Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldrılması 
və i.a.) başa çatdırdım və bir din kimi sizin üçün islamı  bəyənib 
seçdim. Hər kəs günaha meyl etmək niyyətində olmayaraq aclıq 
üzündən (bu haram şeylərdən) zəruri ehtiyacını ödəyəcək qədər 
yeyə bilər. Allah bağışlayan və rəhm edəndir! Mənbə: Surə 5, Əl-
Maidə, Ayə 3. Qur'an 
DƏYİŞƏN YEMƏK NÜMUNƏLƏRİ. Folklorçu Əhməd 
Oguz müşahidə edir ki, bəlkə  də donuz əti islamın qəbulundan 
əvvəl də qadağan olunmuşdu. 5-8-ci əsr nümunəsi olan Orxan-Ye-
nisey abidələrində Çinlilər haqda "donuz əti yeyənlər" (lagzın eti 
yeyenler) deyərək mənfi fikir irəli sürülmüşdü. 
Azərbaycanda bu kimi qadağalar qismən bolşeviklər 1920-
ci ildə hakimiyyətə gələnədək müşahidə olunmuşdu. 1920-ci ildən 
sonra hökümət Sovet respublikalarının bütün əhalisi üçun ateizm 
tətbiq etdi. 30-cu illərin sonlarında Stalinin hakimiyyəti dövründə 
məscid və kilsələrin qapıları bağlandı. Bir çox dini tikililər yerlə-
yeksan edildi. 
Dağılmayan bir neçə bina isə konsert zallarına və ya mu-
zeylərə çevrildi. Sovet qəssabxanaları islam qanunlarına riayət 
etmədiyindən azərbaycanlılar üçün halal qida məhsulları almaq çox 
çətinləşdi. Haram yeməsinlər deyə, bəzi yaşlı  şəxslər Sovet 
sosiskalarını yemədi, çünki onlar donuz ətindən hazırlanırdı. 
Onilliklər keçdikcə sonrakı  nəsillər islam qaydaları haqda demək 
olar ki, heç nə bilmədi və rus mətbəxinin  əsas yeməkləri olan 
pirojki, borş  və donuz sosiskası yeməyə öyrəşdilər.  Əvvəllər 
qadağan olunmuş yeməklər normaya çevrildi. 
Bu gün Azərbaycanda hər bir kəsin dini azadlığı var. 1995-
ci il 12 Noyabrda qəbul olunmuş Azərbaycan Konstitusiyasına görə 
din hökümətdən ayrıdır və rəsmi dövlət dini yoxdur. Uyğun olaraq, 
qadağan olunmuş qida məhsullarına dair heç bir qanun yoxdur. 
Belə bir azad şəraitdə yenidən islam yemək qadağalarına 
maraq yaranıb. Lakin heç də tamamilə ilkin qanunlara meyl edilmir. 
Səbəblərdən biri odur ki, yaşlı Azərbaycanlıların əksəriyyəti  bütün 
bu qadağalara riayət etmək istəmirlər. Onların çoxu adəti üzrə 
müsəlman olsalar belə, o qədər də dindar deyillər və  məscidə 
getmirlər. Onlar ömürləri boyu islam qaydalarına riayət etmədən 
yaşamışlar və indi həmin qaydalara riayət etməyə başlamaq 
zərurətini duymurlar. 
 121


Qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif rayonları 
dindarlığına görə bir-birindən fərqlənir.  İslam bir adət üzrə Bakı 
ətrafi ərazilərdə və Bakının İçəri Şəhər yerli sakinləri arasında güc-
lüdür. Həmçinin Masallı, Astara, Lerik, Lənkaran da daxil olmaqla 
İran sərhədində yerləşən Lənkəran-Talış zonasında və Naxçıvanın 
bəzi rayonlarında da islamın nüfuzu güclüdür. Digər tərəfdən isə 
mərkəzi Azərbaycanda,  əsasən də Kür və Araz çayları arasındakı 
kəndlərdə islamın təsiri nisbətən daha zəifdir. 
ISTİSNALAR.  Əgər hər hansı bir azərbaycanlı yemək qa-
dağalarına riayət etmək istəyirsə, o, halal qida məhsullarını xüsusi 
müsəlman ərzaq mağazalanndan ala bilər. Adi mağazalarda da xü-
susi olaraq müsəlman ölkələri üçün istehsal olunan Amerikanın ha-
lal toyuq sosiskası (American Halal Chicken Sausage) satılır 
(məqalə 2000 ildə yazılmışdır – red.). Lakin azərbaycanlıların çoxu 
yalnız xüsusi halal ərzaq almırlar. Onlar qəssabdan adi ət alır. 
Müştərilərinin rəğbətini qazanmaq üçün bəzi restoranlar do-
nuz  ətini nisbətən az xoşəgəlməz ad olan "qaban əti" adlandırır. 
Lakin burada heç bir yalan yoxdur; hamı bilir ki, bu ət  əslində 
donuz ətidir. 
İslamın spirtli içkiləri hər vaxt və hər bir şəraitdə qadağan 
etməsinə baxmayaraq azərbaycanlıların heç də hamısı  bu qaydaya 
riayət etmir. Lakin bəziləri Orucluq və  Məhərrəmlik zamanı içki 
içmir. 
Ramazan ayında müsəlmanlar gün çıxandan gün batanadək 
heç bir şey yeməməli və ya içməməlidirlər. Hətta su içmək belə 
olmaz. İranda bu qaydaya heç olmazsa ictimai yerlərdə ciddi riayət 
edilir; gün ərzində yemək və ya içmək istəyənlər bunu gizlincə öz 
evlərində etməyə çalışırlar, Azərbaycanda isə nisbətən az insan oruc 
tutur  (məqalə 2000 ildə yazılmışdır – red.). Restoranların çoxu bu 
ay ərzində açıq olur, lakin onlardan bəziləri, xususən də bəzi Türk 
restoranları, ancaq iftar yeməyinə açılır və bu zaman spinli içkilər 
satmır. 
GƏNCLƏR ARASINDA MEYLLƏR. Maraqlıdır ki, halala 
meyl göstərənlər  əsasən cavanlar olur və onlar valideynlərindən 
daha çox bu təcrubələrə riayət etməyə meylli olurlar. Azərbaycanlı 
gənclərinin çoxunun özunü müsəlman saymalarına baxmayaraq 
onlar dinlə yaxından məşgul olmurlar. Lakin gənclər arasında islam 
həyat  şəraitini öyrənməyə maraq var. Onlardan bəziləri spirtli 
içkilər içdikləri halda donuz əti yemir.   
 122


 Çox nadir hallarda Milli Elmlər Akademiyasından hər 
hansı bir doktor və ya professor müntəzəm olaraq məscidə gedir və 
müsəlman yemək qadağalanna riayət edir. Lakin Akademiyanın 
gənc alimlərindən bəziləri gündə bir neçə  dəfə ibadət edir, spiıtli 
içki qəbul etmir və donuz əti yemir. 
Ümumiyyətlə, bu gənc nəsil haram və halal haqda öz 
böyüklərindən deyil, əcnəbilərdən məlumat almışlar. Onlardan 
bəziləri türk məktəb və universitetlərində oxuyub; digərləri 
Azərbaycana səyahət edən  ərəb və iranlılarla ünsiyyətdə olub. 
Türkiyədən olan dini təsir nəzərəçarpacaq dərəcədədir və Irandan 
olan təsirdən güclüdür. 
İslam qanunlarına riayət edən gənc azərbaycanlılardan çoxu 
bəlkə  də bunu şəxsi “mən”lərini tapmaq üçün edir. İndiki keçid 
dövründə onların xristianlıq da daxil olmaqla müxtəlif dinlər haqda 
öyrənərək kim olduqlarını başa duşmək azadlıqları var. 
Onlardan çoxu astrologiya ilə  də maraqlamr və  qərb 
ölkələrində yaşayan bəzi insanlar kimi gündəlik ulduz falını 
oxumaq və Zodiak bürcləri haqda öyrənməklə məşğuldurlar. 
Görəsən islam yemək qadağalarına maraq keçici bir 
hadisədirmi? Bəlkə bu, gənc azərbaycanlıların  əcdadlarının dininə 
qayıtmaqla keçmişi qaytarmaq cəhdlərinin göstəricisidir? Yalnız 
zamanın cavab verə biləcəyi bütün bu suallar hər kəsi narahat edən 
daha geniş bir sualın  əsasını  təşkil edir: bu Sovetdən sonrakı  
müstəqillik dövründə azərbaycanlı olmaq nə deməkdir? 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova  
Web dizayn: Fəridə Sadıxova
 
 
 
 
 
 
 
 
SOFİ HƏMİD QƏBİRSTANLIĞI: SOLĞUN 
RƏNGLƏR VƏ ƏKS OLUNMUŞ ÖMÜR 
 
 123


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə