Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

malarını davam etdirən professor Rüstəm  Əliyev kimi bir sıra 
cəsarətli Azərbaycanlı akademiklər də var idi. 
Azərbaycan müstəqillik qazandıqdan sonra vəziyyət dəyiş-
di. Azərbaycan alimləri artıq DTK rəsmiləri tərəfindən izlənilmir-
dilər. Bugün siz islamın belə acı  və haqsız tənqidinə rast gələ bil-
məzsiniz. Bir qayda olaraq, islam daha obyektiv qiymətləndirilir. 
Məsələn, professor S. Əliyarlı  və M.Ismayılov yazırlar ki, islam 
bütün azəbaycanlıları (şimaldakı xristianları  və  cənubdakı  zərdüşt-
ləri) vahid din çərçivəsində birləşdirmiş  və Azərbaycan xalqının 
təşəkkül tapmasına təkan vermişdir. Müasir tarixçilər də islamın 
Azərbaycana gətirdiyi mənəvi və əxlaqi dəyərlər barədə yazırlar. 
Məhəmməd Peyğəmbərin həyatı  və  fəaliyyəti haqqında 
kitablar, Quranın müxtəlif nəşrləri və tərcümələri və onun barəsində 
şərhlər meydana çıxmışdır. Islam Irşad Araşdırmaları  Mərkəzi 
yaradılmışdır. 
Müasir Azərbaycandakı bir sıra tarix araşdırmaları çoxlu 
sayda milli və eyni zamanda Iran, Küveyt, Səudiyyə Ərəbistandan 
olan xeyriyyəçi fondlar və xarici islam təşkilatları  tərəfindən 
maliyyələşir. Onların nəşr etdirdiyi bəzi kitablar elmdən çox siyasi 
xarakter daşıyır. Lakin bu müasir Azərbaycanda yaradılmış azad 
dini və siyasi ab-havanın nəticəsidir.
 
ORTA  ƏSR  İNQİLABÇILARI. Sovet Azərbaycanında hətta 
orta əsr tarixi belə kasıb və varlı sinif arasında mübarizənin işığında 
nəzərdən keçirilirdi. Tarixçilər “əzilmiş xalq kütlələrinin” inqilabi 
hərəkatlarını axtarır və onları Bolşevik inqilabı ilə müqayisə edir-
dilər. 
Məsələn, sovet dövrünün “Azərbaycan tarixi”ndə oxu-
yuruq: “Eramızın 5-ci əsrində Azərbaycanda insanların yaşayışı 
daha da ağırlaşırdı… Vergilər artmış, kəndlilər dövlət və torpaq 
sahibləri tərəfindən ağır  şəkildə istismar edilirdi… Nəticədə 
Məzdək Bamdadanın (eramızım 5-ci əsri) başçılığı altında geniş 
xalq üsyanı qalxmışdı... Məzdək Bamdadan deyirdi: “Varlılrın mal-
dövlətini onların  əlindən almaq və kasıblar arasında bölüşdürmək 
lazımdır… 80 min məzdəkin öldürülməsinə  və  hərəkatın 
yatırılmasına baxmayaraq, bu hərəkat Azərbaycan xalqının feodal 
zülmünə qarşı mübarizəsinə böyük təsir göstərdi. Eramızın 488-ci 
ilində o, üsyana başçılıq etmiş  və bütün insanların bərabərliyi 
ideyasını müdafiə etmişdi.” (AT, 1958, I Cild, səh. 90) 
 55


Ideoloji və emosional tərəflərini nəzərə almasaq, yuxarıdakı 
məlumat  əsasən doğrudur. Lakin eyni zamanda həqiqətin hamısı 
bundan ibarət deyil. Sovet tarixçiləri məqsədli şəkildə azərbaycanlı-
ların əksəriyyətinin “arvadların ümumiliyi” ideyası ilə çıxış edən və 
adət-ənənələri dağıtmağa cəhd edən Məzdəkə qarşı çıxması barədə 
danışmırdılar. Məzdək deyirdi ki, bərabərlik və haqq-ədalət naminə, 
bütün qadınlar bütün kişilərin mülkiyyətində olmalıdır və  hər kişi 
yalnız öz həyat yoldaşı ilə deyil, bütün digər kişilərin də  həyat 
yoldaşları ilə cinsi əlaqədə ola bilər. 
11-ci əsr yazıçısı Nizam əl-Mülk Məzdəki aşağıdakı sözlə-
rinə görə  kəskin tənqid edirdi. Məzdək deyirdi: “Mənim ardıcıl-
larım! Arvadlar da sizin ümumi mülkiyyətinizdir. Hər bir qadın si-
zin hər birinizə aiddir, çünki heç kəs dünyanın ləzzətlərindən məh-
rum edilə bilməz. ” Sovet sistemi dağıldıqdan sonra Azərbaycan 
tarixçiləri artıq Məzdəkçilik hərəkatını  və orta əsrlərin digər 
“inqilabi” təlimlərini ideallaşdırmaq məcburiyyətində qalmadılar. 
Bugün artıq onların tarixdəki obyektiv rolunu müəyyənləşdirmək 
mümkündür. 
Bügun Azərbaycan tələbələri öyrənirlər ki, hərbi sərkərdə 
olan Babək (795/798-837) varlılara qarşı sinfi mübarizə aparmayıb,  
Azərbaycana  İslamı  gətirməyə  cəhd edən  ərəblərə qarşı vuruşub. 
Babək aşağıdakı sözlərinə görə  məşhurdur: “40 il qul kimi yaşa-
maqdansa, 1 gün azad yaşamaq daha yaxşıdır.” Azərbaycanlıların 
çoxsu indiyə kimi Babəki cəsarət və azadlıq uğrunda mübarizə 
simvolu hesab edirlər. Lakin bolşeviklər onun məşhurluğundan 
istifadə etmək üçün onu tarixdə ilk dəfə qırmızı  bayraq qaldırmış 
“ilkin üsyankar sosialist” kimi qələmə verirdilər. 
Müstəqilliyimiz həm də bizə 20-ci əsrin əvvəllərində yaşa-
mış Azərbaycan qəhrəmanı Qaçaq Nəbinin (1854-1896) Sovetlərin 
onu Rusiya işğalına və Çar rejiminin Azərbaycandakı zülmünə qar-
şı mübarizə aparmasını alqışlamasına baxmayaraq, əlsində onun 
bolşeviklərə və marksizm-leninizm nəzərriyəsinə pərəstiş etmədiyi-
ni faktını söyləməyə imkan verir. 
ORTA ƏSR ŞAİRLƏRİ. Sovet tarixçiləri dahi Şərq şairlə-
rini “haqqı tapdalanmış  zəhmətkeş kütlələrin haqları  uğrunda mü-
barizə aparan insanlar” kimi qələmə verməyə çalışırdılar. “Azər-
baycan Tarixi” kitabında deyilir: “Xəqani  Şirvaninin misralarında 
şairin üsyankar ruhunun qüdrəti, hakim sinfin zülmkarlığına qarşı 
 56


kəskin hücum, ruhanilərin riyakarlığı  və sosial ədalətsizlik ifadə 
olunur.” (AT, 1958, I cild, səh. 165)  
Əslində  Xəqani Allaha inanan əsl müsəlman idi və 
Şirvanşahlar sarayında saray şairi kimi fəaliyyət göstərirdi. 
Xəqaninin “üsyankar ruhuna” gəlincə isə demək lazımdır ki, onun 
çox çətin xarakteri var idi və o, tez-tez qohumları  və dostları ilə 
mübahisə edirdi. O, şirvanşahlar tərəfindən incidildiyinə  və  həbs 
olunduğuna görə möhkəm qəzəblənmişdi və bunu şerlərində ifadə 
edirdi. Lakin Xaqani heç bir zaman sosial hərəkatda iştirak 
etməmişdi.  
Bugün buna inanmaq çətin olsa da, Sovet tarixçiləri orta əsr 
şairlərini onların marksist nəzəriyyəsi barəsindəki zəif anlayışlarına 
görə  tənqid etməkdən də çekinmirdilər (baxmayaraq ki, bu 
nəzəriyyə  hətta yüzillər sonra da təşəkkül tapmamışdı). Məsələn, 
biz “Azərbaycan Tarixi” (1958, I cild, səh. 216) əsərində oxuyuruq: 
“Nizami Gəncəvi (1141-1209) feodal dövlətinin sinfi təbiətini 
anlamırdı  və hakimlərə özünün etibarlı  və ruhlandırıcı sözləri ilə 
təsir etməyə çalışırdı; o ümid edirdi ki, onlarınn xalqa zülm 
verməklərinə bu yolla son qoya bilər. Nizami hətta düşünürdü ki
onun ölkəsini talan edən hakim ölümə  məhkum edilməlidir.” 
Beləliklə, sovet ideoloqları bu dahi şairi və mütəfəkkiri hakim sin-
fin qanını tökmək istəyən qəddar inqilabçı kimi qələmə verirdilər. 
Amma bu heç də inandırıcı deyildi: Nizami çox dahi və humanist 
bir filosof idi. 
Sovet tarixçilər 15-ci əsr şairi Imaməddin Nəsiminin (1417-
ci ildə öldürülmüşdür) misralarının “bədbinliyi və sadəlövhlüyü” 
barədə yazırdılar: “Nəsiminin irsi mürəkkəb və ziddiyyətlidir… Bə-
zən o, haqqın qələbə çalmasına şübhə ilə yanaşırdı… Feodal cəmiy-
yətində zülm və qantökmə hökm sürürdü; o, mübarizə üçün daxili 
güc tapa bilmirdi.” Əlbəttə ki, “Azərbaycan Tarixi” Nəsiminin 
misralarının dərin fəlsəfi və sehrli məzmununu araşdırmağa cəhd 
eymir,  əksinə onları “bədbin və mistik” adlandırırdı. Sovet döv-
ründə marksist-leninist nəzəriyyəsinə əsaslanmayan fəlsəfə ideoloji 
nöqteyi cəhətdən zamandan geridə qalmış, sadəlövh və ziyanlı he-
sab olunurdu. Bugün isə, nəhayət, otra əsr Azərbaycan  şairləri sa-
dəlövh inqilabçılar kimi deyil, sadəcə şairlər kimi qəbul olunur. 
PAN-TÜRKÇÜLÜK QORXUSU. Siz Sovet tarix kitabla-
rında Azərbaycan xalqının türk kökləri barədə heç bir məlumata 
rast gələ bilməzsiniz.  Əksinə, onlar deyirdilər ki, türklər Azərbay-
 57


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə