ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   80   81   82   83   84   85   86   87   ...   118

 
266 
 
yələndirilir. Bütün bu müəlliflərin əsərlərindən nümunə gətirdiyimiz 
təsvirlərdən  bu  qənaətə  gəlmək  olur  ki,  xalqımızın  məişətində 
qonaqpərvərlik mühüm əhəmiyyət kəsb etmişdir. 
Azərbaycan  ərazisini  ziyarət  edənlərin,  səyyahların  və  tarixçi-
lərin məlumatları və etnoqrafik müşahidələr qonaqpərvərlik adətini 
daha  dolğun  işıqlandırmağa  əsas  verir.  Xalqımız,  xüsusilə  əcnəbi 
qonaqlara böyük qayğı və maraq göstərmişdir. 
Azərbaycan ərazisinə bu və ya digər məqsədlərlə gələn müxtəlif 
ölkə  nümayəndələri  öz  məlumatlarında,  adətən,  yerli  əhali  tərəfin-
dən necə qarşılanıb yola salındıqları barədə bəhs etmişlər. Bu da qo-
naqpərvərliyin  Azərbaycanda  necə  yüksək  səviyyədə  icra  olun-
duğunu bir daha təsdiqləyir. 
1473-1477-ci  illərdə  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  sara-
yında səfir olmuş venesiyalı Ambrozio Kontarini özünün “Səyahət” 
əsərində  Azərbaycan  ərazisində  olarkən  yerli  əhali  arasında  müşa-
hidə etdiyi adət və ənənələr barədə söhbət açmışdır. O göstərmişdir 
ki,  burada  əhali  mülayim  və  xoşsifətdir.  Müəllif  həmçinin  bütün 
yolboyu  orada  heç  bir  kəs  tərəfindən  cüzi  narahatçılığa  və  təhqirə 
məruz qalmadıqlarını xüsusi qeyd etmişdir. 
İsfahanda  olarkən  Ambrozio  Kontarinin  gəldiyini  bilən  kimi 
Uzun  Həsən  dərhal  ona  müxtəlif  tələbat  malları  göndərir.  1474-cü 
ilin  noyabr  ayında  Q.İosafat  Barbaro  ilə  Ambrozio  Kontarinini 
sarayına  dəvət  edən  Uzun  Həsənin  onları  necə  qonaqpərvərliklə 
qarşıladığını  həvəslə  şərh  edən  səfir  göstərir  ki,  “biz  otağa  daxil 
olarkən şahı öz əyanlarının əhatəsində gördük. Mən oranın adətincə 
baş əydim və o mənə xalçanın üzərində oturmağı təklif etdi. Sonra 
bizə oranın adətincə bişirilmiş çox dadlı və müxtəlif növ yeməklər 
təqdim edildi. Görüşüb ayrıldıq. O bizi yenə dəvət etdi. Lütfkarlıqla 
bizə  çay  kənarında  tikilmiş  sarayını  göstərdi.  Burada  da  o  bizi 
müxtəlif şirniyyat şeylərinə qonaq etdi. Ümumiyyətlə, Uzun Həsən 
tərəfindən tez-tez dəvət olunurduq. Bəzən biz onun çadırında yemək 
yeməli  olurduq.  Piyalələrdə  təqdim  olunan  yeməkləri  çoxlü  verir-
dilər  və  əla  hazırlayırdılar.  Uzun  Həsənin  yanında  olmadıqda  isə  o 
bizə  çox  vaxt  müxtəlif  tələbat  mallarını  özü  göndərirdi.  Təcili 


 
267 
 
olaraq məni evlə də təmin etdilər” (14, 83-85). Xatirələrində Uzun 
Həsənin  qonaqlara  göstərdiyi  iltifat  haqqında  bəhs  edən  müəllif 
fikrinə davam edərək yazır ki, Uzun Həsənin yanına dəvət olunanda 
onun tərəfindən bizə bəxş edilmiş kaftan təqdim olundu. Sonra isə o 
bizə  pul,  müxtəlif  əşyalar  və  at  göndərdi.  Nəhayət,  Şamaxıdan 
Dərbəndə  yola  düşərkən  zaman-zaman  türk  kəndlərində  qalırdıq, 
orada bizi çox yaxşı qarşılayırdılar (14, 85-91). 
Azərbaycanda  qonaqpərvərliyin  necə  yüksək  səviyyədə  icra 
olunduğu  və  qonaqların  necə  qarşılanması  barədə  məlumat  verən 
müəlliflərin  xatirələri  bununla  bitmir.  Belə  xatirələr  Antoni  Cen-
kinson  tərəfindən  də  qələmə  alınmışdır.  İngilis  taciri  və  dənizçisi 
Antoni  Cenkinson  XVI  əsrdə  böyük  dəniz  səyahətinə  çıxmış  və 
Azərbaycan ərazisində də olmuşdur. Xatirələrində müəllif xalqımı-
zın  qonaqpərvərlik  adətinə  dair  məlumat  da  vermişdir.  Belə  ki,  o, 
Şamaxıda  Abdulla  xanın  yanında  qonaq  olarkən  səmimiyyətlə  və 
çox  yaxşı  qarşılandığını  qeyd  edir.  Nahar  yeməyinə  dəvət  olundu-
ğundan söhbət  açan qonaq hörmət  əlaməti olaraq ona ev  yiyəsinin 
yanında  yer  göstərildiyini  söyləyir.  Yerə  qiymətli  xalı  döşəndiyini 
və  burada  dəvət  olunanların  yerdə  ayağı  qatlanmış  vəziyyətdə 
oturduqlarını  (bardaş  qurub  oturmaq  nəzərdə  tutulur  -  B.Ş.)  qeyd 
edir.  “Onlar  görəndə  ki,  mən  bu  cür  oturmağa  adət  etməmişəm, 
məxsusi mənim üçün masa gətirilməsi rica olundu. Beləliklə, süfrə 
salındı və onun üzərinə müxtəlif yeməklər düzüldü. Sayı 140 olardı. 
Bunu yığışdırıb yerinə meyvələrlə dolu və digər yeməklərlə  bəzə-
dilmiş  (sayı  150  olardı)  süfrə  açdılar.  Mənə  burada  “xoş  gəldin” 
deyildi.  Ertəsi  gün  isə  məni  ova  dəvət  etdilər.  Ov  əyləncəli  keçdi. 
Dönəndə oranın adətilə tikilmiş uzun paltar təqdim etdilər və məni 
geyindirib  xanın  yanına  apardılar.  Əlini  öpdüm.  Sonra  o  məni 
yanında  oturtdu  və  naharı  birlikdə  etdik.  Söhbət  əsnasında  ovun 
necə  keçdiyi  barədə  xəbər  aldı.  Qayıdarkən  mənə  əla  at  bağışladı. 
Yolu  davam  etmək  üçün  hətta  bələdçi  və  nəzarətçi  də  verdi. 
Nəhayət,  Ərdəbilə  çatarkən  xaricilər  və  müxtəlif  səyahətçilər  üçün 
nəzərdə  tutulmuş  ağ  daşdan  tikilmiş  karvansarayda  yerləşdirildik. 
Burada hamı ərzaq və at üçün yemlə təmin olunur” (14, 109-113). 


 
268 
 
Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə 
müraciət  etməsi  və  yüksək  səviyyədə  qəbul  olunması  qonaqpər-
vərlik  adətinin  Azərbaycanda  mühüm  əhəmiyyət  kəsb  etdiyinə 
dəlalət edir. Şah İsmayıl Xətai yazır: 
 
Yenə mehman gördüm, könlüm şad oldu
Mehmanlar, siz bizə səfa gəldiniz! 
Qar-qış yağar ikən, bahar-yaz oldu
Mehmanlar, siz bizə səfa gəldiniz! (39, 182). 
 
Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca 
tikili mövcud olurdu. Belə  tikililər, adətən, ümumi həyətin münasib 
yerində  inşa  edilirdi.  Karvansarayların  olmadığı  yerlərdə  (əsasən 
dağlıq bölgələrdə və kəndlərdə) buna daha çox ehtiyac duyulurdu. 
Qonaq  üçün  ayrıca  ev  tikilməsi  ölkəmizdə  qonaqpərvərliyin 
geniş  yayılması  ilə  əlaqədardır.  Belə  evlər  görkəmi,  yaraşığı  və 
sahmanı ilə diqqəti cəlb etməlidir. 
Qonaq  evinin  bəzədilməsi  də  mühüm  şərtlərdən  hesab  olunur. 
Bu həm ev sahibinin zövqünü, həm də qonağa hörməti əks etdirən 
əlamətdir. Evin və ya qonaq üçün ayrılmış otağın bəzədilməsi onun 
rahatlığını və tam sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər bir 
ailə belə evlərin və ya otaqların əsasən xalçalarla bəzədilməsinə üs-
tünlük verir. Özü də “qonaq otaqlarını bəzəmək üçün bir neçə xalça-
dan ibarət dəst xalçalar ölçüsünə, formasına və kompozisiyasına gö-
rə müxtəlif olur: otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı 
tərəfdə yerə salınan “baş” xalça və ortadakı iri xalçanın yanlarında 
salınan “kənarə xalça” (40, 75). Bundan əlavə, qonaq otaqları yataq 
ləvazimatı ilə təchiz olunur və müxtəlif əşyalarla, hətta musiqi aləti 
ilə  tamamlanırdı.  Ev  sahibinin  qonaq  qarşısında  böyük  məsuliyyət 
daşıması  ilə  bərabər,  qonağın  da  özünü  necə  təqdim  etməsi,  ədəb-
ərkanı da vacib sayılır. Qarşılıqlı anlaşma və səmimi münasibət öz 
növbəsində  qonağın  davranış  tərzində  təzahür  edirdi.    Ədəb 
qaydalarına  uyğun  hərəkət  etmək,  təmkinini  pozmamaq,  düşdüyü 
yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi xüsusiyyətlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə