Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

13 

 

cəmiyyətlərdən daha təsirli şəkidlə həyata keçirməyə imkan verir. Başqa ifadə ilə 



desək,  qüdrət  bir  cəmiyyətin  ümumi  meyllərin  təsiri  altında  seçilən  hədəflər 

istiqamətində  mənbələri  hərəkətə  gətirmə  qabiliyyətidir.  Həmçinin,  qüdrət  qərar 

qəbul etmə qabiliyyəti və məsuliyyətə səbəb olan qərarların seçilməsidir.40 

Yuxarıdakı tərifdə diqqət yetirildiyi kimi, bəzən siyasi sistemin mövqeyi ölkə, 

bəzən  dövlət  və  hətta  hökumət,  yəni  inhisarçı  olaraq  qüdrət  və  informasiyadan 

istifadə  qabiliyyət  və  haqqına  malik  olan  icra  aparatı  mənasında  və  həmçinin, 

hədəfə  nail  olmaq  üçün  qabiliyyət  və  qüdrət  mənalarında  tərif  edilmişdir.  Eyni 

zamanda, onu "siyasi rejim" mənasında da istifadə etmişlər. 

o

 

Siyasi sistemlə eyni qrupdan (kökdən) olan terminlər 



Siyasi  sistem  siyasi  ədəbiyyatda  oxşar  söz  və  məfhumlarla  məna 

olunduğundan, danışıq və yazılarda siyasi sistemin yerinə istifadə edilən bir neçə 

termin araşdırma mərkəzində dayanır ki, bu terminlərdən bəzilərinin digərlərinin 

yerinə  işllədilməsini  müşahidə  edək  və  nəticədə  bizim  daha  aydın  şəkildə  onları 

bir-birindən  ayıra  və  siyasi  sistemi  aşkara  çıxara  bilməyimiz  üçün  zəminə 

yaransın və sonda bu məfhumları məntiqli şəkildə bölgülərə ayıra bilək. 

Nəzərinizə çatdıracağımız terminlər aşağıdakılardan ibarətdir: 

Dövlət, hökumət və ölkə. 

 

1. Dövlət 



Dövlət41bir  mənada  müəyyən  və  təyin  edilmiş  bir  siyasi  sistemdir.  Yəni, 

hansısa bir siyasi sistem bir ölkə qəlibində xarici aləmdə həyata keçdiyi, hansısa 

bir  cəmiyyətin  mədəniyyəti,  qabiliyyəti  və  siyasi  iradəsi  ilə  mütənasib  olaraq 

möhkəmlənib  formalaşdığı  və  insan  cəmiyyəti  siyasi  sərhədlər  hüdudunda 

müəyyənləşdirmə və razılaşma yolu ilə inkişaf və səadətin müştərək tərifini əldə 

etdiyi zaman, müştərək mənfəət və taleyə malik olur, müştərək dost və düşmənlər 

qazanır və  öz  mənfəətlərini  mühafizə  etmək  üçün həmfikir, həmkar və  müttəfiq 

olur,  vahid  bir  əl  və  mərkəzləşdirilmiş  qüdrətə  çevrilir.  İşlərin  idarə  edilməsi  və 

nəzərdə  tutulan  məsələləri  tənzimləmək  üçün  vahid  bir  təşkilatı  formalaşdırır  və 

öz  taleyi  ilə  bağlı  müstəqil  və  inhisarçı  hakimiyyət  haqqını  özü  üçün  qoruyub 

saxlayır.  Digər dövlətlər  üçün də  bu haqqı  rəsmi  şəkildə tanıdığı kimi,  nəticədə 

başqa dövlətlərin siyasi talelərinə müdaxilə etməklə bağlı  məhdudiyyətə inanır.  

Beləliklə,  bu  tərifə  diqqət  yetirməklə  dövlətin  əsil  ünsür  və  amilləri 

aşağıdakılardan ibarətdir: 



1. Cəmiyyət. Yeni dövlətlərdə, xüsusən də, on doqquzuncu  əsrin sonlarından 

indiyə qədər millət qəlibində tərif olunur və beləliklə, siyasi cəmiyyət şöbələri və 

millət  ünsürü  bir-birindən  ayrılmış  və  fərqləndirilmişdir.  İslamda  bəşər 

cəmiyyətinə  yanaşma  daha  çox  etiqadi  və  məktəb  yönlüdür  və  fiziki,  irqi, 

                                                      

40 Əhməd Pişavər, "Cameeşenasiye seyasi (Siyasi sosiologiya) ", səh. 41. 

41 Onun latın dilindəki qarşılığı "state"dir. 



14 

 

qəbiləvi və dil xüsusiyyətlər daha az diqqət mərkəzində dayanır. Nəticədə, İslam 



ümməti  hətta  dövlətlər  və  siyasi  bölmələrdən  daha  geniş  mənada  müsəlman 

icmasının tərifində xüsusi mövqeyə malikdir.  



2.  Ölkə  (ərazi).  Yuxarıdakı  tərifdə  ölkənin  kənarında  yer  almasının  səbəbi 

ölkənin ən əsas xüsusiyyətinin onun coğrafi ünsürlərində gizlənməsi məsələsidir. 

Həmin  səbəbdən,  onu  siyasi  sistemin  həyata  keçdiyi  yer  seçirlər.  Beləliklə, 

razılaşma əsasında olan coğrafi sərhədlər müəyyənləşdirilmiş siyasi sistemləri və 

ya dövlətləri bir-birindən ayıran hesab olunur.  

3.  Hökumət.  Ondakı  məqsəd  dövlət  daxilindəki  icraedici  orqanlardır 

(təşkilatlardır) və fərdlərin məcmusuna, məqam və cəmiyyətin işlərini tənzim və 

idarə edən orqanlara şamildir.  

4.  Hakimiyyət.  Yəni,  ölkə  hüdudları  çərçivəsində  mütləq  şəkildə  olan  və 

məhudlaşdırılmayan  və  azadlıq kimi  xatırlanılan  toplu  (ümumi)  iradənin istifadə 

olunması  haqqıdır.  Sonuncu  yüzillikdə  beynəlxalq  sistem  şəklində  formalaşmış 

dövlətlər  bu  təşkilatın  bəzi  hüquqlarını  özləri  üçün  ləğv  etmiş  və  onu  dövlətdən 

daha  əhatəli  olan  təşkilatların,  terminlə  desək,  "Birləşmiş  Millətlər  Təşkilatı" 

(BMT),  "Təhlükəsizlik  Şurası"  və  digər  beynəlxalq  və  regional  təşkilatlar  kimi 

beynəlxalq təşkilatların ixtiyarına vermişlər.  

Başqa  bir  tərifdə  yalnız  icraedici  qüvvəni  "dövlət"  adlandırmaq  olar  və  bu 

tərifə  uyğun  olaraq  hökumət  dövlətlə  müqayisədə  aidiyyatı  olan  mövqedə  yer 

tutur  və  dövlət  hökumətin  bəzi  vəzifələrini  öhdəsinə  götürür.  Belə  ki,  əgər 

hökumət  ölkə  işlərinin  tənzimlənmə  və  idarəetmə  amilidirsə,  dövlət  birbaşa 

tənzimedicidir  və  hökumətlə  yanaşı  bu  tənzimləmənin  icraedici  funksiyasını 

öhdəsinə  alır.  Misal  olaraq,  İran  İslam  Respublikasının  konstitusiyasından  belə 

bir  nəticə  çıxarmaq  olar  ki,  o,  hökuməti  dövlətə  nisbətdə  daha  məhdud  hesab 

etmiş və elə ilkin prinsip olaraq aşkarcasına belə bəyan etmişdir: "İran hökuməti 

İran  millətinin  haqqın,  ədalət  və  Quranın  hakimiyyəti  ilə  bağlı  qədim 

zamanlardakı  etiqadına  əsasən,  İslam  inqilabının  ardınca...  ona  müsbət  rəy 

verdiyi islami respublikadır."  



Əgər bu mətləb "İslam respublikası imana prinsipinə əsaslanan bir 

sistemdir." deyə bildirən ikinci maddə ilə müqayisə olunarsa, belə bir nəticə 

hasil olacq ki, İran hökuməti islami formaya malik olan sistemdir və bu 

mətləb dövlətin birinci tərifinə zəmanət verir.  

Üçüncü  prinsipdə  islami  respublikanın  dövləti  üçün  sadalanan  vəzifələrdən 

dövlətin  bu  bəyana  əsasən,  ölkənin  rəsmi  təşkilat  və  məqamlarına  (vəzifələrinə) 

şamil olduğunu  hesab etmək  olar ki, bu da hökumətin tərifinə tətbiq edilir.42 

Geniş  yayılmış  siyasi  ədəbiyyatda  dövlətlə  bağlı  pərakəndə  və  fərqli  təriflər 

təqdim olunur. Onların aşağıdakı bəzi nümunələrinə işarə etmək olar: 

                                                      

42 Hökumətin tərifi bəhsin davamında qeyd edilmişdir. 




15 

 

Alen Beyronun onun üçün dörd mənanı qeyd etdiyi "ictimai elmlər lüğəti": 



1. Hökumət və siyasi sistem forması. Məsələn: Səltənət (padşahlıq) dövləti və 

respublika. 

2. Bir millətin hökumət və idarəetmə təşkilatı. 

3. Siyasi heyət ünvanında tanınan vətəndaşlar toplusu. 

4. Vahid bir siyasi hakimiyyətə tabe olan geniş bir ölkə. 

Alen Beyro zehndə yaranan dövlətin məchul simasını daha da şəffaflaşdırmaq 

üçün  əlavə  edir  ki,  dövlət  həqiqətdə  yalnız  qanunu,  konstitusiya  çərçivəsində 

hökuməti  qorumaq,  hamının  tərəqqisi  və  səadəni  (rifahını)  yüksəltmək,  ümumi 

nəzmi təmin və ümumi məsələləri idarə etməyin onun xüsusi vəzifəsindən ibarət 

olduğu  siyasi  formadır  (quruluşdur).  Dövlət  bir  fərd  və  ya  bir  qrupdan  ibarət 

olmayan ümumi mənafelərin təminində xüsusi ixtisasa malik olan bir hissə deyil, 

əksinə  hansısa  bir  tənzimləyici  aparatı  formalaşdırmaq  və  istiqamətləndirmək 

üçün  cəmiyyətin  başında  yer  tutan  və  möhkəmlənməyi  qəbul  edən  təşkilatların 

məcmusudur.43 

İki  amerika  və  ingiltərəli  yazıçının  müştərək  işi  olan  digər  "ictimai  elmlər 

lüğəti"ndə  onlar  "dövlət"  məfhumunu  açıqlamaqla  müxtəlif  mənalar  təqdim 

edirlər.  O  cümlədən,  belə  yazırlar:  "  "Dövlət"  termini  müəyyən  bir  məntəqədə 

yaşayan  və  onların  arasından  seçilmiş  olan  çox  az  saydakı  fərdlərin  həmin 

qrupdan olan əhalinin fəaliyyətlərini real  və ya qrupa məxsus təxmini mənafelər 

və  zor  tətbiq  etməkdən  yardım  almaqla  kontrol  etmək  intizarında  olan  bir  əhali 

qrupuna işarə edir. Həmçinin, dövlət bir ölkədə yaşayan qrupun hakimiyyətindən 

ibarətdir.  Bu  tərifdə  "əhali",  "ölkə",  "hökumət"  və  "müstəqillik"dən  ibarət  olan 

dörd  amil  digər  siyasi  təşkilatlardan  dövləti  ayırıb  fərqləndirmək  üçün 

seçilmişdir.  Bu  amillər  dövləti  asılı  istismarçılıq,  katolik  kilsəsi,  Birləşmiş 

Millətlər  Təşkilatı  və  arılar  cəmiyyətindən  fərqləndirmək  üçün  yetərlidir." 

Sosiologiyanın bəyanı ilə desək, dövlət siyasi tərkibə (mürəkkəbliyə) malik olan 

millətin iradəsini ümumi mənafe əsasında formalaşdıran bir təşkilatdır.  

 

Bu tərif belə bir düşüncəni formalaşdırır: 

Birincisi, dövlətin zor tətbiq etmə qüdrəti bir növ millətin iradəsi ilə bağlıdır. 

İkincisi, millətin bir qayda olaraq müştərək mənafe və hədəfləri vardır. Kuleb və 

Vilsonun  nəzərində  dövlətlə  cəmiyyəti  fərqləndirməklə  bağlı  onların  belə 

söylədiyini  qeyd  etmək  olar:  "Dövlət  cəmiyyətin  hamısı  deyil,  onun  bir 

hissəsidir."  

Bəziləri  dövləti  hökumətdən  ayırırlar.  Məsələn:  Balard  "hökumətin  dövlətin 

onun  vasitəsi  ilə  əməl  etməsinə  etiqadlıdır."  Vilson  "hökuməti  qanuni  olaraq 

əllərində qüdrət olan bir qrup, amma  dövləti həmin qrupun fəaliyyətini təyin və 

                                                      

43 Alen Beyron, "Fərhənge ulume ictimai", səh. 404. Tərcümə: Doktor Baqir Saruxani. 




16 

 

tənzim  edən  bir  tərkib"  hesab  edir.  Nəticədə,  dövlətin  hüquqi  məfhumunu 



Hakelsonun dililə belə bəyan edir: "Dövlət qanuni bir sistemdir."44 

 



2. Hökumət45 

Bir dövlət öz hədəflərinə düzgün şəkildə təşkil olunduğu və əməl etmək üçün 

münasib  bir  nümunəni  seçdiyi  zaman  öz  hədəflərinə  nail  ola  bilər.  Rəftari 

nümunənin  (meyarın)  həyata  keçməsi  məsuliyyətini  öz  üzərinə  götürən  və 

cəmiyyətin  himayə  və  itaət  etmək  funksiyasını  xatırladılan  təşkilatla  təmin  edən 

bu təşkilat və məmurlar hökumət adlanır. Hər hansı bir cəmiyyətdə mövcud olan, 

davamlı  olmaq  istəyən  və  həmin  cəmiyyətin  üzvlərinin  bağlılıq  amili  olan 

müştərək  hədəflərə  nail  olmaq  istəyən  bir  dövlət  inkaredilməz  bir  zərurətdir. 

Hətta,  icbari  dövlətin  süqutunu  istəyən  anarxiya  məktəbinin  ardıcılları  bir  növ 

hakimiyyəti  qəbul  edir  və  camaatın  özünün  ikrah  və  məcburiyyət  olmadan  onu 

formalaşdırmasını  tələb  edirlər.  Beynəlxalq  miqyasda  kommunist  cəmiyyətinin 

bərqərar  edilməsindən  sonra  dövlətin  istehlakçı  xüsusiyyətə  malik  olacağı 

etiqadına  malik  olan  kommunistlər  belə,  həmin  cəmiyyətdə  bir  növ  iqtidarın 

varlığını inkar etmirlər.46 

Beləliklə,  hökumət  bunlardan  ibarətdir:  Fərdlərin  məcmusu,  məqamlar  (rütbə 

və  vəzifələr),  ölkəni  idarə  etməkdə  rol  oynayan  orqanlar.  Bu  tərifdə  məqam  və 

orqanlar qərar qəbul edən və icraçı olan amil və təşkilatlara, həmçin, icra aparatı 

məcmusundan  kənar  olaraq  fəaliyyət  göstərən  fərd  və  təşkilatlar  şamildir,  lakin 

onların fəaliyyətinin mövzusu ölkə məsələlərinin idarə edilməsidir.  

 

İran İslam Respublikasında ölkə məsələlərinin idarəetmə təşkilat və ya 



hökumət üzvləri aşağıdakılardan ibarətdir: 

Sistemə  (quruluşa),  üçlük  təşkil  edən  icra  aparatı,  qanunverici  aparat  və 

məhkəmə  aparatına  və  onlardan  asılı  və  ya  tabe  olan  məclis  və  sair  kimi 

təşkilatlara,  eyni  zamanda,  cəmiyyətin  qoşun  və  ordu  və  sair  kimi  təhlükəsizlik 

quruluşuna rəhbərlik. 

Siyasi mütəfəkkirlərin nəzərində hökumət başqa mənalarda da istifadə olunur. 

O  cümlədən,    "Nəzəriyyehaye  dovlət"  adlı  kitabda  hökumətin  müxtəlif  mənaları 

üç mərhələdə bəyan edilmişdir: 

1.  Bir  fərd  və  ya  fərdlərin  müəyyən  bir  zamanda  cəmiyyətə  hökmranlığı 

öhdəsinə  götürməsinə  hökumət  deyilir.  Həqiqətdə  bu  məna  cəmiyyətdə  qanunu 

təyin edən və onu bəyan edən kəslərə şamil olur.  

2.  Hökumət  qanunverici  qüvvə  müqabilindəki  icraedici  qüvvəni  ifadə  edən 

günümüzdəki  hökumət  mənasını  ifadə  edir.  Bu  mənada  birinci  mənadan  fərqli 

                                                      

44 Quled Culyus və Kuleb, Vilyam.L, "Fərhənge ulume ectemai." 

45 Onun latınca qarşılığı "Government"dir. 

46 Müraciət edin: "Bonyadhaye elme seyasət", səh. 143. 



17 

 

olaraq  şəxslər  mövzunun  əsasını  təşkil  etmir,  əksinə  icraedici  orqanlar  qanunun 



icra edilməsinə zamin durmaq və onun təmin olunması ilə məsuldurlar.  

3. Hökumət qanunu təyin və icra edən siyasətçilər qrupuna şamildir. Bu mənada 

hökumətin  məcmusu  məhdudlaşaraq  yalnız  nümayəndələr  və  ya  partiyalar 

daxilindəki  kabinetin  üzvləri,  yaxud  kabinetin  əsas  özəyini,  yaxud  da,  ehtimalən 

təkcə baş nazir və ya prezident şamil olmaqla kiçik bir qismi əhatə edir.47  

 



3. Ölkə 

Ölkə  ərazi,  cəmiyyət  və  hakimiyyət  meyarları  daxilində  siyasi  sistemin 

formalaşdığı  yerdir.  Yəni,  coğrafi  sərhədlər,  hakimiyyətin  hüdudları  və 

müstəqilliyi müəyyən edən ərazidən əlavə, cəmiyyət sərhədi və ya başqa bir ifadə 

ilə  desək,  bu  sərhədin  bariz  tabeçiliyində  olan  milliyyət,  qövm  və  ümmət  kimi 

məsələlərə  şamil  olur.  Bu  xüsusiyyətlər  bir  ölkəni  digərindən  fərqləndirib 

müəyyən  edən  xüsusiyyətlərdir.  Günümüzdə  siyasi  ürfdə  ölkə  fiziki  bir  vahid 

ünvanında  onda  qüdrətin  silsiləvi  mərhələlərini  müşahidə  etməyin  mümkün 

olduğu ən əsas siyasi mərkəzdir. Ölkə müxtəlif təşkilatları əhatə edir və bir qayda 

olaraq, beynəlxalq cəmiyyətdə siyasi bir vahid kimi tanınır və ölkənin var olması 

ilə  siyasi  bir  cəmiyyətin  daxili  və  xarici  məsələlərin  idarə  edilməsinin  təşkili  və 

hökumətə  malik  olan  rabitələrin  bərqərar  edilmə  qaydası  və  siyasi  sistem  növü 

məna və məfhum kəsb etmiş olur. 

Keçmişdə  bütün  bu  məfhumların  yerinə  "dövlət"  kəlməsi  istifadə  olunurdu. 

Belə olduğu halda, dövlətdə məqsəd icraedici orqan və nazirliklər deyildi, əksinə 

beynəlxalq  arenada  siyasi  bir  vahidi  ifadə  edirdi.  Lakin  dövlət  tərəfindən 

yuxarıda  xatırladılan  müxtəlif  məfhumlar  səbəbi  ilə  "ölkə"  sözündən  istifadə 

edilirdi.  Amma  bu  sözlərin  bəzisini  nəzərdə  tutulan  məfhumları  çatdırmaqda 

yetərsiz hesab edir və nəticədə, "dövlət-ölkə" ifadəsindən istifadə edirlər.  

Ölkə  məfhumunun  real  şəkildə  gerçəkləşməsi  üçün  bəzi  ünsürlərə  ehtiyac 

vardır və yalnız həmin ünsür və amillər bir yerə toplandığı (birləşdiyi) halda ölkə 

tanınavə müəyyən oluna bilir. Bu amillər aşağıdakılardan ibarətdir:  

Cəmiyyət, ərazi və hökumət.48 

Bir ölkəni təşkil edən ilkin əsas amil daimi olan bir cəmiyyətdir. Ona görə ki, 

heç  bir  məkanı  cəmiyyətsiz  olduğu  halda,  ölkə  adlandırmaq  olmaz.  Əlbəttə, 

müəyyən bir zamanda hansısa bir ölkədə yaşayan bütün fərdləri də həmin ölkənin 

cəmiyyəti  hesab  etmək  olmaz.  Əksinə,  yalnız  həmin  ölkənin  tabeçiliyində  olan 

kəsləri  o  ölkənin  cəmiyyətindən  saymaq  olar.  Beləliklə,  müxtəlif  ünvanlarla, 

məsələn,  təhsil,  ticarət,  istehsal,  müalicə,  ziyarət,  səyahət,  sığınacaq  və  bunun 

kimi  adlarla  hansısa  bir  ölkədə  olan  kəslər  üzunmüddətli  və  ya  daimi 

                                                      

47  Müraciət  edin:  Andryu  Vinsent,  "Nəzəriyyehaye  dovlət",  səh.  55-56.  Tərcümə:  Hüseyn 

Bəşiriyye. 

48 Mədəni, "Məbani və kulliyyate ulume seyasi", səh. 289. 




18 

 

məskunlaşmağa malik olmalarına baxmayaraq, həmin ölkənin vətəndaşlığını əldə 



etməyənə qədər yadelli (xarici) hesab olunurlar.  

Bəzən  ölkənin  cəmiyyətinə  "millət"  ünvanı  da  şamil  olur  və  bu,  ölkəni  təşkil 

edən  əksəriyyətlə  müəyyən  bir  qrup  arasında  həmahəngliyin  meydana  çıxdığı, 

istək  və  arzuların  bir-birinə  qarışdığı,  adət-ənənə,  metod  və  dil  müştərəkliyi 

onları  bir-birnə  bağladığı  və  onların  ölkənin  hər  yerinə  yayıldığı  (hər  yerdə 

məskunlaşdığı)  zaman  baş  verir.  Əlbəttə,  bəzən  bir  millət  hansısa  bir  ölkənin 

ərazil hüdudları ilə xülasələnmir, əksinə bir neçə ölkə vahid bir milləti təşkil edə 

bilər.  Məsələn,  vahid  bir  millət  olan  ərəblər  çoxlu  saydakı  ölkələrdə  pərakəndə 

olmuşlar.  İslamda  milli  bağlılıq  yaradan  ünsür  "din"dir  və  ondan  formalaşan 

məcmu "ümmət" adlanır.  

Bir  ölkənin  möhkəmlənməsi  üçün  ikinci  amil  ərazilərin  olmasıdır  və  ona 

yerin,  dəniz  və  havanın  müəyyən  bir  hissəsi  şamildir  ki,  həmin  hüdudlarda 

ölkənin hakimiyyəti həyata keçir. Heç bir ölkəni ərazisiz təsəvvür etmək mümkün 

deyil.    Belə  ki,  əgər  hansısa  bir  ölkənin  cəmiyyəti  hansısa  bir  dəlilə  əsasən,  o 

ölkəni  tərk  eləsə  və  pərakəndə  olaraq  bir  məntəqədə  yaşasa,  ərazi  ünsürünün 

aradan qalxması səbəbi ilə onlar ölkə təşkil edə bilməz.  

Ölkəni  meydana  çıxaran  üçüncü  ünsür  ali  qüdrət  və  ya  hakimiyyətdir.  Ali 

qüdrət bir ölkənin əraziləri hüdudlarında ən üstün hesab olunan qüdrətdir və o, öz 

qüdrətini başqa bir məqam və cəmiyyətlərin heç birindən kəsb etməmiş və digər 

bir  qüdrətin  nəzarəti,  himayəsi  və  əmri  altında  olmamışdır.  Ölkə  hakimiyyətdən 

istifadə edə bilməsi üçün iqtisadi qüdrət, hüquqi imkanlar, maddi məsələlər, hərbi 

qüvvələr və döyüş təchizatı kimi müxtəlif vasitələrdən istifadə edir.49 

 

Xülasə və nəticə  



Siyasi  sistemlə  bağlı  bəhsdə  onlar  üçün  münasib  tərifin  irəli  sürülməsinə 

zərurət duyulan ən mühüm məfhumlar aşağıdakılardan ibarətdir: 

Siyasət,  siyasət  elmi  (politologiya),  siyasət  elminin  digər  elmlərlə  rabitəsi, 

siyasi  sistem  və  onun  bəzən  "siyasi  sistem"in  yerinə  istifadə  edilən  dövlət, 

hökumət və ölkə kimi terminlərlə rabitəsi.  

Terminlər  adətən,  eyni  sözlərlə  istifadə  edilməsinə  baxmayaraq,  onlar 



məfhum  baxımından  müxtəlif  mənalardan  yararlanırlar  və  bunun  səbəbini 

dünya  görüşü  və  düşüncə  sisteminin  fərqliliyində  axtarmaq  lazımdır.  İslam 

münəzzəm bir düşüncə (ideologiya) sistemi ilə öz ardıcılları üçün siyasi sistem və 

onun  məfhumi  stukturları  barəsində  digər  məktəblərdən  fərqli  olan  təhlillər 

təqdim  edir.  Beləliklə,  İslamla  uyğun  olan  siyasətə  tərif  vermək  istədiyimiz 

zaman,  yaxşı  olar  ki,  bir  sıra  cəhətləri  nəzərə  alaq.  O  cümlədən:  Hədəfə  malik 

                                                      

49  Ölkə  barəsində  daha  geniş  məlumat  əldə  etmək  üçün  müraciət  edin:  Mədəni,  "Məbani  və 

kulliyyate ulume seyasi", səh. 287-324.  




19 

 

olmaq  və  axirətyönlülük,  vilayət  və  rəhbərlik,  əhatəlilik,  insan  və  cəmiyyətin 



təkamül  hərəkəti,  iradə  və  ixtiyar,  həqiqətlərə  diqqət  yetirmək  və  təşviq  və 

tənbehin  tərbiyəvi  rolu.  Bu  xüsusiyyətlərlə  mövzunun  əhatə  dairəsinin  genişliyi 

ilə bağlı ümumi və xüsusi olmaqla iki növ tərif əldə edə bilirik.  

Siyasət  məfhumunun  bəyanı  (izahı)  tamamilə  siyasətlə  bağlı  verilən  tərifə 

əsaslanır  və  siyasət  elmi  insan  maarifi  və  insan  biliyi  ilə  rabitə  mənzuməsində 

formalaşdığı  üçün,  məcburən  rabitə  növü  və  onun  digər  elmlərə  fayda  vermək, 

yaxud  onlardan  faydalanmaq  mizanını  müəyyən  etmək  zəruridir.  Biz  burada 

xatırladılan  elmlərlə  siyasətə  məxsus  olan  rabitənin  ardınca  deyilik  və  eyni 

zamanda,  digər  elmlərin  siyasətlə  əsla  bağlılığının  olmadığını  da  söyləmirik, 

əksinə  xatırladılan  elmlərin  daha  çox  və  daha  aşkar  şəkildə  siyasətlə  rabitəyə 

malik  olduğunu  vurğulayırıq.  Həmçinin,  siyasətin  riyaziyyat,  ekologiya, 

ədəbiyyat,  incəsənət  və  sairə  kimi  elmlərlə  rabitəsini  asanlıqla  inkar  etməyin 

mümkün olmadığını bildiririk.  

Bu  minvalla,  siyasi  sistemin  tərifində  siyasətin  tərifindən,  məsələlərin 

tənzimlənmə  keyfiyyəti  və  idarəetmə  üslubu,  siyasət  mövzusunun  üçlük  təşkil 

edən  rabitə,  iqtisadi  və  mədəni  məfhumundan  faydalanma  xüsusi  diqqət 

mərkəzində  dayanır  və  təkamül  ünsürü  və  onun  varlığına  şamil  olan  iradə 

aşkarcasına nəzərə çarpır.  

Bəhsimizin sonunda digərlərinin siyasi sistem və onu dövlət, hökumət və ölkə 

kimi  məfhumlarla  eyni  hesab  etməsi  ilə  bağlı  irəli  sürdüyü  təriflərlə  təqdim 

etdiyimiz  tərifləri  müqayisə  etmək  və  fərqləndirmək  məqsədi  ilə  bu  üç  terminin 

bəyan  edilməsi  nəzərdə  tutulmuş  və  bu  araşdırmanın  kənarında  siyasi  sistem 

çərçivəsində onların hər birinin məfhumi yeri müəyyən edilmişdir.  

 

Mənbələr: 

1-

 

Əbülhəmd Əbdülhəmid, "Məbaniye siyasət" 



2-

 

 Alim Əbdürrəhman, "Tarixe fəlsəfeye siyasiye ğərb", c.1, səh. 98. 



3-

 

Əli Babayi. Qulamrza və Ağayi, "Fərhənge ulume siyasi", Bəhmən 



4-

 

 Andryu Vinsent, "Nəzəriyyehaye dovlət", səh. 55-56. Tərcümə: Hüseyn Bəşiriyye 



5-

 

Mədəni, "Məbani və kulliyyate ulume seyasi", səh. 289. 



6-

 

 Ölkə  barəsində  daha  geniş  məlumat  əldə  etmək  üçün  müraciət  edin: 



Mədəni, "Məbani və kulliyyate ulume seyasi" 

7-

 



Əbu  Nəsr  Məhəmməd  Farabi,  "İhsaul-ulum",  səh.  108.  Tərcümə:  Hüseyn 

Xodyucəm. 

8-

 

Əbu  Hamid  Qəzzali,  "İhyau  ulumid-din",  c.1,  səh.  55.  Tərcümə: 



Müəyyiddin Məhəmməd Xarəzmi.  

9-

 



Seyid  Əbdürrəhman  Kəvakibi,  "Təbiəte  istibdad",  c.1,  səh.  27.  Tərcümə: 

Əbdülhüseyn Mirzə Qacar. Tənqid və düzəlişlər: Məhəmmədcavad Sahibi. 



10-

 

"Fərhənge farsiye Muin və luğətnameye Dehxuda" 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə