Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

Ümumiyyətlə sadə insanlar üçün olan qəbiristanlıqlar Islam 
qaydalarına tam sadiq qalmışdır. Sovet dövrünə qədər Azərbaycan-
da olan demək olar ki, bütün qəbiristanlıqlar xarici görünüşcə çox 
sadə idilər. Belə  ənənəvi qəbiristanlıqlar Azərbaycanda hələ  də 
mövcuddur. Onlar sanki çoxlu qəbir daşları olan açıq bir sahəyə 
bənzəyir. Bu qəbirlərin hərəsi bir vəziyyətdə – bəzisi yeni, bəziləri 
isə qəbir daşının üzərində baş qaldıran şibyə və ya yaxınlıqda bitən 
dəvə tikanı və  kətyan kollarından müəyyən olduğu kimi qədimdir. 
Bəziləri torpağın içinə çökmüş, bir tərəfə  əyilmiş  və ya artıq 
aşmışdır. Vurulan naxış  və yazılar külək və su ilə yuyularaq çox 
çətinliklə oxunan vəziyyətə düşüb. 
Beləliklə belə müsəlman qəbiristanlıqlarında deyə bilərsən 
ki, qəbirləri “nəsillərə” görə  fərqləndirə bilərsən: 1) düz, hündür 
yenicə daş karxanasından yonulub çıxarılmış açıq, açıq qəhvəyi 
rəngli daşları olan “cavan” qəbirlər, 2) boz və azacıq dağılmış “orta 
yaşlı” qəbir daşları, 3) qaralmış  və bir tərəfə  əyilmiş “yaşlı” qəbir 
daşları, 4) topal “uzunömürlülər” və  nəhayət 5) çox hissəsi yerin 
altına getmiş “ölmüş qəbirlər.” 
RƏNG. Rənglər Sofi Həmiddə bir az başqa tərzdədir. Hər 
şeydən  əvvəl qəbir daşlarının bir çoxu açıq rənglərlə, xüsusilə  də 
mavi, yaşıl və sarı rənglə rənglənmişdir. Bəzi qəbir daşları çoxrəng-
lidir. Bunların bəziləri hətta tropik Afrika incəsənətini xatırladır. 
Hətta köhnə  qəbirlərin bəzilərində  də  rəng izləri qalmışdır. Bu 
xüsusiyyətlər kommunizmdən əvvəlki dövrə aiddir və görünür bu-
rada yerli əhalinin etnoqrafik xüsusiyyətlərinin təsiri vardır. 
YONULMUŞ  FİGURLAR. Sofi Həmiddə  qəbir daşının 
müxtəlif yerlərində  və baş daşında ölmüş  şəxsin cinsini, maraq 
dairəsini və ya peşəsini ifadə edən fiqurlar işlənmişdir. Məsələn, 
əgər bu şəxs ovçu olmuşdursa onda onun qəbir daşında tüfəng, 
dənizçi olmuşsa gəmi, sürücü olmuşsa avtobus şəkli çəkilir. 
SURƏTLƏR. Sofi Həmidin təkrarolunmazlığı ondan iba-
rətdir ki, müsəlman qəbiristanlıqlarında insan və heyvan təsvirlə-
rinin çəkilməsi xarakterik deyil. Islam təsviri sənətində yalnız bitki 
şəklinin (gül, ot və ağac şəkilləri) çəkilməsinə icazə verilir. Bu hə-
qiqətdir ki, Islamda insan və heyvan təsvirləri vardır. Buna misal 
Orta əsr kitablarındakı miniatürləri göstərmək olar. Bununla belə bu 
cür təsvirlər yalnız kitablarda mümkün idi. 
Insanları və heyvanları təsvir edən heykəltəraşlıq işləri cid-
di surətdə qadağan olunmuşdu, çünki onlar bütpərəst dinlərə xas 
 127


xüsusiyyət hesab olunurdular. Buna görə də heykəltəraşlıq işlərində 
insan və ya heyvan təsviri Islamı inkar etmək və bütpərəstlik dininə 
sitayiş etməyə  bərabər idi. Orta əsrlər dövründə belə  şəxs murtəd 
adlanırdı  və ölümə  məhkum edilirdi. Insan şəkillərinin təsviri və 
həmçinin qəbir daşlarında qoyulumuş foto şəkillər və oyma işlərə 
Islamda icazə verilmir. Qəbir insan bədəni üçün müqəddəs və 
istirahət yeri hesab olunurdu. Islama görə Qiyamət günündə bütün 
ölülər dirilərək qəbirlərindən qalxacaq və Allahın qarşısında 
etdikləri günahlara görə cavab verəcəklər. 
Lakin Sofi Həmiddə olan qəbirlərdə çox vaxt ölən adamın 
əksi təsvir olunmuşdur. Burada hətta Qorbaçovun hakimiyyətindən 
bir az əvvəlki Sovet dövrünə (təxminən 1980-ci illər) xas olan qara 
baş daşları vardır. Bu baş daşlarında arxa və qarşı  tərəfdə ölmüş 
şəxsin tam ölçülü əksi oyulmuşdur. Belə tip şəkillər yalnız Sofi Hə-
midlə məhdudlaşmır. 
HEYVANLAR. Islamda heyvan heykəllərinin və ya qra-
vürlərinin qadağan olunmasına baxmayaraq, burada siz çoxlu 
heyvan təsvirlərinə rast gələ bilərsiniz. Məsələn, burada karvan 
şəklində təsvir olunan çoxlu sayda dəvə şəkilləri vardır. O zamanlar 
Azərbaycan şərqlə qərb və eyni zamanda şimalla cənub arasındakı 
ticarət yollarının qovşağı rolunu oynamışdır və buna görə  də 
dəvədən nəqliyyat vasitəsi kimi istifadə də geniş yayılmışdı. 
DƏVƏLƏR. Sofi Həmidin müqəddəs ziyarətgah kimi möv-
cud olmasının kökündə  dəvələrdən nəqliyyat vasitəsi kimi istifadə 
ilə bağlı bir rəvayət dayanır. Bu rəvayətə görə Sofi Həmid 14-cü 
əsrdə molla kimi bu regiona gəlmiş bir Ərəb taciri olmuşdur. Rə-
vayətə görə Sofi Həmid ölümünün yaxınlaşdığını anlayanda öz sə-
yahət yoldaşlarına tapşırır ki, onu dəvəsinin istirahət etmək üçün 
dayandığı yerdə basdırsınlar. Buna görə də dəvələr çox vaxt orada 
olan qəbir daşlarının bir çoxunda təsvirlərin tərkib hissəsi kimi qeyd 
olunub. Dəvələr həmçinin müsəlmanların Məkkəyə ziyarət zamanı 
də əsas nəqliyyat vasitəsi rolunu oynamışdır. 
Qəbirlər üzərində çəkilmiş dəvə təsvirlərindən əlavə həyət-
də Sofi Həmid piri yerləşən yerdə daşdan bir dəvə heykəli vardır. 
Bu heykəl ətrafında bəzi adətlər formalaşmışdır. Məsələn, belə bir 
inam vardır ki, əgər hamilə qala bilməyən qadın həmin dəvənin 
altından keçirsə, onda hamilə qalar. Bunun üçün o, dəvənin altından 
üç dəfə keçməlidir. Dəvələrdən başqa siz qəbirlər üzərində çoxlu at 
təsvirləri də görə bilərsiniz. Burada yəhərlənmiş və ya faytona bağl-
 128


anmış at rəsmləri vardır. Burada həmçinin dağ maralı və ya qoyun 
təsvir olunan təbiət səhnələri də vardır. Bəzi hallarda inək təsvirinə 
də rast gələ bilərsiniz.  Əgər  şəxs cavan yaşda vəfat etmişsə, onda 
onun qəbri üzərində bir cüt məhəbbət quşu görə bilərsiniz. Bu isə 
həmin şəxsin ölümdən daha çox toy ilə əlaqələndirilməsinə dəlalət 
edir. 
İLANLAR. Azərbaycanda ilanlara sitayiş  İslama qədərki 
dövrə təsadüf edir. Bu animist inanclar qədim albanlar və orta əsrlər 
türk tayfaları arasında yayılmışdı. Islama qədərki dövrdə ilan bəzi 
qədim tayfaların totemi idi. Qədim türklərin bayraqlarında ilanların 
və  əjdahalar təsvirlər olunurdu. Bir çox kəndlilər hələ  də ilanı 
müqəddəs hesab edirlər. 
Sofi Həmiddə  qədim  əfsanələrin təsiri hələ  də açıq-aydın 
görünür.  İslamaqədərki dövrdə mövcud olan inanclar hələ də yerli 
əhali arasında qalmaqdadır. Məsələn, Sofi Həmid qəbiristanlığının 
yaxılığında yaşayanlar ilanları müqəddəs hesab edirlər. Onlar 
inanırlar ki, əgər sən ruhən pak insansansa, qəbiristanlıqda olan 
ilanlar sənə toxunmayacaqlar. Çox vaxt onlar evlərini ilandan 
qorumaq üçün Sofi Həmidin torpağından götürüb evlərinə aparırlar. 
Üzərində hətta ilan rəsmləri həkk olunmuş qəbir daşları da 
vardır. Bu təsvirləri görəndə biz çox təəccübləndik. Ilk ağlımıza 
gələn bu oldu: “Yazıq adam, yəqin onu ilan çalıb.” Lakin qəbrə 
daha diqqətlə baxanda gördük ki, həmin rəsmdə ilanın qarşısına bir 
qab süd qoyulub. Bu qabdakı ilandan alınmış zəhər idimi? Bu adam 
ilanlara baxan olubmu? Bir zamanlar Abşeron yarımadasında ilan 
ferması vardı  və burada ilanlar yetişdirilirdi ki, sonradan onların 
zəhərindən müalicəvi məqsədlə istifadə etsinlər. 
Daş yonanların birindən qəbir daşlarının üzərində olan ilan 
rəsmlərinin nə məqsədlə çəkildiyini soruşduqda, o bizə həmin şəx-
sin ilandan qorxmadığını və onun o qədər qayğıkeş və nəzakətli ol-
duğunu və buna görə  də sanki ilanın onun əlindən yemək yeyə 
biləcəyini söylədi. 
Göyçək Fatma, Ovçu Pirim və Taxta Qılınc adlı azərbaycan 
xalq nağıllarında biz ilanların və bu kimi varlıqların müsbət şəkildə 
təsvir olunduğu animist inancların izlərinə rast gələ bilərik. 
TƏKRAR. Minlərlə qəbrin yerləşdiyi Sofi Həmiddə hər bir 
qəbrin özünəməxsus olduğunu fikirləşə bilərsən. Əlbəttə ki, dizayn 
cəhətdən müxtəliflik vardır. Hər şeydən əvvəl qəbir daşının 6 tərəfi 
işlənmişdir: baş daşın qarşı  və arxa tərəfləri, üstəgəl qəbir daşının 
 129


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə