Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

Betty Blair və Fərid Ələkbərli 
 
Mənbə: Azerbaijan International Jurnalı, AI 13.1 (Yaz 2005) © 
Azerbaijan International 2005 
 
ofi Həmid yalnız Azərbaycanda deyil, ümumilikdə dünyanın 
hər hansı bir yerində mövcud olan ən bənzərsiz qəbiris-
tanlıqdır. Bunu söyləyərkən heç bir mübaliğəyə yol vermirik. 
Zənnimizcə, insan həyatını  təsvir etmək üçün mənalı simvolların 
seçilməsi, onların qəbir daşlarına həkk edilməsi və solğun rənglərlə 
boyanması çox nadir bir təcrübədir. 

Bütün başqa qəbiristanlıqlar kimi, Sofi Həmid də ölümlə 
bağlı fikirlərin və ona olan münasibətlərin tərzlərinin saxlandığı bir 
yerdir. Bu yer adamı oxumağa cəlb edən açıq bir tarixi kitabdır. 
Azərbaycanın küləyin sovurduğu bir neçə akrlıq düzənlik sahəsində 
əsrlər boyu formalaşmış xalq inamları, din, millətçilik, siyasət, 
iqtisadiyyat, təhsil və hətta əsrlər boyu formalaşmış dil və əlifbanın 
istifadəsi ilə bağlı meyl və dəyişikliklər sənədləşdirilmiş halda çox 
cəm şəkildə yayılmışdır. 
Bu mənada Sofi Həmid folklorçular üçün əsl cənnətdir. Qə-
bir daşlarının öyrənilməsi regiondakı inam sistemi ilə bağlı geniş 
təsəvvür yaradır. Həqiqət isə ondan ibarətdir ki, bu yer haqda hələ 
də heç bir folklorçu bir məqalə çap etdirməmişdir. Bu böyük sər-
vətə diqqət yetirilməməsi və ictimai elm sahəsində çalışan alimlər 
tərəfindən etinasız münasibət bizi təəccübləndirdi. 
Belə aydın oldu ki, bunun cavabı çox sadədir: Sofi Həmid 
qəbiristanlığında Sovet dövründə tədqiq olunması qadağan edilmiş 
iki məsələyə toxunulmuşdur. Müstəqillik əldə edildikdən sonra isə 
maliyyə çatışmazlığı səbəbindən rəsmi səviyyədə çox az sayda sahə 
təcrübəsi aparılmışdır. Sovet dövründə millətçilik və din, xüsusilə 
də pan-türkizm və pan-islamizm təsiri altında olan sahələr tədqiq 
olunmamış qalırdı. Belə ki, Stalinin hakimiyyəti dövründə bir sıra 
folklorçular bu kimi sahələri tədqiq etdiklərinə görə  həyatlarını 
itirmişlər. 
Nəticə etibarilə Sofi Həmid elmi tədqiqat üçün qadağan 
olunmuş sahəyə çevrilmişdi.  Əlbəttə  qəbiristanlığı ziyarət etmək 
mümkün idi, amma ümumilikdə alimlər bilirdilər ki, bu kimi 
mövzular üzərində  işləməyə  cəhd edərlərsə onda gələcək 
fəaliyyətlərini inkişaf etdirə bilməyəcəklər. Bununla da alimlər 
 124


arasında özünü senzura norma halını almağa başladı. Həqiqətən də 
Sofi Həmiddə yalnız Islam və millətçilik mövzuları  çərçivəsində 
düzgün təhlil aparmaq mümkündür. 
Amma bu o demək deyil ki, Sofi Həmiddə minlərlə  qəbir 
daşlarının yanından keçdikcə müxtəlif inam növlərinə rast gəlməyə-
cəksən. Burada siz animizm, kommunizm, şiə Islamı  və s. kimi 
qeyri-adi xalq inamlarının müxtəlif növlərini aşkar edəcəksiniz. 
Bildiyimizə görə bu birinci dəfədir ki, Sofi Həmid haqqında 
hər hansı bir dildə, istər azərbaycan, istər rus, istərsə  də ingilis 
dillərində bir məqalə çap olunur. Ümid edirik ki, bizim gördüyümüz 
iş digərlərini də, istər azərbaycanlıları, istərsə də  əcnəbiləri bu yer 
barədə daha dərin araşdırmalar aparmağa həvəsləndirəcək. 
AÇIQ HAVA ALTINDA İNCƏSƏNƏT MUZEYİ.  Sofi 
Həmid qəbiristanlığı ilk baxışdan insana açıq hava altındakı 
incəsənət muzeyini xatırladır. Burada daş üzərində çox vaxt dizayn 
cəhətdən çox primitiv şəkildə  həkk olunmuş  və açıq rənglərlə 
boyanmış çoxlu sayda simvollar vardır. Sofi Həmid şəxsiyyətin və 
fərdiliyin zəfərini təmsil edir və bu cəhətdən bu ərazi xüsusilə ma-
raqlı və təqdirəlayiqdir. Qəbiristanlıq boyunca gəzmək sanki xəzinə 
ovuna çıxmağı xatırladır, çünki burada gəzərkən özünə daima “bu 
insan kim olub,” “bu simvol və ya obyekt nəyi bildirir,” “bu insanı 
təsvir etmək üçün niyə  məhz bu simvoldan istifadə edilib?” kimi 
suallar verirsən. 
Sofi Həmid bir çox səbəblərə görə nadir bir yerdir. Bura 
Azərbaycandakı başqa qəbiristanlıqların heç birinə bənzəmir, çünki 
burada etnoqrafik, dini və hətta kommunist motivlərini özündə bir-
ləşdirən bir çox meyl və üslublar qarşı-qarşıyadır. Bütün bunlar 
xalq mədəniyyətinin və təxəyyürünün məhsuludur. Sovet dövründə 
kommunist hakimiyyəti  ənənəvi dini islamın  əsaslarını  zəiflətmiş, 
bununla da yas sənətində xalq təxəyyürünün və milli mədəniyyə-
tinin əks olunmasına təkan vermişdir. 
Ötən  əsr  ərzində Azərbaycan tarixinin ən  əsas xarakterik 
xüsusiyyətlərindən biri siyasi sistemin bir ardıcıl olaraq neçə  dəfə 
dəyişilməsidir. Bir daha qeyd edək ki, bu qəbiristanlığın aydın 
nəzərə çarpan xüsusiyyətlərindən biridir. Azərbaycanda Sovetə 
qədərki dövr (1920-ci ilə qədər) Islamla xarakterizə olunur. 1930-cu 
illərə qədər, Sovet hakimiyyətinin ən kəskin dövründə məscidlərin 
və kilsələrin bir çoxu partladılmışdı. Ateist bir dövlət yaratmaq 
məqsədi qarşıya qoyulmuşdu. Məsələn, Bakının ən tanınmış ibadət 
 125


yerlərindən olan Bibi Heybət Məscidi və Aleksandr Nevski Rus 
Provaslav Kilsəsi 1930-cu illərin  əvvəllərində dağıdılmışdı. Dinə 
qarşı rəsmi mövqeyin olmasına baxmayaraq, Sofi Həmid sübut edir 
ki, həmin dövrdə  cəmiyyətdə dinə qarşı ikili münasibət davam 
etməkdə idi. Burada Sovet dövründə Allaha inamın mövcud 
olduğunu sübut edən çoxlu qəbirlər vardır. 
DİNİ MƏZMUN. Sofi Həmid fenomenini dərk etmək üçün 
orada olan qəbir daşlarını Islamda mövcud olan ölüm və  dəfnlə 
bağlı inamlar kontekstində  təhlil etmək vacibdir. Islam ölümdən 
sonra qəbrin əbədiləşdirilməsini alqışlamır. Burada göstərilir ki, qə-
bir yalnız insan cisminin bu fani dünyada müvəqqəti sığınacağıdır. 
Insan dünyasını  dəyişəndə onun ruhu o biri dünyaya köçür. Onun 
bu dünyanın təkində  qəbir özü də daxil olmaqla qalan bütün 
qalıqları isə, torpağa qarışmalı və tədricən yox olmalıdır. 
Islam qanununa əsasən qəbirlər sadə olmalı, qəbir daşı isə 
çox böyük olmamalıdır.  Ənənəvi olaraq qəbirin üstünə böyük daş 
parçasından ibarət baş daşı qoyulur (təxminən bir metr hündür-
lüyündə) və onun üzərində ölən şəxsin adı, doğum və ölüm tarixləri 
qeyd olunur. Adətən qəbir daşına Qurandan bir neçə ayələr da qeyd 
olunur. 
Bir çox cəmiyyətlərdə olduğu kimi əzizlərinin qəbrini adə-
tən  ən yaxın qohumlar ziyarət edir. Bəzən nəvələr də bu ənənəni 
davam etdirir, lakin növbəti nəsil bunu etməyi tərgidir və qəbir də 
unudulur. Islam nöqteyi nəzərindən bu çox təbii bir prosesdir. Islam 
qəbrin uzun müddət saxlanmasının əleyhinədir. Bir neçə nəsil dəyi-
şildikdən sonra qazılmış  və  qəbrin üstünə atılmış torpaq yerə çök-
məli və yenə də yerin hündürlüyü nisbətinə gəlib çatmalıdır. Bəzək-
li qəbir daşlarının, tabutların və ya dəbdəbəli mavzoleylərin düzəl-
dilməsi təkəbbür əlaməti olaraq günah hesab edilir. 
Lakin bu o demək deyildir ki, müsəlman hökmdarları heç 
də bəzəkli qəbirlər tikməmişlər. Orta əsrlərdə şahların özləri və ailə 
üzvləri üçün bəzəkli mavzoleylər tikdirdikləri haqda çoxlu dəlillər 
vardır. Məsələn, 12-ci əsrdə Naxçıvanda tikilmiş Möminə Xatun 
Türbəsi və ya Aqrada (Hindistan) inşa edilmiş Tac Mahal 
Məqbərəsi orta əsrlər müsəlman din adamları arasında mövcud 
olmuş belə meyllərə  ən yaxşı nümunələrdir. Bununla belə bu cür 
hallar  şah, sultan və ya totalitar despotlar üçün xarakterik idi və 
sadə əhali arasında geniş yayılmamışdı. 
 126


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə