Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

tənqid etmirdi. O, sadəcə Azərbaycan tarixini yazırdı və bunu doğru 
yazmağa çalışırdı. 
Bünyadovun bunu etməyə cəsarəti çatırdı, çünki o II Dünya 
Müharibəsinin qəhrəmanı idi, SSRI-nin bir sıra ən yüksək hərbi or-
denləri ilə təltif edilmişdi. Bundan əlavə, o, akademik dairədə çox 
yaxşı tanınırdı. Brejnev Stalin kimi qəddar deyildi. O istəmirdi ki, 
bütün dünya SSRI-də məşhur ziyalıların represiyaya məruz qaldıq-
ları barədə danışsın.  Əbülfəz  Əliyev (Elçibəy) kimi digər nisbətən 
az tanınmış tarixçilər həbs edilə bilərdi, lakin ümumilikdə 
akademiklərə  dəymirdilər. Təəcüblü olsa da, Bünyadov SSRI-nin 
dağılmasından sonra, müstəqil və demokratik Azərbayanda parla-
mentdən gələrək mənzili yerləşdiyi binaya daxil olarkən terroristlər 
tərəfindən öldürülmüşdü. Azərbaycan məhkəmələrinin elan etdiyinə 
görə onun qatilləri tapılıb və  cəzalandırılmış  və hazırda həbsxa-
nadadırlar. 
Ermənilərin fikirlərinə qarşı  çıxan digər tarixçi “Qafqaz 
Albaniyasının Siyasi və coğrafi tarixi” kitabının müəllifi Fəridə 
Məm-mədovadır. Hələ Sovet dövründə Məmmədova sübut etmişdir 
ki, eramızdan  əvvəl 4-cü əsrdən başlayaraq eramızın 7-ci əsrinə 
qədər Qafqaz Albaniyası (müasir Şimali Azərbaycan) müstəqil 
dövlət olmuş və heç də “Böyük Ermənistanın” tərkib hissəsinə aid 
edilmə-mişdi. Rus və erməni alimləri Məmmədovanın  əsərini 
tənqid etsələr də, onun bu kitabı Avropalı alimlər tərəfindən yüksək 
qiymətlən-dirilmişdir.   
Indi artıq Azərbaycan alimləri ziddiyyətli tarixi hadisələr 
haqqında yazmaqda azaddırlar və bu səbəbdən də azərbaycan və 
erməni tarixçiləri arasında qızğın mübarizə davam edir. Azərbaycan 
tarixçiləri ilk dəfə olaraq 1918-ci ildə Bakıda və Azərbaycanın di-
gər yerlərində ermənilər tərəfindən öldürülən minlərlə azərbaycanlı 
barədə yazırlar. Süleyman Əliyarov və  Bəxtiyar Vahabzadə 19-cu 
əsrdə Ermənistandakı azərbaycanlılarım genosidi və deportasiyası 
barədə yazmışlar. 
Indi artıq Azərbaycan arxivlərindəki köhnə sənədlər və xə-
ritələr nəşr olunduqdan sonra, biz onilliklər boyu bizdən gizli 
saxlanmış faktlar barədə öyrənməyə başlayırıq. Məsələn 1990-cı 
ildə ADR höküməti tərəfindən hazırlanan xəritə arxivdən 
çıxarılmışdır. Bu xəritə 1920-ci ildə  ADR-in  Xarici  Işlər Nazirliyi 
tərəfində hazırlanmışdır və həmin xəritə indi Ermənistanın tərkibinə 
daxil olan Zəngəzur da daxil olmaqla müasir Azərbaycan ərazisini 
 61


əhatə edir. Əsasən azərbaycanlılar və kürdlər tərəfindən 
məskunlaşan bu ərazi Ermənistana Azərbaycanda Sovet 
hakimiyyəti qurulduqdan sonra, 1920-ci illərdə verilmişdir. 
1919-cu ildə Ermənistan öz xəritəsini hazırladı, lakin bu 
xəritə həqiqəti yox, Ermənistan Daşnak dövlətinin ərazi iddialarını 
əks etdirirdi. Bu xəritə Azərbaycan  ərazilərindən Naxçıvan və 
Qarabağı  (əlbəttə ki, Zəngəzuru da), gürcü əyalətləri Axalkala və 
Borçalını  və  həmçinin Türkiyənin Qars vilayətini  əsassız olaraq 
əhatə edir. 
Həqiqətdə bu ərazilər heç vaxt Ermənistan Respublikasına 
aid olmamışdır. 1919-1920-ci illərdə Ermənistan Azərbaycan, 
Gürcüstan və Türkiyə ilə müharibə aparırdı. 1919-cu ildə ADR və 
Gürcüstan arasında hərbi pakt imzalandı və Azərbaycan Gürcüstana 
si-lahlarla yardım etdi. Bu pakt nəticəsində ermənilər Gürcüstanın 
Axalkala əyalətini işğal edə bilmədilər və onların Qarabağa hücumu 
da dayandırıldı. Buna cavab olaraq, türk orduları Ermənistana 
hücum etdilər və onu təslim olmağa məcbur etdilər. Yalnız 1920-ci 
ildə Bolşevik Qırmızı Ordunun işğalı erməniləri öz ərazisini və 
suverenliyini saxlamağa yardım etdi. 
RUSİYAYA BİRLƏŞMƏ. Sovet tarixçiləri Rusiyaya bir-
ləşmənin “böyük tarixi əhəmiyyəti” ni vurğulamağa məcbur edil-
mişdilər. Onlar bildirirdilər ki, 18-ci əsrdə Azərbaycan Iran ordusu 
tərəfindən dağıdılmışdı  və xanlar rus çarına xəbər göndərərək 
ondan Azərbaycanı Rusiyaya birləşdirməyi xahiş etmişdilər. 
Beləliklə, rus ordusu gəlmiş, Iranı  məğlub etmiş  və Azərbaycan 
xalqını xilas etmişdi. Gülüstan (1813) və Türkmənçay (1828) 
müqaviləsinə  əsa-sən Azərbaycan  Şimali Azərbaycan (Rusiya) və 
Cənubi Azər-baycana (Iran) bölünmüşdü. 
“Azərbaycan Tarixi” kitabının ikinci cildində (AT, c.II, 
1960, səh. 47) oxuyuruq: “Azərbaycanın Rusiyaya birləşdirilməsi 
Azərbaycan xalqını geridə qalmış Iran və Türkiyənin köləliyinə 
çevrilməkdən xilas etdi… Rusiyanın o dövrdə zülmkar çar və 
mülkədarlar tərəfindən idarə olunmasına baxmayaraq… Azərbay-
canın Rusiyanın tərkibinə qatılması onun siyasi, iqtisadi və mədəni 
inkişafına yardım etdi.” 
Nəriman Nərimanovun (1870-1925) “Azərbaycanın  əbədi 
xoşbəxtliyi Rusiya ilə bağlıdır!” sözləri o qədər tez-tez təkrar 
olunurdu ki, onlar şüara çevrilmişdi. Nərimanov 1925-ci ildə SSRI 
Kommunist Partiyasının Mərkəzi Icraiyyə Komitəsinin Sədri idi. 
 62


Azərbaycan tarixçiləri Mirzə  Fətəli Axundovdan (1812-
1878) da sitat gətirirdilər. O yazırdı: “Rus dövlətinin hakimiyyəti 
nəticəsində biz saysız-hesabsız işğallardan və  işğalçıların 
talanından xilas olduq və sonunda sülh əldə etdik.” Əlbəttə ki, bu 
heç də bütün Azərbaycan xalqının fikri deyildi. Nərimanov 
kommunist, Axundov isə rus hərbi zabiti idi. 
Sovet rəsmiləri “Azərbaycanın xoşbəxtliyi Rusiya ilə 
bağlıdır” fikri ilə razılaşmayanları təqib edirdilər. Məşhur akademik 
Heydər Hüseynov bu fikrə qarşı çıxırdı. O, Şimali Qafqazda Şeyx-
Şamilin anti-rusiya hərakatını araşdırmış  və bu müharibə zamanı 
rus ordusunun törətdiyi cinayətləri üzə  çıxarmışdı. Akademik son-
ralar özünü bağ evinin həyətindən asaraq faciəvi surətdə  həlak 
olmuşdur. Stalindən sonrakı dövrdə Sovet rəsmiləri məşhur 
insanları  həbs etməkdən çəkinirdilər, lakin onlardan azad olmanın 
başqa yolları var idi. Alimlərin hamısı Sovet sisteminin psixoloji 
təzyiqlərinə tab gətirən Ziya Bünyadov kimi dəyanətli deyildirlər. 
Indi Azərbaycan tarixçiləri Azərbaycanın Rusiyaya “könül-
lü birləşməsi” barədə olan həqiqətləri yaza bilərlər. Indi hətta mək-
təb uşaqları da bilir ki, Azərbaycan Rusiya tərəfindən işğal olunmuş 
və onun hakimiyyəti altında olmağı özü seçməmişdir. 
Indiki tarix kitabları Azərbaycan xalqının Rusiya təcavüz-
karlarına qarşı üsyanları barədə danışırlar. Məsələn, 1803-cü ildə 
Gəncə xanlığının hakimi Cavad xan general Sisiyanovun rəhbərliyi 
altında olan rus ordusunun şəhərə daxil olmasına qarşı  çıxmışdı. 
Generalın hədələrinə cavab olaraq o demişdi: “Sənin topların 
yaxşıdır, amma mənim toplarım səninkindən də yaxşıdır!” Xan və 
onun döyüşçüləri Gəncə divarlarında rus döyüşçülərinə qarşı 
döyüşdə ölldürülümüşdü. 
1804-cü ildə Bakı xanı Hüseyn Qulu xan Rus hərbi his-
səsinə hücum etmiş və general Sisiyanovu öldürmüşdü. 1806-cı ildə 
Şəki xanı  Səlim xan Ruslara qarşı üsyana qalxmışdı. Onun kiçik 
ordusu məğlub olsa da, Şəki camaatı müqaviməti davam etdirmişdi. 
Onlar  şəhərin qalalarının divarlarına yanacaq tökmüş  və rus 
əsgərləri divarlara boyu yuxarı qalxmağa başlayanda onları 
yandırmışdılar.  Şəki  ələ keçirilsə  də, Talış  və digər xanlıqlarda 
üsyanlar baş qaldırmışdı. Bu və digər faktlara əsaslanaraq, 
Azərbaycanlı tarixçilər sübut etmişlər ki, Azərbaycanın Rusiyaya 
birləşdirilməsi heç də könüllü olmamışdır. 
 63


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə