Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə51/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   43   44   45   46   47   48   49   50   51

lıqda yerləşən gəmilərdən binaya atəş açmağa başlayırlar. 
Xoşbəxtlikdən binaya heç bir zərər dəymir. 
Sovet dövrünün ilk illərində bolşeviklər Ismailliyənin fasa-
dındakı hikmətli sözləri kommunist şüarları və qızıl ulduzlarla əvəz 
etdilər. Elmlər Akademiyası bura köçərkən binanın üzərinə 
“Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazılır. Binaya 
girəcəkdə onun adı latın  əlifbası ilə ingiliscə yazılmasına baxma-
yaraq, ornament kimi binanın üzərinə  həkk edilən iri metal qızıl 
ulduzlar və hərflər hələ də oradan kənarlaşdırılmayıb. 
Nağıyevin Bakıda  ən varlı neft maqnatlarından biri olma-
sına baxmayaraq, öz yoldaşları onu xəsis kimi tanıyırdılar. Məsələn, 
o öz torpaqlarında aparılan tikinti işlərinə diqqətlə rəhbərlik edirdi. 
O, işçilərinə  və onların işlərinə diqqətlə  nəzarət edərdi, hətta mis-
mar qutusunu açıb onları özü sayardı. 
Mərhum yazıçı Manaf Süleymanovun yazdığına görə, bir 
dəfə Nağıyev günorta yeməyi zamanı tikinti yerinə baş  çəkir və 
görür ki, podratçı və tikintidə işləyən işçilərin bəzisi tonqalın ətra-
fına toplaşıb yemək yeyirlər. Podratçı siqaretini kibritlə yandırır. 
Nağıyev ona baxır və deyir: “Sabah işə gəlmə. Sabah idarəyə get və 
işdən çıxarılmağın barədə sənədi al.” 
“Niyə görə, Ağa Musa?”, deyə podratçı ümidsiz vəziyyətdə 
soruşur. 
“Sənin qarşında iri tonqal olduğu halda, buna ehtiyac ol-
masa da sən kibrit yandırdın.  Əgər sən öz mülkiyyətinin qeydinə 
qalmırsansa, onda mən öz mülkiyyətimi sənə necə etibar edə bilə-
rəm?”, deyə Nağıyev cavab verir. 
Xəsis kimi tanınmasına baxmayaraq, Nağıyev xeyriyəçi idi 
və bir sıra önəmli binaları  və layihələri maliyyələşdirmişdi. Məsə-
lən, o, çox böyük bir xəstəxana tikdirmişdi və bu xəstəxana Azər-
baycan müstəqillik qazandıqdan sonra onun adı ilə Musa Nağıyev 
adına Təcili Tibbi Yardım Xəstəxanası adlandırılmışdır. O, həm-
çinin Bakının su təchizat sisteminin—Şollar su zavodunun 
maliyyələşdirilməsinə yardım etmişdir. O, Bakıda bir sır mək-
təbələrin tikintisinə yardım etmiş  və kasıb ailədən olan 25 azər-
baycanlı məktəblinin xərcini öz üzərinə götürmüşdür. 
Sovet dövründə Nağıyevin Bakı memarlığına verdiyi tövhə 
demək olar ki, unudulmuşdur. Onun gördüyü işlər yalnız Yenidən-
qurma və müstəqillik illərindən sonra qiymətləndirilməyə başlan-
mışdır. 
 156


MURTUZA MUZTAROV. Şəhərin mərkəzində yerləşən 
ən iri yaşayış evlərindən biri olan Bakının Səadət Sarayı bir zaman-
lar neft maqnatı Murtuza Muxtarovun (1855-1920) dəbdəbəli iqa-
mətgahı olmuşdur. Avropaya səyahət etdikdən sonra Muxtarov 
özünə fransız qotik üslubunda tikilmiş saraya bənzər bir iqamətgah 
tikdirmək qərarına gəlir. Polşalı memar I. K. Ploşko 1911-1912-ci 
illərdə bu binanın tikintisinə nəzarət etmişdir. 
Muxtarov həmçinin Bakı şəhərinin ətrafındakı Əmircan qə-
səbəsində yerləşən və Azərbaycanın  ən böyük məscidlərindən biri 
olan  Əmircan məscidini tikdirmişdir. Rus höküməti ona şəhərin 
mərkəzində belə böyük bir məscid tikdirməyə icazə verməmişdi. 
Muxtarov həmçinin Şimali Qafqazın Vladivostok şəhərində böyük 
bir məscid inşa etdirmişdi. Bu gün Muxtarovun iri şəhərkənarı 
villasında Bakının Botanika Bağının Mərdəkan filialı (Dendropark) 
yerləşir. 
AĞA BALA QULİYEV. 1899-cu ildə  Ağa Bala Quliyev 
Bakının mərkəzində gözəl bir saray tikdirir. Müxtəlif Avropa 
üslublarından istifadə edən neft maqnatları olan dostlarından fərqli 
olaraq, Guliyev Şirvanşahlar Sarayının giriş qapısındakı  bəzək 
ornametlərindən istifadə edərək Bakı-Abşeron memarlıq üslubunda 
ev tikdirməyə üstünlük verdi. Onun iqamətgahı bu üslubda tikilən 
yeganə binadır. Polşalı memar Skibinski bu iqamətgahın layihəsini 
hazılamışdı. 
Az sayda azərbaycanlı un maqnatı kimi tanınan Quliyevin 
Xəzər neftinin kəmər vasitəsilə Qara dəniz sahillərində yerləşən 
Batumi (Gürcüstan) limanına nəqli layihəsini çəkilməsinə təşəbbüs 
edən bir şəxs olduğunu bilir. O, Bakı-Batumi səhmdar  şirkəti 
yaradaraq 1897-ci ildə kəmərin tikintisinə başlamış və 1907-ci ildə 
bu işi başa çatdırmışdır. 
İTİRİLMİŞ  NƏQŞLƏR. Neft maqnatlarının saraylarının 
zalları, tavanları və qapıları rəngli və yağlı nəqşlərlə bəzədilmişdir. 
Bu rəsmlərə müxtəlif çöl təbiət mənzərələri, güllər, heyvanlar ilə 
yanaşı ənənəvi müsəlman ornamentləri, Bibliyadan səhnələr və 19-
cu  əsrin sonu və 20-ci əsrin  əvvəllərindəki gündəlik həyatdan 
şəkillər əlavə edilmişdi. 
Sovet dövründə bolşeviklər bu rəsmləri “kapitalist memar-
lığının israfçılığı” kimi qəbul edərək onların üzərini boyamış və ya 
onları silmişlər. Bir çox hallarda, onlar həmçinin binaların içəri-
sində yerləşən lepka bəzəklərini və oyma işlərini yox etmişdilər. 
 157


Onlar binaların fəhlələrin həyatı kimi sadə  və adi olması  şərtinin 
qoyurdular. 
Ismailiyyə Sarayında bir otaq və zal və Tağıyev Sarayının 
Şərq Zalı da daxil olmaqla çox az tikililərdə orijinal interyer işlə-
mələri olduğu kimi qalmışdır. Bu gün 70 il Sovet hakimiyyəti döv-
ründə dağıdılmış  rəsmləri bərpa etmək mümkün deyil. Bəzi  əski 
fotolar və  rəsm işlərinin nadir nümunələri saxlanılıb, lakin onlar 
mövcud olan yeganə şeylərdir. 
STALİN DÖVRÜ. 1953-cü ilə kimi Sovet təbliğatı Azər-
baycanın nəhəng memarlıq nailiyyətlərinin “millətlərin atası” olan 
Stalinin rəhbərliyi altında  əldə edildiyini yayırdı.  Əlbəttə ki, 
Stalinin hakimiyyəti illərində bir çox gözəl və cəlbedici binalar ti-
kilmişdir. Bu sıraya Azərbaycan  ənənəvi memarlıq üslubundan 
istifadə edilərək Sovet dövrünün ilkin illərində inşa edilmiş Bakı 
Vağzalı da daxildir. 
Eyni zamanda II Dünya Müharibəsinin sonunda L. Rudnev, 
V. Muns və K. Tkaçenko kimi memarlar tərəfindən tikilən və Lenin 
meydanında (hal-hazırda Azadlıq Meydanı) Azərbayan Hökümət 
evini də qeyd etmək lazımdır. Əsir alınmış alman əsgərləri burada 
işçi kimi istifadə olunurdular və Bakı camaatı bu barədə bunları 
deyirdi: “Bu bina çox yüksək keyfiyyətlidir, çünki onu alman 
əsgərləri tikib. O, çox dəqiq və səliqəli tikilib.” 
Stalin dövründə Azərbaycanın ən məşhur memarları Sadıq 
Dadaşov və Mikayıl Hüseynov olmuşdur. Onlar Nizami küçəsində 
yerləşən “Buzovnaneft”, Azərbayan Elmlər Akademiyası, Nizami 
Kinoteatrı, Hacıbəyov Konservatoriyası (indi Musiqi Akademiyası 
adlanır), Nizami Muzeyi, Nazirlər Kabinetinin binası, Axundov 
adına Milli Kitabxana kimi şah  əsərləri yaratmışlar. Məcidov nə-
həng Lenin Muzeyini (hal-hazırda burada xalça muzeyi və bir sıra 
başqa obyektlər yerləşir) inşa etmişdir. Azərbaycan memarları 
Əlilzadə  və  Mədətov Azərbaycan Dram Teatrını inşa etmişdir. Bu 
binaların tikintisinin çoxunun Xruşovun zamanında başa çatdırıl-
masına baxmayaraq, onlar iri həcminə, möhtəşəmliyinə  və gözəl-
liyinə görə “Stalin binaları” hesab olunur (Sovet dilində “stalin-
kalar”). 
Stalin dövründə Azərbaycanda “mədəniyyət sarayı” adla-
nan yeni tip bina növü peyda oldu. Bu saraylar fəhlələrin və digər 
zəhmətkeşlərin  əylənmək məqsədilə oyunlar oynamaq, mühazi-
rələrə qulaq asmaq, şahmat oynamaq, idman yarışlarında iştirak 
 158


etmək və Sovet və ya xalq musiqisi konsetlərinə qulaq asmaq üçün 
nəzərdə tutulmuş xüsusi teatr mərkəzləri idi. Bu əzəmətli mə-
dəniyyət mərkəzlərinin çoxu qədim yunan məbədlərini xatırladırdı. 
1920-ci illərdə Bolşeviklər fəhlələr üçün şəhər bağları 
salmağa başladılar. Elmlər Akademiyasının Icraiyyə binasına bitişik 
olan Sabir bağı  və  dənizkənarı bulvar yenidən tikildi və genişlən-
dirildi. Bu bağların çoxunda Marks, Lenin, Engels, Stalin və  məş-
hur Azərbaycan şair və yazıçılarının heykəlləri qoyuldu. 
Bu heykəllərin heç də hamısı müasir dünyagörüşü baxı-
mından estetik deyildi. Fəhlə kişinin və kəndli qadının nəhəng ma-
lalı bürüncdən olan heykəlləri real həyatdan çox “böyük kommunist 
ideyalarını” xatırladırdı. Kişi əlində iri çəkic, qadın isə oraq tutaraq 
Sovet Ittifaqındakı bütün fəhlə  və  kəndlilərin birliyini simvolizə 
edirdi. Hər iki heykəldəki insanlar atletik və qüvvətli görünürdü və 
onların sifətindəki laqeyd, duyğusuz bir ifadə onları manekenə 
bənzədirdi. Digər heykəllər idmançı kişi və qadınlara həsr olun-
muşdu və, bəzən, belə bir yazılı  şüarla təchiz edirdilər: “Axmaq 
olma, idmanla məşğul ol!”.   
Stalin dövründə  həyat  şəraiti ideal həyat  şəraitindən çox-
çox uzaq idi. Bir çox Sovet vətəndaşları ümumi mətbəxi, hamam və 
tualetləri olan kommunal mənzillərdə yaşamalı olurdular. Stalinin 
siyasəti müxtəlif insanları vahid ailə kimi bir yerdə yaşamağa 
məcbur etmək idi. 
 Azərbaycan müstəqillik qazandıqdan sonra tarixçilər Stalin 
dövrü memarlığının müsbət və çatışmaz cəhətləri barədə danışmaq 
azadlığı  əldə etdilər. Stalinin nəhəng inzibati binalar tikdirmək 
tendensiyası indi gigantomaniya (nəhəngbazlıq) kimi qəbul edilir. 
Digər tərəfdən, alimlər qəbul edirlər ki, Bakıdakı bir çox yüksək 
keyfiyyətli və gözəl binalar məhz Stalin dövründə inşa edilmişdir. 
XRUŞOV DÖVRÜ. Xruşov hakimiyyətə  gələndə Stalin 
dövrü memarlığının bütün nailiyyətlərini rədd etdi. O, elan etdi ki, 
250 milyonluq Sovet xalqının hamısının öz şəxsi mənzili (kom-
munal mənzillərin əksinə olaraq) olmalıdır. Bu məqsədə nail olmaq 
üçün çox qısa zamanda keyfiyyətsiz və ucuz materialdan binalar 
tikilməyə başlanıldı. Keyfiyyət və estetikaya, görünür, heç önəm 
verilmirdi. Sovet dili ilə “xruşovkalar” adlanan və “Xruşovsayağı 
ev” mənasını verən bu 5 mərtəbəli eybəcər binalar Bakıda hələ də 
mövcuddur. Bəzən insanlar bu evləri “xruşoba” adlandırırdılar. Bu 
 159


isə rus dilində “truşoba” (çirkli, kasıb daxma) və Xruşovun 
familiyasının kombinasiyasdır. 
Bu ucuz mənzillər tikilən zaman Xruşov demişdi: “Narahat 
olmayın. Bu evlər yalnız müvəqqətidir. 25 ildən sonra Sovet Ittifaqı 
dünyanın  ən varlı ölkəsi olanda, bu binalar söküləcək və  fəhlələr 
üçün həqiqi saraylarla əvəz ediləcək.” 
Bu binaların keyifyyətinin çox aşağı olmasına baxmayaraq, 
Xruşovun layihəsi Sosializmin böyük qələbəsi kimi qiymətlən-
dirildi. Biz indi bu binaların həqiqi simasını görürük. Lakin eyni 
zamanda xatırlamalıyıq ki, onlar minlərlə azərbaycanlıya Stalininin 
kommunal evlərini tərk etmək və öz şəxsi mənzillərinə malik olmaq 
imkanı verdi. 
BREJNEV DÖVRÜ. Brejnevə görə Xruşovun çox qısa 
zaman  ərzində bütün vətəndaşları  şəxsi mənzillərlə  təmin etmək 
istəyi “volüntarizm”, yəni qeyri-real şeylərə nail olmaq üçün atılmış 
bir təşəbbüs idi. Brejnev Bakıda bu ucuz və görkəmsiz binaların 
tikintisini dayandırdı. 
Onların  əvəzinə bütün respublika ərazisində 5 və 9 mər-
təbəli daha keyfiyyətli binalar tikilməyə başlandı. Həmin dövrdə 
Azərbaycana rəhbərlik edən Heydər  Əliyev Gülüstan Sarayı, Res-
publika Sarayı, Xalq Sənaye Nailiyyətləri Sərgi Salonu, Kommunist 
Partiyası Mərkəzi Komitəsinin binası və Parlament Binasının layi-
hələri üçün irimiqyaslı tikinti işlərinə başlanğıc verdi. 
Lenin meydanında Abşeron və Azərbaycan mehmanxana-
ları ucaldıldı. Moskva mehmanxanası isə Avropadan gələn varlı əc-
nəbilərin qaldığı bir mehmanxana kimi şöhrət qazandı. 
Ümumilikdə, Stalin üslubu daha müasir memarlıq formaları 
ilə əvəz olundu. Köhnə Parapet çoxlu sayda fontanları və heykəlləri 
olan Fontanlar Meydanına çevrildi. 
Həmin dövrdə Azərbaycan kitabları  və  qəzetləri Kommu-
nist Partiyasının Bakının gözəlləşdirilməsindəki rolunu vurğulayır-
dılar. Brejnev özü dəfələrlə şəhərə səyahət etmiş və demişdi: “Bakı 
gözəl şəhərdir. Burada yaşamaq və işləmək çox xoşdur.” Onun bu 
sözləri tezliklə Bakıdakı lövhələrdə  şüar kimi istifadə olunmağa 
başladı. 
Bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycan memarlığı 
bütün Sovet Ittifaqını bürüyən eyni problemlərdən əziyyət çəkirdi. 
Indi Azərbaycan müstəqil bir dövlət olduğundan, biz açıq-açığına 
yaza bilərik ki, Brejnev dövründə tikilən yaşayış evləri də  aşağı 
 160


keyfiyyətli idi. Buna səbəb Sovet tikinti sənayesini bürümüş 
korrupsiya idi. Adətən yeni evlərdə yaşayan insanlar həmin evləri 
özləri təmir etməyə  məcbur olurdular, çünki onlar çox aşağı 
keyfiyyətli tikilirdi. 
YENİLİKLƏR. Bakı memarlığı Azərbaycan 1991-ci ildə 
müstəqillik qazandıqdan sonra çox dəyişmişdir. Azərbaycan ilə neft 
müqaviləsi imzalayan xarici neft kompaniyaları özləri ilə çox 
böyük investisiya axını  gətimişlər. Bu kompaniyalardan çoxu öz 
ofislərini şəhərin mərkəzində açmışlar, bəziləri isə hətta orta əsrlərə 
aid Içəri Şəhəri seçmişlər. Bakının memarlıq mühitini əks etdirmək 
üçün yeni ofislərin çoxu ənənəvi Şərq üslubunda tikilir və orta əsr 
evlərini xatırladır. Içəri  Şəhərdə yerləşən köhnə evlərin çoxu 
yenidən bərpa olunmuş  və bununla da Bakının tarixi mərkəzinə 
daha təmiz və müasir görkəm vermişlər. 
Bununla belə, bir çox azərbaycanlı memarlar Içəri Şəhərdə 
aparılan yeni tikinti işlərinə kəskin etiraz edirlər. Onlar deyirlər ki, 
orada aparılan geniş tikinti işləri orta əsrlər  şəhərinin nadir 
strukturunu pozur. Qız Qalası, Şirvanşahlar sarayı da daxil olmaqla 
qala daxilindəki Içəri  Şəhər 2000-ci ildən UNESCO’nun Dünya 
Əhəmiyyətli Abidələr statusuna malikdir, lakin onu qorumaq üçün 
lazımi tədbirlər yerinə yetirilmir və ya yerinə yetirilməsi çox 
çətindir. 
Sovet dövründə Bakı rahat və  dəbdəbəli otellər az idi. 
Lakin indi şəhərdə çoxlu sayda əcnəbi olduğundan, yeni otellər 
tikilməkdədir. Bunlara iki nümunə kimi Avropa Oteli və ISR 
Plaza’nı göstərmək olar. Köhnə Naxçıvan oteli hal-hazırda bərpa 
olunmuş  və Hyatt Regency və Hyatt Towers adı ilə tanınır. Hyatt 
kompleksində həm ofislər, həm də yaşayış mənzilləri vardır. 
Bakının səma xəttini Azərbaycan Milli Bankı  və Tikinti 
Bankı kimi yeni polad və  şüşəli binalar kəsir. Bu müasir binalar 
Bakını Sovet görkəmini hələ  də saxlayan Tiflis və Yerevan kimi 
Qafqaz şəhərlərindən fərqləndirir. 
Bakıda son dövrlərdə tikilən yaşayış binalarında və 
məscidlərdə türk təsiri açıq-açığına hiss olunmaqdadır. Bu məscid-
lər ənənəvi Azərbaycan üslubundan fərqli olaraq Osmanlı üslubun-
da tərtib olunmuşdur. Adətən Osmanlı  məscidləri nazik nizə başlı 
minarələrə  və geniş silindr formalı günbəzlərə  məxsusdur. Bu üs-
lubun  ən yaxşı nümunəsi Istanbulda yerləşən məşhur Aya Sofya 
məscididir. Bakının  ən məşhur məscidlərindən biri türk Cümə 
 161


məscidi Osmanlı üslubundadır və bir neçə il bundan əvvəl Şəhidlər 
Xiyabanı yaxınlığında tikilmişdir. 
Azərbaycan üslublu məscidlər  ənənəvi olaraq ağ daşdan 
tikilən enli, qısa minarələrə malikdir. Türk minarələrinin metallik 
və rəngli damlarından fərqli olaraq, yerli minarələrin hər biri orna-
mentlərdən və eyvanın aşağısında yerləşən daşların üzərinə oyul-
muş Quran ayələrindən ibarət sadə görünüşə malikdir. Bakıda 
yerləşən 10-cu əsrə aid Məhəmməd məscidi bunun bariz nümu-
nəsidir. 
Çoxlu sayda xaricilərin olması bütün Bakıda yeni mağaza-
ların və dükanların tikilməsinə  səbəb olmuşdur. Qərb üslubunda 
tikilən supermarketlər Sovet tipli mağazları əvəz etməkdədir. Bakı-
da tikilən ilk supermarketlərdən biri Ramstor olmuşdur. Hal-hazırda 
onun bütün şəhərdə supermarketlər şəbəkəsi mövcuddur. 
Yeni restoranlar, kafelər, sonsuz sayda şadlıq evləri də 
Bakıda açılmaqdadır. Bütün bu binalar Bakının ənənəvi görünüşünə 
yeni xüsusiyyətlər əlavə etmişdir. 
  
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə edən: Aydan Nəcəfova 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 162


MÜNDƏRİCAT 
 
Müəllif və onun əsərləri haqqında-------------------------------------- 4 
Müəllifdən------------------------------------------------------------------ 14 
 
 
QƏDİM TƏBABƏT 
 
Musiqi terapiyası---------------------------------------------------------- 17 
Ətirlərlə müalicə ----------------------------------------------------------  21 
Qədim şərablar------------------------------------------------------------- 29 
Sağlam qidalanma və uzunömürlük------------------------------------  33 
 
 
ORTA ƏSR ƏLYAZMALARI 
 
Əlyazmalar institutu: Azərbaycanda erkən əlifbalar-----------------   40 
Əsrlərdən gələn səslər: Baki Əlyazmalar İnstitutu------------------- 45 
 
 
TARİX VƏ MƏDƏNİYYƏT 
 
Azərbaycan tarixini yazarkən: həqiqət axtarışında-------------------   50 
XIII əsrin Darvini? Tusinin təkamül barədəki fikirləri--------------- 71 
Fərqli bir Koroğlu--------------------------------------------------------- 76 
Baki: neftin tikdiyi şəhər------------------------------------------------- 84 
Azərbaycan – Odlar Yurdu ----------------------------------------------  97 
Atəşgah: 150 il öncə fransız yazıçısı A.Dümanın  
nəzərində------------------------------------------------------------------- 
 
99 
İpək yolu: Azərbaycanda tut ağacının tarixi 
(F.Ələkbərli, İ.Əliyev)------------------------------------------------------------- 
 
101 
Köhnə Bakı haqqında xatirələr------------------------------------------ 104 
İslamda yemək təcrübəsi və müasir Azərbaycan  
gercəkliyi------------------------------------------------------------------- 
 
119 
Sofi Həmid qəbirstanlığı: solğun rənglər və əks  
olunmuş ömür-------------------------------------------------------------- 
 
123 
 
 
GÖRKƏMLİ TARİXİ ŞƏXSİYYƏTLƏR 
 
Mirzə Fətəli Axundov: öz dövrünü qabaqlayan  
əlifba islahatçısı----------------------------------------------------------- 
 
136 
Gündəliklər: Şair Mikayıl Müşviq-------------------------------------- 138 
Aktyor Sarabskinin xatirələri-------------------------------------------- 143 
 
 
MEMARLİQ ABİDƏLƏRİ 
 
Bakı memarlığı, memarları, və bu memarları 
maliyələşdirən şəxsiyyətlər---------------------------------------------- 
 
149 
 163


 164
 
 Azerbaijan İnternational, 2008 
 Fərid Ələkbərli, 2008 
 
 

Document Outline

  • FƏRİD ƏLƏKBƏRLİ
  • Fərid Ələkbərlinin 
  • “Azerbaijan İnternational”  jurnalı 
  • “Azerbaijan İnternational”  jurnalının
  • MÜƏLLİFDƏN 
  • Q Ə D İ M   T Ə B A B Ə T
  • ƏTİRLƏRLƏ MÜALİCƏ
    • QƏDİM ŞƏRABLAR
  • ORTA ƏSR ƏLYAZMALARI
    • ƏSRLƏRDƏN GƏLƏN SƏSLƏR: BAKI 
  • TARİX VƏ MƏDƏNİYYƏT
  • Redaktə edən: Aydan Nəcəfova
    • BAKI: NEFTİN TİKDİYİ ŞƏHƏR
    • AZƏRBAYCAN – ODLAR YURDU 
      • QƏDİM DÖVRLƏRDƏKİ MÜŞAHİDƏLƏR
      • KÖHNƏ BAKI BARƏDƏ XATİRƏLƏR
  • Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən 
  • Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən 
    • GÖRKƏMLİ TARİXİ ŞƏXSİYYƏTLƏR
    • MEMARLIQ ABİDƏLƏRİ

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə