Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

dörd tərəfi və ən yuxarı üstü. Bu o deməkdir ki, qəbir daşını işləyən 
rəssam 6 tərəfi  əsaslı  və uyğun  şəkildə  işləməlidir. Buna görə  də 
simvolların bir çoxunun təkrarlanması heç də təəccüblü deyil. 
Daş yonanlardan biri bizə dedi ki, adamlar qəbir daşı sifariş 
edəndə digər qəbir daşlarına baxır və onların içərisindən öz 
qohumlarının qəbirləri üçün təsvirlər seçirlər. Məsələn, 20-ci əsrin 
ortalarına məxsus qadın qəbirlərinin çoxunda sadə tikiş maşını, 
boyunbağı və sırğalar təsvir olunub. Əlbəttə ki, bu təsvirlər müxtəlif 
şəkildə çəkilə bilər, lakin məzmun çox vaxt eyni qalır. Kişi qəbirlə-
rininin üzərindəki təsvirlərdə, görünür, qadın qəbirlərindəkinə 
nisbətən daha çox müxtəliflik vardır. Bu onunla izah oluna bilər ki
kişilər üçün daha çox peşə mövcud olduğu halda qadınlar  əsasən 
evlə bağlı olurdular. 
YAZILAR. Sizin Sofi Həmidi ziyarət edərkən orada 
mövcud olan dərin mənanı anlamaq üçün nə azərbaycan, nə rus, nə 
də  ərəb dilini bilmənizə ehtiyac yoxdur. Lakin özünüzlə bu dil-
lərdən birini bilən şəxs götürsəniz, bu səfərinizi daha mənalı edəcək 
və buranı daha dərindən dərk etməyə kömək edəcək. Azərbaycanda 
tipik qəbirdaşlarında Qurandan yazı və dualar təsvir olunur. Lakin 
Sofi Həmiddə siz həmçinin Nizami Gəncəvi, Hafiz Şirazi və Ömər 
Xəyyam kimi orta əsr Azərbaycan və ya Şərq  şairlərinə  məxsus 
dünyəvi yazılara da rast gələ bilərsiniz. Dünyasını dəyişmiş şəxsin 
dostları və qohumları, xüsusən də valideynləri və uşaqları çox vaxt 
bu misraları özününküləşdirirdilər. Bu yazılar  əsasən azərbaycan 
dilində kiril, latın və ya ərəb əlifbasında yazılmışlar. Burada yazıl-
mış  şer parçalarının bəziləri vəfat etmiş  şəxsin nümunəvi xüsusiy-
yətlərini tərənnüm edir. Şer parçalarının digərləri isə həyatın fanili-
yi barədə fəlsəfi fikirləri əks etdirir və ya həyatın başa çatması ilə 
bağlı peşmançılıq hissini və ya şəxsin həyatının faciəvi sonluqla 
bitidiyini ifadə edir. 
İslama aid olan yazılar adətən  ərəb dilindədir. Lakin 
deməliyik ki, Sofi Həmiddə ərəb dilində yazılmış yazılar çox vaxt 
qeyri dəqiqdir və hərf səhvləri çoxdur. Qurandan götürülmüş tipik 
yazılara: “Allah birdir Məhəmməd də onun Rəsuludur” və ya 
“Allah rəhmət eləsin” ifadələri daxildir. 
Bəzən Allaha aid olan əlamətlər də  təsvir olunurdur
məsələn: 
 
Bismillahirrahmanirrahim, 
 130


Qul hüvəllahu əhəd, Allahus saməd, 
Ləm yəlid və ləm yuləd, 
Və ləm yəkul ləhu kufuvən əhəd. (Ərəbcə) 
 
Bəziləri Allahdan bağışlanmalarını diləyirlər: 
 
Qurana bağışla, 
Lutfi kərəm et, 
Məhəmmədi Mustafaya bağışla! 
 
Bəzi ifadələr ölümdən sonrakı  həyatın daha yaxşı 
olduğundan xəbər verir: 
 
Axirət evin, yerin mübarək, 
Allahın hökmüdür, gələnlər gedər, 
Haqq yoluna səfərin mübarək. 
 
AĞI VƏ  ŞİKAYƏTLƏR. Sofi Həmiddə siz ölümdən 
sonrakı həyatı rədd edən saysız-hesabsız ifadələrə də rast gələ bilər-
siniz. Belə ki, bu ifadələrdə ölümün onların yaxasını haqladıqların-
dan şikayət ifadə olunur, xüsusilə də əgər ölüm vaxtsızdırsa və ya 
qəza və ya faciə  nəticəsində baş vermişsə.  Əgər burada İslam 
qaydalarına ciddi şəkildə riayət edilsəydi, bu ifadələrin yazılmasına 
yol verilməzdi. Məsələn, biz burada bir-birilə əlaqəli beş qəbrə (ana 
və dörd qızı) rast gəldik. Görünür onlar hamısı eyni gündə - 15 
noyabr, 1986-cı il tarixdə faciəvi surətdə  həlak olmuşlar. Bu 
qəbirlərin hər birinin üzərində yazı  və  şer parçaları vardır, amma 
onların heç biri bu ailənin üzvlərinin həyatına son qoymuş faciəvi 
hadisədən xəbər vermir. 
Ananın qəbri üzərində: 
 
Fələk bağladı gözümü, 
Deyə bilmədim sözümü, 
Bir dəstə gözəl qızımı, 
Yanımda görən ağlasın. 
 
Bir yaşlı qızının qəbri üzərində: 
 
Dil açmadım atam ilə danışam, 
Xəstə olmadım dərdim halım soruşa, 
 131


Çərxi-fələk bizi saldı bu işə, 
Məzarım üstünə baxan ağlasın. 
 
Dörd yaşlı qızının qəbri üzərində: 
 
Körpəydim, hələ də bələkdə, 
Ürək daşa gəldi, gördüm fələkdə, 
Anam da, bacım da mənlə birlikdə
Məzarım üstünə gələn ağlasın. 
Altı yaşlı qızının qəbri üzərində: 
Dünyaya göz açmadım, 
Heç nə görmədim, 
Atadan, anadan mən heç doymadım, 
Çərxi-fələk zalım imiş, bilmədim. 
 
On altı yaşlı qızının qəbri üzərində: 
 
Yazıq atam elər dilək, 
Bu qəm qoymaz bizi gülək, 
Demədimmi çərxi-fələk, 
Bu dövranı pozar bir gün. 
 
Digər qəbirlərdə həyatın fani olduğu barədə yazılar vardır. 
Qəbir daşında boyunbağı  və  sırğa çəkilmiş bir qadın (1957-1982) 
məzarının üzərində belə yazılmışdır: 
 
Burda bildim, dünya yalan dünyadı 
Verdiyini geri alan dünyadı 
Bir də gördün fələk vurdu, dağıtdı, 
Çoxlarını dərdə salan dünyadı. 
 
Və ya: 
 
Əcəl şərbətini içməyən insan olmaz, 
Tuta dünyanı təbib, dərdinə dərman olmaz, 
Daha axtarmayın məni bacılarım, 
Bu dünyaya gəlib getməyən insan olmaz. 
 
KOMMUNİZMİN TƏSİRİ. Sofi Həmiddə olan abidələrin 
çoxu Sovet dövründə qoyulub və Sovet üslubunu əks etdirir. SSRİ 
rəsmi ateist dövləti olduğundan o Azərbaycanda ateizm kommunist 
 132


ideologiyasını  və dünyəvi mədəniyyəti  əks etdirirdi. Sofi Həmid 
qəbiristanlığı həmin dövrdə Islam təsirinin zəiflədiyinin sübutudur. 
Sovetlər şəxsiyyətə və liderlərə pərəstişi tərənnüm edirdilər. 
Onlar “əmək qəhrəmanı” hesab etdikləri şəxslərə kəndli və fəhlələ-
rə hörmət edir və onları  məşhurlaşdırırdılar. Bu məşhur  şəxsiyyət-
lərin anılması heykəltəraşlıq işlərində, məzar abidələrində və qəbir 
daşlarında aydın görünür. Bu kimi ideologiyanın təsiri Azərbay-
canda müsəlman qəbiristanlıqlarında da görünür. Əhəngdaşından 
yonulmuş sadə  qəbir daşlarının  əvəzinə hündür pedestallı, beş 
guşəli Sovet ulduzu və vəfat etmiş şəxsin şəkli və ya peşəsi ilə bağlı 
simvollar çəkilmiş qəbirlər meydana gəldi. 
Maddi dünyaya pərəstiş kultu Sovet ideologiyasına xas bir 
şeydir. Kommunistlər ruha və ölümdən sonrakı həyata inanmırdılar. 
Bununla belə onlar iddia edirdilər ki, “yaxşı kommunistlər” 
ölümdən sonra belə adamların xatirəsində  həmişəlik yaşayırlar. 
Sovet dövründə  ən məşhur şüarlardan biri belə idi: “Lenin həmişə 
sağdır! Lenin həmişə bizimlədir!” Leninin Moskvadakı Movzo-
leyində nümayişə qoyulmuş balzamlanmış  cəsədi bolşeviklərin 
axirət dünyasına inanmayaraq özlərinin allahsız dinlərini yaratmaq 
cəhdini göstərir. Lenin onların Allahı, Karl Marksın “Kapital”ı isə 
İncili idi. 
Yalnız Lenin və Stalinin deyil, Sovet Ittifaqında bütün və-
təndaşların ölümdən sonra yada salınması mümkün idi. Hər bir 
kəndli və  fəhləyə dünyasını  dəyişmiş qohumları üçün abidə  və ya 
gözəl məzar düzəltməyə icazə verilirdi. Buna görə də məhz elə bu 
dövrdə Sofi Həmid incəsənət qalereyasına çevrildi. 
ƏLİFBADAN  İSTİFADƏ HALLARI. Sofi Həmid həmçi-
nin rəsmi siyasətin xalq psixikasına yeridilməsində meydana çıxan 
gecikmə hallarını  əks etdirir. Məsələn, gəlin burada əlifbanın və 
dilin işlənməsi məsələsini götürək. 20-ci əsrdə Azərbaycanda əlifba 
rəsmi surətdə dörd dəfə  dəyişdirilmişdir:  ərəb  əlifbasından latına 
(1929), kirilə (1939) və sonra yenidən təkmilləşdirilmiş latın  əlif-
basına keçilmişdir (1991-ci ilin sonları). (AZER.com-da axtarın: 
“Əlifba və dilin uğradığı dəyişikliklər”, AI 8.1, yaz, 2000). 
Dil siyasətinin həyata keçməsi üçün çox vaxt illər tələb 
olunur. Insanların bu yeni əlifbanı öyrənməsi və bu əlifbada rahat 
yazıb-oxuya bilməsi üçün müəyyən zamana ehtiyac vardır. Burada 
yaş amili böyük rol oynayır, belə ki, yaşlılar üçün köhnə  əlifba 
 133


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə