Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

həyatları boyu onları qane etdiyi üçün onlar təzə  əlifbanı  qəbul 
etməyə həvəsli deyillər. 
Çox vaxt qəbul edilmiş qanunun əhali arasında praktiki 
cəhətdən fəaliyyət göstərməyə başlaması arasında əhəmiyyətli dərə-
cədə gecikmə olur. Məsələn, Azərbaycan müstəqilliyini əldə etdik-
dən sonra Azərbaycan Parlamentinin qəbul etdiyi ilk qanunvericilik 
aktlarından biri yeni əlifbanın qəbul edilməsi olmuşdu. Azərbay-
canlılar Sovet dövründə  məcburi  şəkildə  qəbul etdirilmiş kiril 
əlifbasından yaxa qurtarmağa və 1920-ci ilin əvvəllərində  qəbul 
edilmiş  və sonralar təkmilləşdirilmiş latın  əlifbasına keçməyə çox 
can atırdılar. Azərbaycan Sovet Ittifaqından ayrılaraq öz müstəqil-
liyini 1991-ci il oktyabrın 18-də elan etsə  də, Sovetin Ittifaqının 
rəsmi surətdə dağılması haqqında Bela Veja razılığı əslində 1991-ci 
il dekabrın 8-də imzalandı. 
Bu müqavilədən 2 həftə sonra Azərbaycan Parlamenti de-
kabrın 25-də rəsmi şəkildə yeni əlifba qəbul etdi. Bununla belə, hə-
qiqətdə əlifba dəyişikliyi prosesi yavaş getdi və kiril əlifbası 2001-
ci il avqustun 1-də prezident Heydər  Əliyev kiril əlifbasının hər 
hansı bir rəsmi sənəddə və ya azərbaycan dilində istifadə olunan hər 
hansı bir mağazalar üzərindəki yazıların işlənməsinin qeyri-qanuni 
olduğu barədə qərar verdiyi dövrə qədər kiril əlifbası hələ də geniş 
şəkildə istifadə olunurdu. 
Yeni əlifbanın qəbul edilməsi zamanı meydana çıxan gecik-
mə halı  qəbir daşlarında da özünü büruzə verirdi. Cəmiyyətin çox 
hissəsi kiril əlifbası ilə yazmağı daha rahat hesab edirdilər, 
baxmayaraq ki, onların çoxu özlərini rus dilinin dominant olduğu 
Sovet Ittifaqı ilə bağlamaq istəyində deyildilər. 
Fərdiliyin güclü olduğu Sofi Həmiddə əlifba dəyişikliyinin 
təsiri qəbir daşlarında çox aydın şəkildə görünür. Müsəlman məzar-
larında müəyyən ifadələrin eyniliyi və təkrarlığına bir meyl vardır. 
Lakin  əgər  şəxs öz yaxınının qəbri üstündə  təkrarolunmaz, fərdi 
şəkildə yazı yazdırıbsa onda son 20 il ərzində  əlifbanın tez-tez 
dəyişdirilməsinin necə savadsızlığa səbəb olduğu çox aydın şəkildə 
hiss olunur. Qəbir daşlarının çoxunda sözlərdə çoxlu hərf səhvi var 
və azərbaycan ədəbi dilinə uyğun gəlməyən ifadələrə rast gəlinir. 
SOFİ  HƏMİDİN GƏLƏCƏK GÖRÜNÜĞÜ. Məzarlarda 
doğum və ölüm tarixləri yazıldığından inancla bağlı xırda nüanslar-
da baş verən meyl və  dəyişiklikləri sezmək artıq mümkündür. 
Məsələn, hazırda Azərbaycan Sovet Ittifaqından ayrılıb öz müstə-
 134


qilliyini əldə etdikdən və din azadlığı mövcud olduqdan sonra İsla-
mın geniş nüfuz qazandığını görürük. Son 3-4 il ərzində isə bu daha 
çox nəzərə çarpır. 
Qəbir daşlarında Qurandan götürülmüş misraların sayı 
gündən-günə artmaqdadır.  Əlavə olaraq demək olar ki, tarixin bu 
dönəmində daş yonanların daş üzərində  çətin  ərəb  əlifbasını yaz-
maları ilk dəfə  əlinə  qələm alan birinci sinif şagirdinin yazısına 
bənzəyir. Çox güman ki, həmin yazını  işləyən nəqqaş bu əlifbanı 
bilmir və ya başa düşmür. Aydındır ki, bu ilmə  və nöqtələrin heç 
biri heykəltəraş üçün bir məna daşımır.  Ərəb dilində olan yazılar 
çox pis bənzətmə üsulu ilə yazılır və  nəticədə tekstlərdə çoxlu 
səhvlər meydana çıxır. 
Həmçinin qəbir daşlarında həyatı və şəxsin tutduğu peşəni 
tərənnüm edən simvolların sayı gündən-günə azalır. Əgər bu meyl 
davam etsə, qəbir daşları üzərində olan foto şəkillər və hətta Sovet 
dövründən qalmış kiçik portret şəkillər də çox güman ki, yox ola-
caq. Bir daha qeyd edək ki, bu Islam qaydalarına çox ciddi şəkildə 
əməl olunduğu təqdirdə baş verə bilər. Gələcəkdə çox güman ki, 
fərdilik və  şəxsiyyəti tərənnüm edən  əlamətləri göstərməyə olan 
meyl azalacaq. Vəhdət və ölümə yanaşmanın daha “düzgün tərzdə” 
ifadə etmək meyllər güclənəcək. 
Beləliklə çox güman ki, gələcəkdə Sofi Həmiddə qəbir daş-
ları başqa cür şəkil alacaq. Cinsi, şəxsiyyəti, maraq və peşəni ifadə 
etmək üçün nəqş edilmiş simvolların əvəzinə çox güman ki, təsviri 
incəsənət öz simmetrik və geometrik dizaynı ilə daha daha təm-
təraqlı olacaqdır. 
MÜHÜM SUAL. Sofi Həmidlə bağlı hər hansı bir elmi təd-
qiqatdan və ya analizdən daha çox əhəmiyyət kəsb edən ziyarət in-
sanı cavablardan daha çox suallarla oradan aralanmağa məcbur edir. 
Sofi Həmidi emosional cəhətdən təsirlənmədən tərk etmək qeyri-
mümkündür. Oradan ayrılarkən ölümdən çox həyat haqqında fikir-
ləşməyə başlayırsan; insanın beyninə cavabdan çox sual meydana 
gəlir. 
Yekun olaraq onu demək olar ki, Sofi Həmid hazırkı vəziy-
yəti ilə  həqiqətən də ölümün deyil, həyatın təntənəsidir. Gözləni-
lənlərin əksinə olaraq, bura ilhamlandırıcı və insanın kefini qaldıran 
bir yerdir—həyatın təsdiqidir. Bu bizə belə bir sual verməyə vadar 
edir: Həyatımı  və seçdiyim həyat yolunu ən yaxşı ifadə edə bilən 
simvollar hansılardır? 
 135


 
Betty Blair və Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Ülviyyə Məmmədova 
Yoxladı: Aytən Əliyeva 
Redaktə etdi: Aydan Nəcəfova 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
GÖRKƏMLİ TARİXİ ŞƏXSİYYƏTLƏR 
________________________________________ 
 
 136


 
MİRZƏ FƏTƏLİ AXUNDOV: ÖZ DÖVRÜNÜ 
QABAQLAYAN ƏLİFBA İSLAHATÇISI 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.1 (Yaz 2000) © Azerbaijan 
International. 
 
lyazmalar Institutunun arxivləri içərisində Mirzə  Fətəli 
Axundova (1812-1878) həsr olunmuş xüsusi bir bölmə var. 
Bura onun həm nəşr olunmuş, həm də  nəşr olunmamış  əl-
yazmaları daxildir. Axundovun əsasən teatr və dram sahəsində özül 
qoyduğuna görə xatırlanmasına baxmayaraq, onun əlifba islahatına 
da yardımı çox böyük olub. 
Ə 
Axundov Tiflisdə (Gürcüstan) tərcüməçi kimi işləmiş  və 
əlifba islahatı üzərində  işinə 1850-ci ildən başlamışdır. Onun ilk 
cəhdi  ərəb  əlifbasında onun azərbaycan dilinin fonetik tələblərinə 
uyğun olması üçün bəzi dəyişikliklər etməsi oldu. Əvvəlcə o, təkid 
etdi ki, hər bir səs ayrı simvol ilə göstərilməlidir - heç bir ikiləşdir-
mə və ya buraxılmalar olmamalıdır. Ərəb əlifbasında yalnız üç sait 
səs göstərilib, Azərbaycan dilində isə doqquz sait səs göstəril-
məlidir. 
Ikinci olaraq o, əlifbadan “nöqtə  və  hərəkələr” kimi hər-
füstü və  hərfaltı  işarələri yox etməyə ümid edirdi, çünki, onun 
fikrincə bu işarələr yazı prosesini yavaşıdırdı. Üçüncü, onun fik-
rincə  əgər yazı qrafikası bir yerdə, sözlərdə ara buraxılmadan 
yazılsa bu, savadlılığı artırar. Bu, insanlara sözlərin harada başlayıb 
harada bitməsini asan ayırmaq imkanı verər. 
1863-cü ildə Axundov Istanbula getdi və öz fikirlərini 
şəxsən Osmanlı Elmi Cəmiyyətinə təqdim etdi. Onun təklifləri Tür-
kiyə  qəzetlərində ciddi mübahisələrə  səbəb oldu. Bir çox naşir və 
ziyalılar bu islahatın əksinə idilər. Lakin şair Namiq Kamal təkidlə 
onun cəhdlərini müdafiə edirdi. 
Qızğın mübahisələr yarandı, Türk dillərini saflaşdırmaq və 
türk lüğətindən bütün ərəb və fars sözlərini təmizləmək tərəfdarları 
bu mübahisələri daha gücləndirdi. Sonda təkcə Azərbaycanda deyil, 
Türkiyədə  də mühafizəkar qüvvələr qalib gəldi. Belə  də fikir-
ləşənlər var idi ki, Qur’an ərəb dilində yazıldığından bu əlifba mü-
qəddəsdir və ona müdaxilə edilməməlidir. Elə ən böyük müqavimət 
 137


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə