Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə137/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   133   134   135   136   137   138   139   140   ...   219

 462 

həyat tərzi sayəsində bir çox uğurlar qazanan sənət adamlarının 

əksəriyyətində bu uğurlara çatmayan sənət həmkarlarına 

münasibətdə bir günah hissi olur. Mən bu fikri "Dantenin 

yubileyində" göstərmək istəyirdim. Təcrübəmdən çıxış edərək 

bunu mən "Kəbirlinskiyə münasibət kompleksi" adlandırardım. 

Başını əsiri olduğu yaradıcılıq qayğıları ilə qatan, bu qayğı ilə 

özünü aldadan, dərkedilməz və qarşısıalınmaz  şəkildə 

yaradıcılığa meyllənmək, tale qismətini sürünərək yaşamaq, 

sözün kəsəsi, Kəbirlinski olmaq dəhşətdir. Bütün ömrünü 

fədakarcasına sənətə  həsr edən, yaradıcılıqdan başqa bir 

qayğısı olmayan insanların diri ikən ölü sənət həmkarları 

barədə düşünəndə əzab çəkməsini yaxşı başa düşürəm. Ancaq 

bu problemin başqa bir aspekti də vardır. Sənətdə uğursuzluq, 

qrafomanın məhəl qoyulmayan ambisiyaları, bunun müvafiq 

aqressivlik, güclü temperament, iradə, daha doğrusu, dağıdıcı, 

əzici iradə gücü ilə müşayiət olunması… özündə böyük şər 

potensialını toplaya bilər. Şair ola bilməyən Stalini, rəssam ola 

bilməyən Hitleri xatırlayaq. Onların hər hansı qeyri-adi, parlaq, 

yaradıcı, mənəvi cəhətdən azad şeylərə qarşı quduz 

münasibətinin kökündə heysiyyatın tapdalanması, öz sənəti ilə 

dünyanı "istila etmək" çılğınlığının baş tutmaması durmurmu? 

Yaradıcı impotensiyanın səbəbinə özünütəsdiqin baş 

tutmaması, hərəmxanada hərəm ağasının həsədindən geri 

qalmır. 

*** 

Bəzən  ədəbiyyat, incəsənət və  tənqiddə yeni bir şeylə 

rastlaşanda, bələdlik məqsədilə bu şeylərin analoqunu 

axtarırlar. Dərk etmək, müqayisə etmək, mənalandırmaq və 

dəyərləndirmək məqsədilə onlara hökmən nümunə lazımdır. 

Əsl sənət  əsərləri isə  qışqırıqla, gözə soxulmaqla və buna 

uyğun formalarda meydana gəlmir. Çox vaxt səssiz-küysüz, 

sezilmədən dünyaya gəlirlər. Bəzi tənqidçilər hesab edirlər ki, 

onlar hansısa yazıçını tanımırlarsa, bu, həmin yazıçının öz 

günahıdır. Ancaq geoloqların kəşf edib-etməmələrindən asılı 




 463 

olmayaraq, almaz elə almazdır. Bu müqayisə kiməsə 

mübaliğəli görünsə, özümüzə yaxın və uyğun bir şeyi nəzərdən 

keçirə bilərik. Neft yerin təkindədir və adi baxmaqla onu 

görmək mümkün deyildir. Ancaq bu ki neftin dəyərini aşağı 

salmır.  



*** 

O, ziyalıların gözündə kənd yazıçısı idi (kənddən yazsa da, 

yazdıqlarını  əsasən ziyalılar oxuyurdu). Başqa birisi isə, 

ziyalılardan yazsa da, əsasən kəndlərdə  və rayonlarda 

oxunurdu. Ziyalı deyilən şəxsin ruhunda snobizm mərəzi olur, 

özü haqqında oxumaq ona birtəhər gəlir. Öz kəndli həyatından 

bezmiş  kəndli isə hardasa ondan uzaq həyat tərzinə maraq 

göstərir. 



*** 

Adamlar, adətən, ilk mükafatı alana qədər məğrur olurlar. 

Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan 

doqquz mükafatın həsrəti ilə yaşayırlar. 



*** 

İki ay ərzində iki ümumittifaq qurultayda 

(kinematoqrafçıların və yazıçıların) iştirak etdikdən sonra, 

burada, Pirquluda "Qəm pəncərəsi" filminin çəkilişi zamanı 

"Literaturnaya qazeta"nın oxumadığım nömrələrinə baxıb 

fikrin cəsarətlə, açıq-saçıq deyilişinə, qaldırılan problemlərin 

böyük  əhəmiyyət daşıdığına sevinsəm də, bu sevinc tam 

olmadı, necə deyərlər, ürəyimə yağ kimi yayılmadı. Bunun 

səbəbi yaşmıdır (görünür, mən həyatımın elə bir dövrünə 

qədəm qoyuram ki, Nazim Hikmət demişkən, bu yaşda artıq 

söz səni sərxoş etmir). Bəlkə 

səbəb zəmanənin 

etibarsızlığındadır ki, birdən qəfil  şəkildə  tərs üzünü göstərib 

dəyişər. Odur ki, verilmiş söz azadlığı, icazəli azadlıq sənə tam 

ləzzət vermir – Azadlıq və  Həqiqət onu verənin iradəsindən 

asılıdırsa, bütün qaçılmaz qurbanları bahasına amansız 

mübarizədən doğmayıbsa, onun dadı da başqadır. Halbuki, bu 

atmosferi hələ uzun illərdən bəri  ən vicdanlı yazıçılar 




 464 

yaratmışlar və  mən də bu işə öz payımı vermişəm. Amma 

vicdanlı yazıçı öz zınqırovlu sənət həmkarları haqqında hirslə, 

acıqla, nə bilim, hansısa eyhamlarla danışanda məndə belə bir 

şübhə yaranır ki, bəlkə elə onun özü də bu zınqırovlara həsrət 

çəkən bir şəxsdir. Kim nəyin tamarzısıdırsa, ondan da danışır. 

Təbiətin, Allahın və taleyin ədalətli payı var. Kimlərəsə 

istedad, başqalarına orden verilir. Düzdür, zaman keçdikcə 

bunların ikisinin birləşdiyi məqam da olur. Desəm ki, bu uşaq-

muşaq oyuncağını  mən istəmirəm, səmimi çıxmaz, eyni 

zamanda onların həsrətində də deyiləm. Sadəcə, mənim fikrimə 

görə, onlara əlin çatmayanda, bunu özünə  dərd eləməməlisən, 

verəndə isə sevincindən atlanıb-düşməməlisən. Hər cür 

mükafatdan nümayişkaranə surətdə imtina etmək də, həmin 

ordenləri alıb həvəslə döşünə taxmaq ehtirası da bir şeydir. 

Verirlər, versinlər də… Verməsələr nə olacaq ki… Kəsəsi bu 

məsələyə ömür sərf eləməyə  dəyməz. Bu məsələni biryolluq 

yaddan çıxartmaq lazımdır. 

 

1986-cı il, iyun 

 

 



*** 

Bu və ya digər  şəxsin mənəvi baxımdan dəyərləndirilməsi 

zamanı onun yaşadığı dövr, zəmanə  və  şəraitin qulaqardına 

vurulması ən böyük ikiüzlülükdür. Şübhəsiz ki, mənəvi bütövlük 

bütün dövrlərdə sabit və  dəyişməzdir, ancaq onun təzahür 

formaları bir çox cəhətdən  şərait və tarixi gerçəklikdən asılı ola 

bilər. Həqiqət Tdəb" olan dövrdə, bu zaman çərəyində 

təsəvvürolunmaz dərəcədə TcəsarətliU olmaq dünyanın  ən 

ədalətsiz işlərindən biridir. Axı indi həqiqətə qəsdən yol açılır, onu 

deyənə mükafat verilir, bu həqiqət dividendlər belə gətirməklə, hər 

yerdə fəal şəkildə tətbiq olunur. Odur ki, həqiqətin ürəyinə qızmış 

dəmir basılanda, yalanın isə total şəkildə artması zamanında 

əlindən heç olmasa susmaq gələn adamlar daha abırlı görünür. 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə