Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə51/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   47   48   49   50   51   52   53   54   ...   231

 

123


– Hansıdır?.. Böyüyü... 

 

Gecədən xeyli keçməsinə baxmayaraq, qaranlığa qərq olmuş şəhərdə gərgin həyat ritmi davam 



edir. Küçələrdəki tərpənişi, buxtada gəmilərin hərəkətindən, saysız-hesabsız solğun işıqcıqlar 15 

3soraq verir. Şəhəri qoynuna almış zülmət içində yalnız hərdənbir yandırılan projektorların şüası 

qaranlıq guşələrə nüfuz edə bilir. 

 

Enməkdə olan hərbi təyyarənin taxta skamyasında oturmuş daxili işlər komissarlığı geyimində 



olan sərnişin Bakının gecə panoramını baxış yerindən diqqətlə seyr edir. 

 

Təyyarə yerə düşən kimi, aşağı endirilən nərdivana – trapa qara minik maşını yaxınlaşır. Maşın 



sərnişini götürüb, uçuş zolağından uzaqlaşır. Şlaqbaum endikdən sonra daha iki maşın ona 

qoşulur. 

 

Hər üç maşın iti sürətlə artıq səhərin ala-toranında çətinliklə seçilən şəhərə doğru istiqamət 



götürür. 

 

Bağırov həlak olmuş oğlunun hərbi hissədən göndərilmiş əşyalarının düzüldüyü stolun yanındakı 



kresloda donub qalmış kimi görünür. Arvadı Leyla da oyaqdır. Orta yaşlı bu qadın öz yaşından 

xeyli cavan görünür. Ömründən təzə-təzə əsməyə başlayan xəzan küləyi iki oğlu anası, çətin və 

qeyri-adi taleli bir insanın ömür-gün yoldaşı olan bu qadının parlaq cənub gözəlliyini azacıq 

soldursa da, onun qədd-qamətli əndamını, şəvə kimi qara saçlarını, mina kimi hamar dərisini 

hələ korlamağa macal tapmayıb. Ancaq öz ilkinin həlak olması xəbərini eşitməsindən bircə gecə 

və bircə gündüz keçsə də, bu müddət onun gözlərindəki parıltını əbədilik söndürməyə və 

ömrünün sonunadək onun üzündə kədər qırışları yaratmağa kifayət edib. 

 

– Sən onu burada saxlamalı idin! Öz balalarını lazım olan kimi sevəydin, onları göz görəsi 



ölümün qabağına göndərməzdin. Heç kəs də sənə bir kəlmə söz deməzdi. Dövlət üçün o qədər iş 

görmüsən ki, oğlunun həyatını qoruyub saxlaya bilərdin. “Balalarımı təyyarəçilik məktəbinə 

getməyə qoyma” deyib sənə yalvaranda üzümə elə acıqlı baxırdın ki!.. Bir düşün, əgər oğlunun 

həyatını belə qoruyub saxlamağa sənin hakimiyyətin kifayət etmirsə, çəkdiyin bütün zəhmətlərin 

nə faydası, sən həyatda axı nə qazanmısan? – Qadın üzünü əllərilə qapayıb, acı-acı hönkürür. – 

Sonbeşiyimi qaytar mənə! Qoy heç olmasa o yaşasın!.. 

 

Bağırov arvadına yaxınlaşıb onun saçlarını sığallayır. 



 

– Eh, ay yazıq, ay yazıq!.. – deyə lap astadan pıçıldayır. 

 

Telefon zəng çalır. 



 

– Sabahınız xeyir! Bağırovu zəhmət olmasa! 

 

– Salam, Bağırovdur. 



 

– Heç səsini tanımadım, yaman dəyişib. Sən necə, tanıdın məni? 

 

Pavel Lavrov. Təyyarədən təzəcə düşmüşəm. Şəxsi tapşırıqla. Ciddi söhbət var. Yığışmaq üçün 



sənə nə qədər vaxt lazımdır? 

 

– Haradasan? 



 

– Sənin qəbul otağında. 




 

124


 

– On dəqiqəyə gəlirəm. 

 

Bağın qapısı önündə durmuş gözətçi Bağırova hərbi salam verib, maşını çıxarır. Bağırov ardınca 



çıxan arvadını bir az gec görür. 

 

– Bağışla məni, – deyə qadın dillənir. – Bilirəm axı sən də əzab çəkirsən! Mən isə lap ölmək 



istəyirəm! 

 

Baş qərargahın səlahiyyətli nümayəndəsi ilə görüşməkçün Bağırovun kabinetinə cəmi bir neçə 



nəfər toplaşıb. Əmiraslanovla Petrov da onların arasındadır. Bağırov əyləşənlərə müraciətlə sözə 

başlayır: 

 

– Lavrov yoldaş Ali Baş Komandanın xüsusi tapşırığını yerinə yetirir. Bakıya gələrkən, o, 



Qafqazı müdafiə cəbhəsində olub. Orada vəziyyət ağırdır. Lavrov yoldaşın fikrincə, yaxın 

vaxtlar üçün lap perspektivsizdir. Yerdə qalan məsələlər barədə sizə Lavrov yoldaş özü məlumat 

verəcək. 

 

– Vəziyyət həqiqətən son dərəcə ağırdır, – deyə Lavrov sözə başlayır. – mən şübhə etmirəm ki, 



vəziyyət düzələcək və düşmən nə qədər güclü olsa da, geri oturdulacaq. Hələlik isə, öz-özümüzə 

etiraf etməliyik ki, Qafqaz uğrunda döyüşdə uduzuruq. – Lavrov Qafqazın xəritəsinə yaxınlaşıb 

göstərir. – Bütün Şimali Qafqaz ələ keçirilib, Baş Qafqaz sıra dağlarından keçən strateji 

aşırımlar, Maykop neft rayonu tutulub. İndi general-feldmarşal Listin komandanlığı altında “A” 

ordu qrupu Bakı istiqamətində irəliləyir. Onun tərkibinə 40 diviziya daxildir. “A” ordular 

qrupundan əlavə, general Kleystin 1-ci tank ordusu da Bakı istiqamətində hücuma keçəcək. 

 

Bu ordu artıq Qafqazın yolları ilə maneəsiz olaraq, 600 kilometr irəliləmişdir. 



 

Yerüstü əməliyyatların hamısını “Lüftvafore”nin ən iri aviasiya birləşməsi müdafiə edir. Bakıya 

çatmaq üçün onlar təkcə bir son maneəni aşmalıdır, vəssalam. Hitlerçilərin nəhəng qüvvəsi 

qarşısında bizim cəmi üç ordumuz durur. Əziz yoldaşlar, nəzərə almalıyıq ki, ağır döyüşlərdən 

çıxmış bu orduların şəxsi heyəti 155 komplektləşdirilməyib, məğlubiyyətlərdən sonra bir neçə 

əsgər, hətta zabit tamam ruhdan düşmüşlər. – Lavrov əlindəki kağızdan oxumağa başlayır: – 75 

min tüfəng, 21 min tank vuran tüfəng, 2990 pulemyot, 700 minaatan, 350 top bu gün 

Zaqafqaziya cəbhəsində əskik gəlir. Döyüş sursatı və rabitə vasitələrinin kəskin çatışmazlığı hiss 

olunur. Gəlin, acı həqiqətin gözünün içinə dik baxaq. Baş Qərargahın ehtiyat qüvvəsi yoxdur. 

Hətta o, Moskva istiqamətini müdafiə edən qoşunların bir hissəsini Qafqaz cəbhəsinə “atmaq” 

istəsə belə, onların yerdəyişməsi üçün nə texniki imkan var, nə vaxt. 

 

Onlar bura gəlib çatınca çox gec olar. Kleystin tank ordusuna qarşı biz 17 tank çıxara bilərik. 



Son günlərin təhlükəli əlamətlərindən belə görünür ki, Qafqaz döyüşlərinin əsas obyektinə – 

Bakı şəhərinə qəti hücum hazırlanır. Düşmən Qafqazda hərbi qüvvə sarıdan böyük üstünlüyə 

malik olsa da, alman komandanlığı daha bir tank ordusunu – 4-cü ordunu Şimal istiqamətindən 

ayırıb, Qafqaza göndərmişdir. 

 

Bax, elə bu dəqiqələrdə Hitlerin “vikinq” SS seçmə diviziyası və “Böyük Almaniya” diviziyası 



buraya gətirilir. Bəli, bütün əlamətlərdən belə görünür ki, Bakı üzərinə həlledici hücum 

hazırlanır. 

 

Burada öz qəti fikrimi bildirməzdən öncə, mən yerlərdəki vəziyyətlə eləcə də kəşfiyyatın 



məlumatları ilə müfəssəl tanış olmuşam. İndi bu kabinetdə 44-cü ordunun yeni təyin olunmuş 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə