Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

Midiya döyüşçüləri nefti ox, nizə uclarına və katapult mərmilərinə 
sürtür-dülər. Yandırıldıqdan sonra bu silahlar düşmən gəmilərinə və 
ya-şayış yerlərinə atılırdı. Qədim yunanlar bu qədim alov yağdıran 
si-lahlara “Midiya nefti” deyirdilər. 
Orta  əsrlərdə Azərbaycanda, xüsusilə  də Abşeron 
yarımadasında neft çox geniş miqyasda çıxarılırdı. 10-13-cü 
əsrlərdə “yün-gül neft” Balaxanı  kəndində, “ağır neft” isə 
Suraxanıda çıxarılırdı. 
Azərbaycanılar nefti necə saflaşdırmağı  hələ eramızın ilk 
əsrlərindən bilirdilər. 13-cü əsr coğrafiyaçısı Ibn Bekran deyir ki, 
Bakıda nefti onun pis qoxusunu azaltmaq və tibbi istifadə üçün da-
ha yararlı hala salmaq üçün saflaşdırırdılar. 
Marko Polo 13-cü əsrdə yazırdı ki, əla Bakı nefti evləri 
işıqlandırmaq və  dəri xəstəliklərini müalicə etmək üçün istifadə 
olunurdu. Azərbaycan coğrafiyaçısı Əbd ər-Rəşid Bakuvi (14-15-ci 
əsrlər) yazırdı ki, hər gün Bakıdan xaricə 200 dəvə neft xurcunu 
ixrac olunurdu. Bir “dəvə xurcunu” 300 kq neftə  bərabər 
olduğundan, bu hər gün 60, 000 kq neft ixracı demək idi. 
Həmdullah Qəzvini (14-cü əsr) yazırdı ki, neft fəhlələri neft 
quyularını su ilə doldururdular ki, neft səthə qalxsın. Daha sonra 
neft Xəzər dənizi suitilərinin dərisindən hazırlanan dəri torbalara 
doldurulurdu. 1669-cu ildə orta əsr alimi Məhəmməd Mömin də 
qeyd etmişdi ki, bu növ dəri torbalar neftin saxlanılması  və 
daşınması üçün istifadə olunurdu. 
1572-ci ildə ingilis iş adamı Cefri Deket Bakıya gəlir və 
şəhər haqqında müşahidələrini qeyd edir. Onun yazdığına görə Bakı 
yaxınlığında çoxlu miqdarda neft torpağın səthinə  sızırdı. Bir çox 
insanlar bu nefti əldə etmək üçün, hətta uzaq məsafələrdən buraya 
səyahət edirdilər. 
Deket yazırdı ki, “naft” adlanan qara tipli neft bütün ölkə 
ərazisində evləri işıqlandırmaq üçün istifadə olunur. Bu neft başqa 
ölkələrə 400-500 qatır və  eşşəkdən ibarət karvan ilə daşınırdı. 
Bakının yaxınlığında o, ağ və çox dəyərli neftə rast gəlmişdi. O, be-
lə  qənatə  gəlmişdi ki, bu neft ingilislərin istifadə etdiyi neftə (dağ 
neftinə) oxşayır. 
Iran tarixçisi Əmin  Əhməd  ər-Razi 1601-ci ildə qeyd edir 
ki, Bakı yaxınlığında hər gün neft çıxarılan 500 neft quyusu var idi. 
17-ci əsr türk tarixçisi Katib Çələbi də eyni sözləri deyirdi. 
 85


17-ci  əsr alman səyahətçisi Lerx yazırdı ki, Abşeron 
yarımadasına 350-400 neft quyusu var idi, və Balaxanı  kəndində 
olan bircə quyudan gündəlik 3000 kq neft çıxarılırdı. 
Alman alimi və Isveç səfirliyinin katibi olan Engelbert 
Kempfer (1651-1716) 1683-cü ildə Bakıya səyahət etmiş  və öz 
gündəliyində qeyd etmişdi ki, burada neft quyularının 27 metr 
dərinliyi vardır və bu quyuların divarları taxta və ya əhəgdaşı ilə 
örtülmüşdür. Bu dövrdə Bakı nefti Rusiya və Şərqi Avropanın digər 
ölkələrinə ixrac edilirdi. 
O yazırdı ki, Bakıdan o qədər də uzaq olmayan Suraxanı 
kəndində hər gün 2700-3000 kq neft hasil edilib ixrac olunurdu. Bu 
miqdar hər biri 8 neft çəni daşıyan 80 arabanı doldururdu. 
Orta əsrlərdə neft hasilatı ətraf mühitin çirklənməsinə təsir 
göstərirdi, ancaq həmin dövrlərdə buna o qədər də böyük əhəmiyyət 
verilmirdi. Azərbayacan müəllifi Məhəmməd Yusif Şirvani özünün 
“Tibbnamə” (1712) kitabında yazırdı ki, neft və kükürd hasilatından 
torpaq və su zəhərli maddələrlə çirklənmişdir. 
1689-cu ildə Azərbaycana səfər edən ingilis missioneri 
Vileot Atanın yazdıqlarına görə, Səfəvi şahları Bakı neftindən hər il 
7000 tümən və ya 420, 000 fransız livri (Fransız frankı 1799-cu ildə 
istifadə olununana qədər Fransanın pul vahidi livr idi) miqdarında 
mənfəət əldə edirdilər. 
MÜQƏDDƏS ALOVUN MƏNBƏYİ. Eramızın 7-ci əsri-
nin sonlarında regionda İslam yayılana qədər, indiki Azərbaycan 
ərazsində yaşayan insanlar atəşə ibadət edən zərdüştilər idilər. Bakı 
ətrafındakı ərazi buradakı maraqlı, qeyri-adi təbiət hadisəsinə görə 
zərdüştlüyün mənəvi mərkəzi oldu. Neft torpağın elə  dərinliyində 
yerləşirdi ki, qaz torpağın səthindəki deşiklərdən sızaraq alova 
çatırdı. Məhz bu yerlər müqəddəs hesab olunmuş  və atəşpərəstlik 
məbədləri Abşeron yarımadasında Suraxanı və Bakı yaxınlığında və 
digər rayonlarda tikilirdi. 
Hətta bugün də Bakının məşhur Qız Qalası üzərində qaz 
məşəli yanır. Bəzi alimlər hesab edirlər ki, Qız Qalasından müdafiə 
məqsədilə istifadə olunurdu. Bəziləri isə deyirlər ki, bu qala 2500 il 
bundan  əvvəl zərdüşt məbədi kimi istifadə edilmişdir. Arxeoloji 
qazıntılar Qız Qalasının yaxınlığında ibadətgah olduğunu üzə 
çıxarmışdır. Ibadətgahın daş qabında neft və yanıq izləri 
olduğundan bəzi tədqiqatçılar belə hesab edir ki, bu qab əbədi 
məşəlin yanması üçün neftlə doldurulurdu. Professor Davud 
 86


Axundov inanır ki, eramızın birinci minilliyində  Xəzər dənizinin 
içərisində olan Qız qalasının önündə sahil zolağında zərdüştilərin 
“Suda Atəş Məbədi” yerləşirdi. 
Neft və qaz hətta orta əsrlərdə bir çox azərbaycanlıların 
İslam dinini qəbul etdikdən sonra da Müqəddəs Alovun mənbəyi 
kimi istifadə olunurdu. 18-ci əsrdə Abşeron yarımadasının yanar 
nefti Hindistandan olan atəşpərəstləri cəlb etdi və onlar Bakı 
yaxınlığında Suraxanı  kəndində Atəş  Məbədi (Atəşgahı) tikdilər. 
Bu atəşpərəstlər məbədin içərisində yanan qaz və neftdən qidalanan 
əbədi, müqəddəs atəşə pərəstiş edirdilər. 
19-cu əsrdə fransız yazıçısı Alkesandr Düma Atəşgaha sə-
yahət etmiş  və bu haqda aşağıdakıları yazmışdı: “ Çox nadir 
hallarda səyahət edən fransızlar istisna olmaqla, bütün dünya 
Bakıdakı Atəşgahdan xəbərdardır… Mənim həmvətənlərim, əgər bu 
atəşpərəstləri görmək istəyirsinizsə, onda bir az tələsməlisiniz, 
çünki həmin məbəddə yalnız 3 atəşpərəst qalmışdır ki, bunlardan 
biri çox qoca, digər ikisi isə 30-35 yaşlarındadır.” 
Düma məbədi aşağıdakı kimi təsvir edirdi: “Biz məbədin 
içərisinə tamamilə alovla örtülmüş qapılardan daxil olduq. Geniş 
dördbucaqlı  həyətin ortasında günbəz ilə bir yerdə ibadət otağı 
yerləşirdi. Əbədi məşəl ibadət otağının tam ortasında yanır.” 
NEFT DƏRMAN VASİTƏSİ KİMİ. Hal-hazırda Bakı Əl-
yazmalar Institutunda saxlanılan tibbi və əzcaçılıq mənbələrinə aid 
əlyazmalarda göstərilir ki, orta əsrlərdə neft və neft məhsulları tibbi 
məqsədlər üçün çox geniş istifadə olunurdu. Mineral neft məlhəm 
formasında  əsəb xəstəliyi, fiziki zəiflik, iflic və titrəmə kimi 
xəstəliklərə qarşı istifadə olunurdu. Neft həmçinin sinə  ağrısı, 
öskürək, astma və revmatizm kimi xəstəliklərin müalicəsində  də 
istifadə olunurdu. 
Məsələn, 1311-ci ildə Azərbaycan müəllifi Yusif ibn 
İsmayıl Xoyi tərəfindən yazılan “Cameül-Bağdadi” kitabı tibbdə 
neftin və mazutun istifadəsindən danışırdı. O, yazırdı ki, neftdən 
alınan məlhəmlər şişlərin sağaldilmasında, neftdən düzəldilmiş göz 
damcıları kataraktanın müalicəsində, və qulaq damcıları qulaq 
ağrılarına qarşı istifadə olunurdu. 
1669-cu ildə yazdığı “Töxfətül-möminin” (“Möminlərin 
töhvəsi”) kitabında Məhəmməd Mömin neft məhsullarından astma, 
xroniki öskürək, sancı, dispepsiya və bağırsaq qurdlarının aradan 
qaldırılmasında istifadə etməyi məsləhət görürdü. 
 87


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə