ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   104   105   106   107   108   109   110   111   ...   118

 
342 
 
əsrlər  öncə  formalaşaraq  böyük  zaman  keçmiş  və  xalqın  ruhunu 
özündə  yaşadaraq  dövrümüzə  qədər  gəlib  çatmışdır.  Ənənə  tarixi 
mirasdır. 
Ailə  məsələlərində  indiyədək  tədqiq  olunmayan  dayəlik  insti-
tutu lazımi səviyyədə araşdırılmışdır. Etnoqrafik baxımdan ilk dəfə 
araşdırılan dayəlik institutunun orta əsr Azərbaycan ailələrində yeri 
və  rolu təqdim olunmuşdur. Etnoqrafik ədəbiyyatda qismən nəzər-
dən qaçan hamam mədəniyyəti öz əksini tapmışdır. Əsərdən məlum 
olur  ki,  toylarda,  bayramlarda  xalqın  bədii  yaradıcılıq  nümunələri 
olan  tamaşa  və  əyləncələr  nümayiş  etdirilir.  Bunlarda  ictimai  və 
məişət  mövzuları  ön  plana  çəkilirdi.  İnsanların  fəaliyyətinin 
məhsulu  olan  bu  cür  davranışlarda  onların  dünyagörüşləri  giley-
güzarları, arzu və istəkləri öz əksini tapırdı. Belə nümunələr öz sa-
bitliyi  ilə  fərqlənir,  xalqın  həyat  tərzinin  ayrılmaz  bir  parçasına 
çevrilirdi. Konkret şəxslər tərəfindən icra olunsa da, ənənəyə çevri-
lərək xalqın həyat tərzinə dərindən nüfuz edə bilirdi. 
Qonaqpərvərliyin  orta  əsrlərdə  icrası  zamanı  qonaqların  qarşı-
lanması,  saxlanması  və  yola  salınması  ilə  bağlı  əməl  olunan  qay-
dalar ilk dəfə olaraq hərtərəfli  araşdırılmışdır. Azərbaycan xalqının 
mənəvi  dəyərlərinin,  o  cümlədən  xalqımızın  genişürəkliliyinin,  in-
sanpərvərliyinin  göstəricisi  olan  qonaqpərvərlik  adətinin  bütün  cə-
hətləri  əhatəli  şəkildə  ilk  dəfə  olaraq  işıqlandırılaraq  əhəmiyyəti 
vurğulanmışdır.  
Etnoqrafik elmi tədqiqatın gedişində orta əsr ailə münasibətləri 
və ailə məişəti ilə bağlı bu günlə səsləşən müasir dövrlə müqayisəli 
təhlil  nəticəsində  müxtəlif  problem  məsələlərin  açıqlanmasına  nail 
olunmuşdur.  
Orta əsrlər bəşəriyyətin inkişafında mühüm mərhələ təşkil edir 
və maraqlı bir dövrü təcəssüm etdirir. Bu dövr həm tarixi, həm də 
etnoqrafik  baxımdan  özünəməxsusluğu  ilə  fərqlənir.  Onun  insanla-
rın mənəvi yüksəlişində özünəməxsus keyfiyyətlərin qazanmasında 
müəyyən  izləri  vardır.  Ailə  münasibətlərində  yeni  xüsusiyyətlərin 
formalaşması,  yeni  din  olan  İslama  inamın  kök  salması  müşahidə 
olunur. 


 
343 
 
Tədqiq  olunan  dövr  etnik  psixologiyanın,  etnopedaqogikanın, 
vahid ərazi daxilində iqtisadi, məişət və mədəni birliyin, özünəməx-
sus  adət  və  ənənələrin  çoxdan  bəri  qərarlaşaraq  möhkəm  sabitləş-
məsi kimi əlamətlərin xarakterik olduğu bir zamandır.  
Xalqımızın görkəmli şair və mütəfəkkirlərinin mütərəqqi görüş-
lərini əks etdirən əsərlərində ictimai ədalət, kamil insan, qadını bir 
varlıq kimi səciyyələndirmək, əxlaqi dəyərlərin yer alması zamanın 
tərbiyəvi  məsələlərinin  tərənnümüdür.  Bu  əsərlərin  ailə  ilə  bağlı 
digər  məsələlərlə  yanaşı,  eyni  zamanda  xalqımızın  tərbiyə  məsələ-
lərinin öyrənilməsində müstəsna rolu vardır. Nəzərə almalıyıq ki, bu 
tərbiyə  məktəbi  zamanın  sərhədlərini  aşaraq  bu  gün  də  qorunub 
saxlanılmış  və  əbədilik  qazanmışdır.  Yüksək  mənəvi  sifətlər,  elmə 
və biliyə həvəs aşılamaq, övlad sevgisi, vətən məhəbbəti, valideyn 
qayğısı, böyüklərə hörmət, qonaqpərvərlik kimi keyfiyyətlər əsrlər-
dən gələn bir miras kimi gündəlik həyatda yaşadılır.  
Orta əsr şair və mütəfəkkirlərinin əsərləri onu deməyə əsas verir 
ki, onların əsərlərində yer alan xalqa məxsus dəyərlər, düşüncə tər-
zi,  xarakterik  xüsusiyyətlər  Azərbaycan  xalqının  qədim  zamanlar-
dan  bu  ərazilərdə  hakim  olduğu  barədə  zəngin  məlumat  verir.  Bu 
əsərlər  xalqın  simasının,  onun  mahiyyətinin  orta  əsrlərdəki  tarixi 
inkişaf  mənzərəsini  canlandırır.  Bu  zəngin  irsin  hərtərəfli  öyrənil-
məsi  etnoqrafiya  elminin  daha  da  inkişaf  etdirilməsi  baxımından 
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının varlığını qoruyan 
həmişəyaşar  adət  və  ənənələrin  öyrənilməsi  etnoqrafiyanın  diqqət 
mərkəzində  duran  məsələlərdən  biridir.  Azərbaycan  xalqı  öz  etnik 
xüsusiyyətlərini bu gün də qoruyub saxlayır.                           
Orta  əsrlərin  ailə  məişətini  tədqiq  edərkən  əhalinin    güzəranı 
aydın görünür. İstər hökmdar, istərsə sənətkar, kəndli və s. ailəsi hər 
biri öz çərçivəsində təsvir olunur. Ailənin insan taleyindəki əvəzsiz 
rolu  göstərilməyə  çalışılmışdır.  Azərbaycanın  orta  əsr  ailəsinin 
öyrənilməsi bir çox cəhətdən həm də Şərq xalqlarının tədqiq olun-
masıdır.  


 
344 
 
Orta  əsrlərin  daxili  mahiyyətinə  bir  nəzər  salmaq,  dövrün  ailə 
məsələlərini  araşdırarkən  həmçinin  mövcud  elmi  bilikləri  və  xalq 
inamlarını nümayiş etdirmək monoqrafiyanın əsas qayəsidir.  
İnsanların şüurlu fəaliyyətinin nəticəsində maddi şəraitə uyğun 
olaraq  onlar  öz  tarixi  həyatlarını  yaşayırlar.  Orta  əsr  cəmiyyəti  də 
insanların  inkişafında  obyektiv  qanunauyğun  bir  prosesdir.  İnsan-
ların əlaqə və münasibətlərində, tarixən müəyyən olunmuş ünsiyyət 
forması və fəaliyyət üsullarında ailənin mərkəzi  mövqeyini zərurət 
kimi  səciyyələndirmək  olar.  Tədqiq  olunan  dövr  ailənin  yarandığı 
deyil, feodalizm cəmiyyətindəki inkişaf mərhələsinə aiddir. Burada 
həmin cəmiyyətin tələb etdiyi qaydalar mövcud olmuşdur.  
Tədqiqatın nəticəsində ailə münasibətləri hərtərəfli araşdırılmış, 
ad  qoyma,  dayəlik,  nikah  əqdi,  sünnət,  qonaqpərvərlik,  talaq,  ha-
mam mədəniyyəti, çilə kəsmək ayini xüsusilə tədqiq olunmuşdur. 
Mənbələrdən geniş faydalanmaqla ailə məsələlərində orta əsrlə-
rin əsas istiqamətlərini nişan vermək, yeni dövrlə müqayisədə təka-
mül  prosesini  işıqlandırmağa  nail  olmaq,  ümumiləşdirmə  apararaq 
əlaqələndirmək və elmi münasibət nümayiş etdirmək ciddi axtarışlar 
nəticəsində mümkündür. 
Dəyərli bir əsər təqdim etmək üçün orta əsrlərin əsas məziyyət-
lərini oxuculara çatdırmaq, müəyyən dəyişikliklər olsa da, əzəli ma-
hiyyətindən  qopmayan  və  xalqın  canına-qanına  hopan  adət  və  ən-
ənələrin işıqlandırılmasına nail olmaq, mənəvi  aləmi  qiymətləndir-
mək, etnopsixoloji məqamları dərk etmək, bəzən etnogenetik əlaqə-
lərə yer vermək əsərin əsas qayəsini təşkil edir. Ailə məişətilə əlaqə-
dar olan adət və ənənələrin tarixi bir sınaq meydanı keçdiyi bəllidir.  
Daim inkişafda olan bəşəriyyətin mühüm məsələsi kimi tərbiyə  
prosesi    hər  bir  xalqın  ailə  münasibətlərində  əhəmiyyət  kəsb  edir. 
Ailə tərbiyəsi bütün dövrlər üçün gərəkli olmaqla daim aktuallığını 
qoruyub saxlayan bir problemdir. İnsanlar hələ yarandıqları zaman-
dan  etibarən  öz  təcrübələrini  gənc  nəslə  çatdırmağa  çalışmışlar. 
Zaman  keçmiş,  təcrübələr  artmış  və  tərbiyə  özü  bir  problem  kimi 
ailənin  əsas  məsələsinə  çevrilmişdir.  Nəslin  davamçısı  kimi  uşaq-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə