Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə135/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   131   132   133   134   135   136   137   138   ...   219

 455 

*** 

O, dənizin sahilində, qum üzərində uzanmışdı, mülayim yay 

günü idi – bir azdan payız gələcəkdi, günəş adamı bir elə 

yandırmırdı, hardansa axıb gələn səslər dünyanın bu sakitliyini 

pozurdu. Yüngül külək onun saçlarını dağıdır, dənizi azacıq 

dalğalandırırdı. Dalğaların sakit səsinin altında gözlərini 

yumdu və bu dəm ürəyindən keçdi ki, yanında nə olaydı 

sevdiyi qadın olaydı və bu qadın onun saçlarını uzun, nazik və 

soyuq barmaqlarıyla oxşayaydı, dalğaların zümzüməsi yox, 

onun ahəstə, qüssəli səsi ürəyini zəbt edəydi. Üstündən bir neçə 

il keçdikdən sonra o, yad bir mənzildə divanın üzərində 

oturmuşdu və uzun, nazik qadın barmaqları ahəstə-ahəstə onun 

saçlarına toxunur, maqnitofondan isə sakit, qüssə  gətirən 

musiqi süzülürdü. Gözlərini yumdu və  təsəvvüründə  dəniz 

sahilində, qumların üzərində artıq ötüb keçmiş günü, payız ağzı 

günəşin nəvazişlə  şəfəq saçmağını, bir sözlə,  əlçatmaz 

xoşbəxtliyi, sözlə ifadə oluna bilməyən xoşbəxtliyi canlandırdı. 

*** 

Zamanın və məkanın əvvəlinin və sonunun dərk olunmazlığı 

elə Allah deməkdir. 

*** 

Məhəbbət o deməkdir ki, sən bəzən müxtəlif adamlarda 

müxtəlif cəhətləri axtarırsan və  qəfildən onların hamısını bir 

nəfərdə tapırsan. Yaxud uzun müddət ərzində bu sənə belə gəlir. 



*** 

İstərdim ki, mən öləndən sonra məni tanıyan adamlar – hərə öz 

bildiyi kimi, hərə məndən bir parçanı çəkməklə mənim portretimi 

yaratsınlar. Qoy lap  Pikasso portretlərindəki kimi beş burnum 

olsun, nə qəm. 

*** 

Onu tutmaq qeyri-mümkündür. Hamının  əlindən sürüşərək 

özünə  çəkilir - bura onun heç kəsin - nə dostların, nə  də 

düşmənlərin əlinin çatmadığı bunkeridir. 



*** 


 456 

Əgər sən xəyanətkar qadının sədaqətli  ərisənsə, 

qısqanclıqdan öləcəksən.  Əgər sən sədaqətli qadının 

xəyanətkar ərisənsə, vicdan əzabı səni məhv edəcək. Əgər sən 

sədaqətli qadının sədaqətli ərisənsə, ürək sıxıntısı sənin axırına 

çıxacaq.  Əgər sən xəyanətkar qadının xəyanətkar  ərisənsə, öz 

cəzandı, çək. 

*** 

Müxtəlif tarixi nəsillər Oktyabr inqilabına müxtəlif cür 

yanaşırlar. Olsun ki, oktyabr inqilabının müasirləri onu gözəl 

və  gənc qadın kimi (Delakrunın "Barrikadada azadlıq" – 

əsərində olduğu kimi) təsəvvür edirdilər. Bizim nəslimiz onu 

qoca fahişə kimi tanıdı. O nəslin yaddaşında inqilabın hələ də 

nostalji gətirən obrazı – təmiz, murdarlanmamış, insanı ilhama 

gətirən obrazı yaşamaqdadır. Biz isə onu heç zaman belə 

təsəvvür edə bilməyəcəyik. 

*** 

Allah bizdən qaçıb. Bizə bəlkə də öz rəğbətinin son işarəsi, 

təskinlikverici  şəfqəti, Vavilon qiyamətində qeyb etdiyimiz 

ümumi dil kimi bir təsəlli – içkini qoyub gedib. Nə esperanto? 

Alkoqol – insanlar arasında yeganə ümumi dil bax budur və biz 

butulkanın boğazından dibinə  qədər uzanan yolla səyahətə 

çıxırıq. 

*** 

Yuxuda gördüm ki, gündə yeddi sözdən artıq söz işlətmək 

qadağan edilib. İşlədəcəyin sözlərin üzərində qadağa qoyulub. 

Mən isə öz normamı, söz limitimi tükətmişəm, bu gün mən heç 

olmasa bir söz, həyatımın  ən vacib sözünü demək istərdim, 

ancaq olmaz. Limit başa çatıb. 



*** 

O, özünə qədər çoxlarının, həm də böyük adamların, ədalətli 

şəxslərin etdiyi səhvi təkrarladı - o, xalqına digər xalqların 

yardımı ilə kömək etməyə cəhd göstərirdi. 



*** 

Susmaq həqiqətdir, bəlkə  həqiqətin özü elə sükutun 




 457 

içindədir. 



*** 

Mənəvi oğurluq daha pisdir. Rüşvətxorluğun, yerlibazlığın 

daha böyük pislik olduğunu düşünən insanlar səhv edirlər. 

*** 

Hadisələr iyrənc  şəkil alanda, sən onların murdarlığı 

haqqında danışa bilirsənsə, bu, hələ  rəzilliyin  ən son məqamı 

deyildir.  Ən böyük rəzillik onda baş verir ki, sən bu dəhşətli 

rəzil vəziyyəti tərifləməyə məcbur olursan. 

*** 

İdmanda idmançıların nostaljisi məni onunla 

həyəcanlandırır ki, onlar həyatlarının mənasından onun 

sonunda, hətta ortasında belə yox, lap başlanğıcında ayrı 

düşürlər - onlara çox qısa zaman çərəyində  məşğul olmaq 

imkanı verilən idmanın yaş  həddi var. Bundan sonra onlar 

qazandıqları  qələbə anlarını yalnız yaddaşlarında qüssə ilə 

xatırlaya bilərlər. 



*** 

Kişinin kompleksi - bu HADİSƏ  hələ ki baş verməyibsə, 

özünə güvənməməyindədir. Bu HADİSƏ ona özünütəsdiq 

üçün lazımdır. Qadının KOMPLEKSİ isə - kişi bütün ehtirasını 

cəmləyərək yalnız bu HADİSƏNİ gözləyirsə, onun 

alçalmağındadır. Qadının özünü təsdiq etməsi üçün gərək kişi 

bu HADİSƏNİ arzulamasın, yaxud heç olmasa, təkcə BUNU 

istəməsin. Kişi inanır ki, qadın kişiyə münasibətini özünü 

bütünlüklə ona təslim etməklə təsdiq edir. Qadın isə inanır ki, 

kişi ona münasibətini yalnız təkcə BU barədə düşünməyəndə 

təsdiqləyir. 

*** 

O, bundan sonra da qələbələr qazanacaq, ancaq bu ən 

yüksək zirvəyə qalxa bilməyən və özünə başqalarının bəlkə 

yuxularında gördükləri zirvəyə qalxması ilə  təsəlli verən 

alpinistin yalançı qələbəsi olacaqdır. 

*** 



 458 

İçimizdəki bomboz səhralardır. Deməli, ilğımı da var. 



*** 

Şübhəsiz ki, kinlilik, təhqiri uda bilməmək və  əvəzini 

çıxmaq bütövlüyü şərtləndirən element kimi, deyək ki, xörəyin 

tərkibində bir çimdik duz kimi lazımlıdır. Bədbəxtlik xörəyin 

başdan-ayağa duza bələnməyində, yaxud tam duzsuz 

olmağındadır. 



***  

Bizdə ideologiya cırlaşıb, yaxud dinə - özü də onun ən pis 

formalarına - sxolastikaya, doqmaya, bitədçiliyə, 

dözümsüzlüyə çevrilib. Gerçəkliyin dərkində sxolastik təfəkkür 

tərzi, fasiləsiz və tez dəyişən, ortaya mücərrəd yox, konkret 

problemlər qoyan gerçəkliyə doqmatik yanaşma… Hər hansı 

alternativ barədə düşünməkdən üsyankarcasına imtina, başqa 

cür düşünmə  tərzinin təqib edilməsi, müzakirə zamanı 

peyğəmbər-klassikdən gətirilən növbəti sitatın dilə  gətirilərək 

tamamlanan arqumentlər sırası ilə müşayiət olunan tarixin, 

həyatın yalnız bir üzünə, bir cəhətinə  əsaslanan diktatura. 

Ehkam üzərində çıxarılan qərarlar. Din kimi ideologiya da total 

və qlobal olmağa, hər şeyi əhatələməyə çalışır və buna görə də 

fasiləsiz olaraq dəyişən həyatın ortaya qoyduğu sualları izah 

edə bilmir. Ancaq axirətdə  əbədi həyat qazanmaq ümidi 

oyadan,  əxlaqı xeyir və  şərin, Tanrı  və  Şeytanın, cənnət və 

cəhənnəmin balansıyla tənzimləyən dindən fərqli olaraq, 

ideologiyada bu iki qütb arasındakı  sərhəd olsa-olsa dövlət 

sərhədindən ibarətdir.  Əbədi həyat yoxdur - ideologiya belə 

deyir – cənnət gələcəkdədir, yəni bu, sənin yox, Başqalarının 

Evidir. Ən yaxşı halda isə sənin gələcək nəslinin. Və bu cənnət 

deyilən zaman keçdikcə bizdən daha da uzaqlaşır. Sənin 

həyatında bir elə  məna qalmır, o yalnız qeyri-müəyyən və 

anlaşılmaz gələcək naminə görülən Sizif əməyinə çevrilir. 

Vaxtilə Kilsə Dövlətdən ayrılan kimi indi də sağ qalmaq 

naminə heç olmazsa ideologiya iqtisadiyyatdan ayrılmalıdır. 

İdeoloji qəliblərin Prokrust yatağında can verən iqtisadiyyatın 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə