Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

 
  
 
ƏSRLƏRDƏN GƏLƏN SƏSLƏR: BAKI  
ƏLYAZMALAR İNSTİTUTU
 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.2 (Yay 2000)  
© Azerbaijan International 
 
zərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutunda 
orta  əsrlər  Şərq  əlyazmaları  yığılır, sistemləşdirilir, saxla-
nılır və  dərc olunur. Hal hazırda burada Azərbaycan, türk, 
özbək, fars və  ərəb dilində 40000-ə yaxın sənəd, o cümlədən 11 
mindən çox qədim əlyazma kitabı var. Bu mətnlər bizə orta əsrlərdə 
azərbaycanlıların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, 
hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda 
məlumat verir. 

Institutun  əsası 1924-cü ildə Bakıda Ümum Azərbaycan 
Regional konqresi keçirilən zaman qoyulmuşdu. Konqres qədim 
əlyazmalara və nadir kitablara həsr olunan şöbəyə malik elmi 
kitabxana yaratmağı qərara aldı. Əvvəl bu kitabxana Azərbaycanın 
elmi tədqiqat cəmiyyətinin bir hissəsi idi; sonra isə o, Nizami 
Ədəbiyyat Institutuna birləşdirildi. 1950-ci ildə Əlyazmalar 
şöbəsi Müstəqil Elmi Tədqiqat Mərkəzinə çevrildi. 1986-cı ildə ona  
Əlyazmalar Institutu adı və statusu verilmişdir. 
Institutda olan qədim  əlyazmaların çoxu Abbasqulu ağa 
Bakıxanov, Mirzə  Fətəli Axundov, Əbdülqani  Əfəndi Xalisaqari-
zadə, Hüseyn Əfəndi Qaibov, Bəhmən Mirzə Qacar və Mir Möhsün 
Nəvvab daxil olmaqla 19-cu əsr və 20-ci əsrin əvvələrində yaşamış 
görkəmli düşüncə sahiblərinin xüsusi toplusundan alınıb. Institut 
hələ də bütün Azərbaycan ərazisindən əlyazmalar, nadir kitablar və 
tarixi sənədlər toplamaqla məşğuldur. 
Institut Hacı Zeynalabdin Tağıyev tərəfindən 1898-1901-ci 
illər  ərzində tikilən köhnə Rus Müsəlman Qadın pansionunun 
binasında yerləşir. Bu, müsəlman Şərqində ilk qız məktəbi idi. Bu 
bina Polşa memarı Iosif Qoslavski (1865-1904) tərəfindən layi-
hələşdirilib. O, həm də Bakı  Şəhər Bələdiyyəsini və hal-hazırda 
 45


Milli Tarix muzeyinin yerləşdiyi Tağıyevin  şəxsi evini də 
layihələşdirib. 
1918-ci ildə Azərbaycan müstəqil olandan sonra Tağıyev 
binanı nazirlər kabineti kimi istifadə etmək üçün Azərbaycan 
hökümətinə verdi. 1920-ci ildə  Qırmızı Ordu Azərbaycanı  işğal 
etdikdən sonra Bolşeviklər binanı  Fəhlə, Kəndli və  Əsgər 
Deputatları qərargahına çevirdilər.  Bir müddət orada Hüseyn Cavid 
adına orta Sovet məktəbi yerləşdi. Bundan sonra o, Azərbaycan 
Respublikasının Ali Sovet Prezidiumunun binası oldu (Parlamentin 
hakimiyyət orqanı). 1950-ci illərdən isə bu binada indiki Əlyaz-
malar Institutu yerləşir. 
ORTA  ƏSR MİNİATÜRLƏRİ. Institutun ən dəyərli xəzi-
nələrindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan 
şairi Nizami Gəncəvi tərəfindən yazılmış  şerlər toplusu olan 
“Xəmsə”nin tam əlyazmasıdır.  Əlyazmanın üzü 1636-cı ildə Dust 
Məhəmməd ibn Dərviş  Məhəmməd Dərəxtiçi tərəfindən köçürül-
müşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma 
ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim 
“Xəmsə”ni aldı  və özünün üzünü köçürdüyü əlyazmada qeydlər 
etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə 
yazılıb. 
Əlyazmanı oxuya bilməsəniz belə, ona baxmaq adama ləz-
zət verir, çünki, o çox gözəldir. Hər bir şerin başlığı parlaq rənglərlə 
və qəşəng qızılı naxışlarla bəzədilib. Burada Isfahan miniatür mək-
təbinə aid 11 miniatür var. 
Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci 
əsrə  təsadüf edir. Nizaminin hekayələri  Şiraz və Heratdan olan 
rəssamlar tərəfindən bəzədilmişdi. 15-16-cı  əsrlərdə Azərbaycanlı 
miniatürçülər Təbriz miniatür məktəbinin  əsasını qoydular. Bu 
rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək, Mirzə 
Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi. 
Əlyazmalar Institutu Sənainin “Həqiqət Bağı” (1625-ci ildə 
çəkilmişdir),  Əmir Xosrov Dehləvinin “Səkkiz Behişt” (1579), 
Nizami Gəncəvinin “Yeddi Gözəl” (1636), Urfinin “Divan” (17-ci 
əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və  Məc-
nun” (17-ci əsr),  Əmir  Şahinin “Nuşafərin və Gövhərtac” (1829), 
“Divan” (1573), Məhəmməd Füzulinin “Divan” (17-ci əsr) əsərləri 
də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir. 
 46


Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, 
rəqs, yemək, bağçılıq, savaş  və  məhəbbət səhnələri, eləcə  də  təbii 
mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz ək-
sini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatür-
lərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təs-
vir olunur. (
Romeo və Cülyettaya bənzər Leyli və Məcnun hekayəsi haqda 
daha  ətraflı  məlumat və  şəkillər üçün bax: Jan Pyer Ginyunun “Həddən 
Artıq Sevən bir şəxs: Leyli və  Məcnun rəvayəti” məqaləsi, AI 6.3, Payız 
1998, səhifə 33.
) 
Səhnələrə daxildir: “Dilənçi qadın Məcnunu Leylinin 
yanına gətirir,” “Leyli və  Məcnunun görüşməsi,” “Leyli səhrada 
Məcnuna baş  çəkir,” “Xosrovun Şirini çimərkən görməsi” və 
“Xosrov və  Şirinin qızın nağılına qulaq asması”. “Ov” adlanan 
minatür isə  şahın və onun böyük atlı  dəstəsinin iri ov sürüsünü 
(ceyran, maral və vəhşi at) izləməsini göstərir. 
TİBBİ ƏLYAZMALAR. Institutda mövcud olan ən dəyərli 
tibbi əlyazma Avisennanın “Tibb qanunları” əsərinin 12-ci əsr nü-
munəsidir. Avisenna (Əbu Əli Ibn Sina) (980-1037) indiki Özbəkis-
tanda yerləşən Buxara şəhərinin  Əfşana qəsəbəsində anadan olub. 
O, sonrakı tibbi tədqiqatlarının çoxunu Iranda etmişdi. 
1030-cu illərdə yazılmış “Tibb qanunları” tibb tarixində 
yeganə  ən məşhur kitab sayılan tibbi biliklərin ensiklopediyasıdır. 
Əlyazmanın Institutda olan nümunəsinin üzü 1143-cü ildə – mətnin 
yazıldığı vaxtdan təxminən 100 il keçdikdən sonra köçürülüb. Bu 
əlyazma dünyada Ibn Sina əlyazmalarının ən qədimlərindən biridir 
və ən etibarlı əlyazma hesab edilir. 
12-ci  əsrdə Kremonalı Qerard (1140-1187) “Qanunlar”ı 
ərəb dilindən latın dilinə tərcümə etdi və Avropa universitetlərində 
ondan dərslik kimi istifadə etməyə başladılar. Bu kitaba o qədər 
ehtiramla yanaşılırdı ki, Mikelanjelo onun haqda demişdi: “Başqa-
larının ardınca gedib düzgün olmaqdansa, Avisennanın ardınca 
gedib səhv olmaq daha yaxşıdır.” 
“Qanunlar” kimi qədim  Şərq tibbi mətnləri profilaktik 
təbabəti əsas sayır və heyvan piyindən çox istifadə etməməyi məs-
ləhət görür. Belə sayılırdı ki, sağlam qalmağın  əsas səbəblərini 
dərman otları və aromaterapiya təşkil edir. 
Təəssüflər ki, bu mətnlərdə adı çəkilmiş biliklərin çoxu ya 
itirilib ya da unudulub. Məsələn, Ibn Sina tərəfindən adı  çəkilən 
 47


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə