SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

256 
 
Ammoniusun  öyrəncisi Plotin (yun.  Πλωτῖνος;  m. 
205 – 270) yeni platoçuluğun nəzəri əsaslarını qoymuşdur. 
Ona görə də Plotinə “İkinci Platon” da deyirlər.  
Plotin  Misirdə  anadan  olmuş,  gəncliyini  o  dövrün 
mədəni  mərkəzi  olan  İskəndəriyyədə  keçirmiş  və  orada 
Ammonius  Sakkasın  öyrəncisi  olmuşdur  (7,  4). Təxminən 
40  yaşında  Plotin  Romaya  köçmüşdür.  O  vaxtlar  Roma 
imperiyasını  dərin  siyasi-ictimai  böhran  bürümüşdür. 
Fars  və  hind  dünyagörüşü  ilə  yaxından  tanış  olmaq 
istəyən  Plotin,  imperator  III  Qordianusun  (lat.  Gordianus
İrana qarşı hərbi yürüşündə iştirak etmişdir (7, 3). Ancaq, 
o  yürüş  Roma  ordusunun  yenilməsi  ilə  başa  çatmışdır. 
Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır. 
244-cü  ildə  Romaya  qayıtdıqdan  sonra  Plotin  orada 
məktəb  yaratmış  və  25  ilə  yaxın  müddətdə  ona  başçılıq 
etmişdir.  Bu  məktəbdə  müxtəlif  ictimai  təbəqə  və 
millətlərin nümayəndələri oxuyurdular. 
Əvvəllər Plotin öz təlimini yalnız şifahi olaraq tədris 
etmiş,  daha  sonra  isə  onu  yazmağa  başlamışdır.  Plotinin 
öyrəncisi  Porfirius  isə  onun  əsərlərini  yığmış,  redaktə 
etmiş,  altı  fəsilə  ayırmış  və  yayımlamışdır  (7,  5-28).  Bu 
fəsillər  isə  öz  növbəsində,  doqquz  hissədən  ibarət 
olmuşdur.  Buna  görə  də  həmin  əsər  “Enneadalar”  (yun. 
Ἐννεάδες  –  doqquzluq)  adlanır.  Əslində  Enneada  qədim 
Misir 
əsatirlərində 
Heliopolis 
şəhərinin 
doqquz 
tanrısının
95
 ümumiləşmiş adıdır. Enneada tanrıları Misirin 
                                                
95
 Bunlar AtumŞuTefnutHebNutOsirisİsisSetNeftis tanrılarıdır. 


257 
 
ilk  kralları  hesab  olunurdular.  Misirin  digər  şəhərlərinin 
isə öz tanrı doqquzluqları var idi. 
Plotin  bütün  varlığı  vahidlikdə  görürdü,  yəni  onun 
dünyagörüşünün  əsasını  monizm  təşkil  edirdi.  Plotinin 
Vahidi  tanrıdır.  Məsələyə  bu  cür  yanaşılırsa,  onda 
dünyada  olan  çoxluq  və  müxtəlifliyi  izah  etmək  lazım 
olur.  Yəni,  əgər  bütün  varlıq  Vahidin  törəməsidirsə  və 
onunla  vəhdət  təşkil  edirsə,  onda  o  digər  varlıqlarla 
eyniləşməli,  bərabərləşməli,  qarışmalı  yoxsa  öz  fərdiliyini 
saxlamalıdırmı? 
Bu  suala  cavab  verən  Plotin  Vahidi  fərdiləşdirmiş, 
onu  bütün  digər  şeylərdən  ayıraraq  üstün  tutmuşdur. 
Ancaq  belə  olduqda  Vahid  dərk  olunmaz,  duyulmaz  və 
görünməzdir.  Hətta,  onun  var  olması  belə  sual  altına 
qoyulur.  Bu  da  Plotinin  fikrincə  təbiidir,  çünki  Vahidin 
var  olması  iddiası  onu  müəyyən  çərçivəyə  salınması, 
zaman və məkanda təsəvvür edilməsi deməkdir. Beləliklə, 
Vahiddən hər şey törənir, ancaq o özü hansısa forma ya da 
çərçivə  anlayışlarına  sığmır.  Çünki  O,  bütün  varlıqlardan 
və  təfəkkürdən  daha  üstündü,  dərk  olunmazdır  (8,  616-
617).  Eyni  zamanda,  Plotin  Vahidi  günəşin,  işığın,  istinin, 
xeyrin mənbəyi hesab edirdi. 
Hər  bir  anlayışdan  uca  olan  Vahiddən  hər  bir  şey 
törənir, doğulur. Monoteizmdə olan Tanrıdan fərqli olaraq 
Vahidin heç bir istək və iradəsi yoxdur. Dünyanın doğuşu 
(törəməsi)  prosesi  obyektiv  bir  hadisədir,  kiminsə 
iradəsindən  asılı  deyildir.  Bu  törəmə  emanasiya  (axma, 
tökülmə)  adlandırılır.  Emanasiyanı  Plotin  Vahiddən 
ayrılan ışıq (nur) şəklində təsəvvür edirdi. İşıq mənbəyinə 


258 
 
yaxın  olduqca  parlaqlaşır,  ondan  ayrıldıqca  isə  tədricən 
sönür  və  qaranlığa  çevrilir.  Vahiddən  törənən  çoxluq  heç 
də  onun  azalmasına  və  ya  kiçilməsinə  dəlalət  etmir.  O 
olduğu kimi bir ideal olaraq qalır. 
Emanasiya 
nəticəsində 
Vahiddən 
daha 
iki 
substansiya (hipostasis) yaranır. Birincisi Əqldir. Vahiddən 
fərqli  olaraq  o  artıq  mövcuddur.  Əql  özünü  dərk  edir. 
Plotinin  Əqli  Platonun  ideyalar  aləminə  bənzəyir.  O, 
bütün ideyaların cəmidir. 
İkinci  substansiya  isə  Ruhdur.  Vahiddən  ayrılan  İşıq 
bütövlükdə  Əql  tərəfindən  mənimsənilmir.  Ona  görə  İşıq 
hərəkətini  davam edir  və bunun  nəticəsində Ruh  yaranır. 
Eyni  zamanda,  onu  Əql  doğur.  Ruh  hər  şeyin 
yaradıcısıdır.  O  bütün  canlıları  onlara  həyat  üfürərək 
yaratmışdır. Ruhdan günəş, göy və başqa kosmik cisimlər 
yaranmışdır. Eyni zamanda, Ruh  hər şeyi hərəkətə gətirir 
(hərəkətverici qüvvədir). (8, 371)  
Ruh iki tərkib hissədən ibarətdir. Birincisi səmavidir
Əqlə yaxındır və maddi aləmlə əlaqəsi yoxdur. İkincisi isə 
dünyəvidir;  maddi  aləmlə  əlaqəlidir  və  təbiətin  bütün 
proseslərini həyata keçirir. (8, 435-436) 
Beləliklə Ruh, səmavi və yüksək qüvvələrlə  dünyəvi 
qüvvələrin əlaqələndiricisidir. Ruhda ideyalar əks olunur. 
Plotinin  təlimində  yuxarıda  göstərilən  üç  substansiya 
(Vahid,  Əql  və  Ruh)  hipostasis  (yun.  ὑπόστᾰσις)  adlanır. 
Yəni  hipostasis  birliyin  üzvlərinin  hər  birisidir.  Vahid 
tanrı  Uran,  Ruh  tanrı  Zeus,  Əql  isə  Kosmosla 
eyniləşdirilir. Əqldə yaşayan ideyalar da tanrılardır. 


259 
 
Təbiətə  gəldikdə  onun  ən  yetkin  tərəfi  Ruhun  aşağı 
təbəqəsidir. Əqldə cəmləşən ideyalar bu təbəqədə konkret 
şeylərdə təzahür olunur. Əslində isə şeylər ideyaların əks 
olunmasıdır. Fenomenal
96
 aləmdə Ruh hissəciklərə bölünür 
və hər şeyin əsasını, canını təşkil edir. Beləliklə, hər şeyin 
ruhu  vardır:  o  cümlədən  planetlərin  və  yerin.  Yerin 
ruhundan bitkilərin və heyvanların ruhları; eləcə də insan 
ruhunun  aşağı,  qaranlıq  hissəsi  yaranır.  Bu  hissənin 
vasitəsi ilə insanlar dünyaya bağlı olurlar, ağırlaşırlar. 
Təbiət dünya  Ruhunun qaranlıq  hissəsidir. Onun  ən 
alçaq hissələri isə materiyadan yaranır. Materiya (maddə) 
Plotin  fəlsəfəsində  yoxluqdur.  Ancaq  materiya  mütləq 
yoxluq  deyil,  sadəcə  var  olan  şeydən  fərqli  bir  şeydir  (8, 
67-68). Materiya əbədidir, ancaq Vahidlə birlikdə mövcud 
olan ikinci ilk substansiya deyildir. Buna görə də, Plotinin 
materiya  haqqında  fikirləri  ziddiyyətlidir.  O  Vahiddən 
törənir  və  ondan  ayrılan  işığın  sönməsinin  nəticəsidir. 
Deməli,  materiya  zülmətdir  (qaranlıqdır)  və  şərlə,  hətta 
yoxluqla eyniləşir. Vahid isə xeyirdir. 
Yuxarıda  qeyd  edildiyi  kimi  Plotinin  fəlsəfəsində 
Vahid  enərək  çoxluğun  yaranmasına  səbəb  olur.  Ancaq 
çoxluq  da  Vahidə  tərəf  yönəlir,  onunla  qovuşmağa  can 
atır. Bu cür yönəlmə insanda daha da çox təzahür olunur. 
İnsan ruhu dünya Ruhunun hissəciyidir. Onun yüksək və aşağı 
hissəsi  vardır.  İnsanların  çoxusunda  ruhun  aşağı  hissəsi 
üstünlük təşkil edir və onlar həddən artıq şərin təcəssümü 
olan  materiyaya  bağlanırlar.  Ancaq,  hər  bir  insan  özündə 
                                                
96
 Fenomen (yun. φαινόμενον – olay) – duyğularla hiss edilən hər bir şeydir. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə