Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   2   3   4   5   6   7   8   9   ...   51

tədqiqatlar maliyyə yardımı  tələb edir – maliyyə baryeri bu istuqamətdə 
böyük tormozdur...  
O, həmçinin deyir ki, hər adam belə  iş üçün yaramır. Elmi tədqi-
qatlar aparmaq üçün insan analitik düşüncəyə malik olmalıdır. O deyir: “İn-
sanlar  şair, yaxud rəssam qismində doğulduqları kimi, siz də alim kimi 
doğulmalısız”. Fərid  Ələkbərliyə  əsasən, dünya qədim  əlyazmalarda 
gizlənən sirlərin açılmasından real xeyir əldə edə bilər. "Yadınızda saxlayın 
ki,  müasir tibbin cəmi bir neçə yüz il yaşı var, halbuki ənənəvi tibbi 
minilliklər boyu toplanılmışdı". Iş arası, Fərid  Ələkbərli uşaqlar üçün Azər-
baycan dilində kitab yazmışdır. Kitabın adi “Elmi nağıllar”dır və orada fo-
tosintez, simbioz, immunitet, tüfeylilik, viruslar, DNT, RNT kimi 30-a yaxın 
elmi anlayışlar uşaqlara  sehrli nağıl janrında təqdim olunur. Alim  ümid edir 
ki, kitab yaxın zamanlarda nəşr olunacaq, və  uşaqlar elmin möcüzəli 
aləminə valeh olacaqlar.  
 
Betty Blair, “The Medical Manuscripts of Azerbaijan - Unlocking their 
Secrets”. Azerbaijan International 5.2,Summer 1997, pp.51-53 
 
____________________ 
 
 
JİN PATTERSON (ABŞ) 
“Azerbaijan International” jurnalı. 
 
FƏRİD ƏLƏKBƏRLİ: BAKI 
TİBB ƏLYAZMALARININ TƏDQİQİ 
 
Özünün 40 yaşında (məqalə  2003 ildə yazılmışdır – red.), Dr. 
Fərid Ələkbərli artıq orta əsr tibb əlyazmaları üzrə aparıcı mütəxəssisdir...  
Ərəb əlifbası ilə yazılmış orta əsr tibb əlyazmalarına gəlincə, Fərid Ələkbər-
li çox şeyi ilk dəfə etmişdir.    O,  ilk  dəfə Bakının  Əlyazmalar  İnstitutunda 
müxafizə olunan bütün tibbi əlyazmaları araşdirmışdır. Aparılmış  tədqiqat 
əsasında, o, 365 əlyazmanın kataloqunu tərtib etmişdir. Onun kəşfləri 
arasında   indiyə qədər məlum olmayan iki Azərbaycanlı həkimin əsəridir: 
Əbülhəsən Mərağayi (XVIII əsr) və Murtuzaqulu Şamlu  (XVII əsr). 
O, birinci adamdır ki, orta əsrlər Azərbaycanında mövcud olmuş 
xəstəliklərin profilaktikası konsepsiyasını öyrənmişdir. Bu konsepsiyanın 
əsasını  həyat tərzi, qidalanma rejimi, idman, emosiyaların tənzimlənməsi, 
ətraf müxitin qorunmasi, tibb və əczaçılıq təşkil edir.  
Eləcə  də, o, orta əsr Azərbaycan  əlyazmalarında təsvir edilmiş 
dərmanları araşdırmış ilk insandır. Ondan qabaq İ.Əfəndiyev və A.Rüstə-
mov qədim Azərbaycan təbabətinin ümumi icmalını yazsalar da, Ələkbərli 
ilk dəfə olaraq, humanitar və  təbii elmləri cəlb etməklə, hərtərəfli tədqiqat 
aparmışdır.   
 
6


Biologiya üzrə namizədlik dissertasiyasını müdafiə etmək üçün 
(doktorluq dissertasiyası tarix üzrədir), Fərid Ələkbərli orta əsr Azərbaycan 
əlyazmalarında yer almış bitki, mineral və heyvan   növlərini öyrənən və on-
ları bioloji, tibbi, filoloji və tarixi nöqteyi-nəzərdən təhlil edən ilk insan ol-
muşdu. Beləliklə, o, 256 növ unudulmuş dərman bitkisini aşkarlamışdı. Zə-
ruri eksperimental və kliniki yoxlamalardan sonra, onların çoxsu müasir tə-
babətin arsenalına daxil edilə bilər.   
Bundan əlavə, Fərid Ələkbərli, 866 növ mürəkkəb tərkibli dərman-
lar (həblər, məcunlar, siroplar) müəyyən etmiş və onların təsvirini vermişdir. 
Baxmayaraq ki, bütün bu dərmanlar orta əsr qaynaqlarında təsvir olunub
müasir zamanda onlar heç vaxt ciddi elmi təhlilin obyekti olmamışdı.  
Ələrbərli ilk dəfə təklif etdi ki, sağlamlığın qorunmasının yeni siste-
mi  ənənəvi Azərbaycan təbabətinin müasir tibb elmi ilə sintezi əsasında -
rində nəşr olunan çoxsaylı kitab və məqalələrində öz əksini tapmışdı. Onun 
uzunmüddətli tədqiqatları nəticəsində, 1 400 termini əhatə edən ilk orta əsr 
Azərbaycan  əczaşılıq terminləri lüğəti tərtib olunmuşdur. Belə bir lüğət bi-
rinci dəfədir ki nəşr olunur.  
Sonuncu “birinciliyi” Fərid  Ələkbərli cari 2003 ildə  (məqalə 2003 
ildə yazılmışdır – red.) qazanmışdır. O, həmkari Akif Fərzəliyevlə birlikdə 
Rusiyada (Sankt-Peteburqda) ilk dəfə olaraq orta əsr Azərbaycan tibbinə 
aid ilk kitabı  nəşr etmişdir. Orta əsr traktatı “Töhvətül-möminin” artıq sa-
tışdadır. Bu, Fərid Ələkbərlinin rusca hazırladığı üçüncü kitabdır…     
Həkimlərin 600-700 il bundan öncə təcrübədə sınadığı şeylər, çox 
güman ki, bizə artıq unutduğumuz bilikləri qaytaracaqdır.  […] 
 
Patterson Jean. 2003. Farid Alakbarov: Researching Baku’s Medical 
Manuscripts. Azerbaijan International Magazine, 11.1, pp.48-53   
________________ 
 
 
DEVİD RAYT (Böyük Britaniya)  
 
Professor, Beynəlxalq tibb tarixi cəmiyyətinin orqanı   
“Vesalius” jurnalının baş redaktoru.  
 
FƏRİD ƏLƏKBƏRLİNİN "AZERBAIJAN: MEDIEVAL 
MANUSCRIPTS, HISTORY OF MEDICINE,  MEDICINAL 
PLANTS” KİTABI HAQQINDA 
 
Azərbaycan zəngin tibb əlyazmaları kolleksiyasına malikdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda müxtəlif 
dillərdə 12 000-ə yaxın əlyazma kitabı müxafizə olunur. Onlar astronomiya, 
tibb, riyaziyyat, poeziya, tarix, coğrafiya kimi sahələri əhatə edir. Dr. Ələk-
bərli bu İnstitutun Tərcümə və informasiya şöbəsinin müdiridir.  Onun məq-
sədi lakonik əsər yazmaqla, bu əlyazmalar və Azərbaycanda tibb tarixi haq-
qında məlumatları geniş ictimaiyyətə çatdırmaqdır.   
 
7


Fərid Ələkbərlinin kitabı altı yığcam fəsildən ibarətdir.  Birinci fəsil 
Azərbaycan tarixinin qisa icmalını  təşkil edir. Burada ölkənin tibb tarixinə 
töhvə verən şəxslərin adları çəkilir. Sonuncu fəsil tibb və qidalanmaya aid 
müasir təsəvvürlərin təhlilinə  həsr olunmşdur. Qalan dörd fəsil və mü-
qəddimə orta əsr  əlyazmalarından, eləcə  də otra əsr tibbindən,  əcza-
çılıqdan və aromaterapiyadan bəhs edir. Burada ən mühümm əlyazmaların 
siyahısı  da verilmişdir. 
Üç ən mühümm əlyazma YUNESKO-nun Dünya Yaddaşı proqra-
mına daxil edilmişdir. Bunlar aşağıdakılardır: İbn Sinanın “Qanun” əsərinin 
1143-cü ildə, müəllifin 1037 ildə ölümündən təhminən bir əsr sonra, 
köçürülmüş nüsxəsi; Rüstəm Cürcaninin (XIII əsr)  əsəri, və  Əbülqasım 
Zəhravinin (Abulcasis)  cərrahiyyə  и alətlər haqqında əsərinin cildlərindən 
biri ... 
Kitabda verilmiş çoxsaylı rəngli illüstrasiyalar, ölçüləri balaca olsa 
da, əlyazmaların qeyri-adi gözəlliyi haqqında zəngin əyani təsəvvür yaradır, 
və kitabın tarixi əhəmiyyətini xeyli artırır.  Fərid  Ələkbərlinin kitabı Azər-
baycanı şəxsən ziyarət etmək imkanları olmayanlar üçün qədim əlyazmalar 
dünyasına maraqlı bir səyahətdir, və, müəllifin dünya ictimaiyyətində Azər-
baycanın mədəni sərvətlərinə maraq oyatmaq ümidini doğrultmalıdır.  
 
David Wright. Book Reviews. "Azerbaijan: Medieval Manuscripts, History of 
Medicine, Medicinal Plants" by Farid Alakbarli.  Vesalius, Official Journal of 
the International Society for the History of Medicine, London-Paris, Vol. XII, 
No 1, June, 2006, p. 56 
 
______________________________________ 
 
MARİYA-ELVİRA SAQARZAZU (Argentina) 
Rozario Universitetinin ədəbiyyat professoru, 5 roman, 4 povest, 37 
hekayənin müəllifi, “Angel Guerra” Beynəlxalq Ədəbiyyat 
Mükafatinin laureatı (İspaniya, 1986).  
 
 Hörmətli Fərid Ələkbərli, 
 
Mən sizin “Medical manuscipts of Azerbaijan” (“Azərbaycanın tibbi 
əlyazmaları”) adlı gözəl kitabınızın müqəddiməsini və bir neçə  fəslini 
oxudum. İnsanlar sizin əlinizdə olan materialın nə dərəcədə qiymətli olması 
haqqında az bilirlər. Mən bu  kimi qədim mənbələrin tədqiqi prosesində 
yaranan emosiyaları, onlar üzərində işə başlamaq üçün tələb olunan sevgi 
və qayğıkeşliyi yaxşı təsəvvür edirəm.  
Ola bilsin nə vaxtsa siz bu işə necə başladığınız haqqında danı-
şarsınız. Sizdə ilkin mənbələrin fotosurətləri varmı? Bu mətnlərin qədim-
liyini və kövrəkliyini nəzərə alaraq, onlara əllə toxunmağın mümkün olma-
sını sadəcə  təsəvvür edə bilmirəm. Onlar kifayət qədər möhkəm, yoxsa 
kövrəkdirlər və köhnə olduqlarına görə deformasiyaya uğrayıblar?  
 
8


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə