Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

 

səviyyəsini  əhatə  edir.  Amma  ümumilikdə  bu  yanaşmaya  əsasən,  siyasət  ümdə 



olaraq dəyişikliklər və icraetmədən ibarət olacaq və əgər fəaliyyətin səviyyələrini 

qəbul etmə müqəddiməsi, qərar vermə və icra olaraq nəzərdə tutsaq, qərar qəbul 

etmə müqəddiməsi siyasətin əhatə dairəsindən xaric olacaq.  

Farabi  və  Qəzzali  kimi  İslam  alimlərinin  təriflərində  hədəf  ünsürü  və 

idarəetmənin  rolu  tərifin  əhatə  dairəsini  məhdudlaşdırması  və  yalnız  müəyyən 

məsələləri  önə  çəkərək  onların  etiqadınca,  nicat  və  qurtuluş  yolu  olmasına 

baxmayaraq, hissolunacaq şəkildə nəzərə çarpdırılmışdır.  

Kəvakibinin  siyasətlə  bağlı  tərifində  iki  ünsürə  istinad  edilmişdir.  O,  birinci 

tərifdə  onu  metod  məfhumu  hesab  edir  və  belə  olduğu  halda,  o,  siyasəti 

planlaşdırma mərhələsi və tənzimləmə üsulu ilə məhdudlaşdırır və onu (siyasəti) 

icra mərhələsinə daxil etmir. İkinci tərifdə isə onun aqilanə olmasına təkid edilir. 

Ağıl  və  şəriətin  bir-biri  ilə  heç  bir  ziddiyyətə  malik  olmamasına  və  həqiqətdə 

ağılı  ilahi  peyğəmbərlər  və  onların  şəriətinə  tabe  olmaqla  araşdırılmasına 

baxmayaraq,    Kəvakibinin  təkidi  aqilanə  iradə  və  əhatəli  hikmətə  əsaslanır  və 

onun  təlaşı  hökumət  və  siyasəti  din  və  ilahi  hökmlərin  idarəsinin  əhatə 

dairəsindən ayırmaqla bağlıdır.  



2. Digər qrupdan olan təriflər siyasəti "qüdrət" mənasında tərif edir.  

Fransa  filosofu  Bertrand  Rassel  "Qüdrət"  adlı  kitabında  siyasəti  haradasa 

qüdrətlə  eyni  hesab  edir.  Əlbəttə,  onun  nəzərincə,  bu  qüdrət  hədəfin  (və  ya 

məqsədin)  nişanələrini,  yəni  nəzərdə  tutulan  və  istənilən  (iradə  edilən)  şeyi 

meydana çıxarmaq kimi tərif edilir.18 Paris universitetinin sosiologiya müəllimi 

olan Bertrand Rassel daha aydın şəkildə təqdim etdiyi bir tərifdə siyasətin "qüdrət 

və  nüfuzun  istifadə  edilmə  köklərinin  araşdırılması  və  öyrənilməsi  (tanınması) 

olması" etiqadına malikdir. Bu tərifdə "qüdrət" sözün ümumi mənasında nəzərdə 

tutulmuşdur. Belə ki, o, "qüdrət"in izahı ilə bağlı belə yazır: "Kim başqa birisini 

hansa  bir  işi  yerinə  yetirməyə  və  ya  onu  yerinə  yetirməkdən  çəkindirməyə 

məcbur edərsə, o, qüdrətdən istifadə etmişdir."19 

Maks Veber siyasəti qüdrətdə şərik olmaq və dövlətlər və yaxud bir dövlətdəki 

qruplar arasında olmasından asılı olmayaraq, qüdrəti xüsusiləşirmək üçün nüfuz 

etməyə  çalışmaq  hesab  edir.20  Yuxarıdakı  bütün  təriflərdə  siyasət  "qüdrət" 

mənasında  bildirilməsinə  baxmayaraq,  onların  (təriflərin)  hər  biri  bir-biri  ilə 

fərqlər malik olan qüdrətin müəyyən bir səviyyəsini nəzərə çarpdırır.  

Rassel  insanın  istəklərinin  həyata  keçməsi  üçün  qüdrətdən  –  istər  insanlar, 

istər digər varlıqlar və istərsə də, təbiətlə bağlı olsun – istifadə etməsini siyasət 

kimi qələmə verir.  

                                                      

18 Müraciət edin: Bertrand Rassel, "Qüdrət", səh. 217. Tərcümə: Nəcəf Dəryabəndəri. 

19 Əbülhəmd, "Məbaniye siyasət", səh. 27. 

20 Əli Əkbər Əmini, "Məcəlleye ittilaate seyasi eqtesadi", 11-ci say, səh. 29. 




 

Covnel  qüdrətin  istifadə  edilməsi  dairəsini  insan  münasibətləri  ilə  və  Maks 



Veber  isə  onu  dövlətlərin  daxili  və  xarici  münasibətləri  ilə  məhdudlaşdırır  və 

yalnız  dövlətlə  münasibətdə  –  istər  dövlətlərin  bir-biri  ilə,  istərsə  də,  bir  dövlət 

daxilindəki qrupların bir-biri ilə rabitəsində – qüdrətin istifadə olunmasını siyasət 

hesab edir.  

Ümumilikdə  siyasətlə  bağlı  qeyd  edilən  ifadələr  yalnız  bu  məfhumu  əhatə 

edən məsələlərin yalnız bir qismini bəyan və təfsir edə bilər. Amma yönləndirmə 

və istiqamətlə bağlı əsas bir qismi isə nəzərdən qaçırılmış olur.  

3.  Üçüncü  qrupdan  olan  təriflər  siyasəti  elm  və  məlumatla  bağlı  bir  məfhum 

hesab  edir.  Mak  Aver  "Camee  və  hokumət  "  (Cəmiyyət  və  hökumət)  adlı 

kitabında  simvolik  şəkildə  belə  yazır:  "Siyasət  bizə  kimin  apardığını,  nəyi 

apardığını,  hara  apardığını,  necə  və  nə  üçün  apardığını  öyrədən  bir  elmdir."21 

Tehran  universitetinin  politologiya  elmləri  müəllimi  Əbdülhəmid  Əbülhəmd 

yazır:  "Siyasət  qüdrət  münasibətlərinin  bütün  formalarını  müxtəlif  zaman  və 

məkanlarda  araşdıran  və  bu  qüdrətin  istiqamət  və    istifadə  edilməsinin 

keyfiyyətini nəzərə çarpdıran bir elmdir."22  

Əli  Şəriəti  fərqli  ifadələrlə  "siyasəti  insanın  mühit,  cəmiyyət  və  özünün 

müştərək  tale  və  həyatı  və  onda  yaşadığı,  həmçinin,  asılı  olduğu  cəmiyyətə 

nisbətdəki agahlığından ibarət olduğunu" hesab edir.23 

Müsəlman  və  məşhur  iranlı  filosof  Əbu  Əli  Sina  deyir:  "Siyasət  əməli 

hikmətin  qisimlərindən  biridir  və  o,  hansısa  bir  şəhər  və  ölkədə  qarşılıqlı 

yardımlaşma, növün davamiyyəti və fərdlərin yaşayışının rifahı prinsipinə əsasən 

toplanmış  olan  (yaşayan)  camaatın  məsləhəti  ilə  bağlı  elmdir  və  o,  iki  qismdir. 

Birincisi,  mülkiyyət  və  hakimiyyətə  aiddir  ki,  onu  "siyasət  (politologiya)"  elmi 

adlandırırlar  və  ikincisi,  asimani  şəriət,  ilahi  hökmlər,  peyğəmbər  və  ilahi 

övliyaların göstərişləri ilə bağlı olan şeylərdir ki, onu nəvamis (mənəviyyət) elmi 

adlandırırlar."24  

Bütün bu təriflərin hamısının yalnız siyasətin elmi xüsusiyətini bəyan etməsindən 

əlavə, Mak Aver mənfəəti siyasətin əsası hesab edir. Halbuki, xidmət göstərmək, 

fədakarlıq və yol göstərmək də siyasətin digər inkarolunmaz xüsusiyyətləridir.  

Əbülhəmdin  tərifi  də  siyasətin  düzgün  tərifinin  bir  çox  üstünlüklərinə  malik 

olması  ilə  yanaşı,  bir  növ  insani  (humanist)  və  qeyri-insani  (qeyri-humanist) 

münasibətlərin  ona  (tərifə)  əlavə  edilməsindən  də  yararlanır.  Həmçinin,  Əli 

Şəriətinin  irəli  sürdüyü  tərifdə  o,  siyasəti  bütün  ictimai  elmlər  hövzəsinə  aid 

                                                      

21 Mak Aver, "Camee və hokumət", səh. 29. Tərcümə: İbrahim Əli Kəni. 

22 Əbülhəmd, "Məbaniye siyasət", səh. 29. 

23  Əli  Şəriəti,  Tarixe  ədyan,  səh.  11,  "Əncuməne  İslamiye  daneşcuyane  daneşqahe  sənəti" 

nəşriyyatı, hicri-şəmsi 1348-ci il. 

24 Əbu Əli Sina, "Qanun", c.2, səh. 194. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə