Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə134/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   130   131   132   133   134   135   136   137   ...   219

 452 

kommunistmi,  şovinistmi, dinimi. Bir də  əsl poeziyanın zərif 

və kövrək səsi. Bu vurhavurda qışqırmaq istəyirsənsə, ya 

əlindən gəlmirsə… kim kimin səsini batıracaq?  



*** 

Romanın başlanğıcı. Bir dəfə gecə vaxtı qulağıma kütlənin 

uğultusu gəldi, bu, o vaxt idi ki, nümayiş  və mitinqlər  şəhəri 

başına almışdı, küçə  və meydanlarda küləyin vıyıltısı, yağış 

şırıltısı, avtomobillərin  şütüməsi, zavod borularının səsi yox, 

mitinq hay-küyü hökm sürürdü. Artıq hamının vərdiş etdiyi bu 

səsi gecənin bir aləmində  eşidəndə düşündüm: görəsən, gecə 

saat üçdə bu nə mitinqdir, istefa-istefa deyən qışqırıqlar nədir 

belə? Sonra başa düşdüm ki, bu, kütlənin qışqırtısı yox, artıq üç 

gündür ki, su gəlməyən boru və kranların uğultusudur, görünür, 

bu gün su veriblər, su borunun içi ilə axıb gedir. Sən demə, 

təkcə kütlə yox, borular da uğuldaya bilərmiş. Səs tribunadan 

yox, trubalardan gəlirdi. 

*** 

Yazıçı öləndə onun uşaqları yox, kitabları yetim qalır. 

Uşaqlar onsuz da böyüyür, onların öz uşaqları dünyaya gəlir, 

yaşlı ata və anaları yetim saymaq nəsə birtəhər çıxır (bu 

mənada onsuz da dünyada bütün insanlar əvvəl-axır yetim 

qalırlar). Kitablar isə böyümürlər, onlar valideyn-yaradıcının 

ölümündən sonra kimsəsiz qalırlar. Aralarında ən dözümlüləri, 

necə deyərlər, maneəni yarır və yaşamaq haqqı qazanırlar. Ən 

davamsızların payına unudulmaq düşür. 

*** 

Yetimlik. Uşaqlıqda ananı itirmək psixoloji problemdir. 

Atasız qalmaq isə sırf sosial problemdir. 

*** 

Xoşbəxtlik nədir? Bu suala cavab vermək çətindir. Ən doğru 

cavablardan biri, məncə, budur: xoşbəxtlik öz vətənində özün 

olmaq və özün kimi qalmaqdır.  



*** 

Dünən Maqsud, Çingiz və Arif İbrahimovla birlikdə 




 453 

Yazıçılar Birliyinin yardımçı təsərrüfatında olduq – neft, evlər, 

boş sahələr. Sonra Şüvəlandakı Yaradıcılıq evinə getdik. Daha 

sonra isə buradakı prokurorluğun həyətindəki özəl restoranda 

nahar etdik. Restoran elə belə  də adlanırdı  (əlbəttə, ağızda): 

Prokuraturanın həyəti. Sonra çay içdik, deyilənə görə, çayxana 

ilə qonşu olan türmədə on beş erməni boeviki saxlanılır. Birdən 

"Koroğlu" operasından uvertüra səsləndi. Demə, uvertüranı 

gündə bir neçə  dəfə  səsləndirir və boevikləri ayaq üstə durub 

dinləməyə  məcbur edirlər. Mənasız işdir. Yəqin ki, türmədən 

çıxandan sonra onlar başlarına gətirilən işgəncələr barədə 

aləmə car çəkəcəklər. Elə bil biz Qabriel Qarsia Markesin 

təsvir etdiyi əcaib bir dünyanın içindəyik. Maqsud dedi ki, 

daha Buş da bizim dediyimizi deyəcək – Bakı neftini Buşun on 

iki faizinə yiyələndiyi Aramko Şirkətinə verdilər. Bu da belə... 

Bərəkallah, Markes. Hətta Marks da. 

 

7 avqust, 1991-ci il 

 

*** 

"Qoy Dreyfus günahkar olsun, fərqi yoxdur, yenə Zolya 

haqlıdır, çünki yazıçının işi cinayətkarları mühakimə etmək, 

təqib etmək yox, artıq mühakimə edilmiş  və  cəzasını  çəkən 

məhkumların adından danışmaqdır.  İttihamçılar, prokurorlar, 

jandarmlar onsuz da çoxdurU (A.P.Çexov). 

*** 

Cavanlıqda həyat oyun, ümid, tapmaca, qayğısızlıq və 

əylənməkdən ibarətdir. Bu zaman içində  sənin həyatında olan 

qaçılmaz sonluqlu möhlət hissini keçirmirsən. Cavanlıqda 

ömrünün nə vaxtsa sona çatacağını hiss etmirsən, bu barədə 

düşünəndə belə, o sənə çox uzaq, qeyri-real və mümkünsüz bir 

şey kimi gəlir. Axı ətrafında hamı – valideynlərin də, dostların 

da, qohumların da, adicə tanışların da sağdır, dipdiridir. 

Qocalanda  ətrafında ölülərdən başqa bir kəs olmur və bu 

zaman sən həyatı möhlət, nə bilim məsafə-filan kimi yox, 




 454 

günbəgün, zaman keçdikcə  sıxılıb daralan və  nəhayət, 

tənhalıqla sonuclanan qapalı bir dairə kimi hiss edirsən. 

Ürəyinə son nöqtənin qoyulduğu anın qorxusu damır. Dairə 

Yer kürəsi kimi genişdir, sonda isə o, sənin yer üzərindəki 

mövcudluğunun son nöqtəsinə, son anına yığılır. 



*** 

Bu dünyada mənim həsəd çəkdiyim yeganə varlıq Allahdır. 

Ancaq mən onun gücünə, qüdrətinə yox, hər  şeyi bilməyinə 

həsəd aparıram. Burada "hər şeyi bilmək" sözünün altından xətt 

çəkərdim, çünki bu müdriklik anlayışından da geniş bir 

anlayışdır. Bu söz daha əhatəlidir.  Şübhəsiz ki, Allah 

müdrikdir. "Allah müdrikdir, ancaq məkrli deyil" - Eynşteyn 

belə demişdir. Bəli, mən Allahın çoxbilmişliyinə  həsəd 

aparıram,  ən azı ona görə ki, onun əlinin altında bütün 

bəşəriyyətin dosyesi vardır. O, bizə  qədər nələr baş verdiyini 

də bilir, bizim hər birimiz haqqında hər şeydən agahdır, bizdən 

sonra nə olacağını da yalnız O bilir. O, bizim hər birimizin 

haqqında özümüz barəsində bildiyimizdən daha çox məlumata 

malikdir. Məsələ heç də onda deyildir ki, bizim taleyimizin 

sonrakı enişləri və yoxuşları haqqında təbii ki, fərz edə 

bilmədiyimiz çox şeyləri yalnız O bilir. O həm də ürəyimizin 

ən dərin sirlərindən agah olmaqla, hələ özümüzə bəlli olmayan 

şüuraltımızın sirlərini də bilir, bu və ya digər vəziyyətdə 

özümüzü necə aparacağımızı da bütün dəqiqliyi ilə bilir. Olsun 

ki, biz bu kimi çıxılmaz vəziyyətlərə heç düşmürük də. O, 

bizim ömrümüzün yaşanıldığı konteksti bilir, şüurumuz da, 

şüuraltımız da ona, yalnız ona bəllidir, hətta  şüuraltından qat-

qat dərinlərdə yerləşən sirlər də. Bir belə əhatəli biliyə heç bir 

Allah bəndəsi malik deyil – qoy lap Musa, yaxud İsa, Budda və 

ya Məhəmməd, Konfutsi və ya Zərdüşt, Monten, Şekspir, 

Nostradamus, Dostoyevski, L.Tolstoy, Prust, Freyd və ya ÇK-

QPU-NKVD-KQB arxivlərindən xəbərdar olan insan, yaxud 

bütün digər kəşfiyyat və  əks-kəşfiyyat idarələrinin agentləri, 

bütün dünyanın, bütün zamanların və xalqların casusları olsun. 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə