SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

198 
 
əldə  etmişdirlər.  Ancaq,  onların  bir  çoxlarının  əsərləri 
bizim 
zamanımıza 
çatmamışdır. 
Bundan 
başqa 
platonçuların  mistik  təlimlərində  də  olmuşdur.  Özəlliklə 
də, onlar rəqəmlərin mistikası ilə məşğul idilər. 
 
2.6.1. Qədim platonçuluq 
 
Platondan  sonra  qədim  Akademiyanın  başçısı 
(skolarxı) Speusippus
81
 (yun.  Σπεὐσιππος,  m.  ö.  409  – 
339)  olmuşdur.  O,  müxtəlif  sahələr  üzrə  çoxlu  əsərlərin 
müəllifi kimi tanınırdı (4, 153). Ancaq, həmin əsərlər bizim 
zamanımıza çatmamışdır. 
Speusippus  Platonun  ontoloji  təlimində  də  əsaslı 
dəyişikliklər  etmiş,  onun  ideyalarını  rəqəmlərdə  təsəvvür 
etmişdir  (2,  152).  Bununla  da  o,  ideyaları  inkar 
edirdi. Aristotel  yazırdı  ki,  Platondan  fərqli  olaraq 
Speusippus  şeylərin  gözəlliyini  onların  başlanğıclarında 
görmürdü,  çünki  bu  gözəlliklər  onların  özlərində 
müşahidə olunur (2, 182). 
Bütün  rəqəmlərin  başlanğıcı  hər  şeydən  üstün 
olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də 
ərdəm  kimi  başa  düşülürdü. Ancaq,  Speusippusda o  tam 
mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə 
əlaqələndirilən  rəqəmlər  başlayır. Tanrını  isə  Speusippus 
Platonun Demuirqosunda görürdü, 
onu 
Əqllə 
eyniləşdirirdi. 
                                                
81
 Rus ədəbiyyatında onun adı Spevsipp (Спевсипп) kimi səslənir. 


199 
 
Vahiddən  fərqli  olaraq  maddi  aləmdə  hər  şey 
çoxluqdadır  (2,  152-153).  Vahidlə  çoxluğun  ahəngi 
rəqəmlərdə  əks  olunur.  Bunlar  da  Platonun  ideyalarıdır. 
Rəqəmlər  maddi  təzahürlərdən  və  şeylərdən  fərqli  və 
transsendentaldır
82
. Speusippusun  rəqəmlər mistikası onu 
pifaqorçulara  yaxınlaşdırırdı. Həmçinin,  Platondan  fərqli 
olaraq  Speusippus  hesab  edirdi  ki,  duyğular  vasitəsi  ilə 
həqiqi biliyi əldə etmək mümkündür. 
Speusippus  Platon  təlimində  düşüncə  və  duyğu 
arasında  ziddiyyəti  ortadan  qaldırmaq  istəmişdir.  Onun 
fikrincə bəzi şeyləri duyğularla, başqalarını isə düşüncə ilə 
qavramaq  mümkündür.  Düşüncə  ilə  qavranılan  şeylərin 
meyarı “elmi 
düşüncədir” (yun. 
επιστημονικόν). 
Duyğularla  qavranılanların  meyarı  isə “elmi hissdir” (yun. 
αισθησις).  Speusippus  güman  edirdi  ki, "elmi hiss
həqiqətin  açılmasında  düşüncə  ilə  birlikdə  fəaliyyət 
göstərir. Duyğu  orqanları  məşq  vasitəsi  ilə  şeylərin 
arasındakı  fərqi  səhvsiz  təyin  edir.  Məsələn,  musiqiçi 
musiqidə  ahəngi  və  ahəngsizliyi  təbiətin  vergisinə  görə 
deyil,  nəzəriyyəni  öyrənib  bilməsinə  görə təyin  edə  bilir. 
(21, 90) 
Beləliklə,  güman  etmək  olar  ki,  Speusippusa  görə 
belə bir duyğularla duyulan gerçəklik vardır ki, onu “elmi 
hissi idrakla” dərk etmək olar. Bu gerçəklikdən başqa heç 
nə  yoxdur.  Ancaq,  onun  hər  bir  hissəciyi  özünəməxsus 
şəkildə müəyyən bir riyazi qurumla bağlıdır. (23, 439-445) 
                                                
82
 Transsendentallıq  (lat.  transcendens  –  hüdudlardan  aşan)  –  duyulan 
aləmin  anlayışlarına  və  meyarlarına  sığmayan,  onlardan  daha  uca  olan  və 
dərk edilməyən anlayışdır. 


200 
 
Speusippusdan  sonra  Akademiyaya  Kalkedonlu 
Ksenokrates  (yun.  Ξενοκράτης,  m.  ö.  395  –  314)  başçılıq 
etmişdir.  O,  fəlsəfəni  sistemləşdirmiş,  onu  üç  hissəyə 
bölmüşdür: dialektika (idrak 
nəzəriyyəsi 
və 
məntiqlə 
birlikdə), fizika və etika. Onun fikrincə  üç növ ilk  varlıq və 
ya  başlanğıc  (substansiya)  vardır: ağılla dərk edilənhissi və 
onların  üzərində  qurulmuş mürəkkəb.  Ağılla  dərk  edilən 
göy qatından yüksəklərdə olanların, hissi yerin və göyaltı 
sahələrin,  mürəkkəb  isə  göyün  özünün  substansiyasıdır. 
Buna görə də ağılla dərk ediləni elmin, hissi substansiyanı 
duyğuların  vasitəsi  ilə  qavramaq  olar.  Mürəkkəb 
substansiya  isə  rəylə  dərk  edilə  bilər.  Elm  vasitəsi  ilə 
qavranılarlar  dayanıqlı  və  həqiqi  olur.  Duyğularla 
qavranılanlar  da  həqiqi  olur,  ancaq  dərəcəsi  elmlə 
qavranılarlar  qədər  olmur.  Mürəkkəbdə  isə  həqiqət  və 
yanlışlıq vardır. Çünki, hər bir rəydə həm həqiqət, həm də 
yanlışlıq mövcuddur. (21, 90)  
Dünyanın  əsasında  Vahid  və  Diada  (İkilik)  durur. 
Vahidi  Ksenokrates  yunanların  baş  tanrısı  Zeusla 
eyniləşdirib  “Ata”  adlandırırdı.  Vahid  həm  də  dünya 
Əqlidir.  Diadanı  isə  o,  "tanrıların  anası"  adlandırırdı  və 
onu dünya “Ruhu” ilə eyniləşdirirdi. (28, 55-56) 
Ksenokratesə  görə  dünya  Ruhu  rəqəmlər  (ideyalar) 
və  dəyişikliklərə  məruz  qalan  maddi  dünya  arasında  bir 
keçid  mərhələsidir.  Beləliklə  o, Vahid başlanğıc  və 
dünya Əqli anlayışlarına  dünya Ruhu anlayışını  da  əlavə 
etmişdir.  Bu  fikir  sonralar  yeni-platonçular  tərəfindən 
daha da inkişaf etdirilmişdir. 


201 
 
Ksenokratesə  görə  dünyanı  ilahi  qüvvələr  bürüyüb 
və  onlar  dünya  Ruhunda  təcəssüm  olunur.  O  kamildir, 
ancaq  tədricən  maddi  aləmin  təsiri  ilə  kamilliyini  itirir. 
Ksenokrates 
göyü, 
ulduzları, 
hətta 
ünsürləri 
tanrılaşdırırdı  (8,  47).  Onun  təlimində  ilk  ünsürlər  beşdir
efir, od, hava, su və yer (17, 259).  
Ksenokrates demonların varlığına 
da 
inanırdı. 
Onların  yeri  insanlarla  tanrıların  arasındadır,  vəzifəsi  isə 
onların  arasında  rabitə  yaratmaqdır  (23,  445-456).  Şərin 
mövcudluğu da demonlarla əlaqəlidir. 
Ksenokratesə  görə  insan  həyatının  məqsədi  ruhun 
düyğular  aləmindən  azad  olunmasındadır.  Müdriklik  isə 
özünü  təkcə  nəzəriyyədə  deyil,  həm  də  praktik  həyatda 
göstərməlidir (17, 259). 
Qədim  Akademiyanın  daha  bir  başçısı  (skolarxı) 
Polemon  (yun.  Πολέμων,  m.  ö.  350  –  270)  olmuşdur.  O, 
Ksenokratesin  fikirlərini  inkişaf  etdirmiş,  daha  da  çox 
əxlaqi  məsələlərə  önəm  vermişdir.  Onun  fikrincə  hər  bir 
canlı özünə qayğı göstərir, özünü qoruyur  və sevir, təbiət 
tərəfindən  verilmiş  özəllikləri  gerçəkləşdirmək  istəyir. 
Buna  görə  də,  həyatı  təbiətlə  uyğunlaşaraq  sürmək 
lazımdır. Əslində xoşbəxtlik də budur (26, 89), o ərdəmsiz 
əldə  olunmaz  (14,  618). Polemon  çoxlu  kitab  yazsa  da, 
zamanımıza onun bu əsərləri gəlib çatmamışdır. 
Polemondan sonra qədim Akademiyaya Krates (yun. 
Κρατής, ölüm tarixi təxminən m. ö. 268) başçılıq etmişdir. 
Onun da əsərləri zamanımıza gəlib çatmamışdır. Kratesin 
haqqında  yalnız  o  məlumdur  ki,  o,  Platon  məktəbinin 
ənənələrini qorumuşdur. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə