Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

 

"İctimai  təkamülü  həyata  keçirən  hədəflərə  nail  olmaq  üçün  rabitələrlə  bağlı 



olan  məsələlər  məcmusunun  nəzəri  və  praktiki  baxımdan  idarə  və  himayə 

edilməsi."  

Siyasətin  bu  tərifi  onun  ümumi  mənasının  əsas  strukruru  ünvanındakı  tərifin 

kənarında  mədəniyyət  və  iqtisadiyyat  adlı  iki  böyük  strukturla  yanaşı  işləndiyi 

zaman  istifadə  olunur.  Bu  minvalla,  xüsusi  məfhuma  malik  siyasət  daha  çox 

rabitə  rolunu  oynayan  və  digər  məsələlərlə  əlaqə  və  bağlılıq  zəminəsi  yaradan 

məsələlərə  şamil  olur  və  "siyasi  nəzəriyyələr",  "qanun  və  müqərrəratlar", 

"təşkilatlar", "qurumlar" və "metodlar" qəlibində özünü göstərir.  

Siyasətə  bu  cür  tərif  verməklə  hər  bir  cəmiyyətdə  onları  islah  etmək  prosesi, 

inkişaf  və  tərəqqisinin  "iqtisadi  fəaliyyətlər"  adlanması  imkanı  vardır.  Dərk 

olunan  məsələlər,  məfhumlar,  təmayül  və  bağlılıqlar  vardır  ki,  onların  islah 

edilməsi, inkişaf və tərəqqi cərəyanı ümumilikdə "mədəniyyət" adlanır. Nəticədə, 

elə rabitə və nisbətlər mövcuddur ki, imkanların məfhumlar, təmayüllər və onlar 

arasında  həmahəngliyin  (mütənasibliyin)  bərqərar  edilməsi  ilə  tərkib  yaratma 

amili  müəyyən  cəhətdən  bir  istiqamətdədir  və  onların  islah  və  genişləndirilmə 

cərəyanı "siyasət" adlanır.  

Ümumi və xüsusi olmasından asılı olmayaraq, siyasətin tərifinə əsasən hər bir 

cəmiyyət və siyasi sistem mədəni qabiliyyət və qüdrətə, insani (mədəni və zehni) 

və  fiziki  qüdrtə  (imkanlara)  malikdir.  Cəmiyyətin  rabitələrinin  mütənasiblik 

qabiliyyəti  bunların  hər  üçünün  birləşməsinin  nəticəsindən  asılıdır.  Beləliklə, 

siyasətdən  mütləq  şəkildə  söhbət  açıldığı  zaman,  misal  üçün,  onun  dinlə 

rabitəsindən  danışıldığında,  daha  çox  onun  ümumi  və  geniş  məfhumu  nəzərdə 

tutulur.  İmam  Xomeyni  dinlə  siyasətin  rabitəsi  barədə  buyurmuşdur: 

"Peyğəmbərlərin  peşəsi  siyasətdir  və  din  insanları  buradan  hərəkətə  gətirərək 

bütün  milət  və  insanların  məsləhətinə  olan  şeylərə  doğru  yönəldən  həmin 

siyasətdir. Peyğəmbər (s) və imamlar (ə) həyatda olduqları zaman din və siyasətin 

məzhəri  (aşkar  olduğu  yer)  idilər  və  yol  göstərmək,  onun  şəriət  və  hökmlərini 

bəyan  etməklə  camaatın  siyasi  və  ictimai  məsələlərinə  diqqət  yetirir  və  onu 

özlərinin dini vəzifəsi hesab edirdilər."11 

Siyasi mütəfəkkirlərin nəzərində siyasətin tərifi 

Yuxarıda  qeyd  edilən  iki  tərifdən  əlavə,  siyasətlə  bağlı  bu  ixtisasın  nəzər 

sahibləri tərəfindən də çoxlu sayda təriflər təqdim edilmişdir ki, onları aşağıdakı 

bir neçə əsas prinsip ətrafında xülasə edə və bölgülərə ayıra bilərik: 



1. Təriflərin bir qrupu siyasəti ictimai məsələlərin hamısına və ya bir qisminə 

rəhbərlik və onu himayə etməyi nəzərdə tutur. O cümlədən, Əflatun (Pluton) onu 

böyük cəmiyyətin, ölkə, millət, dövlətin idarə və bütün vətəndaşlar üçün daha çox 

                                                      

11 "Səhifeye nur", c.13, səh. 218. 



 

xoşbəxtliyin  təmin  edilməsi  hesab  edir.12  O,  belə  deyir:  "Rəhbərin  vəzifəsi 



camaatı  fəzilətlə  yetişdirmək  və  hökumətin  xüsusi  əhəmiyyətli  işi  təlim 

verməkdir."13 

Fransalı Reymon Aron müxtəlif (fərqli) məsələlərlə bağlı qərar qəbul etməyi 

"siyasət" adlandırır.14  

Əbu  Nəsr  Farabi  hökm  vermək  və  tabe  olmaq  rabitəsi  və  yaxşı  hökumətin 

xidmətlərini  "siyasət"  adlandırır.  Onun  nəzərincə,  yaxşı  hökumət  onların 

sayəsində  həqiqi  səadətə  nail  olmağın  mümkün  olduğu  işlərini,  sünnə  və 

idarəçilik  xüsusiyyətlərini  camaat  üzərinə  həyata  keçirən  hökumətdir.15  O,  bu 

hökuməti  "cahiliyyət  hökuməti"  və  ya  "  cahiliyyət  iqtidarı"  adlandırdığı  və 

təxəyyüli səadət icad edən hökumətin müqabilində yerləşdirir. İmam Məhəmməd 

Qəzzali siyasəti terminlə desək, dünya və axirətdə nicata səbəb sayılan "camaata 

doğru yolu göstərmək" kimi tərif edir. 16  

Kəvakibi  siyasəti  "cəmiyyətin  aqilanə  və  hikmətlə  idarə  olunması  metodu" 

hesab edir. 17  

Bu  təriflərdə  siyasətin  əsas  məğzi  işlərin  idarəsi  və  onları  tənzimləməkdən 

ibarətədir.  Əflatunun  (Pluton)  nəzərində  siyasətin  əsas  mühiti  cəmiyyətdir  və 

fərdlər  üçün  cəmiyyət  əhəmiyyət  kəsb  edir  və  fərdlərin  dəyəri  dövlətə  olan 

münasibətləri  ilə  ölçülür,  fərdi  azadlıq  iqtidarın  və  cəmiyyətin  asayişinin  lehinə 

görməzdən  gəlinir.  Xoşbəxtlik  və  cəmiyyətin  siyasi  hədəfinin  fəziləti  təlim 

formasında dövlət tərəfindən tədris edilir və tədris metodu ilə cəmiyyətdə ədalət 

bərqərar olunur. Əflatunun nəzərincə, ədalət cəmiyyətin icad etdiyi bir şeydir və 

onda hər kəs aid olduğu məqama malikdir və təmayül, həmçinin, təlimlərə uyğun 

olaraq ona münasib olan işlər yerinə yetirir.  

Reymon  Aronun  tərifində  siyasətin  qərar  qəbul  etməklə  bağlı  əsas  ünsürü 

cəmiyyətin  işlərinin  həlli  və  onları  bir-birindən  ayırmaqdan  və  çoxlu  saydakı 

məsələlər  üzərində  dövlət  tərəfindən  həyata  keçirilən  siyasətdən  asılıdır.  Siyasi 

məsələlərin fərqliliyi onun əhatə dairəsini genişliyindən və onun üstün səlahiyyət 

və qüdrət dairəsində dövlət kimi dayanmasından xəbər verir. Qərar qəbul etmənin 

nəticəsi  mövzunun  təyin  edilməsində  qərara  alınma  və  iradənin  istifadə 

olunmasından  tutmuş  hədəfin  müəyyənləşməsi,  quruluş  və  hərəkət  (istiqamət) 

xəttinin  tənzimlənməsinə  və  həmçinin,  planlara  şamil  olmaqla  geniş  fəaliyyət 

                                                      

12 Əbülhəmd Əbdülhəmid, "Məbaniye siyasət", səh. 33. 

13 Alim Əbdürrəhman, "Tarixe fəlsəfeye siyasiye ğərb", c.1, səh. 98. 

14 Əli Babayi. Qulamrza və Ağayi, "Fərhənge ulume siyasi", Bəhmən, səh. 394. 

I315 Əbu Nəsr Məhəmməd Farabi, "İhsaul-ulum", səh. 108. Tərcümə: Hüseyn Xodyucəm. 

16  Əbu  Hamid  Qəzzali,  "İhyau  ulumid-din",  c.1,  səh.  55.  Tərcümə:  Müəyyiddin  Məhəmməd 

Xarəzmi.  

17  Seyid  Əbdürrəhman  Kəvakibi,  "Təbiəte  istibdad",  c.1,  səh.  27.  Tərcümə:  Əbdülhüseyn 

Mirzə Qacar. Tənqid və düzəlişlər: Məhəmmədcavad Sahibi.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə