Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

11 

 

o



 

Siyasi fenomenlərin öyrənilməsi elmi 

Bəziləri Aristotelin siyasət elminin əsasını qoyduğunu və bu elm üçün xüsusi 

üslub, münasib bölgülərin ayrılması və xüsusi bir dili hazırladığını güman edirlər. 

Ona görə  ki, o,  çoxlu  sayda  siyasi hadisə  və xəbərləri  ilk  dəfə  bir  yerə  toplamış 

olan  kəsdir.  Eyni  zamanda,  Aristotelin  "Siyasət"  kitabı  həmin  məsələlərə 

şamildir.  Yəni,  o,  öz  dövrünün  əksər  siyasi  rejimlərini  bu  kitabda  tədqiq 

obyektinə  çevirmişdir.  Onun  nəzərincə,  siyasət  əməli  (praktiki)  olaraq  elmlər 

silsiləsin in başında yer tutur, çünki onun mövzusu hakimiyyətdir və siyasət elmi 

ölkəni formalaşdırmaq və ona və şəhərə rəhbərlik etməkdən ibarətdir.36  

Əbülhəmd  "Məbaniye  seyasət"  kitabının  otuz  birinci  səhifəsində  yazır: 

"Siyasət  elmi  siyasi  fenomenlərin,  dövlətin  müxtəlif  formalarının,  hökumətin, 

qüdrət  münasibətlərinin,  onların  hər  birininn  maddi,  əxlaqi  və  etiqadi 

mənbələrinin  müxtəlif  zaman  və  məkanlarda  araşdırılma  və  öyrənilməsi  haqda 

olan  və  siyasi  fenomenlər  arasındakı  rabitə  və  onların  meydana  çıxma 

səbəblərinin  kəşfi,  eyni  zamanda,  ölkə  cəmiyyəti  və  beynəlxalq  münasibətlərin 

öyrənilmə və araşdırılmasına çalışan bir emdir."37 



"Siyasi sistem" məfhumu 

o

 



Tərif və xüsusiyyətlər 

Siyasi  sistem  bunlardan  ibarətdir:  "Tənzimin  keyfiyyəti,  hər  bir  insan 

cəmiyyətində  istənilən  tərəqqiyə  nail  olmaq  üçün  rabitə,  mədəni  və  iqtisadi 

məsələlərin idarə edilməsi." 

Siyasi sistemlə bağlı qeyd edilən tərif aşağıdakı xüsusiyyətlərə malikdir: 

a) Siyasi sistem proqram təminatı və proqramlaşdırma xüsusiyyətlidir və daha 

çox  teoriyaya  –  əlbəttə,  cəmiyyətin  müxtəlif  məsələlərinin  tənzimlənməsinə 

diqqət yetirən əhatəli bir teoriyaya – yaxındır. Nəticədə, ümumi (külli) və qeyri-

müəyyəndir.  



b) Məkan və zamanla məhdudlaşmır. Yəni, xüsusi bir zamana məxsus deyil və 

onun  müxtəlif  zamanlarda  həyata  keçərək  formalaşması  mümkündür.  Eyni 

zamanda,  müxtəlif  məntəqələr  və  cəmiyyətlərdə  meydana  çıxma  qabiliyyətinə 

malikdir. Beləliklə, islami siyasi sistem  müxtəlif islami cəmiyyətlərdə formalaşa 

bilər.  Əlbəttə,  siyasi  sistem  real  şəkildə  formalaşması  üçün  bütün  şərait  və 

imkanlara malik olmaq mövzusuna istinad eləmir, əksinə onun həyata keçməsinin 

ilkin  və  ən  aşağı  mərhələsi onun proqramlaşdırma  və  ya  teoriya  baxımından  var 

olasıdır.  Belə  ki,  İslamın  Məkkədə  zühur  etdiyi  ilkin  illərdə  islami  dövlət  və 

hökumətin olmamasına baxmayaraq,  İslam  siyasi sistemi  özünün ilkin  formasını 

əldə etmiş idi.  

                                                      

36 Müraciət edin: Seyid Cəlaləddin Mədəni, "Məbani və kulliyyate ulume seyasi", səh. 34. 

37 Əbülhəmd Əbdülhəmid, "Məbaniye siyasət", səh. 29. 



12 

 

c) Nəzm və siyasi tənzimləməni formalaşdırmağa diqqət yetirən siyasi sistem 

mövzu  baxımından  siyasətin  ümumi  məfhumu  ilə  mütənasibdir.  Bu  mənada  ki, 

siyasi  və  rabitə  məsələləri  ictimai  məsələlərin  strukturu  hesab  edilməklə  yanaşı, 

rabitə,  iqtisadi  və  mədəni  olmasından  asılı  olmayaraq  cəmiyyətin  məsələlərinin 

tənzim  və  idarə  edilməsini,  həmçinin,  bu  üç  sahə  arasındakı  məntiqi  rabitələrin 

yaradılmasını,  əmtəə  və  siyasi  idarəetmənin  mahiyyətini  əhatə  edərək  siyasi 

sistem qəlibində özünü nişan verir.  



d) Qeyd edilən tərifdəki ictimai dəyişikliklərin hədəfi ünvanında təkamül kimi 

əhəmiyyətli məsələyə diqqət yetirməklə onun digər xüsusiyyəti anlaşılır. Əlbəttə, 

hər  bir  xüsusi  siyasi  sistemin  etiqad  və  məktəb  baxımından  təkamül,  tərəqqi  və 

səadəti necə tərif etməsini  nəzərə almaq lazımdır. Bəzən inkişaf və tərəqqi ilahi 

və insan xislətləri ilə bağlı olan dəyərlər, bəzən də başqa bir prizmadan dünyadan 

daha çox faydalanmaq, ləzzət almaq və maddi imkanlar baxımından tərif olunur. 

Beləliklə,  müxtəlif  dünya  görüşündə  inkişaf  və  tərəqqi  müxtəlif  məfhum  və 

mənalarla bəyənilən və siyasi sistemin hədəfi ola bilər. Sübhəsiz ki, siyasi sistem 

barədə  mütəfəkkirlər  tərəfindən  çoxlu  sayda,  müxtəlif  və  bir-birindən  fərqli 

təriflər də bəyan edilmişdir. Daha çox tanışlıq (məlumat) əldə etmək üçün onların 

bəzisinə işarə edirik: 

Mütəfəkkirlərin əksəriyyəti "siyasi sistem" məfhumunu onun Qərb 

terminindəki qarşılığı olan "siyasi rejim (quruluş)" mənasında istifadə edir 

və deyir: "Siyasi sistem dövlət qüdrəti və siyasi, idarəetmə, iqtisadi, 

məhkəmə, hərbi, dini olmasından asılı olmayaraq bütün ümumi təşkilatlara 

və bu təşkilatların, qanun və onlara hakim müqərraratların keyfiyyətinə 

malik olan qəlib və formaya sahibdir."38  

Marksın  nəzərincə,  siyasi  sistem  iki  ünsürdən  təşkil  edilmişdir:  Birincisi, 

siyasi  rəhbərlərvə  onlara  mənsub  məqamlar  və  ikincisi,  təşkilat  və  dövlət 

müəssisələri.39 

Maks Veberin əqidəsinə görə, siyasi sistem bunlardan ibarətdir: Ölkə və ölkə 

başçısı.  Bu təşkilatın mərkəzi olan dövlət aparatı ölkədə hərbi qüvvələrin istifadə 

edilməsində  qanuni  inhisarın  bir  hissəsini  təşkil  edir.  Buna  əsasən,  belə  bir 

təşkilat qüdrət axtarışında olan qruplar üçün münasib zəminə yaradır.  

Parsonz  "siyasi  sistemin  hədəfə  nail  olmaq  metodlarını  diqqət  mərkəzində 

saxlayan  ictimai  sistemin  inhisarçı  bir  hissəsi  olması"  etiqadına  malikdir.  Onun 

etiqadına əsasən, təkmilləşmiş bir cəmiyyətdə təsirlər və ya siyasi sistemlə bağlı 

proseslər  ciddi  şəkildə  əhəmiyyət  kəsb  edir.  Qüdrət  bu  təsirlərin  ən  mühüm 

nümayəndələrindən  biridir  və  ümumi  və  simvolik  bir  vasitə  olaraq  dövriyyədə 

olan    pul  kimi  inkişafetmiş  cəmiyyətlərə  öz  fəaliyyətlərini  primitiv 

                                                      

38 Əbülhəmd, "Məbaniye seyasət", səh. 41. 

39 Əhməd Pişavər, "Cameeşenasiye seyasi (Siyasi sosiologiya) ", səh. 41. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə