Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə133/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   129   130   131   132   133   134   135   136   ...   219

 449 

kimi yox olub gedir. Ancaq bəzən heç gözləmədiyin yerdə 

qəribə bir işıq selinə tuş gəlirsən. 

Bu düşüncələr otuz ildən çox bir müddət  ərzində davam 

edən gecə "sayıqlamalarının" məhsuludur. Ancaq onların heç 

birində elə bir iddia yoxdur ki, qəsdən gecəni gündüzə qatıb 

yatmayım, baş  sındırıb, belə bir inad üstündə köklənim ki, 

gündüz hökmən bəşəriyyətə xoruz səsi eşitməyən bir fikir bəxş 

edəcəyəm. Yox, bütün bunlar sərbəst və bilaixtiyar şəkildə, 

bəzən anlaşılmaz, nədən və hansı anımdan tutaşaraq boy 

göstərdiyi aydın olmayan qəfil qarşılaşdırmalar, nəticə, 

qiymətləndirmə kimi, özü də əlimə keçən kağız parçasında, ya 

da maqnitofona deyilərək yaranmışdır. 

Sonra isə bu param-parça qeydlərin bəzisi - bir əlçim kağız 

və maqnitofonun yaddaşına deyilən sözlər iş vaxtı açılıb 

pardaqlanır, tamamlanır da… Gecə kiminsə hardansa 

oxuduğum, yaxud eşitdiyim fikrini xatırladanda sonralar onun 

dəqiq mənbəyini göstərməyə  cəhd edirdim. Yadıma düşən 

fikrin hansı  mənbəyə aidliyini bəzən heç tapa da bilmirdim, 

onu, bu yad fikri təxmini  şəkildə, öz sözlərimlə verirdim, 

cümlənin dəqiqliyinə  əmin olmasam da, fikrin, mənanın tam 

dəqiqliklə ifadə edilməsinə zəmanət verirəm. 

Olurdu ki, gecələr mütaliə ilə başım qarışanda hansı 

müəllifinsə fikri məni özünə  çəkir və  mən bu fikri müəllifə 

istinad edərək qeyd edirdim.  

Bir çox qeydlərimin altında 62-ci ildən başlayaraq bu günə – 

1997-ci ilə kimi tarix göstərilmişdir.  İndi, tam azad şəkildə, 

mövzu və xronoloji ardıcıllığı saya salmadan onları bir yerə 

toplamağa cəhd etdiyim zaman görürəm ki, bəzi müşahidə, 

proqnoz və qeydlərin altında, ümumiyyətlə, tarix yoxdur. 

Ancaq mən təxmini də olsa, onların nə zaman meydana 

gəldiklərini müəyyənləşdirə bilərəm. Olub ki, mənim 

proqnozlarım özünü doğruldub desəm, bəlkə  də heç kəs 

inanmaz ki, mənim tarixlə manipulyasiya etmək niyyətim 

olmayıb, yəni filan fikir 90-cı illərdə yox, məhz 70-ci illərdə 



 450 

doğub və sair. Özümü yalançı  qəhrəman kimi göstərmək 

istəməzdim - yatıb-yatıb birdən peyda olan müdrik və ya 

qəhrəman kimi; çox-çox əvvəlin qeydlərinə  əl gəzdirmək 

fikrindən uzağam.  Burada dövrün izi var – leksikonda, 

terminologiyada, ən əsası isə təfəkkür modelində. 

Oxucunun mühakiməsinə verilən fikirlər - mənim gecə 

qeydlərimin və gündüz elədiyim  əlavələrin təxminən üçdə bir 

hissəsidir. Həcmi bundan təqribən üç dəfə böyük olan, doğma 

Azərbaycan-türk dilində qələmə alınan düşüncələr buraya daxil 

edilməmişdir. Ancaq onların  əksəriyyətini bu və ya digər 

formada – bədii  əsər və esselərimdə istifadə etmişəm. Heç 

yerdə  işlədilməmiş, necə deyərlər,  əl toxunmamışları isə 

zamanı gələndə çap etdirəcəyəm. 

Burada gecə düşüncələrimin böyük bir hissəsi, rus dilində 

qələmə alınan (və düşünülən) fikirlər, metaforalar da təqdim 

edilmir. Onların bir hissəsi bədii əsər və publisistik məqalələrimdə 

özünə yer almış, müxtəlif məqalələrdə, esse, çıxış  və 

müsahibələrdə  işlədilmişdir. Yeri gəlmişkən, siz burada konkret 

şəxslərlə – indi yaşayan və ya rəhmətə getmiş adamlarla bağlı 

deyilən fikirlərə rast gəlməyəcəksiniz. Ümumən, mən imkan 

daxilində ad konkretliyindən qaçmağa çalışmışam. Hər halda bu 

yazıda. 

Ora-bura səpələnmiş fikir və düşüncələrimi müəyyən 

ardıcıllıq üzrə, bir mətn daxilində toplayarkən gördüm ki, elə 

bu qarmaqarışıqlığın özündə  də bir sistem var - bir-birindən 

çox-çox uzaq anımların qəribə yumağı, bilaixtiyar, özün də 

bilmədən bir-birinə qarışıb mozaik olsa da, mənim daxili 

dünyamın, hiss və duyğularımın, hadisələrə qiymət 

verməyimin müəyyən mənada dəqiq mənzərəsini yaradır. Bu 

gün mənə çox-çox sadəlövh görünməyinə baxmayaraq, bəzi 

vaxtı ötmüş fikirlərimi də toxunmadan verirəm. Ona görə ki, 

fraqmentlər  şəklində olsa da, yalnız mənə aid olan fikir və 

düşüncələrimdən – öz daxili dünyamdan üz döndərib heç nəyi 

danmaq, inkar etmək istəmirəm. Bəlkə  həm də ona görə ki, 



 451 

insan Özüylə – Gecə  Həmsöhbətiyə ünsiyyətdə  təsəvvür 

edilməyən dərəcədə  səmimi olur. Əgər ümumiyyətlə, bu 

dünyada sonadək səmimi olmaq mümkündürsə. Özü də sən bu 

səmimiyyəti başqalarıyla bölüşürsənsə…  

 

Mart, 1997. 

 

*** 

Həyat Allahla insanın birgə yaradıcılıq məhsuludur. Onlar 

əl-ələ verərək dünyanı yaradır (yaxud dağıdır), yaxşılığın da, 

pisliyin də yaradıcısı məhz onlardır. Birinci ikincini yaratsa da 

(bəlkə  də  əksinə, Volterin aforizmini xatırlayaq: "Allah 

olmasaydı, onu uydurmaq lazım gələrdi"), hardasa onlar 

bərabərdirlər. Axı, həqiqətən, fikir də, düşüncə də, təsəvvürün 

özü də bir gerçəklikdir;  İnsan nəyisə fikirləşirsə  və bunu heç 

harda qeyd etmir, heç kəsə demir, yazmır, hansı şəkildəsə ifadə 

etmir, hətta bu fikri kiminsə yanında dilə  gətirmirsə, bu fikir 

onsuz da dünyanın yaradıcısı olan Allah tərəfindən eşidilir və 

demək, mövcudluq statusu qazanır. Sənin dilə  gətirmədiyin 

fikir də Ona məlumdur və O, insanın ürəyində pıçıldadığı, dilə 

gətirmədiyi bu fikrinə yaşamaq vəsiqəsi verir.  



*** 

Mən o dünyaya inanıram, inanıram ki, hansısa tam başqa bir 

biçimə düşəcəyəm – ruhmu, şüamı, ulduzmu, axır nəyəsə 

çevriləcəyəm. Ancaq artıq yaddaşım, bu dünya və onun içində 

mənim yaşadığım həyat barədə yaddaşım olmayacaq. Bu da elə 

ölüm deməkdir. 



*** 

De görək, səni kim eşidir axı? Təsəvvür elə ki, beş  nəfəsli 

orkestrin bir yerdə və bütün gücüylə səsləndiyi bir zaldasan – 

marş çalınır – nağaralar gumbuldayır, barabanlar çırpılır, 

gərənaylar çalınır – sən isə tək bir skripkada sakit bir nöktürnü 

çalmaq istəyirsən. Axı kim səni eşidəcək. 

İdeoloji libaslı  şerbazlığın içindən vıyıldayaraq keçən təbil 

ritorikası. Nə  fərqi var, hansı ideologiya olur-olsun – 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə