan? 
– 
Doğrusu, heç özüm də bilmirəm. 
–  B
əs elə  bilirsən ki, biz bilirik?  Burada  hamı  bir 
d
ərdlidir. Hamımız bilirik ki, bizi “xalq düşməni” adlandırırlar, 
lakin günahımızın nədən ibarət olduğunu heç birimiz bilmirik. 
Ağ  saqqallı  qoca  bir  kişi  üst  taxtdan  başını  əyib sözə 
qarışdı: 
–  N
ə  üçün  başa  düşmürsünüz?  Əsl  xalq  düşmənləri öz-
l
ərini xalqın nəzərində doğrultmaq üçün bizim kimiləri tuturlar. 
Stalinin bunlardan heç bir x
əbəri də yoxdur. 
Danışığından yəhudi olduğu aydın bilinən arıq bir kişi zil 
s
əslə dedi: 
–  Bütün bunlar iqtisadi v
əziyyətlə  əlaqədardır.  Havayı 
işçi qüvvəsi lazımdır. Axı əhalidən qoparılan bu vergilər nəzər-
d
ə tutulan ağılsız planların həyata keçrilməsinə çatmır. Bundan 
öt
əri havayi işçi qüvvəsi, özü də bizim kimiləri lazımdır.  
Mübahis
ə get-gedə qızışırdı. Alt taxtlardan birisində lap 
küncd
ə  yerləşən dolğun  əndamlı  qoca  bir  kişi  məni  yanına 
çağırdı:  
–  Bura g
əl, qardaş, gəl səni dualayım. Görürəm ki, həm 
qoca, h
əm də  zəifsən.  Şimalın  tufanlı,  çovğunlu  şəraitində 
A
llahın köməyi olmadan sən çətin yaşaya bilərsən. 
Cır səslə danışan yəhudinin səsi eşidildi: 
– Müq
əddəs ata, doğrudanmı siz bu qocanı provaslav kil-
s
əsinə  mənsub etmək istəyirsiniz?  Axı  bundan  ötrü  müəyyən 
ayinl
ər icra olunmalıdır.  
Y
əhudinin bu sözü qəhqəhəyə  səbəb oldu. Dustaqlar 
bütün 
əzab-əziyyətlərini unudaraq ürəkdən güldülər. 
Kameradakıların birdən-birə qəhqəhə çəkib gülməsindən 
t
əəccüblənən nəzarətçi  qapını  açıb  içəri girdi və  boğuq  səslə 
çığırdı: 
– Bu n
ə səsdir? Bu saat səsinizi kəsin! 

154 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə