Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

həmməd Xiyabaninin başçılığı altında Cənubi Azərbaycanda mü-
tərəqqi hərəkatın inkişafına kömək etdi. 
MƏDƏNİ MƏRKƏZ. Sovet hakimiyyəti illərində Bakı ge-
niş  mədəniyyət və turizm mərkəzi kimi tanınmağa başladı. Bakı 
SSRI-yə  səfər edən xarici diplomatlar, turistlər, opera və estrada 
müğənnilərinin səfər proqramlarına daxil edilən 3-cu əsas  şəhər 
(Moskva və Sankt Peterburqdan sonra) idi.   
Kommunist Partiyasının hakimiyyəti illərində  də neft 
Azərbaycan mədəniyyətinə önəmli təsir göstərə bilirdi. Təbliğat-
çılar neft işçilərinə “əmək qəhrəmanı” kimi sitayiş edirdilər. Yazıçı-
lar, rəssamlar və  bəstəkarlara “neft işçilərinin böyük əməklərini” 
tərifləmək tapşırığı verilmişdi. Bu insanların həyatı  və  işi barədə 
yüzlərlə mahnı, şer, əsər və film yaradılmışdı. 
Məsələn hal-hazırda Moskvada yaşayan və Rusiya Rəssam-
lar Ittifaqının sədri vəzifəsində çalışan Azərbaycan rəssamı Tahir 
Salahov “Neft daşları” rəsm  əsərində neft işçilərinin müvəffəqiy-
yətini təsvir etmişdir. Məşhur müğənni Rəşid Behbudov neft barədə 
mahnılar oxumuş  və 1960-cı illərdə Azərbaycanfilm studiyası 
tərəfin-dən çəkilən və neft işçilərinə  həsr olunan “Bəxtiyar” 
musiqili filmində əsas rolu canlandırmışdır. Şair Səməd Vurğun isə 
özünün məşhur “Azərbaycan” poemasında neft barəsində 
yazmışdır. 
Bügün bir çox beynəlxalq neft şirkətləri Azərbaycan mədə-
niyyətinin müxtəlif sahələrinin inkişafına yardım etmişlər. Bəzi neft 
şirkətləri uşaq evləri, məktəblər və  uşaq bağçaları üçün maddi 
yardım göstərirlər. Digərləri isə memarlıq abidələrini bərpa edir, 
Azərbaycan universitetlərinə  və elmi institutlara kompüter və 
texniki avadanlıq bağışlayır və ya istedadlı gənclərin yerli və xarici 
universitetlərdə təhsilini maliyyələşdirirlər. 
NEFT VƏ  İNQİLAB. Azərbaycan 1917-ci ilə  qədər Rus 
Imperiyasının tərkibinə daxil idi və beynəlxalq münasibətlərə bir o 
qədər də  cəlb olunmamışdı. Çar rejiminin yıxılması  və Rusiyada 
Oktyabr  İnqilabının qələbə qazanması ilə bu vəziyyət dəyişdi. 
Azərbaycanı son 100 il ərzində idarə edən nəhəng Rus Imperiyası 
dağıldı. Azərbaycan və Qafqazın digər dövlətləri çox çətin və təh-
lükəli vəziyyətə düşdülər. Çoxlu neft ehtiyatlarına malik olan Bakı 
şəhəri bir çox dövlətləri özünə cəlb edirdi. Azərbaycanın iri və qüd-
rətli qonşuları Bakıya həsəd aparır və onun üzərində  nəzarəti  ələ 
keçirməyə çalışırdı. 
 91


1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edir, lakin 
ölkənin legitim hakimiyyəti Bakıya daxil ola bilmir. Ərazinin neft 
sənayesinin mərkəzi olduğu üçün şəhər Bolşeviklər, Mərkəzi Xəzər 
Diktaturası və Ingilislər də daxil olmaqla müxtəlif xarici qüvvələrin 
əlində idi. 
Sovet Rusiyasında isə Lenin Bakının zəngin neft yataqlarını 
nəzarətdə saxlayırdı  və Bakı üzərində hakimiyyəti  ələ keçirməyə 
can atırdı. Lenin təkrar-təkrar deyirdi: “Sovet Rusiyası Bakı nefti 
olmadan mövcud ola bilməz. Biz Bakı  fəhlələrinə kapitalistləri 
devirməkdə kömək etməliyik ki, sonra onlar Rusiya İngilabına 
yardım etsinlər.” 
Rus bolşevikləri də Bakıda hakimiyyəti yenidən  ələ keçir-
mək üçün fəaliyyət göstərirdilər. Onlar azərbaycanlılardan deyil, 
əsasən ermənilər və ruslardan ibarət 26 Bakı Kommissarlarını  mü-
dafiə edirdilər. Bakı Kommissarları Kommunasının sədri Stepan 
Şaumyan bildirmişdi: “Rusiya Bakı neftinin olmamasından çox 
əziyyət çəkir. Bakının çoxmillətli fəhlə sinfi ilk bolşevik dövlətinin 
qurulmasına yardım etməlidir. Biz onları neft ilə  təchiz etməliyik. 
Bunun  əvəzində Rusiya bizə çörək göndərəcək və bütün Bakı 
kasıblarını doyduracaqdır.” 
Lakin bolşeviklər Bakı neft mədənlərinin sahibi deyildilər. 
Rusiyaya yardım etmək üçün onlar ilk növbədə şəhərdə hakimiyyəti 
ələ keçirməli idilər. Lakin bu o qədər də asan deyildi. Azər-
baycanlıların çoxu, hətta Bakıdakı ruslar belə bolşeviklərin rəh-
bərliyi altında yaşamaq istəmirdilər. Nəticədə, bolşeviklər Bakı 
ermənilərindən Bakı nefti uğrunda mübarizədə müttəfiq kimi 
isifadə etdilər. 
NEFT VƏ  MİLLİ MÜNAQİŞƏLƏR. 19-cu əsrin  əvvəl-
lərində Rus ordusunun gəlişinə  qədər ermənilər və azərbaycanlılar 
özlərini bir-birinin düşməni hesab etmirdilər. Əslində bu iki xalqın 
mədəniyyətləri, xüsusilə də adət-ənənələr, musiqi və mətbəxləri bir-
birinə çox bənzəyir. 
Bəs onda azərbaycanlılar və ermənilər arasındakı bu düş-
mənçiliyi kim və nə yaratmışdır? Qafqaz və Kiçik Asiyada öz haki-
miyyətini və təsirini gücləndirməyə çalışan çar və bolşevik Rusiyası 
regionda dəfələrlə milli nifrət hissi oyatmağa cəhd göstərmişdir. 
1918-ci ildə bolşeviklər erməni millətçiləri olan “Daşnakları” azər-
baycanlılara qarşı qırğına əl atmağa ruhlandırdılar. Daşnaklar hərbi 
 92


və terrorist hərəkətlər həyata keçirən erməni millətçi Daşnaksütun 
Partiyasının üzvləri idilər. 
Həmin il bolşeviklər və daşnaklar gizli danışıqlar apararaq 
Bakıda azərbaycanlılara hücum etmək və  şəhəri  ələ keçirməyi qə-
rara aldılar. Daşnaklar uzunmüddətli döyüşə hazırlaşaraq  şəhərdə 
silahlı qoşunlar toplamağa başladılar. Bu döyüşçülər özlərini hər 
birinin gəzdirdiyi iri mauser revolverinin şərəfinə “mauseristlər” 
adlandırırdılar. Bolşeviklərin həddən artıq Bakı neftinə ehtiyac 
duyurdular və onlar daha artıq gözləyə bilməzdilər, ona görə  də 
mau-seristlərdən azərbaycanlılara qarşı hücuma keçməyi istədilər. 
1918-ci ilin mart ayında Bakıda Azərbaycan-erməni mü-
naqişəsi başladı. Bu əslində ikitərəfli hərbi müharibədənsə, azər-
baycanlıların kütləvi  şəkildə  qırılması idi. Erməni daşnaklarından 
fərqli olaraq, Bakıdakı azərbaycanlıların özlərinin müdafiə etmək 
üçün çox az sayda silah və  hərbi qüvvələri var idi. Onlar güclü 
sürətdə silahlanmış düşmənə qarşı mübarizə aparmağa hazır deyil-
dilər. 
Neft maqnatları müxtəlif  şəxslər və dövlət nümayən-
dələrindən  şəhərdə planlaşdırılan qırığınlarla bağlı  xəbərdarlıq 
aldıqları üçün hücumlara hazır idilər. Onlar şəhərdən qaçmış və öz-
lərinin şəhərkənarı bağ evlərində, çoxu isə Abşeron yarımadasında 
yerləşən Mərdəkanda gizlənmişdilər. Bəziləri isə Moskvaya, Sankt 
Peterburqa və Tehrana qaçmışdılar. Minlərlə kasıb azərbaycanlının 
isə qaçıb canını qurtarmaq üçün nə  şəhərkənarı villası, nə  də ki 
şəhərdən getmək üçün kifayət qədər pulu var idi. Onlardan çoxu isə 
qarşıdan gələn hadisədən xəbərsiz idilər. 
18-ci ilin mart qırğınının sirləri aşkarlandıqdan sonra, hə-
min zaman Bakıda öz evlərində  və küçələrdə 12 min insan qətlə 
yetirildiyi hesablanmışdı. (Mənbə: “Azərbaycan” qəzeti- Azər-
baycan Demokratik Respublikası hökümətinin rəsmi orqanı) 
Mənim ulu babam, xeyriyəçi Hatəm Əbdül Bağı (Səhavətli 
Əbdül Bağı kimi tanınırdı) da onların içərisində idi. Bir hadisədə, 
erməni daşnak komandiri Lalayan yüzlərlə azərbaycanlını əsir almış 
və onları Opera Binasında  əsir saxlayaraq ailələrindən çoxlu miq-
darda pul istəmişdi. Lakin pulunu aldıqdan sonra, əsirləri azad 
etmək əvəzinə onların hamısını güllələmişdi. 
Digər bir daşnak rəhbəri Amazasp Bakı  və Azərbaycanın 
müxtəlif şəhərlərində kütləvi qırğınları davam etdirmişdi. Şamaxıda 
Daşnaklar yüzlərlə insanı 
məsciddə bağlayaraq onları 
 93


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə