Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

etməzdi. Bakıda yaşayan hər bir şəxs onlardan qorxardı. Qoçular 
Bakıda 19-cu əsrin sonlarında varlı Bakı sakinlərini oğurlayıb, 
onları soyan və hədələyən “kinto” adlanan gürcü banditlərinə cavab 
olaraq yaranmışdılar. 
Şəhər polisi kintolar ilə bacara bilmədiyindən, varlı şəxslər 
güclü və cəsur kişiləri öyrətməyə və onları silahlandırmağa başladı. 
Tezliklə kintolar Bakıdan yox oldular və bir daha geri dönmədilər. 
Bakı milyonerləri qoçuların xeyrini görüb onlardan şəxsi 
mühafizəçilər kimi istifadə etməyə başladılar. Əgər iş adamları hər 
hansı bir mübahisəyə cəlb olunsa idilər, onlar öz qoçularını digər-
lərinin qoçuları ilə davaya göndərərdilər. Bəzən bu güllə yarışı ilə 
nəticələnərdi. Çox qısa zamanda bu qoçu qruplarının bəziləri mafi-
yaya çevrilməyə başladı. 
Manaf Süleymanov yazır ki, bir qrup qoçu xəsis kimi 
tanınan Bakı milyonçusu Ağa Musa Nağıyevi oğurlayır. Qoçular 
onun azad edilməsi üçün 10 min qızıl rubl tələb edirlər, əks halda 
onu tikələrə parçalayacaqlarını bildirirlər. Buna cavab olaraq Ağa 
Musa ciddi şəkildə bildirir: “Mən yalnız 950 rubl verə bilərəm. 
Əlbəttə siz məni tikələrə parçalaya bilərsiniz, lakin onda siz heç bir 
şey əldə etməyəcəksiniz.” Qoçular başa düşdülər ki, Ağa Musa 10 
min rubl verməkdənsə ölməyi üstün tutar, ona görə  də onlar Ağa 
Musanı onun təklif etdiyi girov müqabilində sərbəst buraxdılar. 
Lakin bunu bilmək lazımdır ki, qoçuların heç də hamısı 
adamöldürən, bandit, və ya milyonçuların şəxsi mühafizə agentləri 
deyildilər. Onların bəziləri evdə canları  sıxılan varlı  gənc oğlanlar 
idilər. Yaxşı vaxt keçirmək istəyən bu gənclər milli geyimlər geyi-
nər, xəncər və tapança taxar və öz cəsarətlərini və güclərini göstər-
mək üçün küçələrə macəra axtarışına çıxardılar. 
Hərdən onlar bir-biri ilə mübahisə edər və küçədən keçən 
kasıb, köməksiz insanları hədələyərdilər. Məsələn, onlar bir kasıba 
yaxınlaşar və onun başına şillə vuraraq deyərdilər: “Niyə yanımdan 
keçib, mənə salam vermirsən?” və ya “Hansı cürətlə bığlarını kəs-
misən?” və ya “Sənin papağın haradadır?” və hətta “Niyə qarşımda 
durub qaşqabağını tökürsən?” 
Öz icmalarını canilərdən qoruyan “yaxşıniyyətli qoçular” 
da var idi. Çox maraqlıdır ki, bu qoçular 1918-ci il mart qırğını 
zamanı Içəri Şəhəri erməni və bolşeviklərdən qorumuşdular, çünki 
onlar həmin dövrdə  şəhərdə silahı olan və  təşkilatlanmış yeganə 
azərbaycanlılar idilər. 
 118


Iş adamları olan Bayır şəhərin sakini Teymur Aşurbəyov və 
Içəri  Şəhərin sakini Məmməd Hənifə Tağıyev öz qoçularını 
toplamış  və sonra digər  şəxsləri də silahlandırmışdılar. Onlar bu 
qüvvələri erməni Daşnak hərbi hissələrinə qarşı göndərmişdilər. 
Nəticədə minlərlə azərbaycanlının öldürüldüyü zaman Içəri  Şəhər 
və Bayır Şəhərin bir neçə küçəsi qırğından xilas olmuşdu. 
TUT AĞACI. Içəri  Şəhərdə, Cümə  məscidinin arxasında 
çox böyük və qoca tut ağacı var idi. Insanlar deyirdilər ki, bu ağacın 
bir neçə yüz il yaşı var. Isti yay günlərində kişilər onun altında 
oturar, nərd oynayar və çay içərdilər. 
Ağac  şəhərdə o qədər məşhur idi ki, ondan işarə kimi 
istifadə edirdilər. Məslən, “Gəl Tut ağacının yanında görüşək” və 
ya “Tut ağacından sol tərəfdə yaşayıram”. Içəri  Şəhərin simvolu 
olan bu ağac haqqında məşhur bir mahnı bəstələnmişdi. 
Təhminən 25 il bundan əvvəl tikinti işləri aparılan zaman 
bu tut ağacı kəsildi. Yerli camaat bu itkidən çox mütəəssir oldular. 
Bir neçə ay sonra, kimsə onun yerində başqa bir tut ağacı  əkməyi 
qərara alır. Həmin vaxtlar, Bakı sakinləri öz şəhərlərinin qeydinə 
qalır və onun tarixi görünüşünü və abidələrini saxlamağa 
çalışırdılar. Lakin indi həmin yeni tut ağacı da kəsilmişdir. Sadəcə 
olaraq Içəri  Şəhərdə tut ağacının  əhəmiyyətin dərk edən çox az 
sayda yerli sakin qalmışdır. 
Içəri  Şəhərin tarixi ilk Neft Yüksəlişi dövründə (1850-
1920) daha zəngin və  cəzbedici olmuşdur. Hüseynqulu Sarabski, 
Manaf Süleymanov, həmçinin Içəri  Şəhərin yaşlı sakinlərinin 
hekayələri, köhnə  qəzet və jurnallar, və digər çoxlu sayda mən-
bərlər Bakının tarixi barədə çox maraqlı faktlar aşkarlayır. Bugünkü 
tarixçilər bu detalları diqqətlə toplamalı, bərpa etməli və  tədqiq 
etməlidirlər. Indi Sovet dövrü geridə qaldıqdan sonra, qarşımızda 
dövlətimizin tarixini tədqiq etmək və doğru məlumatlar əldə etmək 
kimi çox böyük bir iş durur. 
  
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Yoxladı: Gülnar Aydəmirova 
Redaktə edən: Aydan Nəcəfova
 
İSLAMDA YEMƏK TƏCRÜBƏSİ VƏ MÜASİR 
AZƏRBAYCAN GERÇƏKLİYİ  
 
 119


Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000. 
Azerbaijan International AZERI.org 
 
üxtəlif dünya dinlərində  pəhriz qanunları var. Əsasən də 
bu özünü ət məhsullarının yeyilməsində göstərir. Yəhudi 
dəqiq və ciddi koşer sisteminə riayət edə bilər, katolik 
cümə günləri  ət yeməməyi üstün tuta bilər, buddist və ya hindu 
vegeterian pəhrizinə  tərəf çıxa bilər. Bunlar kimi İslamda da bu 
dinə ibadət edənlərin riayət etmələri tələb olunan pəhriz qanunları 
var; ikicə  kəlmə ilə desək - donuz əti, spirtli içkilər qağadandır. 
Müqəddəs Ramazan bayramı  ərzində isə  hər gün oruc tutmaq 
lazımdır. 

Azərbaycanın dünyəvi bir ölkə olmasına baxmayaraq, onun 
İslam dini ilə bağlı keçmişi ozünü yemək nümunələrində göstər-
məyə başlayıb. Bu meyl cüzidir, lakin o, mövcuddur. Maraqlıdır ki, 
cavanlar bu məsələləri öyrənməyə daha çox meyl edir. Yaşlı nəsil 
isə sanki Sovet dövründən  əvvəl olan yemək təcrübəsini qəbul et-
mək istəmir. 
Azərbaycanda islam 7-ci əsrdə, ərəblərin bu ərazidə həmin 
dinin əsasını qoyduqdan sonra bərqərar oldu. Bu yeni dində donuz 
əti, molyusk, nərə bahğı  və kürü yemək qadağan olunurdu və bu 
qida məhsulları "haram kimi tamınmağa başladı. Yeyilə bilən qida 
məhsulları - halal məhsullar isə xususi qaydada heyvanı  Məkkə 
istiqamətində tutaraq, Allahın adını  çəkərək kəsilən  ət sayılırdı. 
Əgər heyvan başqa cür ölürdüsə bu da haram sayılırdı.  Şərab və 
digər spirtli içkilər də qadağan olunurdu. 
Buna münasib Qur'an ayəsində deyilir: 
Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz 
əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, 
boğulmus, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq 
ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi 
heyvanlar tərəfindən parçalam yeyilmiş - canı çıxmamış kəsdiyiniz 
heyvanlar müstəsnadır -, dikinə qoyulmuş daşlar (bütlər və ya 
Kə'bənin  ətrafındakı bütpərəsl qurbangahlar) üzərində  kəsılmiş 
heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edilir. Bunlar 
günahdır. Bu gun kafirlər dininizdən (onu məhv edə bilmədikləri 
üçün) əllərini üzdülər. Onlardan qorxmaym, Məndən qorxun! 
Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan 
nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, 
 120


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə