N
əhayət, bizi başqa bir qarovul dəstəsi qarşıladı. Onlar
da ilk
əvvəl məndən nömrəmi soruşdular və müsbət cavab
aldıqdan sonra dövrəyə alıb apardılar.
Artıq biz nazirliyin binasında idik. Bu dəstə də məni 1-2
d
əfə aşağı-yuxarı aparandan, koridorları dolandırandan sonra,
n
əhayət, müstəntiqin otağına gətirdi. Məni içəri salıb özləri
qapıya çıxdılar. Otaqda mənim işimi aparan müstəntiq -15-ci
şöbənin rəisi Məmmədov, prokuror Əliyev və 2 nəfər
tanımadığım kişi var idi.
M
əni küncdə qoyulmuş stulda oturtdular. Ətrafa baxmaq,
qurdalanmaq,
əl tərpətmək, icazəsiz danışmaq, prokuror və
müst
əntiqin dik gözünün içinə baxmaq və s. olmaz. Mən bu
“qanunları” bilirdim, odur ki, səssizcə yerimdə oturdum.
M
əni 3-4 gündən bəri görməyən bu adamlar, yəqin ki, bu
müdd
ətdə hədsiz dərəcədə arıqlayıb gerilədiyim üçün təəccüb-
l
əndilər.
İlk əvvəl müstəntiq:
– Siz
ə nə olmuşdur? Niyə bikefsiniz? - deyə soruşurdu.
M
ən dinmədim.
– Sizinl
ə danışıram!
M
ən nə cavab verəcəyimi bilmirdim.
Müst
əntiq səsini ucaltdı:
–
Siz eşitmirsinizmi?
M
ən cavab axtarırdım ki, prokuror yenidən ayağa qalxdı
v
ə sərt bir sillə üzümü yandırdı. Ağrı məni qovursa da, din-
m
ədim.
Prokuror:
-
Siz bir söz danışacaqsınızmı? Etdiyiniz cinayətləri aça-
caq
sınızmı? – dedikdə, mən özümü ələ alaraq:
– M
ən hansı cinayətləri etdiyimi bilmirəm, – dedim.
15-
ci şöbənin rəisi quş kimi yerindən sıçradı. Mən hiss
etdim ki, cavabım onu dəhşətə gətirmişdir. O, mənə 2-3 sillə
vurub:
~
141
~
–
Heyvan oğlu heyvan, – dedi, sən bizi nə vaxta qədər
incid
əcəksən?
Ağzımdan və burnumdan qan axmağa başladı. Lakin ci-
bimd
əki dəsmalı çıxarmağa ixtiyarım olmadığından qan üs-
tüm
ə tökülürdü.
Prokuror ağır yumruğu ilə sinəmə, kürəyimə, qarnıma və
başıma bir neçə dəfə vurandan sonra böyrümdən bir təpik
ilişdirdi. Mən döşəmənin üstünə yıxıldım. Lakin qalxmağa
ixt
iyarım olmadığını bildiyim üçün ayağa durmadım.
Şöbə rəisi əl-ayağa düşdü:
–
Ayağa dur, əclaf, qan döşəməni buladı.
“Qa
n döşəməni buladı” - bu sözün mənə nə qədər acı
t
əsir etdiyini deyə bilmirəm. Təki məni hər gün döyə idilər,
amma bu sözü eşitməyə idim, demək, onları ağız-burnumdan
qanın axması deyil, döşəmənin qana bulanması narahat edirdi.
M
ən qalxıb yerimdə oturdum.
Müst
əntiq mənə yaxınlaşdı:
–
Bura baxın, özünüzü niyə incidirsiniz? Axı siz danış-
malısınız.
– M
ən daha heç bir şey deməyəcəm.
Müst
əntiq təəccüblə:
– Nec
ə? Necə? - deyə bağırdı.
– M
ən daha heç bir şey deməyəcəm, – deyə qəti bir səslə
t
əkrar etdim.
15-
ci şöbənin rəisi üzünü prokurora tutub:
– Siz nec
ə bilirsiniz, – dedi, – təcrübədən keçirəkmi?
Prokuror:
– Çox z
əifdir, – deyə cavab verdi, – bilmirəm dözə-
c
əkmi?
– H
ər halda bir-bir sınaqdan keçirmək lazımdır. Mən
əminəm ki, elə ilk təcrübədə bizimlə razılaşacaqdır. Yola gəl-
m
əsə, o biri təcrübələrə göndərərik. Bilirsinizmi, bunların it
~
142
~
kimi 40 canı olur, hələ-hələ ölmürlər. Ölsə də biz, böyük bir
şey itirmirik.
–
Razıyam.
“Bu söhb
əti, görünür ki, məhz məni qorxutmaq üçün
edirl
ər”, - deyə düşündüm. Burada hansı təcrübələr ola bilər ki?
M
ən bunları fikirləşirkən müstəntiq telefonun dəstəyini gö-
türüb: - Kommutator, – dedi, – 316-
cı otağa, 48-dən bir icra
qrupu gönd
ərin.
Şöbə rəisi və prokuror otaqdan çıxdılar. Müstəntiq otaqda
g
ərdiş etdiyi halda:
–
İndi görərsiniz, – dedi, – biz sizin qoca, mədəni, savadlı
v
ə zəif bir adam olduğunuzu nəzərə alır, sizinlə yumşaq rəftar
edirik. Siz is
ə bizim bu münasibətimizə qarşı özünüzü ləya-
q
ətlə aparmadınız.
– M
ən nə etməli idim ki?
– H
ər şeyi açıb demək lazımdır. Biz onsuz da hamısını
bilirik.
–
Əgər bilirsinizsə, daha məndən niyə soruşursunuz?
– Biz ümid edirik ki, siz v
ətən qarşısında etmiş oldu-
ğunuz cinayətləri özünüz boynunuza alacaq, günahınızı etiraf
ed
əcək, bununla da öz cəzanızı yüngülləşdirəcəksiniz.
–
M
ən heç bir cinayət etməmişəm. Əgər siz bilirsinizsə,
m
ənə deyin, – dedim.
Bu zaman qapı döyüldü və dörd nəfər adi sivil paltarlı,
möhk
əm bədənli, orta yaşlı kişi içəri girdi.
Müst
əntiq məni onlara göstərib:
–
Aparın, – dedi, – 6 №-li təcrübədən çıxarın.
M
ən ayağa durub onların arasında qapıdan çıxdım.
Biz sür
ətlə irəliləyib dolanbac yollarla, nazirliyin qapısını
t
ərk edib həbsxanaya daxil olduq. Mən bunu aralıq qapıda
durmuş qarovul dəstəsini görəndə başa düşdüm.
M
əni kiçik bir otağa gətirdilər. Burada divardan asılmış
rezin meşoklardan birini götürdülər və məni qəfildən qamar-
~
143
~
layıb həmin meşokun içinə soxdular. Tələsik meşokun ağzını
bağladılar və harasa 5-10 metr sürütdülər. Yaxşı ki, meşokda
n
əfəs almaq üçün bir neçə xırda deşik var imiş, yoxsa
havasızlıqdan orada boğulmaq olardı.
Bird
ən mənə kimsə bir təpik vurdu və mən, deyəsən 6-7
ayağaltılı pilləkəndən aşağı diyirləndim. Orada məni nə isə o
q
ədər də sərt olmayan bir şeylə (sonradan öyrəndim ki, bu şey
içi boş olan rezin qırmanc imiş) insafsızcasına döyməyə
başladılar. Kimsə məni tez-tez pilləkənin üstünə çəkir, oradan
ağır ayaqlarla təpikləyərək yerə salır, yerdəkilər də qırmacla
vururdular.
Tezlikl
ə, görünür ki, bu cür “oyun” onları bezikdirdi və
onlar m
əni təpiklə bir-birinə vurmağa başladılar. Mən futbol
topu kimi aralıqda qalmışdım. Hər tərəfdən üstümə zərbələr
yağırdı. Çığırmamaq üçün dodaqlarımı çeynəyirdim. Çox
keçm
ədi ki, huşumu itirdim və sonra nələr olduğunu bilmirəm.
Ayıldıqda özümü sement döşəmənin üstündə uzanmış
gördüm. Başımın üstündə həmin 4 nəfər “oyunçu” və ağ xalatlı
ucaboy bir kişi – həkim durmuşdu.
H
əkimin ilk sualı bu oldu:
–
İndi boynunuza alacaqsınız, yoxsa davam etdirsinlər?
Q
əribədir, mən elə bilirdim ki, bütün həkimlər yenicə
ayılmış xəstəyə nəsə başqa, daha mehriban sözlər deməlidirlər.
S
ən demə, həkimliyin bir sahəsi də var imiş.
Dill
ənməyə taqətim yox idi. Olsa da, özümü döydürmə-
m
ək üçün dinmədim.
H
əkim nəbzimi əlindən buraxıb:
–
Aparıb yerinə təhvil verin, – dedi.
Azacıq sonra mən öz kameramda oturmuşdum. Təəc-
cüblü burasıdır ki, bədənimdə qaralmış yer yox idi, amma hər
yerim dözülm
əz dərəcədə sızıldayırdı.
Ert
əsi günü məni yenə də müstəntiqimin yanına apar-
dılar. O, məni görən kimi:
~
144
~
Dostları ilə paylaş: |