Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

KOMMUNİST RƏHBƏRLƏRİ. Sovet dövründə tarixçilər 
Kirov, Şaumyan və Əzizbəyov kimi kommunist rəhbərlərini tərən-
nüm edirdilər. 1953-cü ildə Stalinin ölümündən sonra şəxsiyyətə 
pərəstiş  ləğv olundu. Stalin dövründə Azərbaycan Kommunist 
Partiyasının lideri olan Mir Cəfər Bağırov “xalq düşməni” kimi 
edam edilmişdi. Sovet tarixçiləri bilirdilər ki, onlar Stalin, Beriya 
və ya Bağırov kimi müəyyən rəhbərləri və ya Stalin dövrü kimi 
müəyyən tarixi dövrləri tənqid edə bilərlər, lakin onlar heç vaxt 
Sovet sistemini, marksizm nəzəriyyəsini və Vladimir Leninin 
şəxsiyyətini tənqid etməyə  cəsarət etmirdilər. Bunlar Sovet 
ideologiyası və tarixində müqəddəs yer tuturdu. 
Azərbaycanın ilk kommunist lideri olan Nəriman Nərima-
nov (1870-1925) barədə tarixi əsərlərdə yeni məlumatlar üzə çıxır. 
Onun Radekə (Kommunist rəhbəri) olan nəşr olunmamış  məktubu 
ilk dəfə Yenidənqurma dövründə  nəşr edilmişdi. Belə  məlum olur 
ki, Nərimanov Rus rəsmilərinin Azərbaycanda  şovinist siyasətinə 
qarşı çıxış edirdi. O, Moskvaya məktublar göndərərək Azərbaycan 
Respublikasının maraqlarına toxunan, heç bir haqq ödəmədən və 
işçiləri incidərək Azərbaycanın neft və digər təbii sərvətlərindən 
istifadə edən emissarlardan şikayət edirdi. 
Nərimanov “Şərqin Lenini” adlandırılırdı və çox məşhur bir 
insan idi. O, Azərbaycanda müstəqil siyasət yürütməyə  cəhd gös-
tərirdi. Bu dövrdə Leninin özü çox xəstə idi, Stalin isə hələ kifayət 
qədər güclü deyildi. Məhz bu zaman Nərimanov Moskvaya dəvət 
olunmuş və Sovet Ittifaqında yüksək bir vəzifəyə təyin olunmuşdu. 
O, Mərkəzi Icraiyyə Komitəsinin 3 üzvündən biri olmuşdu. Çox 
qısa bir müddətdən sonra o, 1925-ci ildə qəflətən ürək tutmasından 
vəfat etdi. Azərbaycana rəhbərlik etmək üçün Nərimanovun yerinə 
Sergey Kirov göndərildi. 
Sovet Yenidənqurmasından sonra (1985-ci ildə başlamış) 
və müstəqillik dövründə Stalin Repressiyası zamanı (1937-1938) 
həbs olunub, edam edilmiş ziyalıların siyahısı  qəzetlərdə  nəşr 
olundu. Azərbaycanın DTK-sı Milli Təhlükəsizlik Nazirliyinə 
çevril-miş  və yeni yaradılmış nazirlik Stalin dövrünün bütün 
cinayətlərini aşkara çıxarmaq fikrində olduğunu bəyan etmişdi. 
Repressiyaya məruz qalan insanların nəşr olunan adları içərisində 
Vəli Xuluflu və Salman Mümtaz kimi alimlər, Mikayıl Müşfiq və 
Hüseyn Cavid kimi şairlər var idi. DTK-nın xələfi olan NKVD-nin 
(Narodnıy Kommisariat Vnutrenix Del) Stalin dövründəki 
 67


canilərinin adları da aşkar edildi. Bunlar Qriqoryan, Markaryan, 
Topuridze, Atakişiyev və başqaları idilər. 
NKVD-nin canilərinin hamısı Azərbaycan xalqının ən yaxşı 
nümayəndələrini öldürməyi onlara əmr etmiş Mir Cəfər Bağırovun 
başçılığı altında çalışırdılar. Bağırovun öz məhkəməsində söylədiyi 
sözlər də maraqlıdır. O deyirdi: “Bəli, mən günahkaram. Lakin əgər 
mən yeganə günahkaramsa, onda məni güllələmək kifayət deyil, siz 
gərək məni tikə-tikə parçalayasınız.” Bağırov demək istəyirdi ki, 
minlərlə Sovet məmurları  və Sovet sistemi bütövlükdə onun kimi 
günahkardır, lakin onlar buna baxmayaraq cəzalandırılmırlar. 
Azərbaycan müstəqillik  əldə etdikdən sonra yeni nəşr 
olunmuş tarixi kitablar Bağırovu qanlı zülmkar və öz iş yerində 
həbs olunmuş insanları döyən və öldürən şəxs kimi xarakterizə edir. 
Lakin Bağırov eyni zamanda müsbət işlər də görmüşdür. 
Məsələn, II Dünya Müharibəsindən öncə Stalin bütün Azərbaycan 
xalqını Orta Asiyaya köçürmək istəyirdi. O qorxurdu ki, azər-
baycanlılar həmin dövrdə Almaniyanın müttəfiqi olan qonşu Tür-
kiyəyə yardım edəcəkdir. Bağırov Stalinə  zəng edərək demişdi: 
“Yoldaş Stalin! Bunu etməyin. Mən sizə söz verirəm ki, sizin bu 
xalqla problemininz olmayacaq.” 
“Sən bu işdə  məsuliyyəti öz üzərinə götürürsən?” Stalin  
soruşmuşdu. “Bəli”, deyə Bağırov cavab vermişdi. Nəticədə isə 
Azərbaycanlılar yerlərindən köçürülməmişdilər. 
Son dövrlərdə Sovet zamanı gizli saxlanılan başqa bir 
epizod da aşkarlanıbdır. Erməni rəhbəri Arutinov Stalinə  məktub 
göndərərək, Dağlıq Qarabağın Ermənistana birləşdirmək istədiyini 
bildirmişdir. Stalin isə öz növbəsində Bağırova bu barədə məktubu 
göndərmiş və onun fikrini soruşmuşdur. Bağırov cavab vermişdi ki, 
o bu məsələni müzakirə etməyə hazırdır, lakin əvvəlcə ermənilər 
Zəngəzur, Vedi və Göycəni Azərbaycana qaytarmalıdır. Arutinov 
bunula razılaşmamış və beləliklə Qarabağ Azərbaycanın tərkibində 
qalmışdır. 
ELMƏ QARŞI REPRESSİYA. Hətta  ən məşhur genetika 
üzrə Azərbaycan mütəxəssisləri də Stalin dövründə ÇK və NKVD 
tərəfindən işgəncələrə  məruz qalmışlar. Genetika “burjua elmi” 
adlandırılmış  və bütün genetiklər “xalq düşməni” elan edilmişdi. 
Genetika elminin baniləri olan Yohan Qreqor Mendel, Tomas Hant 
Morqan və Avqust Veysman “kapitalizmin agentləri” adını 
qazanmışdılar. Qəzetlər aşkarlamışdılar ki, məşhur Azərbaycan 
 68


genetiki olan Mirəli Axundov DTK rəsmiləri onun qapısını döy-
məyə gə-ləndə pəncərədən qaçmışdı. Bundan sonra o uzun müddət 
Şəkinin dağlıq kəndində gizlənmişdi. 
Azərbaycan müstəqillik əldə edəndən sonra, bir çox alimlər 
Stalin dövrünün represiyaları barədə  həqiqətləri söyləməyə 
başladılar. Mənim babam, professor Ağaxan Ağabəyli genetika üzrə 
mü-təxəssis idi 1930-cu illərdə genetikaya aid dərsliklər nəşr 
etdirmişdi və buna görə də NKVD dəvət olunmuşdu. 
“Siz Mendelçisiniz?”, deyə NKVD nümayəndəsi ondan 
soruşmuşdu. 
“Mən genetikəm”, deyə babam cavab vermişdi. 
“Onda siz Morqançı  və ya Veysmançısınız?” rəsmi hirsli 
şəkildə tələb etmişdi. 
“Bayaq da dediyim kimi mən aliməm, genetikəm və başqa 
heç bir şey yox”, deyə o yenidən cavab vermişdi. 
“Yaxşı, onda indi gedin evə. Biz sizi sabah yenidən 
çağıracağıq” NKVD nümayəndəsi bildirmişdi. 
Mənim babam və onun ailəsi babamın həbs olunacağı  və 
edam ediləcəyi qorxusu ilə bir neçə gün yuxusuz qalmışdılar. O, 
hətta özünə  həbs ediləcəyi təqdirdə özü ilə götürmək üçün lazımlı 
əşyalardan və paltarlardan ibarət kiçik bir çanta hazırlamışdı. 
Xoşbəxtlikdən, NKVD bir daha onlara zəng etməmişdi. Bəlkə onlar 
sadəcə olaraq onu qorxutmaq istəmişdilər və ya babam onların 
yadından çıxmışdı. Kim bilir? 
TARİXİN YENİDƏN YAZILMASI. 10 ildən bundan əvvəl 
Azərbaycan öz müstəqilliyini qazanan kimi azərbaycanlılar öz 
tarixlərini yenidən araşdırmağa başladılar. Biz aşkarlaya bildik ki, 
Sovet təbliğatı tərəfindən o qədər fakt qarışıq salınmış, gizlədilmiş 
və ya dəyişdirilmişdir ki, bütün detalları  dəqiqləşdirmək çox çətin 
olmuşdur. Bəzi məsələlər hələ də dumanlı görünür və sual doğurur. 
Azərbaycanlıların həqiqətdə  nə baş verdiyini öyrənmək 
haqları vardır. Lakin həqiqət nədir və obyektiv tarixi necə yazmaq 
olar? Azərbaycan tarixi dərsliklərinin yenidən yazılmasına 
baxmayaraq, tarixin bir sıra sahələrinə aid hələ  də ziddiyyətli 
məqamlar qalır. 
Məsələn, qədim dövrü araşdıran Azərbaycan alimləri 
arasında acı mübahisələr mövcuddur. Onlardan bəziləri, məsələn 
Iqrar  Əliyev düşünür ki, qədim dövrlərdə (1500 il bundan öncə) 
Azər-baycanlılar türk dilində deyil, Qafqaz və Iran mənşəli dillərdə 
 69


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə