Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə136/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   132   133   134   135   136   137   138   139   ...   219

 459 

azad olması, gerçəkliyin və insan naturasının  donuq ideoloji 

modelini yox, real vəziyyəti əks etdirməsi naminə…  

 

80-ci illərin əvvəli. 

 

*** 

Səsimiz dünyada niyə  eşidilmir?  Həm də ona görə ki, biz 

potensial olaraq və  hətta yaradılan və yaradılmaqda olan 

əsərlərə görə dünyanın nəzərini öz sənətimizə  cəlb etmək 

iqtidarında olsaq belə, özümüzü həm də  mədəniyyətimizin 

səviyyəsi ilə tanıda bilmədik. Ancaq təəssüf ki, biz özümüzdən 

başqa heç kəsə lazım olmayan nümunələri əsl sənət uğuru kimi 

sırımaqdan, bunları artırıb çoxaltmaqdan bezmədik. Xüsusən, 

indiki vaxtda bizim mədəniyyətimiz dünya standartlarına cavab 

verməkdən qalır, əyalət standartları ilə kifayətlənir. 



*** 

Mühafizəkarlıq,  ənənəçilik və  hətta kiçik xalqların milli 

mədəniyyətinin donuqluğu bəlkə elə özünüqoruma instinktidir, 

bəlkə də bu qeyri-şüuri, ancaq intiutiv olaraq dərk edilən belə 

bir öncəgörümdür ki, dünya səviyyəsində  bərabərlik milli 

özünəməxsusluğu, milli varlığı – qoy lap patriarxal geriliyin, 

milli özünəməxsusluğun primitiv mahiyyəti olsun –  məhv edə 

bilər. Amma gerilik millətin mədəni və ruhi cəhətdən salamat 

qalması uğrunda mübarizədə silah ola bilməz. Milli ox, yaxud 

qılınc "kosmopolit" pulemyotun qarşısında duruş gətirə bilməz. 



*** 

Sənətkar öz milli mədəniyyətinə yalnız o zaman xeyir gətirə 

bilər ki, onun içində, kontekstində yaşayıb nəfəs alsın. Belə 

deyək, nə  qədər populyar olmasına baxmayaraq, bütün 

dünyada tanınan müğənni milli vokal sənətinin səviyyəsinin 

göstəricisi sayıla bilməz. O, öz-özünə milli incəsənətin inkişaf 

meylləri və ənənələrindən kənarda mövcud olduğuna görə sırf 

nominal baxımdan Azərbaycan mədəniyyətinin təmsilçisi 

adlandırılır, olur ki, çox zaman bu da yaddan çıxır. Onun ən 

böyük və  şübhə doğurmayan uğuru bütövlükdə milli vokal 




 460 

sənətinin inkişaf dövrü ilə ölçülmür, çünki çoxmillətli ölkədə 

bu sərhədlərin özü son dərəcə şərti olur. 

*** 

Həmişə, həmişə  qışqırırdıq ki, insanı  dəyişmək lazımdır, 

ancaq axı insanı əzmədən, ona zülm etmədən onu dəyişdirmək 

mümkün deyildir. Nəticədə isə, biz, əlbəttə, istəyimizə nail 

olduq – insanın daxilini elə dəyişdik ki, o, tam tanınmaz oldu. 

Ancaq bunun kiməsə xeyri dəydimi? Çünki təbiətini 

dəyişməyən insan həmişə özünü elə göstərəcək ki, guya dəyişib 

– bu o deməkdir ki, o, ikiüzlülüyün dərslərini  əla 

mənimsəmişdir. Nəticə isə budur: insan həmişə bir şeyi 

düşünür, başqa  şeyi deyir, hərəkətə  gəldikdə isə bunların 

ikisindən də imtina edir. Uzun illər boyu əxlaqsızlıq təlqin 

edilibsə, yaxşı  nə gözləmək olardı?! Soy, qarət elə (artıq 

talanmış bir şey olsa belə, adı ki yenə talandır), öldür (qoy bu 

düşmən olsun, öldür, nə  fərqi var), aldat, ikiüzlülük elə, 

ərköyünlük elə, yaltaqlan, aldatdıqca aldat, yenə, yenə aldat… 

*** 

Ləyaqət dedikləri həmişə özün olmaq, müstəqil olmaqdır, 

amma sənin fikrindən köklü şəkildə fərqlənən fikri qəbul etmək 

ləyaqəti bir damcı da azaltmır. "Sizin fikrinizlə razı deyiləm, 

ancaq həyatımı verərdim ki, sizin onu ifadə etmək imkanınız 

olsun". Volterin bu tezisi mənim ruhuma çox yaxındır.  



*** 

İnsanın  ən amansız,  ən qəliz və  ən uzun mübarizəsi onun 

özü özüylə – içindəki eqoizmi, şöhrətpərəstliyi, qorxaqlığı, 

ağciyərliyi, laqeydliyi, heyranlığı, illüziya və  tənhalığı… ilə 

davasıdır. 

*** 

Canlı tiranlar özləri kimi bu gün yaşayan tiranları sevmirlər; 

necə olmasa da, axı rəqibdirlər. Onlar yalnız dünyadan getmiş 

tiranları sevirlər. Bəs necə, tiranlara da nəsil  şəcərəsi lazımdır 

axı... 

*** 



 461 

İnsanın bütün həyatı  əzab və qorxudan yoğrulmuşdur.  İşin 

pis gedəndə üzülürsən, yaxşı gedəndə qorxursan – 

xoşbəxtliyini itirməkdən qorxursan. Ümumən götürdükdə

özünü dərk edəndən ölüm qorxusu səni rahat buraxmır.  Ən 

dəhşətli qorxu – doğmalarını itirmək qorxusudur. 



*** 

Həyatın sevincdən çox - ağır yük olduğu insanlara mən nə 

qədər desən rast gəlmişəm. Buna heç yük də deməzdim. Bu 

daha çox darıxdırıcı, üzücü məcburiyyətə  bənzəyir. Belələri 

həyatlarında heç bir dəyişiklik gözləmirlər (çoxdan, lap çoxdan 

bu dəyişikliyin baş verməyəcəyinə  qəti inanıblar), onların 

gözlədikləri  şeyin adı heç xoşbəxtlik, gözlənilməz sevinc də 

deyildir, sonu gözləmək intizarıdır, necə ki, türmədən 

çıxmağını, məktəbdə darıxdırıcı  dərsin bitməyini, sevmədiyin 

işin başa çatmağını  və ya hərbi xidmətin qurtarmağını 

gözləyirsən…, yaxud buna bənzər, ağır, darıxdırıcı  şeylər. 

Ancaq yuxarıda sadalanan və sadalanmayanlardan fərqli olaraq 

bu nəyinsə sona varıb, nəyinsə başlayacağını gözləmək intizarı 

yox, bir xilas yolu kimi ÖLÜMÜ gözləməkdir. "Sonsuz 

dəhşətdənsə, dəhşətli sonluq yaxşıdır". Belə bir mövcudluğa 

son qoyulmalıdır. Bu mövcudluq forması tükənərək başa 

varmalıdır, ancaq o mənada yox ki, bunun arxasınca bundan bir 

az babat olan digər  şey başlasın. Yox, söhbət məhz bu 

mövcudluq formasından, bütün tale dönəmləri ilə  bərabər 

götürülən həyatın özündən gedir, ondan sonra isə yalnız ölüm 

və sükut gəlir. "Sonda - sükut" – Hamlet belə demişdir. Tez, ya 

gec,  əvvəl-axır bütün bunların başa çatmağı, həyatın ölümə, 

yoxluğa, heçliyə qovuşmağı… Ona görə  də, hər açılan təzə 

səhəri sevinclə qarşılamaq yox, buna qurtuluş müddətinin bir 

az da yaxınlaşması kimi baxırlar. 

*** 

Bütün bəxti gətirməyən insanlar - xüsusən, yüksək 

emosional gərginliyin mövcud olduğu incəsənət sahəsində – ən 

faciəvi insanlardır. Öz istedadı,  əməyi, ləyaqətli və namuslu 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə