Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

Müasir müşahidələr də sübut edir ki, çay ömrü uzadır. 
Onun tərkibinə  əsəb sistemini stimullaşdıran kofein və qan 
damarlarını genişləndirən, spazmaları aradan qaldıran, ürəyin 
fəaliyyətini yaxşılaşdıran teofilin daxildir. Həmçinin çayın tərkibinə 
qan damarlarını möhkəmlədən və qanaxmanın qarşısını alan tanin 
daxildir. Qəhvədən fərqli olaraq çay nəinkı miokard infarktının 
əmələ  gəlmə  təhlükəsini artırmır, o, hətta bu təhlükəni azaldır. 
Çünki teofilin ürəyin qan damarlarını genişləndirir. Lakin çayı 
acqarına və çox qaynar içmək olmaz. Süd kofeinin mənfi təsirlərini 
neytrallaşdınr. Süd qatılmış çay daha xeyirlidir. Lakin bu, 
Azərbaycanda məşhur deyil. 
Tarix boyu Azərbaycanda çay Lənkəranda yetişdirilib. 
Maraqlıdır ki, bu ərazi öz uzunömürlülüyünə görə tanınıb. 
UCUZ, SAĞLAM QİDA. Məşhur Azərbaycan neft maqnatı 
Hacı Zeynalabdin Tağıyev uzun ömür sürüb (1823-1924). Lakin 
Azərbaycanda yaşlı adamların çoxu onun kimi dövləli deyil. On-
ların pəhrizinə nəzər saldıqda görürük ki, onlar nisbətən ucuz ərzaq 
növləri ilə qidalanırlar: yumurta, qatıq, meyvə, tərəvəz və lobya. 
Həm də onların çoxu həddən artıq yemir. Onlar heç də normal 
çəkidən artıq gəlmirlər, çünki fiziki işlə məşğuldurlar. 
Qədimdə ölkəmizdə uzun ömür sürən şəxslər çox gec-gec, 
yalnız xususi hallarda milli mətbəximizin qiymətli yeməklərindən 
dada bilirdilər. 
Şirniyyat, kabab, qarası ilə plov və qurudulmuş meyvə 
yalnız Novruz bayramı, Qurban bayramı  və toy mərasimlərində 
yeyi-lərdi. 19-cu əsr ərzində hətta dövlətli şəxslər belə hər gün ət və 
şirniyyat yemirdi, çünki bu, zərərli hesab edilirdi. 
Azərbaycanda uzun ömür sürən adamların çoxu xolesterol, 
karbohidratlar və ya vegeterianizm haqda heç nə bilmir. Onlar sa-
dəcə olaraq 100 ildən artıq yaşamış ata və babalarının qidalandığı 
kimi qidalanırlar. Bu sübut edir ki, əsrlər və minilliklər boyu 
sınaqdan keçmiş Azərbaycan milli pəhrizi sağlam qidalanma haqda 
müasir nəzəriyyələrə uygun gəlir və  hətta, bəlkə  də, onlardan 
üstündür. 
   
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova  
  
 
 39


 
 
 
ORTA ƏSR ƏLYAZMALARI 
________________________________ 
 
ƏLYAZMALAR İNSTİTUTU: AZƏRBAYCANDA  
ERKƏN ƏLİFBALAR
 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.1 (Yaz 2000) © 
Azerbaijan International 
 
zərbaycan qədər  əlifba dəyişən çox az ölkə tapılar. Yalnız 
20-ci  əsrdə ölkədə  rəsmi olaraq 4 müxtəlif  əlifbadan isti-
fadə edilmişdir. Ondan əvvəl,  əsasən də 7-ci əsrdə  ərəb 
əlifbası ölkədə yayıldıqdan  əvvəl, burada bir neçə müxtəlif  əlifba-
dan istifadə edilib. Bu əlifbaların,  əsasən də orta əsrlərə aid olan-
ların nümunələri Əlyazmalar Institutunda sərgiyə qoyulmuşdur. 

Ərəb  əlifbasının 7-ci əsrdən 1929-cu ilədək işlənməsinə 
baxmayaraq bu günlərdə Azərbaycan Respublikasında onu çox az 
gənc oxuya bilir. Lakin onların nənə  və babaları  məktəbdə bu 
əlifbanı keçib. (Qeyd etmək lazımdır ki, təxminən 35-40 milyon 
azərbaycanlının yaşadığı Iranda ərəb əlifbası dövlət əlifbasıdır. 
İLKİN  ƏLİFBALAR. Azərbaycanda olan ən qədim 
əlifbalardan biri paz şəkilli hərlfərdən ibarət mixi yazıları idi. Paz 
şəkilli hərflər hərf formalarını gilə basmaq nəticəsində  əmələ 
gəlirdi. Assur və Yunan mənbələrinə görə bu əlifbadan eramızdan 
əvvəl (e.ə.) 9-cu əsrdə  Cənubi Azərbaycanda (Manna dövləti) 
istifadə edilib. Yaşadığımız dövrdə bu ərazi indiki Iranda yerləşir. 
Sonra e.ə. 6-1-ci əsrlərdə bu ərazidə yaşamış midiyalılar 
tərəfindən işlədilmiş  qədim Səryani və  Ərami  əlifbaları  gəldi. 
Təəssüf ki, Əlyazmalar Institutunda bu iki əlifbanın nümunəsi 
yoxdur. 
Lakin arxivimizdə eramızın ilk əsrlərində (islamın bu 
əraziyə gəlməsindən əvvəl) Cənubi Azərbaycan, Iran, Orta Asiyada  
geniş yayılan  Ərami  əlifbasının bir variantında (“Avesta” əlifbası 
adlanan) yazılmış kitablara rast gəlmək olar. Zərdüştpərəstlərin 
(Azərbaycan və Iranın qədim dini) dini kitabı Avesta Pəhləvi 
 40


əlifbasının xüsusi növü ilə yazılıb. Pəhləvilər (Parfiyalılar) e.ə. 3-cü 
əsrdə Azərbaycan və Iranı işğal edən Əfqanıstan və Orta Asiyadan 
gəlmiş tayfalar idi. Lakin Institutumuzda saxlanılan  Avesta   
kitabları orijinal deyil, onlar  20-ci əsrin əvvəllərində yenidən nəşr 
edilmiş nümunələridir. 
Eramızın 4-cü əsrindən başlayaraq  Şimali Azərbaycan 
(Qafqaz Albaniyası) sakinləri Alban əlifbasından istifadə etməyə 
başladılar. Institutumuzda o dövrdən günümüzə gəlib çatan heç bir 
əlyazma olmasa da, yaxınlıqda yerləşən Azərbaycan Tarix 
Muzeyində (Tağıyev muzeyi) Alban daş oyma yazıları  sərgiyə 
qoyulmuşdur. 
QƏDİM TÜRK ƏLİFBASI. Eramızın 4-8-ci əsrləri ərzində 
Azərbaycan ərazisində yaşayan köçəri türk tayfaları runik əlifbadan 
istifadə edirdilər. Buna bənzər əlifbalardan həm də şimali Avropa
Britaniya, Skandinaviya və Islandiyada yaşayan bəzi german 
xalqları da istifadə edirdi. Runik əlifbası ilə türk oymaları  əsasən 
Altay və Sibirdə tapılıb. Bu əlifba diqqətlə öyrənilib və  sənədləş-
dirilib. Bəzi tədqiqatçılara görə, bu cür yazıya Nüvədi məskəni ya-
xınlığında Qarğa Daşı qayasının üstündə oyulmuş yazılar misal ola 
bilər. Azərbaycanlılar indiki Ermənistan  ərazisində yerləşən bu 
Mehri rayonunda məskunlaşmışdılar. Lakin sonralar ermənilər tə-
rəfindən  oradan sıxışdırılıb çıxarılmışdır.  
ƏRƏB  ƏLİFBASI. Eramızın 7-ci əsrində  ərəblər bu əra-
zilərə  gəlib islamı  gətirdikdən sonra ölkədə  ərəb  əlifbası standart 
yazı sistemi oldu. AMEA-nın Əlyazmalar Institutunda ərəb əlifbası 
ilə türk dilində yazılmış 3000-nə yaxın mətn nümunəsi var. Onlar 
çox qədimlərə aiddir. Mənim  ən çox tədqiq etdiyim 70 türkdilli 
əlyazma mətni, o cümlədən Məhəmməd Yusif Şirvanı  tərəfindən 
1712-ci ildə Azərbaycan dilində yazılmış “Tibbnamə” təbabətə həsr 
olunub. 
Ərəb  əlifbası ilə yazılmış digər  əsərlər isə Füzuli, Nəsimi, 
Xətai, Saib Təbrizi və Vaqif kimi şairlər tərəfindən yazılmış poez-
iya nümunələridir. Həmçinin astronomiya, astrologiya (“Türk 
illəri”) və tarixə (“Qarabağnamə” adlanan üç əsər Qarabağ tarixinə 
həsr olunub) dair kitablar da var. 
ƏRƏB ƏLİFBASI ÜZRƏ İSLAHATLAR. Ehtimal edildiyi 
kimi bir az sonra aydın oldu ki, ərəb əlifbası Azərbaycan dili üçün 
tam uyğun deyil. Məsələn, orta əsrlər Azərbaycan yazıçıları gördü-
lər ki, o dövrdə Azərbaycan dilində mövcud olan burun samitini 
 41


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə