ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   103   104   105   106   107   108   109   110   ...   118

 
339 
 
Cənnət dedikdə, müxtəlif dinlərdə olduğu kimi eləcə də Islamda 
yer  alan  insan  öldükdən  sonra  onun  bədənindən  ayrılmış  ruhunun 
əbədi yaşayacağı və üzərində Allahın taxtı qurulan təbii zənginliklə-
rin  var  olduğu  bir  məkan  nəzərdə  tutulur.  Cəhənnəm  isə  insan  öl-
dükdən sonra bu dünyada günah işləyənlərin ruhlarının o biri dün-
yada əzablara tuş  gələcəyi məkan aydın olur. Belə ki, ruhlar nazik 
qıldan ibarət Sirat körpüsündən keçərkən cəhənnəmə vasil olurlar. 
Bütün  bu  geniş  material  əsasında  dəfn  adətinə  təhlil  verib  bu 
günkü vəziyyətlə müqayisəli şəkildə öyrənmək mümkündür. Yekun 
olaraq deyə bilərik ki, dəfn adətləri uzun bir yol keçmişdir. Bu adət-
lərin  mahiyyətində  mərhuma  münasibət  özünü  büruzə  verir.  Qəbir 
abidələri  uzun  zaman  boyunca  ictimai  təbəqələşməni  göstərmişdir. 
İnamlarla  bağlı  xüsusiyyətlər  özünü  dəfn  mərasimində  də  büruzə 
verir. Vaxtaşırı qəbirləri ziyarət (xüsusən Novruz bayramı zamanı) 
xalqımızın əsrlər boyu yaşatdığı bir davranış halına çevrilmişdir. 
NƏTİCƏ 
Bəşər  övladı  dünyada  yarandığından  bəri  insanlar  arasındakı 
nikah  və  ailə  münasibətləri  məsələlərinə  maraq  böyük  olmuşdur. 
Xalqın  yaratdığı  çoxəsrlik  mədəniyyətin  təkamülünü  izləmək,  tari-
xin  gedişində  baş  verən  köklü  dəyişiklikləri  (etnik  proseslərdəki, 
dil,  mədəniyyətdəki  və  s.  sahələrdə)  tədqiq  etmək,  etnik  tariximizi 
araşdırmaq  vacib  məsələlərdən  biridir.  Bu  məsələ  etnoqrafiyanın 
ayrıca  bir  problemi  kimi  qiymətləndirilə  bilər.  Göstərilən  sahədə 
zəngin  biliyə  malik  olmaq  etnoqrafiya  elminin  hərtərəfli  tədqiqini 
təmin etməyə xidmət edir. Bizi əhatə edən real aləmdə mövcud olan 
faktları  öyrənərək,  müşahidə  edərək  analoji  cəhətdən  müqayisə 
edərək  biliklərimizi  dərinləşdirə  bilərik.  Bu  xüsusda  da  təqdim 
olunan  dövrün  orta  əsrlərin  tarixi-etnoqrafik  mənzərəsini  tədqiq 
edərkən  bir  sıra  məsələlər  sırasında  ailə  və  nikahın  araşdırılması 
müəyyən nəticələrə gətirib çıxarır.  


 
340 
 
Araşdırdığımız  dövrü  qısaca  olaraq  xarakterizə  edərkən  müx-
təlif  xarakterli  faktlar  əsasında  dövrün  ictimai-siyasi  və  iqtisadi 
inkişafında  ziqzaqlı  hərəkətliliyin  olduğunu  müşahidə  edirik.  Bu 
məsələlər də ailə münasibətlərinə öz təsirini göstərirdi. 
Orta  əsrlər  bəşəriyyətin  irəliyə  doğru  inkişafında  ibtidaidən 
aliyə bir pillə yüksəliş idi. Bu zaman əmək bölgüsü artmışdı. Elmin 
müxtəlif sahələrində və mədəniyyətdə irəliləyiş özünü bariz şəkildə 
göstərirdi.  Bundan  əlavə,  sənətkarlıq  yüksək  inkişaf  edərək  yeni-
yeni sahələrin əmələ gəlməsini təmin etmişdi. Bütün bu göstərilən-
lərin təbii proses kimi cəmiyyətin inkişafına böyük təkanı oldu.  
XII  əsr  Azərbaycanda  intibah  dövrünün  başlanğıcı  kimi  qəbul 
edilir.  Bildiyimiz  kimi,  intibah  mədəniyyətə  yeni  çalarlar  gətirdi. 
İqtisadi  və  mədəni  həyatda  dirçəliş  özünü  bariz  şəkildə  göstərdi. 
Lakin  tədqiq  olunan  orta  əsrlər  dövrü  keşməkeşli  bir  dövrdür.  Bu 
müddətdə aramsız hücumlar Azərbaycanın iqtisadi və mədəni həya-
tına güclü zərbə vurur, sənətkar ailələrinin yurdlarından köçürülərək 
doğma vətənlərindən didərgin düşməsinə səbəb olurdu. Bu da etnik 
zəmində  yeni  tayfaların  məskunlaşmasına  səbəb  olurdu.  Tarixi 
proseslər  axınında  ərazimizin  orta  əsrlərin  müxtəlif  dövrlərindən 
etibarən  başqa  xalqların  hücumlarına  məruz  qalması  nəticəsində 
(sasani, ərəb, səlcuq, monqol və s.) etnik tərkibi artaraq dəyişmiş bir 
sıra tayfalar məqsədli şəkildə Azərbaycana köçürülərək burada yurd 
salmışlar.  Köçürmə  siyasətinin  tətbiqi  demək  olar  ki,  bütün  orta 
əsrlər boyunca davam etmişdir.  
Təqdim  olunan  kitabda  ənənəvi  məişət  mədəniyyətinin  əksi, 
qəti qərarlaşmış adət və ənənələrin təsviri, xalqın spesifik xüsusiy-
yətləri yer almışdır. Burada təqdim olunan geniş materiallarda xal-
qımızın  həyatında  müstəsna  yer  tutan  çoxəsrlik  xalq  yaradıcılığı 
nümunələri nümayiş etdirilir. Bununla yanaşı, tədqiqatda etnoqrafi-
ya elminin nailiyyətlərinə geniş yer verilmiş, onun tədqiqat obyekti-
nə daxil olan mühüm məsələlərin əks olunduğu mənbələr araşdırıl-
mışdır. Orta əsrlərin yaşam tərzini, məişətinin bəzi xüsusiyyətlərini 
özündə əks etdirən miniatür sənəti nümunələrinə də yer verilmişdir.  


 
341 
 
Əsər boyu xalqımızın  orta əsrlərdəki  həyat  tərzi  öz əksini tap-
mış  və  Azərbaycanın  tarixi  etnoqrafiyasının  orta  əsrlərinin  tədqiq 
olunmasının  əhəmiyyəti  vurğulanmışdır.  Dövrün  ailə  məişətindəki 
bir sıra xüsusiyyətləri araşdırılmışdır.  
Problem  məsələlər  üzrə  tədqiqatın  gedişində  əsas  nəticələr 
aşağıdakılardan ibarətdir: 
Hər bir dövrdə məhz həmin zamana xas olan özünəməxsus sə-
ciyyə daşıyan cəhətlər və tarixi mühit mövcuddur. Bəşəriyyətin ta-
rixi  inkişafının  müxtəlif  dövrlərində  ictimai,  siyasi  və  mənəvi  abı- 
havanın eyni olmadığı bir reallıqdır. Ona görə də orta əsr Azərbay-
can  ailəsinin  vəziyyəti  barədə  məlumat  alarkən  bütövlükdə  tədqiq 
olunan tarixi dövrün gerçəkliklərini və özünəməxsus xüsusiyyətlərə 
malik  olduğunu  nəzərə  almaq  vacibdir.  Ailə  məişəti  məsələlərində 
orta  əsrlərin  tədqiq  olunan  zamanında  feodal  dövrünə  xarakterik 
olan xüsusiyyətlər kitab boyunca öz əksini tapmışdır. Məlum məsə-
lədir ki, cəmiyyətdə artıq tam qərarlaşmış qədim adət və ənənələrlə 
yanaşı,  bir  sıra  məsələlərlə  bağlı  islam  dini  ayinləri  də  icra  olu-
nurdu. İslam dini  yayıldığı bütün  ərazilərdə həyatın müxtəlif sahə-
lərinə nüfuz edə bilmişdi. Hətta cəmiyyətin hüquq normaları da bu 
dinin əsasında tənzimlənirdi. Şəriətə uyğun olaraq fəaliyyət göstər-
mək əsas nümunəyə çevrilmişdi.  
Tayfaların  vahid  birlik  halında  birləşməsi,  ümumi  bir  ərazinin 
sabitləşməsi,  ictimai  əlaqələrin  inkişaf  etməsi,  təsərrüfat  və  mədə-
niyyət ümumiliyi xalqın formalaşmasını zəruriləşdirən amillər sıra-
sındadır. 
Azərbaycan  xalqının  sınaqlarından  keçdiyi  uzun  tarixi  inkişaf 
yolunda onun ailə məişəti ilə əlaqədar olan bir sıra adət və ənənələri 
mövcuddur. Bu zəngin irsin hərtərəfli öyrənilməsi etnoqrafiya elmi-
nin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb 
edir.  Azərbaycan  xalqının  varlığını  qoruyan  həmişəyaşar  adət  və 
ənənələrinin  öyrənilməsi  etnoqrafiyanın  diqqət  mərkəzində  duran 
məsələlərdən  biridir.  Adət  və  ənənələr  xalqın  simasını  əks  etdirən 
aynasıdır və əksini olduğu kimi göstərir. Mahiyyətindən asılı olma-
yaraq,  sevinc  və  kədər  gətirdiyinə  baxmayaraq,  bu  adətlər  uzun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə