Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   43   44   45   46   47   48   49   50   51

ğunu tamamən başa düşə bilmədim. Mənim həmin dövrdən qalan 
xatirələrim həyatımın bahar çağından qalan xatirələrdir. ” 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Yoxladı: Aydan Nəcəfova 
Rekaktə edən və veb üçün hazırlayan: Aydan Nəcəfova 
 
 
AKTYOR SARABSKİNİN (1879-1945) 
XATİRƏLƏRİ 
 
Mənbə: Azerbaijan International – AI 10.3 (Payız 2002) © Azerbaijan 
International AZERI.org 
 
zərbaycanın keçmişini araşdırmaq və anlamaq üçün xati-
rələr, gündəliklər və avtobioqrafik məlumata malik digər 
sənədlər vacib vasitədir. Öz şəxsi həyatlarının tarixini ya-
zarkən insanlar, ölkəmizin tarixini də əks etdirir. 
Yəqin bu ilkin məlumatlar rəsmi sənədlər və tarixi xrono-
loji məlumatlar qədər vacibdir, çünki onlarda tarixi əsərlərdə fikir 
verilməyən və inkar edilən gündəlik həyatla bağlı detallar var. 
Xronoloji əsərlər əsasən müharibələrin, siyasyi maraqların, kralların 
və aristokratiyanın həyatını  əhatə etdiyi üçün onlar çox nadir 
hallarda sadə insanların gündəlik həyatlarını əks etdirirdilər. 

Lakin son zamanlar tarixçilər keşmiş  həyatın hər bir anlıq 
detalı ilə—insanların hansı evlərdə yaşaması, nə ilə qidalanması, 
hansı bayramları qeyd etməsi, hansı növ paltarlar geyinməsi və öz 
uşaqlarına hansı nağilları danışması ilə maraqlanmağa başlamışlar. 
Bu məlumatların bəzisini Baki Əlyazmalar Institutunda və Azər-
baycandakı digər arxivlərdə yeləşən memuarlarda və gündəliklərdə 
tapmaq olar. Bəzi hallarda bu memuarlar və avtobioqrafiyalar Azər-
baycan və Rus dilində yenidən nəşr olunmuşdur. 
“Xatirələr” adlanan bu rubrika üçün biz iki önəmli tarixi 
şəxsiyyətin memuarlarından parçalar əlavə etmişik. Bu şəxsiy-
yətlərdən biri iyirminci əsrin  əvvəllərində Azərbaycan teatr səh-
nəsinin yaradıcısı  məşhur Azərbaycan aktyoru Hüseynqulu 
Sarabski, digəri isə 1930-cu illrədə Stalin represiyasının qurbanı 
olan istedadlı şair Mikayıl Müşfiqdir. 
 144


Məşhur Azərbaycan aktyoru Hüseynqulu Rzayev (1879-
1945; adətən ona səhnə adı olan “Sarabski” deyə müraciət edirdilər) 
özündən sonra 20-ci əsrin  əvvəllərində Bakının mədəni həyatı 
barədə geniş  məlumat verən dəyərli gündəlik qoyub getmişdir. 
Sarabskinin memuarları Bakıının Içəri  Şəhərinin adət-ənənləri və 
gündəlik həyatı  və eyni zamanda Azərbaycan teatrının yaranışına 
yaxından nəzər salmaq üçün çox önəmlidir. 
Memuarlarında Sarabski öz ilkin dini təhsili barədə söhbət 
açır. O, mənasını başa düşməsə  də Quranı  əzbərdən öyrənməyə 
necə məcbur edildiyini xatırlayır. Quran ərəb dilində idi və ona görə 
də onun üçün tanış deyildi. 
Sarabski belə xatırlayır: “Anam eşitmişdi ki, bir qadım bir 
abbasıya (20 Rus qəpiyinə) Quranı öyrədir və o məni Anaqız 
adlanan bu qadın mollanın yanına apardı.  İlk  əvvəl mən çox 
sevinirdim. 
Mənim valideynlərim hətta mənə  əlifba kitabı  (ərəb 
əlifbası) da almışdılar. Molla mənə 5 ay dərs keçdi, lakin mən heç 
bir kəlmə belə yadda saxlaya bilmirdim. Molla daima mənə qışqırır 
və məni döyürdü. Mən həmişə evdə bu molladan şikayət edirdim. 5 
aydan sonra onlar mənə mollanın yanından çıxmağa icazə verdilər.” 
Bundan sonra Sarabski məşhur neft maqnatı və xeyriyyəçi 
Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşən və kasıblar üçün 
nəzərdə tutulan rus dilində axşam kurslarına getməyə başladı. 
(“Tağıyevin hekayətləri” məqaləsini AI 10.2 nömrəsində 
AZER.com saytında oxuyun). 
Sarabski rus dilini və bir sıra əsas elməlri öyrəndikdən son-
ra aktyor olmağa qərar verdi. Onun gördüyü ilk əsər Mirza Fətəli 
Axundovun “Xan Sərabi” əsəri oldu. Bu əsər onun səhnə adı kimi 
“Sarabski” adını götürməyə ruhlandırdı. 
İLK MƏCNUN. Sarabski Azərbaycan operasının banisi 
bəstəkar Üzeyir Hacıbəyov (1885-1948; HAJIBEYOV.com Internet 
Səhifəsinə baxın) ilə  sıx  əlaqələr yaratdı.  Əslində Sarabski 
Hacıbəyovun “Leyli və  Məcnun” operasında sevgidən dəli, 
“məcnun” olan aşiq Məcnun rolunu oynayan ilk aktyor oldu. Qədim 
ərəb  əfsanəsi  əsasında yazılan bu hekayə “Romeo və Cülyetta” 
əsərinə oxşayır, lakin Şekspiri bir neçə əsr qabaqlayır. 
Sarabski memuarlarında 1908-ci ildə bu operanı ilk dəfə 
səhnələşdirdikləri zaman özünün və Hacıbəyovun qarşılaşdığı  çə-
tinlikləri təsvir edir. Ən çətin məsələ qadın rollarının kimin ifa 
 145


etməsi ilə bağlı idi, xüsusilə də Məcnunun sevgisinin obyekti olan 
Leylini kimin oynaması ilə bağlı çətinliklər var idi. Həmin dövrdə 
Bakıda yaşayan müsəlmanlar hər hansı bir müsəlman qadını 
səhnəyə çadrasız çıxardısa, hətta teatr binasını yandırmağa qadir 
idilər. Qadınlara teatrda öz həyat yoldaşları ilə eyni cərgədə 
oturmağa icazə vermirdilər. Tağıyev teatrının  şəkillərinə baxdıqda 
görürük ki, (AI 10.2, səh. 49) qara tor ilə örtülmüş ikinci eyvan 
məhz qadınların orada oturması üçün nəzərdə tutulmuşdu. Bu yolla 
qadınlar kişilərin nəzərlərindən qorunurdu. Çox təəsüf ki, bu hal 
həm də qadınların səhnəni görməsinə əngəl törədirdi. 
Lakin 4 ildən sonra, yəni 1912-ci ildə Bakıda yenə  də 
Üzeyir Hacıbəyovun dəstəyi nəticəsində bir gənc qadın çadrasız 
səhnədə göründü. Milandan yenicə qayıtmış opera tələbəsi  Şövkət 
Məmmədova səhnəyə  çıxdı  və mahnı oxumaqla ifasını bitirdi. 
Lakin tamaşaya gələnlər onun bu hərəkətinə qarşı çıödılar. Şövkət, 
çox çətinliklə teatrın arxa qapısından qaçmağa və onu gözləyən 
faytona minməyə müvəffəq oldu. Bütün bunlara baxmayaraq onun 
bu ifası digər qadınların da onun ardınca irəliləməsi üçün başlanğıc 
oldu.  (“Şövkət Məmmədova. Səhnədəki ilk Azərbaycan Qadını” 
məqaləsini AI 5.4, 1997 Qış nömrəsində oxuyun. AZER.comda ara-
yın). 20-ci illərin sonlarında Sovet höküməti çadranı demək olar ki, 
qadağan etdi. 
Bu səbəblərə görə Hacıbəyovun ilk “Leyli və  Məcnun” 
operası üçün Hacıbəyov və Sarabski Leyli rolunu oynamağa və səh-
nədə qadın paltarı geyinməyə razı olacaq cavan oğlan axtarmağa 
başladılar. Bu heç də asan deyildi. 
Sarabski yazır: “Bir müddət axtarışdan sonra bir aşpaz 
şəyirdi işləyən Əbdülrəhim (Fərəcov) adlı bir adam tapdıq. Onu bu 
rolu ifa etmək üçün çox dilə tutduq. Nəhayət, o razılaşdı, lakin biz-
dən xahiş etdi ki, onun Leylu rolunu oynamasını heç kəsə deməyək. 
Biz onu bir aya yaxın məşq elətdirdik (oxumaq üçün). Bu vəziyyəti 
bilən insanlardan heç kim inanmırdı ki, biz bu işin öhdəsindən gələ 
bilərik. Hamı deyirdi: “Bu iş yaxşı qurtarmayacaq. Özünüzü 
aldadırsınız.” Mən çox həyəcan keçirirdim.” 
“Aparıcı rol olan və Leylinin əksi olan Məcnun rolunu 
oynadığımdan, hərdən həvəsdən düşüb məşq zalından qaçıb 
çıxırdım. Lakin onda operaya olan sevgim məni geri dönməyə 
vadar edirdi.” 
 146


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə