Müəllim hazırlığı
üzrə yeni kurikulumlar
tətbiq edilsə də, bütövlükdə ali təhsil müəs ‐
sisələrinin kurikulumları əmək bazarının müasir
şərtlərinə uyğun gəlmir. Odur ki, strategi ‐
yanın birinci strateji istiqaməti üzrə, əsasən,
kurikulumların daha da inkişaf etdirilməsi
nəzərdə tutulur və bu prosesin davamlı xarak‐
ter alması qeyd olunur.
Spesifik misallardan biri odur ki, biz 2008–
2009‐cu tədris ilində təhsil sistemimizdə yeni
kurikulumun tətbiq olunmasına başlamışıq.
Amma müəllimlərə «yeni kurikulumun tələbləri
nədir, bu onların işində, peşəkar hazırlığında
hansı yenilikləri və hazırlıqları tələb edir»
mövzusunda təlim və tədris aparmağı unut ‐
muşuq. Bunun hansı nəticələrə gətirib çıxara
biləcəyi aydındır. Təbii olaraq yeni kurikulu‐
mun, məzmunun tələbləri, yeni metodikaların
daha fəal və peşəkar şəkildə müəllimin hazır ‐
lıq mərhələsində tədrisi və tətbiqi diqqət mər ‐
kə zində olacaq. İkinci məsələ ondan ibarətdir
ki, biz hər zaman müəllimin hazırlığı və məz ‐
mundan danışırıq. Bu, çox mühüm bir möv ‐
zudur və həmişə diqqət mərkəzimizdə olacaq.
Nə qədər ki cəmiyyət var, o qədər də təhsilin
məzmunu və müəllimin keyfiyyəti mövzusu
haqlı bir sual olaraq qalacaq. Müasir müəllim
təhsil prosesinin istiqamətləndiricisi və koor‐
dinatoru rolunda çıxış etməli, təhsilverənlərin
hazırlanması prosesində bütün bu tələblər
hökmən nəzərə alınmalıdır.
– Azərbaycan təhsilinin rəqabət keyfiy ‐
yətinin artırılması üçün hansı tədbirlərə
ehti yac duyulur?
– Ölkəmizin İnkişaf Konsepsiyasından irəli
gələrək dövlət başçısının imzaladığı «Azər ‐
bay can təhsilinin inkişafı üzrə Dövlət Stra te gi ‐
yası»nın missiyası ölkəmizin modern ləş dirilməsi
üçün zəruri olan insan kapitalını inkişaf etdir ‐
mək və bununla Azərbaycanın beynəlxalq rəqa ‐
bət qabiliyyətini yüksəltməkdən ibarətdir.
Strategiya təhsil sahəsində aparılacaq islahat ‐
ların başlıca istiqamətlərini müəyyənləş dirir,
Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına
uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və
təhsilin bütün pillələrində keyfiyyətcə yeni
mərhələyə başlamağı qarşımıza əsas vəzifə
kimi qoyur.
Məsələnin digər tərəfinə gəldikdə isə demə ‐
liyəm ki, bazar iqtisadiyyatı mexanizminin
əsaslarından biri elm, biznes, əmək bazarı və
təhsil xidmətidir. Onlar arasında harmoniya
iqtisadi tərəqqinin vacib şərtidir. Müasir biznes
çevik və dinamik olduğundan işaxtaranlar
qarşısında yeni tələblər qoyur. Hazırda bazarın
tələblərini ödəmək üçün biznes subyektlərinin
əsas ehtiyaclarından biri (və bəlkə də, birin‐
cisi) yüksəkixtisaslı kadrlardır. Bu səbəbdən
müasir аli təhsilin əsas tendensiyası qlobal
əmək bazarı yönümlü olması və məzunlara işə
düzəlmə qabiliyyətinin aşılanmasıdır. Bunun
üçün hazırda ali təhsil müəssisələrində daha
çox diqqət yetirilən nəzəri hazırlıq kifayət
deyil, digər bacarıq və keyfiyyətlər də tələb olu ‐
nur. Onların sırasında mütəxəssisin tənqidi
təfəkkürə, mədəni‐intellektual səviyyəyə, İKT‐dən
istifadə və birgə fəaliyyət bacarıqlarına malik
olması, daim öyrənməyə və ixtisas səviyyəsini
təkmilləşdirməyə meyil göstərməsi, yaradıcı ‐
lığı, təşəbbüskarlığı, əməksevərliyi, intizam ‐
lılığı ilə fərqlənməsi, sağlam rəqabətə dözümlü
olması, müstəqil qərarlar qəbul etməsi, bəşəri
və milli dəyərləri qiymətləndirə bilməsi geniş
miqyasda birmənalı qəbul edilən xüsusiyyət ‐
lərdir.
Burada zəruri olan odur ki, bu gün hazır ‐
lanan kadrlar kəskin rəqabət şəraitində həm
ölkədə və həm də dünya əmək bazarında iqti‐
sadi, menecment və texniki biliklərə yiyələnə ‐
rək işləməyə hazır olsunlar. Bu isə öz növbə sində
onlara əmək bazarında rəqabətə dözümlü
olmağa imkan yaradan yeganə yoldur.
Söhbəti apardı: Emin BAYRAMZADӘ
25
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Paşazadə Hacı Allahşükür Hümmət oğlu
— Şeyxülislam və Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi
Dinlərarası Şurasının həmsədri, Roma Katolik
və Rus Pravoslav kilsələrinin təklifi ilə kato‐
lik‐pravoslav məzhəblərarası əlaqələr komis ‐
si yasının üzvü (2006), UNESCO‐nun yanında
yaradılan din xadimlərinin yüksək səviyyəli
Məşvərət qrupunun üzvü (2009), BMT yanında
Dinlərarası Məşvərət Şurasının üzvü, Ümum ‐
dünya İslam Konqresi, Ümumdünya Xalq
Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya
İslam Şurası, «Vicdana çağırış» Beynəlxalq
Fondu və bir sıra digər nüfuzlu beynəlxalq
təşkilatların rəyasət heyətlərinin üzvü, Azər ‐
baycan Respublikası Prezidenti yanında Әfv
Komissiyasının üzvü, İordaniya İslam Mədəniy ‐
yəti Kral Akademiyasının müxbir üzvü (1986)
və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akade ‐
miyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təş ‐
kilatının təsisçilərindən biri (2008), Müstə qil
Dövlətlər Birliyi müsəlman dini liderlərinin
Məşvərət Şurasının sədri (2009), Bakı Dövlət
Universitetinin professorudur.
Şeyxülislam Hacı Allahşükür
Paşazadə haqqında
Azərbaycanda din‐dövlət münasibətlə ri ‐
nin düzgün məcrada qurulması sahəsində də
Şeyxülislamın xidmətləri təqdirəlayiqdir. Mə ‐
lum dur ki, sovet dövründə din dövlətdən təcrid
edilmişdi. Dövlətin siyasəti belə idi. Lakin
Azərbaycan xalqının ümummilli lideri Heydər
Әliyev ölkədə qabartmadan, üzə vurmadan çox
müdrik din siyasəti yürüdürdü. Bu siyasətin
əsas qayəsi dini yaşatmaq, onun cəmiyyətdə
öz rolunu yetərincə oynaya bil məsi üçün şərait
yaratmaq, dinlə bağlı mənəvi dəyərləri qoruyub
saxlamaq idi. Heydər Әliyev Şeyximizin sima ‐
sında yeni təfəkkürlü, yeni düşüncəli, güclü
təşkilatçılıq qabiliy yətinə malik olan bir din
xadimi gördüyü üçün onunla qısa bir zamanda
səmimi münasibətlər qurdu. Prezident Şeyxi ‐
mizi bütün dövlət təd birlərinə dəvət edir və açıq
şəkildə deyirdi ki, Şeyx mənim dostumdur. Şeyx
də özünə xas olan dinamiklik, çevikliklə din‐
dövlət münasibətlərinin düzgün tənzim lən ‐
məsi üçün əlindən gələni edirdi. Azərbaycan
xalqına, Azərbaycan dövlə tinə sədaqəti, həmişə
Azərbaycan dövlətçili
yinin mənafeyini hər
şeydən üstün tutması Şeyxülislama Azərbay ‐
canda çox böyük hörmət qazandırmışdır. O,
Azərbaycan xalqı nın ümum milli lideri Heydər
Әliyev cənablarının xarici siyasətinə şərik
olmuş, bu siyasətin həyata keçi rilməsi üçün
əlindən gələni əsirgəmə mişdir.
Vasim MӘMMӘDӘLİYEV,
akademik, BDU‐nun İlahiyyat
fakültəsinin dekanı
26
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014