Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə132/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   128   129   130   131   132   133   134   135   ...   219

 445 

torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu 

problemin nə  qədər çətin olduğunu da aydın dərk edirəm. 

Postsovet məkanının bu səpkili hansı problemi həll olunub – 

Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya, 

Cənubi Osetiya indi də Acarıstan problemi? Və  nəhayət 

Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən 

İsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət mümkün 

olana  əsaslanmaq sənətidir – deyiblər. Hər halda Qarabağla 

bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər 

Əliyev Azərbaycanın mənfeynə zidd olan heç bir güzəştə 

getmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu da 

qələbə idi.  

2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi 

başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə 

şənbə, nə bazar, nə məzuniyyət, nə istrahət bilən, yaşı səksənə 

çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi 

qabırğası  sınır və dözülməz ağrılara tab gətirərək yenidən 

səhnəyə qayıdır, sözünə davam edir. Bir də  yıxılır və yenə 

görünməmiş, inanılmaz bir iradə ilə  səhnəyə dönür, xalqı ilə 

vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında 

hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində 

qələbə idi.  

Şayiələr, dedi-qodular, ara söhbətlərinə  əsaslanaraq insanı 

diri-diri bastıranlar, görəsən, öz yazdıqlarına inanırdımı? 

Türkiyə  və Amerika kimi açıq ölkələrdə  məşhur siyasi 

xadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasına 

kim inanar? Və  əgər bunu yazanların özləri inanmırsa, 

oxucularını niyə ağılsız sayırlar? 

Heydər  Əliyev həqiqətən dünyasını  dəyişən gün "biz bunu 

hələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlar 

özlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi? 

Ucuz mətbuat  şoularına Heydər  Əliyev bu mənhus 

xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla, 

xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, Prezident 



 446 

seçkilərində  iştirakı  və vaxtlı-vaxtında namizədlikdən imtina 

etməsiylə, seçkiləri izləməsi və  nəticələrindən arxayın 

olmasıyla qələbə çaldı. Bəlkə də bu gün yeganə təsəllimiz odur 

ki, Prezidentimiz dövlətinin taleyindən arxayın getdi. 

Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.  

Heç kəsin xidmətini danmadan Müstəqil Azərbaycanın 

qorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevin 

müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir 

jurnalist doğru yazıb ki, Heydər  Əliyev Qulliver, ona çirkab 

atanlar isə liliputlardır. 

Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar 

unudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf 

etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı  təmin 

olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət 

partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölümhökmsüz, 

sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan 

qalacaq.  Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı 

daha da gözəl, firavan, daha əzəmətli və daha ədələtli ola bilər 

və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər 

qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-

ayağa dolaşanlara rəğmən çətin doğulan  əsər kimi yaratdı. 

Çağdaş Azərbaycan, doğrudan da, Heydər  Əliyevin  əsəridir. 

Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və 

gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, 

dartışmalar, toqquşmalar – Xalqın talyi qarşısında çox cılız 

görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, 

hikkələrdir. 

Heydər Əliyev hər xalqa bəlkə də əsrdə bir dəfə qismət olan 

nadir şəxsiyyət idi.  

Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, 

sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər 

Əliyev ölümüylə  də  zəfər çaldı. Kim nə deyir desin, nə yazır 

yazsın, qalib gəldi, qalib getdi. 



16 dekabr, 2003 

 



 447 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

GECƏ DÜŞÜNCƏLƏRİ 

 



 448 

 

 



Gecə yatmaq lazımdır. Yaxud sevmək.  İşləmək – oxumaq, 

yazmaq. Gecə qarovulçususansa, hansısa idarəni, binanı, 

dükanı, bankı… qorumalısan. Yanğınsöndürən, təcili yardım 

həkimi, milis, hərbiçi, yaxud sərhədçisənsə, ayıq-sayıq 

olmalısan. Gecə reyslərinin pilotu, axşam qatarlarının 

maşinisti, gəmi kapitanısansa, demək, yenə  də ayıq qalmalı, 

sübhü dirigözlü açmalısan. 

Ancaq harda olursansa ol, fikrin, düşüncən daim səninlədir. 

Sevəndə də, işləyəndə də, təyyarədə, növbədə olduğun hər an, 

buruqda – gecə növbəsində  də…Bir balaca mürgüləyən kimi 

qəribə yuxu aləminə düşəcəksən.  

Bütün ömrüm boyu, yuxusuzluqdan əzab çəkdiyim 

zamanlar beynimdən keçən fikir və düşüncələri  əlimə keçən 

kağız parçasına yazmış, yaxud maqnitofonun yaddaşına etibar 

etmişəm. Səhər olan kimi bu fikir və düşüncələrimə bir də 

qayıtmış, onları  nəyləsə tamamlamış,  əyər-əskiyini düzəltmiş, 

gecə sayıqlamaları kimi nəyisə qoparıb atmışam. Ancaq… 

ancaq səhərin ən geniş, əhatəli, necə deyərlər, ayıq-sayıq fikir 

və düşüncələrinin əsasında da gecənin qəfil düşüncə oyanışları 

durur. 


Gecələr biz ölümə,  əbədiyyətə  və qorxuya daha yaxın 

oluruq. Bundan əlavə, gecələr günün ən narkotik və  nəşəli 

məqamıdır. Gündüz ən müxtəlif təəssürat, informasiya, streslə 

yüklənən beyin hələ tam yorulub əldən düşməyibsə, qüssəli, 

lal-kar səssizliyə qovuşur. Ancaq eyni zamanda o, qəribədir ki, 

yuxuda, yarıyuxu və yarıayıqlıqda, yaxud tam ayıq olduğun 

zaman da beynin anlaşılmaz bir həyəcanla işləyir. Bütün 

bunların sonucunda isə son dərəcə  gərgin, çox zaman 

deformasiyaya uğramış,  şişirdilmiş  dəyərləndirmə sistemi 

yaranır. Və beləcə narkotik vəziyyətə çox yaxın olan gecə 

hallisünasiyalarında adama çox mənalı, maraqlı görünən şeylər 

olur ki, gün işığının altında buxarlanıb qeybə  çəkilir, ilğım 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə