Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

danışırdılar. Digər alimlər isə düşünürlər ki, azərbaycanlılar hər 
zaman türk dilində danışmışlar. Onlardan bəziləri deyir ki, 
midiyalılar, şumerlər, Qafqaz albanları və digərləri türklər olmuşlar 
və Yaxın Şərqi türklərin ən qədim vətənidir. 
Bu iki tərəf arasında antaqonizm getdikcə artır. Mən 
“debat” ifadəsi yerinə ona görə “antaqonizm” ifadəsindən istifadə 
etdim ki, təəsüflər olsun ki, Azərbaycanda debat mədəniyyəti hələ 
də tam mövcud deyil. Sovet hakimiyyəti dövründə  rəsmi tarix 
barədə debatlar aparılmasına icazə verilmirdi. Rəsmi şüar belə idi: 
“Bizim-lə razılaşmayan insan bizim düşmənimizdir.” 
Təəsüflər olsun ki, biz hələ  də bolşevik psixologiyasından 
tamamən qurtula bilməmişik. Normal elmi müzakirələrin yerinə 
antaqonizm və ad-hallandırılması mövcuddur. Bəzi alimlər, xüsu-
silə  də yaşlı  nəlsin nümayəndələri, onlarla razılaşmayan həmkar-
larını günahlandırır, “xain” adlandırır və  hətta onları Rusiyanın, 
Türkiyənin, Iranın və ya Ermənistanın agentləri olmaqda suç-
landırırlar. Bu səbəbdən gənc alimlərdən bəziləri sual doğuran 
məsələrdə öz fikirlərini bildikmədəkdən çəkinirlər, çünki hədəfə 
çevrilmək istəmirlər. 
Bundan  əlavə unutmaq lazım deyil ki, hal-hazırda yüksək 
vəzifələrdə olan tarixçilərin çoxu bir zamanlar Kommunist 
partiyasının üzvləri olmuşlar və onların obyektiv olmasını 
gözləmək ol-maz. Əgər onlar Sovetlər dövründə yazılmış tarixi 
tənqid etsələr, demək özlərinin də günahlandırmış olacaqlar. Bu 
səbəbdən onların bəziləri belə məsələrdə susmağa üstünlük verirlər. 
Bugün bizim bəzi xadimlər Sovet dövrünü ideallaşdırmağa 
başlayıblar. Müasir Azərbaycan Kommunist Partiyasının rəhbəri 
mərhum Ramiz Əhmədov deyirdi: “Sovet hakimiyyətindən öncə, az 
qala bütün azərbaycanlılar savadsız idilər və özlərinin universitet-
lərinə malik deyildilər. Sovetdən öncəki dövrdə Azərbaycanda çox 
az sayda həkim, müəllim və alim var idi. Bolşeviklərin səyi nəticə-
sində  əhalimizin demək olar ki, hamısı  təhsilli oldu, universitetlər 
və akademiyalar yaradıldı, səhiyyə xidməti pulsuz elan edildi və 
insanlar kifayət dərəcədə yaxşı yaşamağa başladılar. O zaman 
Azərbaycanda evsiz və işsiz insan tapmaq çətin idi. Bəs bugün? Bir 
çox azərbaycanlılar yenidən savadsız və kasıb olmuşdur.” 
Demokratik ideologiyanı müdafiə edən və kommunizmin 
opponentləri olan tarixçilər isə adətən deyirlər: “Bütün bu müvəf-
fəqiyyət qanlı repressiyalar və insan haqlarının pozulması hesabına 
 70


əldə edilmişdi. Ən yaxşı ziyalılar güllələnmişdi. Biz öz dinimizdən, 
əlifbamızdan və adət-ənənələrimizdən məhrum edilmişdik. Brejnev 
dövründə insanların  əxlaqı  tənəzzülə  uğramağa başlamış  və rüş-
vətxorluq bütün təbəqələr arasında yayılmışdı. Bizim məhsullar 
ucuz, amma keyfiyyətsiz idi və tibb xidmət pulsuz olsa da çox aşağı 
səviyyəli idi. Indi biz müstəqil bir dövlətik. Mövcud çətinliklərə 
gəldikdə isə, onlar müvəqqətidir. ” 
Mən inanıram ki, bu gün də olmasa, nə vaxtsa Azərbay-
canın müfəssəl, obyektiv, ideologiyadan kənar tarixi yazılacaqdır. 
Belə bir imkan var, lakin bütün bu materialları  nəzərdən keçirib, 
təmkinli və rasional elmi müzakirə mədəniyyətini inkişaf etdirmək 
müəyyən zaman aparacaqdır. Elm ideologiyadan uzaq olmalıdır. 
 
 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə edən: Ülviyyə Məmmədova, Aydan Nəcəfova 
 
 
XIII ƏSRİN DARVİNİ? TUSİNİN TƏKAMÜL 
BARƏDƏKİ FİKİRLƏRİ 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.2 (Yay 2001) © 2004. 
Azerbaijan International AZERI.org 
 
N
 
əsirəddin Tusi  1201-ci ildə indiki Iran ərazisində yerləşən 
Xorasan  əyalətinin Tus şəhərində (bəzi müəlliflərə görə - 
Həmədanda) anadan olmuşdur. O, bir alim və dahi şəxsiy-
yət kimi çox şeylərə görə  məşhurdur. Nəsirəddin Tusi Marağa rə-
sədxanasını (Marağa şəhəri, indiki Cənubi Azərbaycan ərazisindəki 
Təbriz  şəhərindən  şərqdə yerləşən qədim bir mədəniyyət mər-
kəzidir) yaratmış, Evklid riyaziyyatınının anlamını izah etmiş  və 
inkişaf etdirmiş, triqonometriya elmini yaratmış, Atlantik okea-
nının qərb hissəsində  ərazilərin olması barədə fikirlər söyləmiş, 
ərəb və fars dillərində astronomiya, həndəsə, coğrafiya, fizika, hü-
quq, tarix, tibb, fəlsəfə, məntiq və  əxlaqa aid 80-dən artıq önəmli 
kitab yazmışdır. Bu gün Azərbaycanda Tusi çox yüksək dərəcədə 
yad edilir və ona böyük hörmət bəslənilir. Bakıdakı Tusi adına 
 71


Pedoqoji Institut da daxil olmaqla, bir sıra təhsil müəssisələri onun 
adını daşıyır. 
Lakin çox az adam Tusinin Çarlz Darvindən 600 il əvvəl ilk 
təkamül nəzəriyyələrindəb birini inkişaf etdirdiyini bilir. 
Bu nəzəriyyə Tusinin məşhur elmi əsəri olan “Əxlaqi 
Nasiri” də üzə  çıxır. Qədim yunan adət-ənənsindən bəhrələnən bu 
elmi əsəri Tusi dini-terrorist qruplaşma olan ismaillilər  tərəfindən 
tutulub  Əlamut qalasında saxlandığı vaxt, 11-ci əsrə aid İbn 
Miskəvey-hin “Təhdid  əl-Əxlaq”  əsəri  əsasında yaratmışdır. Daha 
sonra o bu əsəri Azərbaijanı idarə edən Elxani monqol hakiminə 
həsr edərək ona dəyişikliklər etmişdir (monqol işğalı nəticəsində o 
həbsdən azad olmuşdur). “Əxlaqi-Nasiri”  əsəri ingilis dilinə C.M. 
Vikens tərəfindən tərcümə edilmiş  və 1964-cü ildə  nəşr 
olunmuşdur. 
“Əxlaqi-Nasiri” insanların kamilliyi barədədir. Tusi 
kamilliyi iki hissəyə bölür—mənəvi və maddi kamillik. O bu zaman 
ərəb dilində “kamillik” anlayışını verən “təkamül” ifadəsini istifadə 
edir. Müasir Azərbaycan dilində bu elə təkamül anlayışını verir. 
TƏKAMÜL NƏZƏRİYYƏLƏRİ.  Babillər, Misirlilər, Mi-
diyalilar da daxil olmaqla bəzi Şərq xalqlarının folklorunda və dini 
inanclarında Tusiyə  qədər müxtəlif təkamül nəzəriyyələrinə rast 
gəlinir. Lakin bütün bunlara baxmayaraq, bu fikirlər elmdən çox 
mifik xarakter daşıyırdı. Bu fikirləri daha sonra qədim Yunan 
alimləri olan Empedokl (e.ə. 490-430) və Aristotel (e.ə. 384-322) 
kimi alimlər qəbul etmiş və onları inkişaf etdirmişdi. 
Aristotel yazırdı: “Təbiət tədricən, addım-addım cansız 
maddələrdən canlı  məxluqlara doğru inkişaf edir.” Əbu Reyhan 
Biruni (972-1048), Ibn Bəcca (1070- 1138), Ibn Tüfeyl (1110- 
1185) kimi müsəlman alimləri daha sonralar Aristotelin təkamül 
fikir-lərinin inkişaf etdirməyə çalışmışdılar. 
Tusi onların  əsərlərini “Əxlaqi-Nasiri” kitabının yazışında  
əsas  mənbə kimi istifadə etmişdir. Bununla o, Jan Batist Lamark 
(1744-1829) və Çarlz Darvin (1809-1882) kimi Avropa alimlərinin 
nəzəriyyələrini qabaqlamışdır. 
Tusinin yanaşma tərzi və Darvinin “Növlərin Mənbəyi” ba-
rədəki fikirləri arasında  əsaslı  fərqlər mövcuddur. Darvin onu 
faktlardan nəzəriyyəyə aparan yolda bitki və heyvan nümunələri 
yığmaqla deduktiv mühakimədən istifadə etmişdirsə, Tusi daha çox 
nəzəri yanaşmaya üstünlük vermişdir. O, nəzəriyyəni inkişaf 
 72


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə