Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

Azərbaycan  ərazisində yerləşən Manna dövlətinin  şərab anbarları 
təsvir olunur. E.ə. 722-705-ci illər  ərzində Assuriyaya hökmdarlıq 
edən 2-ci Sarqon bir dəfə demişdi: "Mən düşmənlərimə hücum 
çəkən zaman... Manna hökmdan Ullusunu mənim qoşunlarımı 
buğda və şərabla təchiz etdi." 
Qədim yunan tarixçisi Strabona görə (e.ə. 64/63-cü üdə 
anadan olmuş, eramızın 23-cü ilindən sonra vəfat etmişdir), şimali 
Azərbaycan ərazisində (o vaxtkı Qafqaz Albaniyası) yaşayan əhali 
o qədər bəhərli üzum yetişdirirdi ki, məhsulu yığıb çatdırmaq 
olmurdu. Eramızm 7-11-ci əsrləri  ərzində yaranan epik dastan 
"Kitabi Dədə Qorqud"da da şərab düzəltmə səhnələri təsvir olunur: 
 
0l dağlarımızda bağlarımız olur, 
0l bağların gara salxımları olur. 
0l üzumü sıxırlar, al şərabı olur, 
0l şərabı içən əsrük (sərxoş) olur. 
 
Tarixi mənbələrdə göstərilir ki, 13-14-cü əsrlər  ərzində 
Təbriz (cənubi Azərbaycan) ətrafı bağlardakı üzümdən yığılan illik 
məhsul 150 tona çatırdı. 
Lakin orta əsrlər Azərbaycan şərabları indiki şərablar kimi 
deyildi. Onlar qatı və bal kimi şirin idi. O zamanın adamları adətən 
qatılaşdırılmış möhkəm  şərabdan istifadə edirdilər. Təmiz  şərabı 
içmək qeyri-mümkün idi, çünki o, çox qatı idi. Ona görə də şəraba 
su qatırdılar.   
Təxminən 10 il bundan əvvəl  Şamaxı  şəhərinin (Bakıdan 
təxminən iki saat şimala) sakinləri içərisində qatı sirop olan böyük 
bir qədim saxsı dolça tapdılar. Onlar siropun dadına baxdılar və 
gördülər ki, bu çox qatı, rahiyəli şərabdır. 
Üzümdən duzəldilən  şərab "şərab" adlanırdı; başqa 
meyvələrdən (alma, nar, tut) hazırlanan  şərab isə "nəbiz" kimi 
tanınırdı. Bundan əlavə şərabın bir çox növu "çaxır" adlanırdı. 
Tarixi mənbələrdə orta əsrlərdə Azərbaycanda istifadə 
olunan  şərab növlərinin adlan saxlanılıb. Bura Reyhani, Cümhuri, 
Mişmiş, Vəlani,  Ərəstun, Həndiqun və  Səlmaveyh daxildir. Bu 
adlardan heç biri bu gün işlənmir. Onlann əvəzinə isə  Şahdağ, 
Çinar, Sadıllı, Ağdam, Kürdəmir, Ağstafa və Mədrəsəli kimi adlar 
işlənir (məqalə 2001 ildə yazılmışdır)
 30


ADİ  ŞƏRABLAR. Orta əsrlərdə  şərabın içilməsi islam 
tərəfindən ciddi şəkildə qadağan olunmuşdu; lakin buna 
baxmayaraq  şərabdan istifadə edirdilər;  əsasən də hakimiyyətdə 
olan təbəqə. Xəzərin cənubundan olan məşhur yazıçı  və mulkədar 
Key-kavus  İbn  İsgəndər (10-cu əsr) oğluna yazdığı  məktubunda 
deyir: "Mən sənə demirəm: 'şərab içmə', cünki, bilirəm ki, gənclər 
böyüklərin sözlərinə qulaq asmayacaq. Mənə  də bu məsləhəti 
vermişdilər, lakin mən də böyüklərimin sözlərinə məhəl qoymadım. 
Yalnız indi 50 yaşımda Allahm mənə yazığı gəlib və mən içkini ata 
bilmişəm." 
Orta  əsrlərdə Azərbaycan zadəganlarının bəzi nümayən-
dələri  şərabdan yorğunluğu azaltmaq və qonaqları  əyləndirmək 
üçün istifadə edirdilər. 1669-cu ildə Şah Süleyman Səfəvi dövrundə 
saray təbibi olan Məhəmməd Mömin dövlətli  şəxslərə  şərab məc-
lisləri düzəltmək barəsində məsləhət vermişdi: "Əylənmək və fiziki 
yorğunluğu yüngülləşdirmək üçun məclislər qurmaq və şərab içmək 
olar, lakin bunu ayda bir və ya iki dəfədən çox etmək olmaz. Həm-
çinin siz sağlam olub olmadığınızı da nəzərə almalısınız. Məclislər 
güllü-çiçəkü bağlarda, rahiyəli hava və hovuzlar ətrafında düzəldil-
məlidir. Musiqiçi, mügənni və  rəqqasələr dəvət edin. Gərəkdir ki, 
ağıllı  və vicdanlı dostlarla oturub musiqi, nəğmələr və ya poeziya 
nümunələri dinləyəsiniz. Darıxdırıcı olmaym, dostlarınızı  şeir nü-
munələrindən sitat gətirərək və ya maraqlı hekayələr danışmaqla 
əyləndirin. Məzəli  əhvalatlar danışan zaman çalışın ki, heç kimin 
xətrinə dəyməyəsiniz”. 
MÜALİCƏVİ ŞƏRABLAR. Şərablardan tibbi məqsədlərdə 
də istifadə olunur. Məsələn, Yusif Xoyi (1311) göstərir: "Tibbi 
şərabın kiçik dozaları hissiyat üzvlərini və bütün bədəni möhkəm-
lədir. Tibbi şərablar kədər, sıxıntı və ruh düşgünlüyünə qarşı yaxşı 
dərmandır. Onlar hirs və  əsəbiliyi azaldır, insanlan daha cəsur və 
əliaçıq edir və bir neçə zəhərin təsirini aradan qaldınr. Su qatılmış 
şərab soyuqdəymə  və  qızdırmaya qarşı yaxşı  dərmandır." Aşağıda 
orta əsrlərdə yazılmış kitablarda təsvir olunan tibbi şərabların bəzi 
nümunələri verilib: 
QIZILGÜL LƏÇƏYİNDƏN HAZIRLANAN ŞƏRAB. 
"Tibbnamə"yə (18-ci əsr) görə qızılgül ləçəyindən hazırlanan şərab 
başagrısı, ürək xəstəlikləri, mədə agrıları  və  qızdırmaya qarşı 
məsləhət görülür. Resept: 600 qram qurudulmuş qızılgül ləçəyi gö-
türün və onları kiçik parça kisəcikdə bağlayın. Sonra həmin kisəciyi 
 31


içərisində 10 litr üzüm şirəsi və təzə şərab olan dolçaya qoyun. Dol-
çanı möhkəm bağlayın və onu üç ay kölgədə saxlayın. Sonra şərabı 
süzün, onu başqa dolçanın içinə tökün və yenidən saxlayın. 
DUZLU  ŞƏRAB. Həsən  İbn Rza Şirvaninin (1712-ci il) 
verdiyi məlumata görə bu şərabdan xroniki qızdırma və  qəbizləş-
məni sağaltmaq üçün istfadə edilirdi. Ondan həm də sidikqovucu
mədə üçün, oynaq sümüklərində  və böyrəklərdə  ağrını azaltmaq, 
iştahanı  tənzimləmək məqsədlərində istifadə olunub. Əsasən o, 
yaşlı adamlara məsləhət görulürdü. 
Resept: Bərabər miqdarda turş üzüm şirəsi ilə bal və 1/4 
hissə qədər duz qatışdırın. Sonra qatışığı dolçaya töküb şərab hazır 
olanadək bir neçə aylığa yetişməyə qoyun. 
KƏRƏVİZ TOXUMU ŞƏRABI. Məhəmməd Mömin 
(1169-cu il) yazır ki, bu şərab növü iştahanı stimullaşdırır, həzmə 
xeyirlidir və sidik qovucu rolu oynayaraq tullantı maddələrini 
kənarlaşdırır. 
Resept: 260 qram kərəviz toxumunu əzin, süzün və  kətan 
parçaya büküb içərisində bir litr üzum şirəsi olan dolçaya qoyun. 
Heç olmazsa üç ay yetişməyə qoyun. 
ŞƏRABLA MÜALİCƏ. 
Orta  əsrlər təbibləri  şərabdan 
müxtəlif xəstəlikləri müalicə etmək məqsədilə istifadə ediblər. 
Onların verdiyi məsləhətlərdən bir neçə misal çəkək: 
Ağız yaraları. Məlumdur ki, şərabdan antiseptik dərman 
kimi istifadə edilib. Ağzı möhkəm, quru, turş dad verən  şərabla 
yaxalamaq məsləhət görülürdü. Həm qırmızı, həm də  ağ turş 
şərablardan istifadə olunurdu. Bu müalicə bir neçə gün davam 
etməli idi. 
Boğaz ağrısı. Boğazı ilıq, turş, quru şərabla,  əsasən də 
limon, nar, duzlu və ya heyva şərabı ilə yaxalamaq məsləhət 
görülürdü. Boğazı yaxaladıqdan sonra 20-30 dəqiqə ərzində yemək 
və ya içməyə icazə verilmirdi. 
Qulaq iltihabı. Uşaqların qulaqlarındakı  ağrı  və iltihabı 
müalicə etmək üçün xəstə qulağa tünd, köhnə  şərabda isladılmış 
pambıq parçası qoymaq məsləhət görülürdü. İnanılırdı ki, 
müntəzəm olaraq edilsə, bu müalicə iltihabını sağaldar. 
Anemiya. “Tibbnamə”yə (1712) görə anemiyadan əziyyət 
çəkənlər çoxlu ət və  bəsləyici  ərzaqla qidalanmalı  və  qırmızı  şirin 
şərab içməlidir.  İnanılırdı ki, qırmızı  şərab orqanizmdə qana çev-
rilir. Müasir alimlər təsdiq edib ki, portveyndən (qırmızı şirin şərab) 
 32


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə