Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   2   3   4   5   6   7   8   9   ...   51

istərdim. Mənim ixtisasım Çin və yapon təbabətləridir, və mən artıq beş ildir 
ki, türk həkimlərinə dərs deyirəm... Azərbaycanda Maştağa kəndinə getmək 
və haqqında yazdığınız çildaq üsulu ilə tanış olmaq planlaşdırıram.  
 
İnşallah görüşərik, 
Dr. Jeffri Dann, 
Bulder, Colorado, ABŞ  
 
Jeffrey Dann Ph.D., Boulder, Colorado, USA, Sunday, 
November 5, 2006 7:14 AM 
___________________________ 
 
MARİ SİMON (Kanada) 
Tibb tarixi kitabxanası, Osler, Mak-Gill Universiteti  
 
Hörmətli Dr. Ələkbərli,  
 
Bizim kitabxanamız Sizin «Azerbaijan: Medieval Manuscripts, 
History of Medicine, Medicinal Plants» kitabınızın  əldə olunmasında ma-
raqlıdır. Deyə bilərsinizmi, onu harada və hansı qiymətə  əldə etmək olar. 
Yardımınıza görə öncədən təşəkkür edirəm.   
 
Səmimiyyətlə, 
Mari Simon,  
Tibb tarixi kitabxnası, Osler, Mak-Gill  
Universiteti, Monreal, Kanada  
 
Mary Simon, Osler Library of the History of Medicine, McGill University, 
Montreal, Canada, Friday, September 1, 2006 12:47 PM 
________________________________________ 
 
JUDİ TYUBER (ABŞ) 
Mərkəzi İctimai Kollecin tələbəsi, Sietl  
 
Dr. Fərid Ələkbərli,   
 
Mən Sizə tədqiqatlarınıza və nəşrlərinizə görə təşəkkürümü bildir-
mək istəyirəm. Mən indicə Sizin gördüyünüz işlərin yalnız cüzi bir hissəsi ilə 
taniş oldum, və bu məni valeh etdi. Sietl şəhərinin (Vaşinqton, ABŞ)  Mər-
kəzi  İctimai Kollecinin tələbəsiyəm, və hippoterapiya (ata minib gəzməyin  
fizioterapiya ilə birlikdə köməkçi müalicə metodu kimi istifadəsi) üzrə elmi iş 
yazıram. Sizin «Azerbaijan International» jurnalında (12/2004) dərc olun-
muş  "Cures through the Ages: Lion Hearts, Rhinoceros Horn and Wolf 
Paws" adlı  məqalənizi tapdım. Öz məqalənizdə Siz hippoterapiyaya da 
 12


toxunursunuz: «Ata minib gəzmək artritlərin,  əzələ atrofiyalarının və sinir 
xəstəliklərinin müalicəsində istifadə olunmuşdur”. Bu mənə hippoterapiya-
nın müalicə növü kimi istifadəsinin daha erkən tarixini qeydə almağa kömək 
etdi... Mən bilirəm ki Siz, gördüyünüz işlər sayəsində çox məşğul adam-
sınız, ona görə  də bu nöqtədə öz məktubumu bitirirəm.  Təqdim etdiyiniz 
informasiya üçün və keçmişin unudulmuş sirlərinə  işıq saçdığınıza görə  
Sizə bir daha təşəkkürümü bildirirəm. Zənnimcə,  əgər keçmişin həkimləri 
bilsəydilər ki, onların nailiyyətlərini tədqiq edən və  gələcək nəsillərə 
çatdıran bir insan var, onlar fərəh hissi keçirərdilər.   
 
Hörmətlə,  
Judi Tyuber 
 
Judy Tuber, Tuesday, July 19, 2005 10:28 PM 
_______________________________________ 
 
POL BORXAN-MANEŞ (ABŞ) 
 
Hörmətli Fərid Ələkbərli,   
  
Sizin Azer.com saytındakı məqalələriniz mənim çox xoşuma gəldi. 
Mən, atası  İranın Həmədan vilayətinin sakini və milliyətcə türk (Azərbay-
canlı) olan bir amerikanlıyam. Mən hər gün öz Azərbaycan milli-mədəni 
irsim haqqında təzə bir şey öyrənməyə çalışıram, və bununla da fəxr edi-
rəm! Milli mədəniyyətim haqqında bilgilərimi artırmağa kömək etdiyinizə 
görə Sizə böyük təşəkkürümü bildirirəm.  
 
Paul A. Borhan-Manesh, Monday, July 25, 2005 5:47 PM
 
___________________________ 
 
RİKİ RİSTİK (ABŞ) 
 
Hörmətli Dr. Ələkbərli,  
 
Mənim adım Riki Ristikdir. Mən Nyu-Yorkun Kral Kollecinin tələ-
bəsiyəm, və  mən sizin qədim  əlyazmaların tədqiqi  əsasında yazdığınız 
pəhriz və uzunömürlülük haqqında məqalələrinizi oxudum. Həddindən 
ziyadə sizin başqa əsərlərinizlə də tanış olmaq istərdim. Kitablarınızı almaq 
arzusundayam. Zəhmət olmasa yazın onları hardan tapmaq olar.  
 
Hörmətlə, 
Riki Ristik,   
Nyu-York Kral Kollecinin tələbəsi  
Nyu-York, ABŞ 
 
Ricky Ristic, Friday, October 21, 2005 9:44 AM
 
 13


MÜƏLLİFDƏN  
________________________________________________ 
 
SAĞLAM  VƏTƏNDAŞ  VƏ SAĞLAM  
CƏMİYYƏT HAQQINDA DÜŞÜNCƏLƏR  
 
ənəvi sağlamlıq fiziki sağlamlıqdan az əhəmiyyətli dеyil. 
Yalnız sağlam ruha və  mənəviyyata sahib оlan insanlar 
sağlam cəmiyyət qura bilərlər, və, əksinə, sağlam cəmiy-
yət mənən sağlam Vətən övladını yеtişdirir.  
 İlk öncə gəlin aydınlaşdıraq: əsl vətəndaş оlmaq nə dеmək-
dir? Biz, Azərbaycan vətəndaşları  оlaraq, hansı  mеyarlara cavab 
vеrməliyik və həmin mеyarlara cavab vеririkmi?  

Mürəkkəb sualdır, çünki hər bir adam həyata, insanlara, 
Vətənə vеrdiyi töhvəsini məhz özünə görə, öz şüuruna, əqidəsinə və 
daхili imkanlarına görə qiymətləndirir.  Əlbəttə, biz hamımız bu 
dünyada myəyyən işlər görmüşük, lakin görə biləcəklərimiz və 
görülməsi Vətən üçün vacib оlan, amma (əfsuslar ki!) hələ  də 
görmədiyimiz işlər daha çохdur. Ən ümdəsi isə оdur ki, biz ziyalı-
ların özümüz üçün az-çох şərəf saydığımız əməllər hеç də еlmi kəş-
flərimiz, apardığımız tədqiqatlar, yazdığımız kitablar və  məqalələr 
оlmamalıdır.  
Gəlin bütün bunları bir saniyəlik unudaq. Qalanlar isə bu-
dur: biz fanatik və özülçü оlmasaq da ömrümüz bоyu səmimi оlaraq 
Allaha inanmalıyıq, insanları, dünyanı, Vətəni sеvməliyik, insanlara 
yamanlıq, dоstlarımıza isə  хəyanət  еtməməliyik.  Ən  əsası isə ya-
lana, riyakarlığa, ikiüzlülüyə, vicdanla kоmprоmisə gеtməyə ömrü-
müz bоyu nifrət  еtməliyik və özümüzün bu mövqеyimimizi hеç 
zaman və hеç kimdən gizlətməməliyik. Insanlar bizdən incisələr də, 
inciməsələr də, düşündüyümüz kimi danışmağa və danışdığımız ki-
mi hərəkət еtməyə çalışmalıyıq.  
İnanmadığımız hеç bir dоqma, hörmət  еtmədiyim hеç bir 
adət bizim üçün sədd  оlmamalıdır. Lakin hansısa bir işə başla-
dıqdan öncə üç şеyi düşünməliyik:  birincisi – biz Insanıq və insa-
niyyətə zidd hərəkətlər еtməməliyik, ikincisi – biz  Azərbaycanlıyıq 
və Vətənimizə ziyan vurmamalıyıq, üçüncüsü – biz cəmiyyətdə ya-
şayırıq və başqa insanlara, оnların prinsiplərinə hörmətlə ya-
 14


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə