Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

 

metodun  seçimi  və  məhsul  istehsalı,  hətta  istehsalın  həcmi  və  yeni  rabitələrin 



kəşfinə  qədər  elm  və  tədqiqatların  inkişafı  ümumi  meyllərdən  təsirlənmiş  və 

planlaşdırılmış,  həmçinin,  müəyyənləşdirilmiş  hədəflərə  tabedir.  İctimai 

təmayüllərin  dəyərləndirilməsinin  əsas  meyarı  Allaha  pərəstiş  və  ya  dünya  və 

onun  maddi  ləzzətlərinə  pərəstişdən  ibarətdir.  Əlbəttə,  bəzi  cəmiyyətlərdə  də 

ictimai  təmayüllər  mütləq  şəkildə  deyil,  əksinə  bu  iki  məsələnin  müxtəlif 

nisbətlərindən  ibarət  olan  mürəkkəb  şəkildə  formalaşır.  Nəticədə,  terminlər, 

məfhum  və  təriflər  təmayül  və  hədəflərin  beşiyində  doğulur  və  həmin  maraq  və 

hədəflərə  tabe  olaraq  müxtəlif  şəkillər  (formalar)  alır.  Bu  minvalla,  bir  qayda 

olaraq, humanitar elmlərə  məxsus olan , xüsusilə də, başlıqlar və külli, aidiyyatı 

olan terminlərlə bağlı vahid bir tərif əldə etmək mümkün olmur. Ona görə ki, hər 

bir fərd xüsusi dünya görüşü və təmayülə münasib olaraq mövzunu tərif və bəyan 

etməyə çalışır. Beləliklə, geniş yayılmış olan tərif və məfhumlar onlar arasındakı 

ixtilaf  və  ziddiyyətlərə  baxmayaraq,  məlumat  və  tanışlıq  üçün  təqdim  edilir  və 

seçilmiş  olan  tərif  kitaba  hakim  olan  düşüncə  sisteminə  mütənasib  şəkildə 

oxuculara təqdim olunur.8  

Siyasətlə  bağlı  əhatəli  bir  məfhum  təqdim  etmək  qeyd  edilən  məsələlərdən 

istisna  deyil.  Beləliklə,  burada  təriflərin  müştərək  və  külli  (ümumi) 

xüsusiyyətlərinə  istinad  edərək  siyasətin  ümumi  və  xüsusi  məfhumunu  bəyan 

etməyə çalışacağıq.  

Siyasətin ümumi tərifi 

Siyasətin ümumi məfhumu aşağıdakı kimidir: 

"Rabitələr,  mədəniyyətlər  və  iqtisadiyyat  toplusuna  (məcmusuna)  ictimai 

inkişafı gözəlləşdirmək baxımından elmi və praktiki şəkildə rəhbərlik və onların 

idarə edilməsi."  

Bu təriflə siyasətin tərifindəki aşağıdakı ünsür və vasitələr qeyd edilə bilər: 

1.  Siyasətin  əsas  diqqəti  işlərin  qaydaya  salınmasında  iradə  və  qüdrətin 

tənzimlənməsi  və  istifadəsini  zəruri  edən  idarəçilik  və  himayə  mövzusu  ilə 

bağlıdır. Əlbəttə, hər bir işdəki himayə üç mərhələni ötməklə həyaka keçir:  

Müəyənləşmə  məthələsində  pozulmayan  və  yerinə  yetirilməsi  zəruri  olan 

metod  müəyyən  edilir.  Tənzim  edilmə  mərhələsində  planlaşdırma  qeyd  olunan 

metoda  əsasən  həyata  keçirilir və  üçüncü  mərhələdə nəzərdə tutulan  məsələlərin 

icrası  diqqət  mərkəzində  dayanır.  Sistemin  hərəkətinin  (fəaliyyətini)  məktəb  və 

nümayəndələrin  dili  və  onların  şərhçiləri  vasitəsi  çərçivəsində  olan  və  bizim 

                                                      

8 Bu kitab tədriq məqsədi üçün nəzərdə tutulduğundan, müxtəlif təriflərin düz və ya yanlışlığı 

barədə aşkarcasına hökm  yürütməkdən daşınılmışdır. Ona görə  ki, birincisi, birprizmalı nəzər 

salmaq və elmi senzura ilə ittiham olunmayaq. İkincisi, elmi tədqiqatçılarda müəllim və tədrisə 

ehtiyacsızlıq    hissi  yaranmasın  və  daimi  olaraq  tədqiqat  ruhiyyəsi  və  toplu  şəkildə  elmi 

fəaliyyətlər daha da artsın.  



 

psixoloji və  aidiyaytı  olan  rabitələrimizi müəyyən  edən  birinci  mərhələni  nəzərə 



almaqla  ikinci  və  üçüncü  mərhələ  sistemə  nəzəri  və  praktiki  himayəni 

formalaşdırır  və  sisyasət  bu  baxımdan  və  özünün  ümumi  mənasında  hər  üç 

mərhələyə şamil olur.  

2.  İctimai  məsələlər  rabitələr,  iqtisadiyyat  və  mədəniyyətdən  ibarət  olan  üç 

böyük  qrup  əsasında  bölgülərə  ayrılır  və  ümümi  mənadakı  siyasət  bütün  bu 

məsələlərin idarə edilməsi ilə mükəlləfdir.  

3.  Sistem  şəklində  nəzərdə  tutulan  cəmiyyət  müxtəlif  hədəflərin  tərkibinin 

nəticəsi, cəmiyyətin strukturları  və böyük və kiçik ictimai sahələrdən ibarətdir və 

onunla əlaqədar və son hədəflərə malikdir.  

4.  Hər  bir  cəmiyyət  öz  nəzərincə,  inkişaf  və  tərəqqi  ardıncadır  və  siyasətin 

nəticəsi  də  inkişafin  müqəddiməsi  və  cəmiyyətin  təakmülünə  zəminə  yaratmağı 

genişləndirməkdən  ibarətdir.  Əlbəttə,  müxtəlif  cəmiyyətlərdəki  inkişaf 

mədəniyyətlərin fərqliliyi baxımından müxtəlif mənalar kəsb edir.  

İslam  siyasətinin  praktiki  nümunəsi  olan  imam  Xomeyni  siyasətin  tərifində 

həmin məzmunu ifadə eməklə, aydın, amma başqa ifadələrlə belə buyurmuşdur: 

 "Siyasət  cəmiyyəti  istiqamətləndirmək  və  yola  yönəltməkdən,  cəmiyyətin 

bütün mənafeyini, həmçinin, insanlar və cəmiyyətin bütün xüsusiyyətlərini nəzərə 

almaqla  onları  millətin,  fərdlərin  məsləhətinə  olan  istiqamətə  yönləndirməkdən 

ibarətdir  və  bu  peyğəmbərlərə  xasdır.  Başqaları  bu  siyasəti  idarə  edə  bilməzlər. 

Bu məsələ yalnız ənbiya və övliyalara məxsusdur."9  

İmam  Xomeyninin  siyasətin  tərifi  ilə  bağlı  söylədiklərinin  xüsusiyyəti 

fərdlərin psixoloji, əqli, əməli yönləri, həmçinin, cəmiyyətin mədəniyyət, siyasət 

və iqtisadiyyatla bağlı olan bütün xüsusiyyətləri nəzərə alınaraq onların ictimai və 

fərdi  məsləhət  istiqamətinə  yönəldilməsinin  siyasətin  son  hədəfi  kimi 

göstərilməsindən  ibarətdir.  Buna  əsaslanaraq  ilahi  elm  mənbəyindən  yararlanan 

ənbiyalar,  ilahi  övliya  və  din  alimləri  fərd  və  cəmiyyətin  məsləhətindən  agah 

olmaqla onları dünya və axirət xeyir və səadətinə tərəf yönəldirlər.  

Əlbəttə,  imam  Xomeyninin  üç  növ  siyasətin  adını  çəkməsini  və  şeytani  və 

heyvani  siyasəti  islami  siyasətin  müqabilində  qeyd  etməsini  nəzərə  almaqla 

siyasətlə bağlı xatırladılan tərifi islami siyasətin tərifi saymaq və onun bu növdən 

olan siyasəti eynilə din hesab etməsini söyləmək olar.10 

Siyasətin xüsusi tərifi 

Xüsusi məfhuma malik olan siyasət aşağıdakılardan ibarətdir: 

                                                      

9 Ruhullah Xomeyni, "Səhifeye nur", c.13, səh. 218. 

10 Müraciət edin: "Səhifeye nur", c.13, səh. 217-218. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə