Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   43   44   45   46   47   48   49   50   51

MEMARLIQ ABİDƏLƏRİ 
_________________________________________________ 
 
BAKI MEMARLIĞI, MEMARLARI, VƏ BU 
MEMARLARI  MALİYƏLƏŞDİRƏN   
ŞƏXSİYYƏTLƏR 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.4 (Qış 2001) © 2004, 
Azerbaijan İnternarional 
 
akını  gəzərkən siz müxtəlif növ binalara rast gələcəksiniz. 
Daş qalalar, heyranedici saray iqamətgahları, orta əsr məs-
cidləri ilə yanaşı müasir yaşayış binaları, müasir bank 
binaları və otellər. Müasir həyatın hay-küyü və qarışıqlığı içərisində 
hər tərəfdən tarixlə əhatə olunmaq kimi gözəl bir hiss duyulur. 

Lakin, çox maraqlıdır ki, azərbaycanlıların çox az bir his-
səsi Qız Qalası  və 19-cu əsrin sonu 20-ci əsrin  əvvəllərində ucal-
dılan möhtəşəm binalar da daxil olmaqla şəhərin  əsas qədim tiki-
lilərinin tarixi barədə məlumata malikdir. Bu tikililərin çoxu barədə
xüsusilə də Kommunist hakimiyyətindən (1920-1991) əvvəl, Birin-
ci Neft Yüksəliş dövründə tikilən binalar barədə  ətraflı  məlumat 
Sovet dövründə ya gizlədilmiş, ya da təhrif olunmuşdu. 
Qız Qalası Bakının ən məşhur və heyranedici abidələrindən 
biridir. O çox nadir bir quruluşa malikdir: Silindr formalı 8 mər-
təbəli daş qala iri bir daş  çıxıntısına və ya başqa cür desək “quy-
ruğa” birləşdirilib. Yuxarıdan ona nəzər yetirdikdə binanın nəhəng 
bir vergül işarəsinə bənzədiyini söyləmək olar. 
Qız Qalasının yaranmasının mənbəyi indiyədək sirr olaraq 
qalmaqdadır. Azərbaycan tarixçiləri hələ  də bina bərədə  ən bəsit 
suallar üzərində belə müzakirələr aparırlar. Buraya bu tipli suallar 
daxildir: Bina nə vaxt tikilib? Nə  məqsədlə istifadə olunub? Nə 
üçün belə spesifik formaya malikdir? 
Sovet arxeoloqları və tarixçiləri Qız Qalası ilə bağlı tədqi-
qatlar apararkən, müəyyən etmişdilər ki, bu tikili memar Məsud ibn 
Davud tərəfindən 12-ci əsrdə  hərbi qala kimi tikilimişdir. Məsud 
ibn Davudun adı tikilinin divarına salınmış daşın üzərinə həkk edil-
mişdi. Sonralar tarixçi Sara Aşurbəyli müəyyən etmişdi ki, bu daş 
sadəcə olaraq tikilinin təmiri zamanı istifadə olunan qırılmış 
 150


sərdabə daşıdır. Çox güman ki, Məsud ibn Davud hətta memar belə 
olmamış və qalayla heç bir əlaqəsi olmamışdır. 
Azərbaycan müstəqilik  əldə etdikdən sonra (1991-ci ilin 
sonları) tarixçi memar Şamil Fətullayev özünün “Bakının Memarlıq  
Ensiklopediyası” ında (1998) yazırdı ki, qala 1300 il bundanəv əvəl, 
islama qədərki dövrdə tikilmişdir. 
Professor Davud Axundov daha maraqlı bir nəzəriyyə irəli 
sürmüşdür. O deyir ki, bu bina heç bir zaman hərbi məqsədlər üçün 
istifadə edilməmiş, ancaq qədim Zərdüşt atəşpərəst məbədi 
olmuşdur. Axundov özünün “Qədim və Erkən Orta Əsr Azərbaycan 
Memarlığı” kitabında (1986, Bakı, səh. 287) yazır: “Eramızın ilk 
miniliyyinin başlanğıcında yeddi  tanrıya həsr edilən həmin dövrlər 
üçün möhtəşəm, səkkiz mərtəbəli qala məbədi (Qız Qalası) ucal-
dıldı. Orada yeddi müqəddəs mərtəbə var idi. Divarlar Panteonda 
Ahuraməzda (Hörmüzd) və Mitra  tanrılarının şərəfinə yanan rəngli 
atəşləri ilə bir yerdə olan ibadətgahları gizlədirdi.” 
Heç kəs Qız Qalasının nə zaman tikildiyini bilməsə  də, 
ancaq bir şey məlumdur ki, bu tikili 12-ci əsrdə deyil, ondan bir ne-
çə əsr öncə inşa edilmişdir. 
ŞİRVANŞAHLAR SARAYI. Orta əsrlərin Şirvanşahlar Sa-
rayı Azərbaycanlılar üçün çox önəmli bir rəmzdir, çünki o, onlara 
Azərbaycanın müstəqil bir dövlət kimi tarixini xatırladır. SSRI-dəki 
bəzi şovinist akademiklər sübut etməyə çalışırdılar ki, Azərbaycan 
ayrıca dövlət kimi heç vaxt mövcud olmamış və o, 1918-ci ilə qədər 
rus və iranlılar kimi başqa xalqların hakimiyyəti altında olmuşdur. 
Əslində  bəzi düzgün məlumatlandırılmamış azərbaycanlılar və 
əcnəbilər hələ də bu fikrə inanırlar. Lakin bu saray da daxil olmaqla 
bütün tarixi faktlar sübut edir ki, Şirvan dövləti (Şimali Azər-
baycan) 9-cu əsrdən 16-cı  əsrədək olan 700 illik bir dövrdə 
müstəqil bir dövlət olmuşdur. 
Bakıdaki Şirvanşahlar sarayı 15-16-cı əsrlərdə Şirvan döv-
lətinin başçıları  tərəfindən tikdirilimişdir. Bu orta əsrlər dövründə 
bütün Azərbaycan ərazisində dağıdılmamış yeganə qədim iri saray 
idi. Saray kompleksi içərisində iki mərtəbəli əsas bina yerləşir. Bir 
zamanlar bu binada qızıldan hazırlanmış çox gözəl bir taxt var idi. 
Əsas binanın qarşısında 15-ci əsr alimi Seyid Yəhya Baküvinin 
məqbərəsi yerləşir. Yaxınlıqda yerləşən Divanxananın giriş qapısı 
gözəl daş oymalar ilə  bəzədilmişdir. Sarayın aşağı  həyətində 
 151


Şirvanşahların sərdabələri, məscid və  qədim hamam qalıqları 
yerləşir. 
Şirvanşahlar Sarayı  həqiqi bir saray kimi uzun müddət 
xidmət göstərməmişdir. 16-cı  əsrdə Bakı  Cənubi Azərbaycanın 
(hal-hazırda Iran) Ərdəbil  əyalətindən olan Şah  İsmayıl Səfəvi 
tərəfindən işğal edildi. O Şirvan dövlətini tamamilə  ələ keçirir, 
hakim  şah nəslinin bütün nümayəndələrini öldürtdürür və 
Şirvanşahlar Saray kompleksinə aid bəzi binaları yandırtdırır. 
19-cu  əsrdə rus əsgərləri Sarayın  əsas binasından kazarma 
kimi istifadə etmişdilər.  İki məsciddən biri hərbi arsenal kimi 
istifadə olunmuş  və 1918-ci ildə partlamışdı. Hal-hazırda sarayın 
həyətində yalnız bir məscid qalmışdır. 
Sovet dövründə  Şirvanşahlar Sarayı muzey kimi istifadə 
olunmuşdur. Bugün də muzey və onun tikililəri bağlıdır və sarayda 
geniş miqyaslı  təmir işləri aparılır (məqalə 2004 ildə yazılmışdır). 
Təssüflər olsun ki, maliyyə çatışmazlığı bu təmir işlərinin 
dayandırılmasına səbəb olmuşdur. 
SOVET DÖVRÜNƏ  QƏDƏRKİ MEMARLAR. Sovet 
dövründə orta əsr Azərbaycan memarları nisbətən yaxşı  tədqiq 
olunmuşlar. Bunlardan ən məşhuru 12-ci əsr memarı  Əcəmi ibn 
Əbubəkir, və ya sadəcə  Əcəmi Naxçıvani kimi tanınan memardır. 
Onun şərəfinə Bakıda bir metro stansiyası adlandırılmışdır. Əcəmi 
Naxçıvani Naxçıvanda daş oymalar və  şüşə ilə  bəzədilmiş iri qala 
tipli türbə tikmişdir. O, bu türbəni 1186-cı ildə Cənubi Azərbaycan 
və Naxçıvanda hakimlik edən Eldənizlər dövlətinin başçısı Sultan 
Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə Xatunun şərəfinə 
ucaltmışdır.  Əcəmi Naxçıvani həmçinin Naxçıvanda Yusif ibn 
Küseyir türbəsini tikmişdir. 
13-14-cü əsr digər qabaqcıl Azərbaycan memarları Zeynal-
abdin  Şirvani, Mahmud ibn Maqsud, Hacı  Əlişah Təbrizi, Ömər, 
Nizam Təbrizi, Cəmaləddin,  Əbdül Mömin Təbrizi, Tacəddin və 
Arif olmuşlar. Sovet dövrü tarixçiləri Mərdəkan Qalasını tikən 
Əbdül Məcid və Bakı yaxınlığında Nardaran Qalasını inşa edən 
Mahmud ibn Səad kimi 13-cü əsr məşhur Bakı memarlarını tədqiq 
etmişlər. Bizə  həmçinin Azərbaycan memarlarının Hindistandakı 
Tac Mahal sarayının və  Mərkəzi Asiya və  Şərqdə digər memarlıq 
abidələrinin tikintisində iştirak etmələri də məlumdur. 
Sovet dövründə orta əsr memarları  təriflənsə  və  tədqiq 
edilsə də, kapitalizm dövründə fəaliyyət göstərən bir çox Azərbay-
 152


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə