348
davam edən nişan mərasiminin xarakterik xüsusiyyətləri əsasən
ondan ibarətdir ki, o hər iki tərəfin yaxın qohumlarının iştirakı ilə
keçirilir. Qıza üzük və şal aparılır. Azərbaycan xalqının qədimdən
bəri yaşadıb mühafizə etdiyi zəngin və rəngarəng toy adətləri
içərisində xınayaxdı mərasimi özəl xüsusiyyətləri ilə seçilir. Bu
qızın ata evindəki yaxın qohumları və rəfiqələri ilə birgə keçirdiyi
qız toyu sayılır. Mərasim zamanı hər iki tərəfin iştirakçıları əllərinə
xına yaxır, deyib, gülüb əylənirdilər.
Azərbaycan xalqının ailə münasibətlərində ən mühüm yeri toy
vasitəsilə həyata keçirilən nikah tutur. Toy əsrlər boyu Azərbaycan
xalqının yüksək səviyyədə qeyd etdiyi təntənəli şənlik olub ailənin
əsasını təşkil edən və nikahın rəsmiləşdirilməsini təsdiqləyən bir
mərasimdir.
Azərbaycanda əsasən monoqam ailə üstünlük təşkil edirdi, lakin
yüksək təbəqənin nümayəndələrinin daha artıq arvadı olduğu da
məlumdur.
Ailənin bir sıra funksiyaları vardır. Onlardan biri də dünyaya
gətirilən övladın tərbiyə olunması məsələsidir. Əsərdə Azərbaycan
xalqının əsrlərdən bəri süzülüb gələn tərbiyə məsələləri, metod və
vasitələri təqdim olunur.
Əsərdə ilk
dəfə olaraq, dayəlik,
Azərbaycanda hamam mədəniy-
yəti, qonaqpərvərlik adəti tədqiq olunur. Yüksək təbəqə dayə və qa-
ravaş saxlayırdı. Ən yüksək səviyyədə qonaqpərvərlik icra olu-
nurdu. Hamam özünəməxsus funksiya daşımaqla yanaşı, həmçinin
informasiya mübadiləsinin gerçəkləşdiyi görüş yeri kimi də mahiy-
yət kəsb edirdi.
Əsərdə, eyni zamanda çillə kəsmək, adqoyma, sünnət, talaq və
dəfn mərasimi haqqında da ətraflı məlumatlar verilmişdir.