Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   43   44   45   46   47   48   49   50   51

aradan qaldıracaqdır. O hətta bu önəmli hadisəni qeyd etmək üçün 
şer də yazmışdı: 
 
Səndə günahı var bir müqəssirin, Budur müddəinin ən son xitabı:  
Əlvida! Əkvida, ey köhnə əsrin, Köhnə əlifbası, cındır kitabı. 
 
Müşfiq ziddiyyətli məsələlər barədə də öz səsinin ucaltmaq-
dan çəkinmirdi. Məsələn, stalinçilər deyirdi ki, Azərbaycanın milli 
musiqi alətləri, xüsusilə  də 11 simli musiqi aləti olan tar qadağan 
olun-malıdır. Azərbaycan Kommunist Partiyasının rəhbəri Mir Cə-
fər Bağırov tar çalmağı qadağan etdikdə, Azərbaycan ziyalıları dəh-
şətə gəldilər. 
Müşfiqin həyat yoldaşı bu barədə yazır: “Məşhur tarzən 
Qurban Pirimov bizə gəldi və bu məsələ ilə bağlı kədərli olduğunu 
bil-dirdi. ‘Bəli, bəli, mən bu barədə  eşirmişəm’, deyə Müşfiq 
dilləndi, ‘Mən buna inana bilmirəm… Xalqı onun sevimli milli 
musiqi alətindən məhrum etmək, onu sevincdən məhrum edərək 
əbədi qüssəyə düçar etmək deməkdir. 
“Müşfiq özünün divardan asılmış tarını götürdü və 
Qurbandan xahiş elədi ki, onu çalsın. Qurban “Rast” muğamını 
çalarkən Müşfiq nə isə barəsində fikirləşirdi. Sonra qəflətən onun 
səsi mu-ğamın musiqisinə qarışdı: 
 
Oxu tar, oxu tar! Səni kim unudar?  
Oxu tar, oxu tar! 
 
Müşfiq tarın önəmliliyi barədə uzun bir şer yazaraq onu 
“Oxu tar, oxu!” adlandırdı. Bu şer nəşr olundu və ictimaiyyətin 
geniş  dəstəyini qazandı. Müşfiq öz istəyinə nail olmuşdu. Tar 
qadağan olunmadı. Üzeyir Hacıbəyovun “Koroğlu” (1937) operası 
kimi orkestraya tar aləti  əlavə edilən  əsərlər yazılmağa başlanıldı. 
Bəstə-kar Hacı Xanməmmədov tar üçün ayrıca 3 konsert yazmaqla 
bu işi davam etdirmişdir. 
MÜŞVİQİN ŞERLƏRİ HƏDƏFDƏ. Lakin rejim Müşfiqin 
ona qarşı bu müqavimətini və sosial məsələlər barəsində öz fikrini 
azad surətdə söyləməsini unutmamışdı. Azərbaycan Yazıçılar 
Ittifaqının görüşlərində  və saysız kommunist iclaslarında Müşfiq 
“şovinist”, və “xırda burjua şairi” adlandırılırdı. Stalin rejimini razı 
salmağa çalışan bəzi  ədiblər Müşfiqə  və onun şerlərinə hücuma 
 141


keçməyə başladılar. Nəticədə isə onun şerləri tənqid edildi və “anti 
sovet ideyaları” əks etdirdiyi bildirildi. 
Tezliklə Müşfiqin köhnə dostları  və qohumları ondan 
qaçmağa başladılar. Onlar bilirdilər ki, “anti Sovet şairi” kimi 
tanınan bir şəxslə yaxın əlaqələrdə olmaq çox təhlükəli idi. Heç kəs 
onu müdafiə etməyə cürət etmirdi. 
Onun həyat yoldaşı bu barədə yazırdı: “Yalnız Hökümə 
Sultanova (tanınmış dövlət xadimi) Müşfiqi iclasda müdafiə etməyə 
azca səy göstərmiş  və demişdi: “Biz Müşfiqi burjua şairi 
adlandırmaqla özümüzdən ayırmamalıyıq… O həmişə bizimlə olub 
və olacaq da.” Lakin iclasdakı digər iştirakçılar Müşfiqi müdafiə 
etmədilər və qorxudan səslərini çıxarmadılar.” 
Müşfiq bu kobud münasibəti anlaya bilmirdi. Hər kəs bilir-
di ki, o sosializm ideyalarına inanır və kommunist partiyasına sa-
diqcəsinə xidmət edirdi. Lakin Stalin rejimi kommunizmə sadiq 
olsa belə  mərd və azaddüşüncəli insanları istəmirdi. Stalinçilər 
düşünürdülər: “Bugün Müşfiq tarı müdafiə etməyə cürət etdi, kim 
bilir sabah o nə fikirləşəcək və yazacaq?” 
Müşfiq çox cəsarətli idi və bir çox azərbaycan ziyalılarını 
qətlə yetirən və sürgünə göndərən hökümətin repressiya aparatından 
qorxmurdu. 1931-ci ildə o universitet yoldaşı  Qəhrəmən Süley-
manzadəyə məktub yazır. Bu məktub Bakı Əlyazmalar Institutunun 
arxivində saxlanılır. Məktubda deyilir: “Əzizim Qəhrəman! Sən 
məndən öz xatirələrimi albomunda yazmağı xahiş etmişdin. 
Dostum, bu dünyada heç kəs  əbədi deyil. Insan ömrü bir çiçəyin 
ömründən belə  qısadır. Həyatdan sevinc alan, lakin bəlkə  də  sə-
hərisi gün gözlərini həmişəlik yummağa və bütün arzu və ümid-
lərindən ayrılmağa məhkum edilən insan da çiçəklər kimi solur və 
yox olur. Kim bilir bəlkə onun qəbir üzərində otlar bitəcək. Lakin 
bu ən dəhşətli olan şey deyil. Əbədilik hər bir insanın öz əlindədir. 
Tarix bir çox ölməz həyatların  şahidi olmuşdur. Bütün insanları 
sevmək mümkündür və hər bir insan digər insanların qəlbində sevgi 
və gözəllik xatirələri yarada bilər. Mən sənə belə bir tale arzu 
edirəm, dostum! M. Müşfiq. 27 Noyabr, 1931” 
PƏRƏSTİŞKARLIQ VƏ AİLƏ HƏYATI. Öz xatirələrində 
Dilbər bu həssas  şairlə ilk dəfə necə tanış olmaları barədə yazır: 
“Mən ilk dəfə Müşfiqlə Azərbaycan Pedaqoji Universitetinin 
buraxılış gecəsində tanış oldum. Biz bir-birimizlə söhbət etdik. Bu 
hadisədən uzum müddət keçdi. 
 142


“Bir gün mənim rəfiqəm Piraya sirli şəkildə gülərək mənə 
yaxınlaşdı. ‘Dilbər, heç bilirsən sənə nə gətirmişəm?’ Mən təəcüblə 
ona baxdım. 
“Təsəvvür eləyə bilərsən”, deyə o əlavə etdi: “Bir gün küçə 
ilə gedirdim və qəflətən ailəmizin köhnə dostlarından olan Müşfiqi 
gördüm. O, mənə yaxınlaşdı  və Pedoqoji texnikumdakı  təhsilimlə 
maraqlandı. Biləndə ki, sən də məninlə orada oxuyursan, çox sevin-
di. O, cibindən bir məktub çıxardı və onu sənə verməyi xahiş etdi.” 
“Bir-birinizi çoxdan tanıyırsınız?”, deyə Piraya məndən 
soruşdu. 
“Mən cavab vermədim. Məktubu açdım və gördüm ki, o 
mənim üçün şer yazıb. Şair məni ilk dəfə təsadüfən gördüşdüyümüz 
gecədən yadında saxlamışdı.” 
 
Xatırla, sevgilim, bir axşam çağı,  
Yandı gözlərimdə eşqin çırağı.  
Saçlarından ilham aldığım zaman,  
Saçdı gözlərimi incə bir duman,  
Nə yüksəyi gördüm, nə də alçağı. 
 
“Müşfiqin bu məktubu bizi sonradan birləşdirən bir körpü-
yə çevrildi. Mən bizim necə bir-birimizə yaxınlaşmağa 
başladığımız barədəki önəmsiz xırdalıqlar barədə  qəsdən 
danışmıram. Bunu demək kifayətdir ki, biz tədricən bir-birimizə 
qarşılıqlı simpatiya hiss etməyə başladıq və bu hiss sonralar sevgiyə 
çevrildi. 
Müşfiq Dilbərə bir çox şerlər həsr etdi. Bu cütlük 1931-ci 
ildə evləndi. Onların uşağı olmadı. 1937-ci ildə Müşfiq “Xalq 
düşməni” kimi həbs edildi. Bundan bir qədər sonra, 1939-cu ildə o 
edam edildi. Onun həyat yoldaşı isə yalqız qaldı. O, özlərinin 
müştərək həyatı barədəki xatirələri uzun illər yazmağa cəsarət 
etməmişdi. Yalnız Stalinin ölümündən (1953) sonra Müşfiq bəraət 
almış  və Dilbər bu xatirələri yaza bilmişdi. Görünür ki, Müşfiqin 
həyatının bir çox daha önəmli tərəfləri hələ də açılmamış qalmışdır. 
Xatirələrinin  əvvəlində Dilbər yazır: “Müşfiq o qədər nadir bir 
insan idi ki, nəinki onunla yaşadığım 7 il ərzində (1931-1937), hətta 
o həbs olunandan və edam ediləndən sonra onun həyatının mənası 
barədə düşündüyüm uzun illər  ərzində onun həqiqətdə kim oldu-
 143


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə