Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
1   2   3   4   5   6   7

 

etməklə siyasətlə digər elmlər arasındakı fərqin çox az olduğunu göstərir. Bundan 



əlavə, "agah olmaq" ifadəsi insana batini və fərdi şəkildə yanaşmadan söhbət açır. 

Sonda  Buəli  Sina  da  siyasəti  ümumilikdə  məsləhətlə  bağlı  olan  elm  kimi 

tanıtdırmasına  baxmayaraq,  növlərin  bəyanı  məqamında  onu  hökumətin  idarə 

olunması və səltənət elmi hesab edir.  

4. Təriflərin digər qrupu siyasəti kütləvi və ictimai həyatın ehtiyaclarını əhatə 

edən bir məfhum hesab edir. Belə ki, Robert Dall deyir: "Siyasət bəşər həyatının 

qaçılmaz  həqiqətlərindən  biridir.  İnsanlar  zamanın  hər  anında  bir  növ,  siyasi 

məsələlərlə üzləşirlər."25  

Unsur  Əl-Mali  Keykavus  ibn  Vəşmgir  "Qabusnamə"də  siyasəti  padşahın 

öhdəsində  olan  bütün  vəzifələr  hesab  edir  və  padşahın  mühüm  vəzifələrindən 

birini  əmr  vermək  kimi  tanıtdırır  və  qüdrətin  istifadə  edilməsini  siyasətin  əsas 

məğzi olduğunu düşünür.26 

Beləliklə, politologiya elmi alimlərinin vahid və əhatəli bir tərif üzərində fikir 

birliyinə  malik  olmamasını  və  təqdim  edilən  təriflərdən  bəzilərinin  məfhum 

baxımından  bir-biri  ilə  həddən  artıq  fasiləyə  sahib  olmasını  nəzərə  almaq 

lazımdır.  Həmin  səbəbdən,  İslamda  siyasi  sistemin  bəyan  və  təhlil  edilməsi 

məqamında  siyasətə  münasib  tərifin  verilməsi  çətin  olması  ilə  yanaşı,  onun 

aşkarcasına zəruri olması da hiss edilməkdədir.  



"Siyasət (politologiya) elmi" məfhumu 

Siyasət  elminin  tərifinin  siyasətin  tərifi  ilə  birbaşa  bağlılığı  vardır.  Siyasət 

ümumi və xüsusi olmaqla iki şəkildə tərif olunduğu kimi, siyasət elmi də iki cür 

tərif  edilir.  Siyasətin  ümumi  olması  prinsipinə  əsaslanaraq  siyasət  elmi  "ondan 



istifadə etməklə xüsusi hədəfin həyata keçməsi üçün tərəqqi mühitinin daha da 

genişləndirilməsini  mümkünləşdirən  cəmiyyətin  rabitə,  iqtisadi  və  mədəni 

məsələlərinin məcmusunu idarə və himayə etməklə bağlı olan bir elmdir."  

Bu  təriflə  siyasət  elmi  müəyyən  formada  cəmiyyətin  müxtəlif  məsələlərinin 

idarə  edilməsi  ilə  bağlı  olan  bütün  elmlərə  şamil  olur.  Amma  siyasətin  xüsusi 

tərifinə istinad edərək siyasət elminin tərifi aşağıdakı kimidir: 



"Ondan  istifadə  olunması  ilə  ictimai  məsələlərin  məcmusunu  idarə  və 

tənzim  etmək  üçün  imkanı  yaradan  və rabitələrin inkişafı və  ictimai məsələlər 

arasındakı münasibətlərin islah edilməsinə səbəb olan bir elmdir." 

                                                      

25 Robert Dall, "Təcziyye və tərkibe cədide seyasət", səh. 1. Tərcümə: Hüseyn Zəfəriyan. 

26  O,  "Qabusnamə"də  yazır:  Beləliklə,  padşah  əmr  verən  deyilsə,  o,  padşah  deyil.  Belə  ki, 

onunla  digərləri  arasında  fərq  olduğu  kimi,  əmr  verməkdə  də  fərqlər  olmalıdır,  çünki 

soltanların  mülkiyyət  sistemi  rəhbərlik  etməyə  (əmr  verməyin)  tabedir  və  hakimiyyət 

siyasətdən  başqa,  digər  bir  şeylə  mümkün  deyil.  Nəticədə,  siyasət  yürütməkdə  nöqsana  yol 

vermək  olmaz  ki,  əmirlər  (tabelikdə  olanlar)  tabe  olsunlar  və  peşələr  nöqsansız  olsun. 

("Qamusnamə", səh. 232. Qulamhüseyn Yusifinin düzəlişləri ilə) 



10 

 

Bu  təriflə  siyasət  elminin  əhatə  dairəsi  müəyyən  həddə  daha  da  məhdudlaşır 



və ümumi tərifdən fərqli olaraq mövzu baxımında o, daha da müəyyənləşir.  

Məktəblər,  dünya  görüşü  və  hədəflərin  fərqliliyi  siyasətin  müxtəlif  şəkildə 

tərif və təfsir (izah) olunmasına səbəb olduğu kimi, siyasətə tabe olan siyasət elmi 

məsələsinə  də  düşüncə  və  nəzəriyyələrin  çoxluq  və  pərakəndəliyi  yol  tapmışdır 

ki,  onların  arasından  siyasət  elmi  ilə  bağlı  çıxarılan  aşağıdakı  bir-neçə  müxtəlif 

nəticəyə işarə etmək olar: 

o

 

Dövlət və siyasi təşkilatlar haqqındakı elm  



"Aşinayi ba elm seyasət" adlı kitabda belə yazılır: Siyasət elmini dövlət elmi 

və  ya  teoriyalar,  təşkilatlar  və  dövlətlətin  fəaliyyətləri  ilə  bağlı  olan  ictimai 

elmlərə  aid  bir  ixtisas  ünvanında  tərif  etmək  olar.  Daha  geniş  prizmadan 

yanaşdıqda,  siyasi  qüdrət  əldə  etmək  və  milli  siyasətdə  öz  nüfuzunu 

genişləndirmək, həmçinin, ictimai dəyişikliklərə rəhbərlik etmək ardınca olan və 

az-çox  dövlətdən  ayrı  qrupların,  təşkilat  və  müəssisələrin  fəaliyyətini  də 

yuxarıdakı tərifə əlavə etmək olar.27  

o

 



Qüdrəti tanıma (qüdrətlə tanışlıq) elmi 

Siyasətin  əsalətinə  təkid  edən  Harold  Lasvel28,  Çarlz  Meryam29,  Maks 

Veber30,  Bertrand  Rassel31,  Vatkins32  və  Hans  Morganta33  kimi  tədqiqatçılar 

qüdrətin  siyasətin  əsas  məfhumu  olması  və  siyasət  elminin  bütün  şaxələri  ilə 

əlaqə  yaratması  etiqadına  malikdirlər.34  Buna  əsasən,  siyasət  və  siyasət  elmi 

təməli  zəminədə  cəmiyyətdə  mövcud  olan  qüdrətin  mənbə  və  nişanələri  ilə 

məşğuldur  və  nəzəri  və  praktiki  siyasət  baxımından  qüdrət  ən  mühüm  amil 

olduğundan, qüdrətin tanınması siyasətin ən əsas vəzifəsi kimi nəzərə çarpdırılır. 

Lasvelin siyasətin  tərifi  ilə bağlı söylədiyi kimi: "Siyasət elmi  təcrübi bir  sistem 

qəlibində  olaraq  qüdrətin  hansı    şəkildə  formalaşmasının  keyfiyyətinin 

öyrənilməsi  və  onda  hansı  paya  malik  olmasından  ibarətdir  və  siyasi  fəaliyyət 

qüdrət əsasında həyata keçən bir fəaliyyətdir."35 

                                                      

27 Rudi, Karlton Klaymer və Anderson, Tuton Ceymz və Kristol, Karl Kuimbi, Aşinayi ba elm 

seyasət, səh. 10. Tərcümə: Bəhram Mələkuti.  

28 H. Lasswell. 

29 Merriam 

30 M. Weber. 

31 B. Russell. 

32 Watkins. 

33 Hans Morgenthau. 

34 Bonyadhaye elme seyasət, səh. 28. 

35  Müraciət  edin:  Robert  Dall,  "Təcziye  və  təhlile  cədide  seyasət",  səh.  1.  Tərcümə:  Hüseyn 

Zəfəriyan.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə