Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

Azərbaycanda sosializmin qurulması da daxil olmaqla 20-ci əsrə 
həsr edilmişdir. 
Bu kitablar həm azərbaycanca, həm də rusca nəşr olun-
muşdu, yəni iki müxtəlif dildə olan iki eyni versiyası vardır. “Azər-
baycan tarixi” yalnız alimlər üçün deyil, çox geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdu. Bu kitabdan orta məktəblərdə, univer-
sitetlərdə tarix fakültələrində və pedaqoji institutlarda dərslik istifa-
də olunurdu. 
Bu kitabın bir yararlı tərəfi odur ki, ilk dəfə olaraq azərbay-
canlılar ayrıca ölkəsi, dili və tarixi olan bir millət kimi təsvir edil-
mişdilər. Daha öncə yazılmış əsərlərdən fərqli olaraq, onlar nə fars-
ların, nə Osmanlı türklərinin bir hissəsi, nə də ki tatarlar kimi təsvir 
edilməmişdilər. Bu kitabda azərbaycanlılar eramızdan  əvvəl 9-cu 
əsrdə bu ərazidə öz dövlətləri olan xalq kimi qələmə verilmişdilər. 
İRAN VƏ TÜRKİYƏ.  Əlbəttə ki, “Azərbaycan tarixi” 
kitabının bir çox çatışmazlıqları var idi, çünki o kommunist ideo-
logiyası mövqeyindən yazılmışdı. Bütün tarixi proseslər marksist-
leninist nəzəriyyəsi  əsasında analiz edilirdi. Məsələn, Sovet 
dövründə Türkiyə  və Iran Azərbaycanın düşmən dövlətləri kimi 
qəbul edilirdilər. Bu səbəbdən də “Azərbaycan tarixi” kitabında 
təhminən bu ruhda fikirlərə rast gəlinir: “17-ci əsrdə türk qoşunları 
Təbriz və digər Azərbaycan şəhərlərini tamamilə dağıtmış və viran 
qoymuşdular… Bu dövrdə Azərbaycan Iran və Türkiyə arasında 
qanlı müharibələrin hərbi səhnəsinə çevrilmişdi… Minlərlə insan 
öldürülmuş  və  əsir götürülmüşdü… Azərbaycan xalıq çox əziyyət 
çəkmişdi.” 
Bütün müharibələr qanlı olur. Lakin görün Sovet ideo-
loqları hansı  nəticəyə  gəlirlər: “Beləliklə, Iran və Türkiyənin hər 
ikisi sizin düşmənlərinizdir.” Bir çox azərbaycanlı oxucular bu 
fikirlə razılaşmırdılar. Onlar bilirdilər ki, tarixin müxtəlif dövrlərin-
də dünyanın bir çox dövlətləri bir-biri ilə müharibə aparmışlar. 
Məsələn, keçən  əsrdə bir-biri ilə müharibə aparan Avropa dövlət-
lərini xatırlayın, ancaq bu gün onlar düşmən deyillər. 
Bundan  əlavə, orta əsrlərdə müharibələr millətlər arasında 
deyil, sülalələr,  şahlar və sultanlar arasında aparılırdı. Rusiya özü 
Azərbaycanı  hələ 18-ci əsrdə  qısamüddətli işğal etmiş  və general 
Zubkov Bakıda yüzlərlə sadə insanı öldürtmüşdü. “Onda niyə ruslar 
bizim düşmənimiz hesab olunmur?” deyə bir çox Azərbaycanlılar 
fikirləşirdilər. 
 52


Türkiyəni düşmən kimi qələmə verməmək Sovet dövrü 
tarixçiləri üçün təhlükəli idi, çünki o zaman onlar “pan-türküst” ki-
mi tanınacaqdılar. Sovet təbliğatçılarının 19-cu əsrin sonu və 20-ci 
əsrin  əvvəllərində yaşayan bir sıra  şair və ziyalıları “pan-türkçü” 
kimi qələmə verməsinin sərt nəticələri olmuşdur. Məsələn ADR 
dövründə yaşayan  şair  Əhməd Cavad (1892-1937) öz şerlərində 
Azərbaycanın müstəqilliyini tərənnüm etmişdi. Bundan əlavə o, 
Azərbaycan milli himninin sözlərinin müəllifi kimi tanınır. Cavad 
milliyətçi və pan-türkçü elan edilərək güllələnmişdi. Salman 
Mümtaz Azərbaycan  ədəbiyyatının Türk ədəbiyyatının bir hissəsi 
olduğunu bildirdiyi üçün pan-türkçü elan edilmişdi. O, 1938-ci ildə 
həbsxanada KGB tərəfindən öldürülmüşdü. Onun bütün Azərbay-
can  ərazisindən topladığı  qədim nadir əlyazmalar müsadirə 
olunmuşdu.   
Istedadlı dramaturq və  bəzən “Azərbaycanın  Şekspiri” 
adlandırılan digər Azərbaycan ziyalısı Hüseyn Cavid (1882-1944) 
pan-türkçü olduğuna görə günahlandırılırdı. O, 1937-ci ildə  həbs 
edilmişdi. Bundan sonra ailəsi bir daha onun üzünü görməmişdi. O, 
Sibirə  işçi düşərgəsinə göndərilmiş, orada vəfat etmiş  və  dəfn 
edilmişdi. Yenidənqurma dövründə, yəni 1980-ci illərdə onun 
cəsədinin qalıqları Azərbaycana gətirilmişdi. Indi onun şərəfinə 
nəhəng abidə ucaldılmışdır. Bu yaxınlarda Bakının mərkəz 
küçələrindən birinə onun adı verilmişdir (Hüseyn Cavid prospekti). 
(AI 4.1, 1996 Yay nömrəsində  səh. 24-də Turan Cavidin “Atam 
həbs olunan gecə” adlı məqaləsinə baxın. Həmçinin “AI 4.4, 1996 
Qış nömrəsində  səh. 37-də  “Əliyev  Ədəbiyyat Dahisini 
Əbədilləşdirdi” məqaləsinə baxın). 
Bugün artıq Türkiyə Azərbaycanın düşməni hesab olunmur. 
1991-ci ildə Aydın Balayev, Nəsib Nəsibzadə  və digərləri 
Türkiyənin Azərbaycan xalqının erməni və bolşevik soyqırımından 
xilas edilməsində olan vacib rolundan danışmışdı. 1918-ci ildən 
1920-ci ilə qədər olan dövrdə General Nuru Paşa Azərbaycana daxil 
olaraq Azərbaycanlıların ermənilər tərəfindən öldürülməsinin qar-
şısını almağa çalışmışdır. Onlar Azərbaycan hökümətinə Bakı  və 
bütün Azərbaycan  ərazisi üzərində  nəzarəti  ələ keçirməyə kömək 
etmişlər. Bütün bu faktları  aşkarlamaq üçün Sovet dövründə gizli 
arxivlərdə saxlanılan ADR hökümətinin rəsmi sənədləri də daxil ol-
maqla bir sıra tarixi sənədlər analiz edilmişdir. 
 53


Türkiyənin ölkələrinə göstərdiyi bu yardım barəsində 
öyrəndikdən sonra azərbaycanlılar onları müdafiə edən türk əsgərlə-
rinə şərəf abidəsi ucaltdılar. Şəhidlər Xiyabanında yerləşən bu abidə 
1998-ci il oktyabrın 10-da açılmışdır.
 
İSLAMIN ROLU. Komunizm ateist ideologiyası oldu-
ğundan, Sovet tarixçiləri islamın Azərbaycanın həyatında mənfi rol 
oynadığını yazırdılar. “Azərbaycan Tarixi” yazır: “Islam digər 
dinlər kimi, kəndliləri və kasıb adamları qullar kimi itaətkar və 
sülhsevər olmağa çağırırdı. Bu din elan edir ki, kasıbların 
varlılardan asılılığı Allah tərəfindən təsbit edilmişdir… Müsəlman 
ruhaniləri insanları  səbrli və  təmkinli olmağa çağırır, özləri isə 
kasıbları  sərt  şəkildə istismar edərək geniş çoxlu sayda sərvət 
toplayırdılar. Müsəlman işğalçılar zərdüşt və xristian əlyazmalarını 
yandırır, kilsələri və digər dini abidələri dağıtmış və insanları qeyri-
müsəlmanlara nifrət etməyə  məcbur edirdi.” (Azərbaycan Tarixi, 
1958, cild 1, səh. 108.) 
Stalin Azərbaycan tarixçilərinə islam barədə obyektiv 
faktları yazmağı qadağan etmişdi. Buna etiraz edənlərdən bir çoxu 
edam edilmiş  və ya Sibirə sürgünə göndərilmişdi. Xruşşov və 
Brejnevin dövründə Sovet hakimləri və DTK islamı müdafiə edən 
tarixçiləri “pan-islamçı” və ya “anti-sovet elementi” adlandırırdılar. 
Stalin dövrünə nisbətə belə insanlara münasibət bir qədər mülayim-
ləşmiıdi. 
Həmin insan dərhal həbs olunmazdı. Ilkin mərhələdə həmin 
tarixçi “preventiv söhbət” adlanan görüşə dəvət olunardı. Bu söhbət 
zamanı DTK nümayəndəsi adətən deyərdi: “Siz öz tarixi 
araşdırmalarınızda səhv edirsiniz. Siz Sovet vətəndaşı olduğunuzu 
unutmus-unuzmu? Biz bugün sizi bağışlayırıq, amma siz dərrakəli 
olmalı və bu səhvi bir daha təkrar etməməlisiniz. Indi isə evə gedin
yoldaş! Bügündən başlayaraq biz sizi diqqətlə izləyəcəyik.” Mənim 
dostum olan bir tarixçi mənə 1984-cü ildə belə bir “söhbət”in 
iştirakçısı olduğunu söyləmişdi. 
Belə hədələyici söhbətlərdən sonra bir çox tarixçilər 1930-
cu illərin Stalin repressiları  nəticəsində bütün Sovet Ittifaqı daxi-
lində yüz minlərlə ziyalı  və sadə insanların həbs edilib Sibirə sür-
gün edilməsini və ya edam edilməsini xatırlayaraq daha çox səssiz 
olurdular. Lakin buna baxmayaraq, Nizami Gəncəvinin məşhur 
tədqiqatçısı, pan-islamçı adlandırırlmasına baxmayaraq öz araşdır-
 54


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə