Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

yaradıb və bu yaranışdan sonra dünya öz gücünə inkişaf etmişdir. 
Allah isə bu prosesə rəhbərlik etmişdir.  
Nəticədə isə, Tusinin dünyanın kamilliyi barədə fikirləri ilə 
tanış olan Şərq alimləri həmin fikirləri din və ya fəlsəfi nöqteyi nə-
zərdən izah edirdilər. Bir çox xristianlar kimi, müsəlmanların da 
çoxu təkamül nəzəriyyəsi ilə razılaşmırlar, çünki bu nəzəriyyə 
rəsmi teologiyaya qarşıdır. Tusinin Darvinin inkişaf etdirdiyi bəzi 
prisniplərə  işarə etməsinə baxmayaraq, Şərq alimləri Tusinin fi-
kirlərini təbiət elmindən çox, insan ruhu barədə allegoriya kimi 
qəbul edirlər. 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə edən: Ülviyyə Məmmədova
 
FƏRQLİ BİR “KOROĞLU”: TBİLİSİ 
ƏLYAZMASI ORTA ƏSR AZƏRBAYCAN 
QƏHRƏMANI BARƏDƏ  
  
Mənbə: Azerbaijan International jurnalı - AI 10.1 (Yaz 2002) © 2004. 
Azerbaijan International AZERI.org 
 
srlər boyu Azərbaycan aşıqları Koroğlu adında qüdrətli 
döyüşçü barədə rəvayətlər danışırdılar. Koroğlunun atasının 
gözləri zalım hakim tərəfindən kor edildikdən sonra, o, ata-
sının qisasını almaq üçün mübarizəyə başlamış  və buna görə  də 
“Koroğlu” adlandırılmışdı. Orta əsrlər ingilis folklor qəhrəmanı Ro-
bin Qud kimi Koroğlu da varlıların malını alıb kasıblara verirdi. 
Onun köməkçiləri cəsur dostları və Qırat adında uçan möcüzəvi at 
idi. 
Ə 
Hər bir azərbaycanlı Koroğlu barədə hekayələr eşitmişdir. 
Bəs  əslində o kim olub? Nə  uğrunda mübarizə aparıb? Koroğlu 
kimi  əfsanələr  əsrlər boyu yaşadıqca, həqiqi həyatla bağlı  bəzi 
detallar  şişirdilimiş, digər-ləri isə sadəcə unudulmuşdu. Lakin 
yaddaşlarda yaşayan belə hekayələr adətən həqiqətə əsaslanır. 17-ci 
əsr Koroğlu dastanı da istisna təşkil etmir. 
Tbilisidə Gürcüstan EA-nın Əlyazmalar Institutunda yerlə-
şən  əlyazma Koroğlu dastanının Azərbaycanda yayılmış digər 
 76


əlyazmalarından fərqlənir və  tədqiqatçıları tarixi Koroğlu barədə 
çoxlu faktlarla təmin edir.   
Azərbaycanın  şimal-qərbində 285 min azərbaycanlı da 
daxil olmaqla 5 milyon əhalisi olan Gürcüstan Respublikası yer-
ləşir.  Əslində Gürcüstanın paytaxtı olan Tbilisi bir zamanlar, xü-
susilə  də 18-19-cu əsrlərdə azərbaycanlılar üçün mədəni mərkəz 
rolunu oynayırdı. Azərbaycanın tanınmış  şəxsiyyətlərindən yazıçı 
və  əlifba islahatçısı Mirza Fətəli Axundov (1812-1878) və dövlət 
xadimi Nəriman Nərimanov (1870-1925) burada yaşayıb 
yaratmışlar. Üzeyir Hacıbəyov (1885-1948) burada yerləşən Qori 
seminariyasında təhsil almışdır. 
Sovet dövründə Azərbaycan və Gürcüstan elmi institutları 
arasında sıx  əlaqələr qurulmuşdu. Sovet rəsmi ideologiyasına görə 
sosializm və Sovet dövlətinin  əleyhinə olmayacağı  təqdirdə, ayrı-
ayrı Sovet Respublikaları arasındakı belə  mədəni  əlaqələr 
alqışlanırdı. Xüsusilə  də Bakı  Əlyazmalar Institutu və Tbilisi 
Əlyaz-malar Institutu arasında sıx əməkdaşlıq mövcud idi. 
Bir çox azərbaycan,  ərəb və fars əlyazmaları Tbilisidə 
yazılmış  və surəti çıxarılmış  və gürcü alimləri tərəfindən toplanıl-
mışdı. Məsələn, Ibn-Sinanın “Qanun” əsəri ilə bağlı öz şərhlərini 
yazan 10-cu əsr azərbaycan alimi Isa ər-Raqi Tiflisi burada yaşayıb 
yaratmışdı. Tbilisi Əlyazmalar Institutunda mühafizə olunan 240 
türk (azərbaycan və türk əlyazmalrı da daxil olmaqla) əlyazması 
arasında orta əsrlərə aid dəyərli azərbaycan əsərləri saxlanılır (Bakı 
Əlyazmalar Institutunun özündə orta əsrlərdə ərəb əlifbası ilə Azər-
baycan dilində yazılmış 3000-dən çox sənəd vardır). 
Tbilisi Institutunda bir çox nadir azərbaycan  əlyazmaları 
olduğundan Bakı Institutu tez-tez Gürcüstana tədqiqat aparmağa 
alim-lər göndərərdi. Sovet dövründə bunu etmək indikindən asan 
idi. Həmin dövrdə hər iki institut yaxşı maliyyələşdirilmişdi və iki 
ölkə arasında nəqliyyat xərcləri çox aşağı idi. O zamanlar (məqalə 
2004 ildə yazılmışdır – red.) azərbaycanlı alimlər indikindən 10-15 
dəfə çox əməkhaqqı alırdılar və bu pulla Sovet Ittifaqı daxilində 
hətta öz hesablarına belə rahatlıqla səyahət edə bilərdilər. Buna 
görə də Yerevan, Moskva, Sankt Peterburq, Daşkənd (Özbəkistan) 
əlyazma fondları da daxil olmaqla digər  əlyazma institutlarına 
səyahət etmək üçün imkanlar var idi. 
1980-cı illərin ortalarından sonlarına kimi, Qorbaçovun 
hakimiyyəti dövründə Bakı Institutu və Tbilisi Institutu arasındakı 
 77


bu əməkdaşlıq zəifləməyə başladı. Sovet iqtisadiyyatı dağıldığı za-
man, rubl öz dəyərini itirdi və  əməkhaqqları yox dərəcəsinə endi. 
Həm Azərbaycan, həm də Gürcüstan azadlıq uğrunda qızğın müba-
rizəyə  cəlb olundu. Azərbaycan və Ermənistan arasında Dağlıq 
Qarabağ münaqişəsi yarandı, Gürcüstan isə Abxaziya və Osetiya 
separatçılarına qarşı mübarizəyə girişdi. Həmin dövrdə millət kimi 
sağ qalmaq və müstəqil dövlət yaratmaq kimi şeylər  əski  əlyaz-
malar barədə düşünməkdən daha önəmli idi. 
Sovet Ittifaqı dağıldıqdan sonra, daha böyük iqtisadi çətin-
liklər yarandı  və alimlərın çoxsu uzaq yerlərə ezamiyyətə getmək  
imkanından məhrum oldular. Digər Sovet respublikalarına səyahət 
etmək çox bahalı olmağa başladı, hətta demək olar ki, qeyri-
mümkün bir işə çevrildi. Bunun nəticəsində müstəqilliyin ilk 
onilliyi  ərzində bu Bakı  və Tbilisi əlyazma institutları arasında 
əlaqələr  xeyli zəiflədi. 
YENİDƏN QURULAN ƏLAQLƏR.  Indi (söhbət 2004 
ildən gedir – red.) iqtisadi vəziyyət bir qədər yaxşılaşdıqdan və 
siyasi stabillik əldə oldunduqdan sonra, Bakı  Əlyazmalar Institutu 
keçid dövründə qırılmış beynəlxalq əlaqələri yenidən qurmağa səy 
göstərir. Ilk olaraq, o Iran və Türkiyədəki alimlərlə əməkdaşlıq et-
məyə başladı. Sonra, gürcü alimləri ilə  əməkdaşlığı  bərpa etməyə 
qərar verdi. 
Tbilisi Institutu ilə əlaqə yaratmaq o qədər də asan olmadı. 
Həmin institutun bizdə olan telefon nömrəsi işləmirdi. Bizdə nə fax 
nömrəsi, nə  də onların elektron adresi var idi.  Bizim hətta 
institutun adının dəyişib-dəyişilməməsi barədə belə  məlumatımız 
yox idi. 
Bakı Institutunun direktoru sonda qərara gəldi ki, biz Tbilisi 
Institutu ilə  əlaqələr yaratmaq üçün hər hansı bir yol tapmalıyıq, 
çünki orada bir çox dəyərli azərbaycan  əlyazmaları mövcuddur.  
Beləliklə, keçən yay (2004 il – red), mən Institutumuzun Tbilisi 
Institutu ilə  əməkdaşlıq etmək istədiyini bildirən rəsmi məktubla 
Gürcüstana yollandım.  
Biz gürcü kolleqalarımızı bütün sahələrdə  əməkdaşlıq et-
məyə dəvət etdik. Onlara orta əsr əlyazmalarının sürətlərini və mik-
rofilmlərini və son dövrlərdə nəşr olunan kitabların və əsərlərin mü-
badiləsini təklif etdik. Mən onlara alimlərimizin nəşr etdirdiyi bir 
neçə kitabı  və bizdə olan əlyazmaların  ən son kataloqunu hədiyyə 
etdim. 
 78


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə