SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

243 
 
antik  təlimləri  başqa  inanclarla,  xüsusən  də  Xristianlıqla 
qarışdırmağa  çalışırdılar.  Numeniusun  varlıq  haqqında 
nəzəriyyəsi  də  bu  qəbildən  idi.  Sonralar  bu  ideya  yeni-
platonçular  tərəfindən  daha  da  inkişaf  etdirilərək  Xristian 
inancına uyğunlaşdırıldı.  
Qadesli  Moderatus  (yun.  Μοδέρατος,  I  yüzilliyin 
ikinci  yarısı)  da  yeni  pifaqorçulardan  biri  idi.  O  yeni-
platonçu  Plotinin  ifadə  etdiyi  üçlük  haqqında  fikirlərinin 
əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq 
birdir  və  üç  hissədən  ibarətdir.  Birincisi  hər  şeydən 
yüksək  olan  Vahiddir.  İkincisi  ideyalar  toplusu  və  həqiqi 
varlıqdır  ki,  onu  düşüncə  ilə  qavramaq  mümkündür. 
Üçüncüsü  isə  Ruhdur  ki,  o  birinci  və  ikinci  hissənin 
sayəsində  mövcud  olur.  Eyni  zamanda,  Moderatus 
Pifaqor  fəlsəfəsinə  üstünlük  verərək  hesab  edirdi  ki, 
Platon,  Aristotel  və  digər  filosoflar  onun  fikirlərini 
mənimsəmişdirlər.  Bunu  edərək,  onlar  bütün  mənfilikləri 
və  qüsurları  pifaqorçulara  aid  edərək  onu  gözdən 
salmışdırlar. (9) 
 
2.7.3. Qnostisizm 
 
Qnostisizm  (yun.  γνωστικός  –  həqiqi  biləyə 
yiyələnmək) antik dövrün sonlarında (I  – V yüzilliklərdə) 
yaranmış dualistik  dini təlimdir. Bu təlimdə  Xristianlığın, 
yunan  fəlsəfəsinin  və  bəzi  Şərq  dinlərinin  ideyaları 
qarışmış,  sinkretik  hala  gətirilmişdir  (4,  3-23).  Qnostisizm 


244 
 
ezoterik
90
 bir  təlim  idi,  onun  ardıcılları  iddia  edirdilər  ki, 
Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir. 
Qnostisizmin  yaranmasının  əsas  səbəbini  ellinizm 
dövründə  qədim  yunan  polislərinin  tarix  səhnəsindən 
silinməsində,  böyük  imperiyaların  yaranmasında,  çeşidli 
mədəniyyətlərin  və  dini-fəlsəfi  təlimlərin  bir-biri  ilə 
qarışmasında, cəmiyyətdə axirətin yaxınlaşması inancında 
və mistik ənənələrin inkişafında görürdülər. 
Qnostik  cərəyanlar  çox  olsa  da,  onların  bir-birinə 
bənzər 
təlimləri 
də 
olmuşdur. 
Qnostisizmi 
səciyyələndirən  özəlliklər  ilk  olaraq  ezoterizm  və 
dualizmdir.  Onlar  bütün  insanları  “maddi”  (bədənlə  bağlı 
olanlar),  “ruhi”  (psixiklər)  və  “mənəvi”  (pnevmatiklər) 
tiplərə bölürdülər. Onlara görə yalnız “mənəvi” insanlara 
həqiqi mistik biliyin (qnosisin) mahiyyəti açılırdı. 
Qnostiklər  həm  də  bütün  varlığı  ikili  şəkildə 
təsəvvür  edir,  xeyirlə  şəri  substansional  səviyyədə  bir-
birinə  qarşı  qoyurdular  (4,  42).  Onlara  görə  bütün  maddi 
aləm şərdir, həmçinin o mənəviyyatın zindanıdır. Məqsəd 
bu  zindandan  azad  olub  xeyrə  qovuşmaqdır.  Bunu  isə 
yalnız İlahi biliyə (qnosisə) yiyələnən insanlar edə bilərlər. 
Qnostisizmdə 
maddi 
dünya 
Mütləqin 
səhvi 
nəticəsində  yaranmışdır.  Bu  səhv  nəticəsində  qara 
qüvvələr  işıqlı  aləmlərə  daxil  olmuşdurlar.  Bunu  da 
qnostiklər  belə  təsəvvür  edirdilər  ki,  Tanrı  olan 
doğulmamış  Ata  özünü “eon”  adlandırılan  varlıqlarda 
təzahür  edir.  Bu  eonlar  əsasən  cütlüklərdən  ibarətdir. 
                                                
90
 Ezoterizm  –  dünyanın  və insanın  gizli (batini)  mahiyyətləri  və  özəllikləri 
haqqında təlimdir. 


245 
 
Eonlar  ilahi  tamlıq  olan pleromanı  (yun.  πλήρωμα) təşkil 
edir.  Ancaq,  bəzi  eonlar  bir  zaman  başqalarının  üzərində 
hakimiyyət 
əldə 
etmək 
istəmiş 
və 
pleromadan 
ayrılmışdırlar.  Bundan  sonra  kosmosun  yaranması 
(kosmogenez)  baş  vermiş,  fərqli  aləmlər  yaranmışdır.  Ən 
aşağı qatda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. 
Qnostiklərin  əksəriyyəti  eonlara  insani  xüsusiyyətlər 
qazandırmış, onlara konkret şəxs kimi baxmışdırlar. 
Qnostiklərə  görə  pleroma  öz  tamlığını  bərpa  etmək 
istəyir.  Bu  isə  yeni  eonun  yaranmasına  gətirib  çıxardır. 
Həmin  eon  İsa  və  ya  İsa  ilə  Məsihin  cütlüyüdür.  O,  bu 
dünyaya  enir  və  seçilmiş,  mənəvi  cəhətdən  yüksəlmiş 
insanlara  həqiqi  biliyin  (qnosisin)  nə  olduğunu  öyrədir. 
Beləliklə,  qnosisi  bilən  insanlar  İsanın  vasitəsi  ilə 
pleromaya  qayıdıb  maddi  aləmdən  qurtaracaqlar.  Bu 
yolda isə abid həyatı yaşamaq vacibdir. 
Qnostiklər  hesab  edirdilər  ki,  Tanrı  bu  dünyadan 
çox-çox  uzaqlardadır (transsendentdir).  Onun  təbiəti 
dərkedilməzdir.  Dünya  isə  arxonlar (yun.  ἄρχων  – başçı) 
adlanan  ən  aşağı  qatlarda  yaşayan  qüvvələr  tərəfindən 
yaradılmışdır.  Onlar  Tanrı  tərəfindən  yaradılsa  da,  onun 
haqqında  bilikləri  yoxdur.  Ona  görə  də,  bu  qüvvələr 
həqiqi Tanrının dərk edilməsi yolunda bir maneədir.  
Bütün  kainat  arxonlara  tabedir.  Qnostiklər  onları 
bəzən 
Əhdi-Ətiqdə 
çəkilən 
Tanrının 
adları 
ilə 
adlandırırdılar (SavaofAdonai və s.). Beləliklə, onlar hesab 
edirdilər  ki,  həqiqi  Tanrının  yalnız  bir  adı  var.  Ona  aid 
edilən  başqa  adlar  isə  əslində  müstəqil  fövqəl  varlıqlar 
olan arxonlardır.  


246 
 
Dünyanın ətrafında isə bir neçə kosmik qatlar vardır. 
Onları  da  arxonlar  idarə  edir.  Dünyanın  yaradılmasında 
arxonların ən böyüyünün müstəsna rolu vardır. Onun adı 
Platonun “Timeus” əsərində olduğu kimi “Demiurqos”dur. 
Arxonların  zülmlə  dolu  hakimiyyəti  isə  “hermarmenus” 
adlanır (4, 43). 
İnsan bədənmənəviyyat (pnevma) və ruhdan ibarətdir 
(4,  44).  Bədən  və  ruh  dünyanın  tərkib  hissəsi  olaraq 
hermarmenusa 
tabedir. 
Hermarmenus 
isə 
təbiət 
qanunlarıdır.  O  həm  də  Musaya  verilmiş  yəhudi 
qanunudur.  Ruhun  içində  yaşayan  mənəviyyat  isə  İlahi 
işığın  hissəciyidir  və  o  zindanda  saxlanılır.  Əsarətdə  olan 
mənəviyyat  pleromadan  təcrid  olunub  və  özünü  onun 
hissəsi  kimi  dərk  etmir.  Onun  dirçəlməsi  isə  həqiqi  bilik 
(qnosis)  vasitəsilə  əldə  edilə  bilər.  İnsan  yalnız  qaranlığı 
yarıb,  işığa  doğru  yönələrək  xilas  olur.  Ölümdən  sonra 
qnosisə  yiyələnmiş  ruh  həqiqi  Tanrı  tamlığı  olan 
pleromaya qovuşur. 
Bəzi  qnostik  təriqətlər  cəmiyyətdə  hökm  sürən 
qanunları,  ədəb  və  əxlaq  qaydalarını  belə  arxonların 
qoyduğu qayda və qanunları hesab edirdilər. Ona görə də 
pnevmatiklər  onlara  riayət  etməməli  idilər  (4,  46-47). 
Onların  fikrincə,  əgər  pnevmatik  hermarmenusdan 
azaddırsa, onda dünyaya bağlı olan və onun reallığını əks 
etdirən qanunlardan da azad olmalıdırlar. 
Qnostisizm  antik  dünyada  Xristianlıqdan  öncə 
yayılmışdır.  Ancaq,  Xristianlıq  yayılmağa  başlayanda 
qnostiklər  bu  dinin  bir  çox  elementlərini  öz  təlimlərinə 
qatmışdırlar.  Bunun  nəticəsində Xristian  qnostisizmi 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə